Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə47/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   43   44   45   46   47   48   49   50   ...   100

 
140 
danışmaqdan  doymur,  eyiblərini  ona  deyən  adamla  oturub-durmağı 
xoşlamır.” 
 
◘Bir  arif  deyir:  “Üç  şey  qəlbi  bərkidər:  Yersiz  gülmək,  tox  halda 
yemək və lazımsız sözlər danışmaq.” 
 
◘Əflatun deyib: “Sənə qarşı etinasızlıq göstərən kəslə görüşə getmə, 
sözünü  təkzib  edən şəxslə  söhbət  etmə  və sözünə  qulaq  asmayan  kəsə 
söz demə.” 
 
◘Yenə  də  Əflatun  deyib:  “Adamların  ruhiyyəsi  üç  yerdə  əvəz  olar; 
sultanlara yaxınlaşan zaman, evlilikdən sonra və əlinə var-dövlət gələn 
zaman.  Əgər  bir  kəs  bu  üç  hallarda  dəyişməsə  və  özünü  itirməsə 
qəzavəti düzgün, müamiləsi də səhihdir.” 
 
◘Bir  hikmət  sahibi  deyib:  “Elmin  sahəsi  üç  qarışdır.  Birinci  qarışa 
daxil  olana  təkəbbür  gələr,  ikinci  qarışa  daxil  olan  təvazökar  olar, 
üçüncü mərhələyə daxil olansa başa düşər ki, heç nə bilmir.” 
 
◘Müəllif  deyir:  “Allah  üç  qəribə  mətləbi  Quranın  üç  surəsində  bir-
birinin  ardınca  bəyan  edib:  “Bəni-İsrail”  surəsində  Peyğəmbərin  (s) 
cismani  meracına  işarə  edərək  buyurur  ki,  Məkkədən  Əqsa  məscidinə 
hərəkət etdi, “Kəhf” surəsində əshabi-Kəhfin üç yüz neçə il yatmasını 
nəql  edir  və  ”Məryəm”  surəsində  Həzrət  İsanın  (ə)  atasız  dünyaya 
gəlməsindən danışır.” 
 
◘Bir  hikmət  sahibi  deyib:  “Üç  şey  barəsində  fikirləşmə;  kasıblıq  və 
yoxsulluq  fikrində  olma  ki,  qəm-qüssən  çox  olar,  uzun  ömür  sürmək 
fikrini  də  başında  çox  dolandırma  ki,  bütün  ömrünü  bir  yerə  yığsan 
malını xarab edərsən və sənə zülm edənlərdən də əvəz çıxmağa çalışma 
ki, qəlbin daşlaşar, qəzəbin isə artar.” 
 
◘Əbuzər  buyurdu:  “Dünya  üç  saatdır;  keçən  saat,  mövcud  saat,  ona 
çatıb-çatmayacağın  məlum  olmayan  gələcək  saat.  Elə  isə,  əslində,  bir 
saatdan  başqa  əlində heç bir  şey  yoxundur.  Çünki,  ölüm də saatbasaat 
yaxınlaşır.” 
 
◘Bir  hikmət  sahibi  deyir:  “Üç  şey  var  ki,  hər  bir  şeydən  üstündür; 
həyat,  həyatın  iki  bərabəri  və  həyatdan  da  yaxşı  olan  şey.  Həyat 
ibarətdir asayiş və xoşluqdan, həyatın iki bərabəri ibarətdir yaxşı addan, 
həyatdan da yaxşı şey isə Allahın razılığı və behiştdir. Üç şey də var ki, 


 
141 
hər  şeydən  daha  pisdir;  ölüm,  ölümün  iki  bərabəri  və  ölümdən  də  pis 
olan  şey.  Ölüm  fəqirlik  və  yoxsulluqdur,  ölümün  iki  bərabəri  bədnam 
olmaqdır,  ölümdən  də  pis  olan  şey  isə  Allahın  qəzəbidir.  Allaha 
pənah!” 
 
◘Loğman  öz  oğluna  deyib:  “Oğul”  elə  ki,  mədə  doldu  fikir  yuxuya 
gedər, hikmət işdən düşər, bədən də ibadətdən qalar.” 
 
Mərhum Mühəqqiq özünün “Əxlaqi-Nasiri” kitabında nəql edib deyir 
ki,  ibadət  üç  cürdür:  1.  Bədənin  ibadəti,  yəni,  oruc,  namaz  və 
ibadətgahlara  getmək,  2.  Ruhun  ibadəti,  yəni,  tövhidə  və  Allahın 
sifətlərinə,  Onun  vucuduna,  Allahın  hikmətinə  və  din  göstərişlərinə 
düzgün  əqidə  bəsləmək.  3.  Camaatla  ünsiyyətdəki  ibadət,  yəni,  alver, 
evlənmə,  əmanəti  qaytarma,  xeyirxahlıq,  müsəlmanlara  kömək, 
düşmənlərlə  cihad,  namusu  qorumaq,  din  və  elmi  mərkəzləri  himayə 
etmək.” 
 
◘“Səbr”  sözünün  lüğətdəki  mənası  “dözümsüzlükdən  çəkinmək  və 
qeyri-mülayim hallara tab gətirməkdir.” Bu səbr üç qismdir; 1. Ümumi 
camaatın səbri. Bu insanların camaat arasında öz abır və heysiyyətlərini 
qorumaqlarından  ibarətdir.  2.  Zahidlərin  və  abidlərin  səbri.  Bu  axirət 
savabı  qazanmaqdan  ötrü  olunan  səbrdir.  3.  Ariflərin  səbri.  Bu  da 
Allahın  razılığı  olduğu  halda  rastlaşdıqları  acı  hadisələr  müqabilində 
etdikləri  səbrdir.  Bu  səbr  barədə  Allah-təala  Quranda  yetmişdən  çox 
yerdə söz açmış və bu haqda saysız hədislər rəvayət olunmuşdur. 
 
◘Peyğəmbər  (s)  buyurub:  “Hər  kəsə  üç  şey  verilibsə  ona  hər  iki 
dünyanın  xeyri  verilib;  Allahın  qəza  və  qədərinə  razı  olmaq,  bəla 
zamanı səbirli olmaq və rifah zamanı dua etmək.” 
 
◘Həzrət Sadiq (ə) buyurub: “Üç şeyin azı da çoxdur; atəş, fəqirlik və 
borc.” 
 
◘Xalid ibn Səfvan deyir: “Üç şeyin çarəsi yoxdur; tənbəlliyə qarışmış 
yoxsulluğun,  həsəd  və  paxıllığa  qarışmış  düşmənçiliyin  və  qocalıq 
zamanında xəstəliyin.” 
 
◘Bəziləri  deyiblər:  “Həyatın  səfası  üç  şeydədir;  geniş  evdə,  çoxlu 
xidmətçidə və ürəyəyatan qadında. Üç kəslə gərək mülayim, xoşrəftar 
və üzügülər olasan; sultan, xəstə və qadınla.” 
 


 
142 
◘Üç şey  asayiş üzərindən xətt çəkir;  dişağrısı, tərs xidmətçi və sözə 
baxmayan qadın. 
 
◘Xəlil ibn Əhməd Nəhvi deyir: “Var-dövləti üç kəsdən ötrü  yığırlar 
ki, üçü də düşməndir; arvadın əri, oğulun arvadı və qızın əri.” 
 
◘Haris  Mühsaibi  deyib:  ”Üç  şey  aztapılan,  yaxud  da  tapılmayandır; 
iffətli  gözəllik,  dindarlıqla  bir  yerdə  xoş  xasiyyət  və  əmanətdarlıqla 
birgə qardaşlıq vəzifəsini yerinə yetirə bilmək.” 
 
◘Bir  filosof  deyib:  “Fəlsəfə  nəzərindən  birinci  vacib  Allaha  itaət, 
sonra ata-anaya, daha sonra isə camaata ehtiram göstərməkdir. Hər kim 
bu  üç  vacibatı  yerinə  yetirsə  Allah  onu  möhtərəm,  böyük  və  əzəmətli 
insan edər.” 
 
◘Peyğəmbərdən  (s)  nəql  olunur  ki,  hər  kim  dünya  istəyirsə  ticarət 
etsin,  hər  kim  axirət  istəyirsə  zahid  olsun  və  hər  kim  də  ki,  dünya  və 
axirət istəyirsə elm öyrənsin. 
 
◘Şafeiyə  (dörd  sünni  məzhəbindən  birinin  imamı)  dedilər:  “Əli  (ə) 
barəsində nə deyə bilərsən?” Cavab verdi: “Nə deyim o kəsin barəsində 
ki,  üç  sifət  üç  xüsusiyyətlə  birgə  onun  vücudunda  cəm  olub  və  heç 
kəsdə belə bir şey yoxdur; fəqirlik səxavətlə, şücaət  əqllə, elm əməllə.” 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə