Бисмиллаһир рәһманир рәһим


Hikmət sahiblərinin, zahidlərin və s. bu kimilərinin



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə45/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   41   42   43   44   45   46   47   48   ...   100

 
134 
Hikmət sahiblərinin, zahidlərin və s. bu kimilərinin 
dediklərindən 
◘Loğman  öz  oğluna  buyurub:  “Oğul!”  İnsan  üç  hissədən  ibarətdir; 
Allaha  məxsus  olan  hissə,  özünə  məxsus  olan  hissə  və  qurda  məxsus 
olan hissə. Allaha aid olan hissə Ona tərəf  yüksələcək ruhdur. Öz payı 
elmdir ki, ondan ləzzət aparar. Qurdun payı isə bədəndir.” 
 
◘Bir hikmət sahibi deyib: “Dostlar üç dəstədir. Bir dəstə qida kimidir 
ki,  onlarsız  keçinmək  olmur.  Onlar  din  qardaşlarıdır.  Digər  dəstə 
dərman kimidir ki, onlara bəzi vaxtlarda ehtiyac duyulur. Üçüncü dəstə 
isə heç vaxt dərdə dəymir. Onlar tamahkarlardır.” 
 
◘Bir  zahid  deyib:  “İnsanlar  üç  dəstədirlər;  tamam  kişi,  yarım  kişi, 
nakişi.  Birincisi  odur  ki,  özünün  rəyi  var  və  onun  rəyindən  istifadə 
olunur.  İkincisi  odur  ki,  özünün  rəy  və  qərarı  yoxdur,  lakin  nəzər  və 
təfəkkür  sahiblərindən  yararlanır  və  onların  yolunu  gedir.  Nakişi  odur 
ki, nə özünün rəy və nəzəri var, nə də mütəfəkkirlərdən bəhrələnir.” 
 
◘Digəri  deyib:  “Dünyanın  üç  şeyindən  başqa  heç  nə  üçün 
təəssüflənmirəm.  Biri  eyiblərimi  pərdəsiz  mənə  göstərən  mömin 
qardaşır. Digəri uğursuz əyriliyimi düzəldən və nadanlıq etdiyim zaman 
mənə xəbərdarlıq edən alim, üçüncüsü isə nə məxluqun minnəti, nə də 
Xaliqin qəzəbi olan ruzidir.” 
 
◘Səhl  ibn  Abdullah  deyir:  “Bir  kəsdə  üç  xüsusiyyət  cəm  olmayınca 
onun  rəhbər  olma  ləyaqəti  yoxdur;  camaatla  nadan  və  axmaqcasına 
rəftar  etməsin,  onların  nadanlığına  göz  yumsun  və  onların  mal-
dövlətinə göz dikməsin, əksinə, öz var-dövlətindən onlara versin.” 
 
◘Bir  hikmət  sahibi  deyib:  “Əgər  bir  kəsin  vəfalı  olub-olmadığını 
bilmək istəyirsənsə bax gör dostları onun  yadına düşür,  ya  yox, vətən 
həsrəti çəkir, ya yox və keçmişi üçün ağlayır, ya yox. 
 
◘Digəri  deyib:  “Xoş  xasiyyətli  olmaq,  az  danışmaq  və  mötədil  yol 
getmək peyğəmbərlərin xüsusiyyətlərindəndir. Bədxasiyyət olmaq, çox 
danışmaq  (çox  danışmaqda  məqsəd  faydasız  və  şəriətə  zidd  olan 
sözlərdir) 
və 
təkəbbürlə 
yol 
getməksə 
bədbəxtlərin 
xüsusiyyətlərindəndir. 
 


 
135 
◘Başqa birisi deyir: “Üç şeyin sonu yoxdur; əmniyyət, salamatlıq və 
dolanmaq üçün kifayət edəcək qədər ruzi.” (Şübhəsiz, bunlarda məqsəd 
budur ki, bu nemətlərin əzəməti ölçüyə gəlmir.) 
 
◘Bir hikmət sahibi deyir:  “Heç bir möhtərəm şəxs, üç  yerdə  padşah 
belə olsa, böyüklük etməməlidir; ata-ana qarşısında, axirət işindən ötrü 
istifadə etdiyi alimin hüzurunda və qonaq qəbul edən zaman.” 
 
◘İbn Abbas deyir: “Həmsöhbətimin mənim boynumda üç haqqı var: 
Üçünü  mənə  tutsa  gözümü  üzünə  dikərəm,  otursa  ona  yer  verərəm, 
danışan  zaman  sözlərinə  qulaq  asaram.  Axmaq  həmsöhbət  xətərlidir, 
ondan uzaqlaşmaq isə uğur və müvəffəqiyyət. 
 
◘İbn  Abbas  deyir:  “Şeytan  heç  vaxt  üç  anda  etdiyi  kimi  nalə  və 
fəryad  qopartmayıb;  Allahın  lənəti  gələn  zaman  və  asimandan 
qovulanda,  Peyğəmbər  (s)  dünyaya  gələndə  və  birinci  ayəsi 
“Bismillahir-rəhmanir-rəhim” olan “Fatihə” surəsi nazil olanda.” 
 
◘Qəzali deyir: “Tövbə üç şərtlə qəbul olunar; günahları tərk etməklə, 
gələcəkdə  də  onu  tərk  etmək  qərarına  gəlməklə  və  keçmiş  günahları 
yumaqla.”  (Saleh  əməl  vasitəsi  ilə,  yaxud  qəzaya  verilmiş  əməlləri 
yerinə yetirməklə və s.) 
 
◘Peyğəmbər (s) bir qrup səhabəsindən soruşdu: “Siz nəsiniz?” (Yəni, 
hansı  məsləkə  xidmət  edirsiniz?”)  Dedilər:  “Möminik!”  Buyurdu: 
“İmanınızın  nişanəsi  nədir?”  Dedilər:  “Çətinlikdə  səbr  edirik,  rifah 
halında şükr edirik, qəza və qədərə boyun əyirik.” Buyurdu: “And olsun 
Kəbənin rəbbinə siz möminsiniz!” 
 
◘Peyğəmbər (s) buyurub: “Üç həddi-büluğa çatmamış övladını itirən 
kişi və üç həddi-büluğa çatmamış övlad dağı görən qadın cəhənnəmdən 
amandadırlar.”  (Bu  şərtlə  ki,  müsəlman  olub  müsəlman  da  dünyadan 
getsinlər.) 
 
◘Əbuzər  Peyğəmbərdən  (s)  nəql  edir  ki,  üç  həddi-büluğa  çatmamış 
övladını itirən hər bir müsəlman ata-ananı Allah öz fəzl və kərəmi ilə 
behiştə daxil edər.” 
 
◘Müaviyə  Xalid  ibn  Müəmmərdən  soruşdu:  “Əlini  (ə)  nəyə  görə 
sevirdin?”  Dedi:  “Çünki  üç  imtiyaza  malik  idi;  qəzəb  vaxtı  səbirli  idi, 
danışanda düz danışardı, hökumət və xilafət zamanında ədalətli idi.” 


 
136 
 
◘Həsən Bəsri deyir: “Müaviyə üç iş gördü ki, bu işlər onu həlak etdi; 
xilafəti  qəsb  etdi.  Halbuki,  xilafətə  ondan  da  layiq  Peyğəmbər  (s) 
səhabəsi  var  idi.  İkincisi,  həmişə  şərab  içib  məst  olan  oğlu  Yəzidi 
camaata hakim təyin etdi. Üçüncüsü isə ipək paltar geyinir, saz çalırdı 
və Ziyadı özünün qardaşı adlandıraraq İraqa hakim təyin etdi.” 
 
◘Bir  hikmət  sahibi  deyir:  “Dünyanı  üç  şeydən  birindən  ötrü  tələb 
edirlər; ehtiyacsızlıq, izzət və rahatlıqdan ötrü. Halbuki, izzət dünyadan 
üz  döndərməkdə,  ehtiyacsızlıq  qənaətdə,  asayiş  isə  azacıq  əziyyət 
çəkməyin kölgəsindədir.” 
 
◘Əhnəf  ibn  Qeys  deyir:  “Hər  kimin  mənimlə  arası  dəysə  onunla  üç 
müamilədən birini edirəm. Əgər böyük adam olsa onun məqamına görə 
ehtiram edib yalnız ondan üz döndərirəm. Yox, əgər məndən aşağı olsa 
öz  abrımı  qorumaqdan  ötrü  onu  öz  başına  buraxıram.  Əgər  mənimlə 
bərabər olsa ona minnət qoyuram. 
 
◘Məhəmməd ibn Simak deyir: “İllərlə var-dövlət dalınca qaçdım. Bir 
gün  Qarun  yadıma  düşdü  (ki,  o  qədər  var-dövlətinin  olmasına 
baxmayaraq  aqibəti  necə  oldu!).  Gördüm  üç  şeydən  artıq  heç  nə  məni 
Allaha  yaxınlaşdırmayacaq;  pəhrizkar  qəlb,  doğrudanışan  dil  və  səbrə 
adət etmiş bədən.” 
 
◘Yəhya  ibn  Məaz  deyir:  “Hərislik  şirə  bənzəyir.  İnsanlar  da  ona 
münasibətdə  üç  cürdür:  Bir  dəstəsi  onu  azad  buraxıb.  Bunlar 
dünyapərəstlərdir. Digər dəstəsi onu bağlayıblar. Bunlar zahidlərdir. Bir 
dəstəsi  də  ki,  onun  başını  kəsib  atıb.  Bunlar  Allahın  dostları,  o 
cümlədən, peyğəmbərlər və onların ardıcıllarıdır.” 
 
◘Keçmişdə  insanlar  üç  şeyi  bir-birinə  göstəriş  verər  və 
yazışmalarında  da  bunu  qeyd  edərdilər;  hər  kim  axirəti  üçün  çalışsa, 
dünyasını  Allah  yoluna  qoyar,  hər  kim  batinini  islah  edərsə  Allah  da 
onun  zahirini  gözəlləşdirər  və  hər  kəs  də  Allahla  öz  arasını  düzəltsə 
Allah da onunla camaatın arasını düzəldər.” 
 
◘İbn  Abbas  deyib:  “Zöhd”  kəlməsi  (ərəb  qrafikasına  əsasən)  3 
hərfdən  ibarətdir;   
د ,   ه ,  ز.  «ز»  (z)  yəni,  zadul-məad  (yəni,  axirət 
azuqəsi),  «ه»  (h)  yəni  hidayət  (dində)  və  «د»  (d)  yəni,  davamlılıq 
(Allaha itaətdə.)” 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə