Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə48/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   44   45   46   47   48   49   50   51   ...   100

 
143 
 
DÖRDÜNCÜ BÖLMƏ 
BİRİNCİ FƏSİL 
Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər 
◘Peyğəmbər  (s)  buyurub:  “Qiyamət  günü  mən  bütün  insanların 
günahlarını  etmiş  olsalar  da  dörd  kəsə  şəfaət  edəcəyəm:  Mənim  əhli-
beytimə  kömək  edən  kəsə,  ya  çarəsiz  qaldıqları  zaman  onların 
istəklərini  yerinə  yetirən  kəsə,  yaxud  dildə  və  ya  qəlbdə  onları  sevən 
kəsə  və  yaxud  da  əl  ilə  onları  müdafiə  edən  kəsə.”  Bu  hədisi  Əli  (ə) 
nəql edib. 
 
◘Həzrət Əliyə  (ə) vəsiyyətində buyurub:  “Hər kim öz arvadına itaət 
etsə Allah onu üzü üstə atəşə atar.” Əmirəlmöminin (ə) ərz etdi: “Hansı 
işlərdə?”  Buyurdu:  “Əxlaqi  fəsadlara  səbəb  olacaq  hamamlara 
getməkdə,  toylara  getməkdə,  şer  məclislərinə  getməkdə  və  nazik 
paltarlar geyinməkdə.” 
 
◘Yenə  də  həzrət  Əliyə  (ə)  vəsiyyətində  buyurur:  “Allah  dörd  kəsin 
duasını geri qaytarmaz; adil imamın duasını, atanın övladı üçün etdiyi 
duanı,  möminin  mömin  qardaşından  ötrü  etdiyi  gizli  duanı  və 
məzlumun  duasını.  Məzlum  dua  edərkən  nida  gələr:  “And  olsun  izzət 
və cəlalıma, sənin intiqamını bir neçə müddət keçsə də alacağam.” 
 
◘İmanın əsası dörd şeydən ibarətdir; Allahı tanıma, Onun nemətlərini 
tanıma,  dinin  hökmlərini  anlayıb  dərk  etmək  və  insanın  dindən 
çıxmasına səbəb olacaq şeyləri bilmək. 
 
◘Küfrün  əsası  da  dörd  şeydir;  tamah,  qorxu,  narazılıq  və  qəzəb. 
Allahın  bəndələrinə  qarşı  tamah  mövhumi  qüvvələrdən,  qorxu 
xoşagəlməz təqdirlərdən, narazılıq və qəzəbin ardınca getmək isə küfrə 
(çəkib aparacaq.)  
 
◘Bir  kəs  dörd  şeyə  iman  gətirməyincə  mömin  hesab  olunmaz; 
Allahın  yeganəliyinə,  mənim  peyğəmbərliyimə,  ölümdən  sonrakı 
həyata və Allahın qəza və qədərinə. 
 
◘Allah  mənə  dörd  imtiyaz  verib:  1.  Yeri  mənim  üçün  səcdəgah  və 
paklayıcı  qərar  verib.  Mənim  ümmətimdən  bir  nəfər  namaz  vaxtı 
(dəstəmaz  və  ya  qüsl  üçün)  su  tapa  bilməsə  torpağa  təyəmmüm  edə 


 
144 
bilər. 2.  Qorxu vasitəsi ilə mənə kömək edib. Çünki hər vaxt bir  yerə 
hərəkət  etsəydim  qorxu  məndən  qabaqda  gedib  ürəkləri  yerindən 
qoparırdı. 3. Müharibədən əldə olunan qəniməti ümmətimdən ötrü halal 
etdi. 4. Məni bütün insanları dəvət və hidayət etmək üçün göndərdi. 
 
◘Qiyamət  günü  Allah  dörd  kəs  üzərində  rəhmət  nəzəri  salmaz;  ata-
anasının haqqını tapdalayan kəsə, minnət qoyana, qəza və qədəri təkzib 
edənə və şərab içənə. 
 
◘Peyğəmbər  (s)  buyurub:  “Behişt  qadınlarının  ən  üstünü  dörd 
nəfərdir; Xüveylidin qızı Xədicə (ə), Məhəmmədin (s) qızı Fatimə (ə), 
İmranın (ə) qızı Məryəm (ə) və Məzahimin qızı, Fironun arvadı Asiya. 
 
Həzrət  Əliyə  (ə)  buyurub:  “Dörd  şey  insanın  belini  qırar:  camaatın 
itaət  etdiyi  günahkar  rəhbər,  ərinin  onu  qoruduğu,  onun  isə  ərinə 
xəyanət etdiyi qadın, heç bir çarə və əlacı tapılmayan fəqirlik və daimi 
evdə yaşayan pis qonşu. 
 
◘Yenə  də  həzrət  Əliyə  (ə)  buyurub:  “Ey  Əli!  Allah-Təala  dünyaya 
nəzər  edib  insanların  hamısından  üstün  olaraq  məni  seçdi.  İkinci  dəfə 
nəzər salıb səni bəyənib seçdi. Üçüncü dəfə nəzər salıb sənin nəslindən 
olan  imamları  seçib  bəyəndi.  Dördüncü  dəfə  nəzər  salanda  aləmin 
bütün qadınlarından üstün olaraq Fatiməni (ə) bəyənib seçdi.” 
 
◘Hər kimdə dörd xüsusiyyət olsa Allahın nuruna qərq olar: 1. Allaha 
və Onun peyğəmbərinə iman gətirdiyinə görə özünü günahdan qoruyan. 
2.  Müsibətlər  zamanı  “inna  lillahi  və  inna  iləyhi  raciun”  (Biz  Allaha 
məxsusuq və Ona tərəf də dönəcəyik) cümləsini yadından çıxarmayan. 
3.  Ona  hər  hansı  bir  xeyir  yetişən  zaman,  “Əlhəmdu  lillahi  rəbbil-
aləmin”  deyən  (yəni  bütün  xeyirlərin  mənbəyinin  Allah  olduğunu 
bilsin).  4.  Günaha  düşdüyü  zaman  da  “Əstəğfirullahə  və  ətubu  iləyh” 
deyib dərhal tövbə edən. 
 
◘Şaban  ayının  axırıncı  cümə  gününün  xütbəsində  buyurub:  “Ey 
camaat!  Sizin  başınız  üzərinə  elə  bir  ay  kölgə  salıb  ki,  onun 
gecələrindən  biri  min  aydan  üstündür.  Bu  Ramazan  ayıdır.  Bu  ayda 
sizin  dörd  əməli  yerinə  yetirməyə  ehtiyacınız  var.  Bunlardan  ikisi 
Allahın  razılığını  qazanmaqdan  ötrü,  digər  ikisi  isə  öz  məqsəd  və 
hacətlərinizə  yetişməyinizdən  ötrüdür.  Əvvəlincisi  iki  əməl  Allahın 
yeganəliyindən  və  Məhəmmədin  (s)  peyğəmbərliyindən  ötrü  şəhadət 


 
145 
verməyinizdir. Digər ikisi isə Allahdan hacət, behişt, salamatlıq istəyib, 
cəhənnəm atəşindən Ona pənah aparmağınızdan ibarətdir. 
 
◘Öz əshabına buyurub: “İstəyirsinizmi, sizə elə bir əməl öyrədim ki, 
şeytan  sizdən  məğribdən  məşriqə  qədər    olan  məsafə  qədər 
uzaqlaşsın?”  Dedilər:  “Bəli,  ey  Allahın  Rəsulu!”  Buyurdu:  “Oruc 
şeytanın üzünü qaraldar, sədəqə belini sındırar, Allah  yolunda dostluq 
və  xeyir  işdən  ötrü  həmkarlıq  etmək  onun  kökünü  kəsər,  tövbə  və 
istiğfar  etməyə  qəlbinin  damarlarını  qırar.  Hər  bir  şeyin  zəkatı  var. 
Bədənin zəkatı da orucdur.” (Bəlkə də ola bilsin ki, bu əməldə məqsəd 
şeytanın bərk narahat olmasıdır.) 
 
◘Mənim ümmətimdən olan hər hansı bir kişi dörd şeydən uzaq olsa 
behişt  əhlindəndir:  Dünyaya  qərq  olmaq,  nəfsani  istəklərə  uymaq, 
qarınqululuq  və  (cinsi  işlərdə)  şəhvətpərəstlik.  Eyni  zamanda 
ümmətimin  qadınlarından  da  hər  kəs  dörd  şeyi  yerinə  yetirsə  behişt 
əhlindəndir:  İffətini  qorumaq,  ərinə  itaət  etmək,  gündəlik  beş  vacib 
namazları  yerinə  yetirmək  və  Mübarək  Ramazan  ayının  orucunu 
tutmaq. 
 
◘Dörd şey qəlbi öldürər: Ardıcıl günah, qadınlarla çox söhbət etmək, 
axmaq adamla mübahisə etmək və ölülərlə oturub durmaq. Soruşdular: 
Ölülər kimlərdir?” Buyurdu: Əyyaş varlılar. 
 
◘Həzrət  Əliyə  (ə)  buyurub:  “Ey  Əli!  Dörd  günahın  cəzası  bütün 
günahların cəzasından tez yetişər; yaxşılıq müqabilində pislik etməyin, 
günahsıza  zülm  etməyin,  vəfalı  adama  xəyanət  etməyin  və  xoşrəftar 
qohumlarla əlaqəni kəsməyin. 
 
◘Cəhənnəm  əhlinin  qaynar  su  içmələrinə,  cəhənnəm  əzabının 
təsirindən ah-nalə və fəryad qoparmalarına baxmayaraq, bundan əlavə, 
dörd nəfər insan da onların əziyyətinə səbəb olar. Birincidən soruşarlar: 
“Sən  bədbəxt  nə  etmisən  ki,  belə  əzaba  düçar  olmusan?”  Deyər: 
“Camaatın malından yemişəm, onları qaytarmağa etinasız yanaşmışam 
(yaxud,  yaddan  çıxarmışam).”  İkincisindən  əzabın  səbəbini  soruşanda 
cavab verər: “Mən sidiyi yüngül tutub ondan çəkinmirdim (yəni, namaz 
və  ibadətlə  də  işim  yox  idi).  “Üçüncüdən  soruşanda  deyər:  “Mən  pis 
sözlərlə  camaatı  məsxərəyə  qoyurdum  (yəni,  camaatın  abır  və 
heysiyyətinə  təcavüz  edirdim).”  Dördüncüdən  soruşanda  deyər: 
“Mənim işim isə qeybət və sözgəzdirmək idi.” 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə