Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə49/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   45   46   47   48   49   50   51   52   ...   100

 
146 
◘Başın qabaq hissəsində ağ tük olması mübarək bir şeydir. Sağ və sol 
tərəflərdə olması səxavət nişanəsidir. Alının iki tərəfində olması şücaət 
əlamətidir. Başın dalında olması isə namübarək bir şeydir. 
 
◘Mənim ümmətim gərək dörd halda haqqa riayət etsin; tövbəkarı dost 
tutsun,  bacarıqsıza  rəhm  etsin,  yaxşı  iş  görənlərə  kömək  etsin, 
günahkarlardan ötrü isə Allahdan bağışlanma istəsin. 
 
◘Qadınlar  dörd  dəstədir:  1.  Xeyir-bərəkətlə  dolu  və  üzüçörəkli;  2. 
Qucağında  və  qarnında  uşağı  olan;  3.  Ərinə  qarşı  bədxasiyyət;  4. 
Əziyyətcil. 
 
◘Dörd  şey  peyğəmbərlərin  sünnə  və  rəftarlarındandır:  Ətirlənmək, 
evlənmək, misvak (dişləri təmizləmək) və həna qoymaq. 
 
◘Dörd şey bədbəxtliyin nişanəsidir; gözün quruluğu, qəlbin bərkliyi, 
ruzi  qazanmaqdan ötrü  həris  olmaq və  bilərəkdən  ardıcıl  olaraq  günah 
etmək. 
 
◘Həzrət  Əliyə  (ə)  buyurub:  “Ey  Əli!  Dörd  xüsusiyyət  bədbəxtliyin 
əlamətlərindəndir; gözün quruluğu, qəlbin bərkliyi, arzuların uzunluğu 
və dünyaya olan sonsuz məhəbbət. 
 
◘Yenə  buyurub:  “Ey  Əli!  Üç  şey  alan  zaman  qiymət  saldırmaqdan 
ötrü  çənə  boğaz  olma;  qurbanlıq  alan  zaman,  kəfən  alan  zaman,  qul 
alan  zaman  və  Məkkəyə  səfər  etməkdən  ötrü  minik  kirayəyə 
götürdüyün zaman.” 
 
◘Xəstəliyin  dörd  üstün  cəhəti  var;  xəstələnənin  üzərindən  qələm 
götürülər  (yəni,  tərk  etdiyi  vaciblər  və  istəmədən  düçar  olduğu 
günahlara görə haqq-hesab olunmaz), Allah da göstəriş verər ki, sağlam 
olduğu  vaxtda  yerinə  yetirdiyi  əməlləri  yenə  də  onun  üçün  yazsınlar, 
günahlardan  təmizlənər,  ölsə  də  bağışlanar,  sağ  qalsa  da. 
(Bağışlanmada 
“həqqullah” 
Allah-təalaya 
aiddir, 
xəstəlik 
“həqqunnas”Allah-təala  aid  olan  günahların  bağışlanmasına  səbəb 
olmaz.) 
 
◘Qiyamət  günü  dörd  suala  cavab  verməmiş  bir  adamı  da  addım 
atmağa  qoymazlar:  Ömrünü  hansı  işlərə  sərf  etdin?”,  “Cavanlığını 
hansı  işlərə  sərf  etdin?”,  “Əlində  olan  mal  dövləti  hansı  yolla  ələ 


 
147 
gətirdin  və  hansı  yolda  xərclədin?”  Və  bir  də  Əhli-beytə  (ə)  nə 
dərəcədə məhəbbət bəslədin?” 
 
◘Bir  gün  Peyğəmbər  (s)  buyurdu:  “Allah  göstəriş  verib  ki, 
əshabımdan  dörd  nəfəri  sevim  və  Allah  Özü  də  onları  sevir.” 
Soruşdular:  “Ey  Allahın  Rəsulu,  onlar  kimlərdir?  Biz  hər    birimiz 
onlardan  biri  olmaq  istərdik.”  Buyurdu:  “Əli  onlardan  biridir.”  Sonra 
bir  az  gözlədi  və  yenidən  buyurdu:  “Onlardan  biri  Əlidir.  O  biriləri 
Əbuzər, Salman və Miqdaddır.” 
 
◘Əli (ə) buyurur: “Paxılların şərindən Peyğəmbərə (s) şikayət etdim, 
buyurdu: “Sən sevinmirsən ki, behiştə daxil olacaq ilk dörd dəstə mən, 
sən,  arxamızca  bizim  övladlarımız,  sağ  və  solumuzda  bizim 
şiələrimizdir?” 
 
◘Qiyamət  günü  dörd  nəfər  elə  ki,  qəbirdən  qalxar,  haqq-hesabsız 
cəhənnəm  atəşinə  gedər;  sübh  vaxtı  yatan,  gecəni  qəflətdə  keçirən, 
zəkat  verməyən  və  davamlı  olaraq  günah  edənlər.  (Sübh  vaxtı 
yatmaqdan  məqsəd  sübh  namazını  tərk  etmək,  gecəni  qəflətdə 
keçirənlərdən  məqsəd  isə  səhərə  qədər  oyaq  qalıb  günahla  məşğul 
olmaqdır.) 
 
◘Dörd şeyin azı da çoxdur; fəqirlik, dərd, düşmənçilik və atəş. 
 
◘Dinin möhkəm qalması dörd nəfərə bağlıdır; əməl sahibi olan alimə, 
sual  soruşmağa  təkəbbür  etməyən  savadsız  adamlara, minnətsiz  bəxşiş 
edənlərə və axirətini dünyasına satmayan fəqirə. 
 
◘Pis xasiyyət namübarək bir şeydir, qadına itaət etmək peşmançılığa 
səbəb  olar,  gözəl  əxlaq  zinət  və  əzəmətdir,  sədəqə  isə  pis  ölümün 
qarşısını alar. 
  
◘İnsanlar  dörd  dəstədir;  səxavətli,  kərim,  simic  və  ləim.  Səxavətli 
odur  ki,  yeyir  və  bağışlayır.  Kərim  odur  ki,  özü  yemir,  başqalarına 
verir. Simic odur ki, özü yeyir başqalarına vermir. Ləim o kəsdir ki, nə 
özü yeyir, nə də başqalarına verir. 
 
◘Dörd  xüsusiyyət  və  ya  onlardan  biri  hər  kimdə  olsa  həmin  şəxs 
münafiqdir;  yalan,  vədə  xilaf,  əhd-peymanı  sındırmaq,  düşmənçilik  və 
toqquşmada heç bir iyrənc günahdan çəkinməmək. 
 


 
148 
◘Hər  hansı  bir  mömin  dörd  xasiyyəti  tərk  etməyincə  Allahın 
əzabından amanda ola bilməz; simiclik, yalan, Allaha qarşı bədgüman 
olmaq və təkəbbür. 
 
◘Peyğəmbər  (s)  dualarından  birində  belə  deyir:  Pərvərdigara!  Mənə 
qarşı  hiylə  işlədən,  gözünü  mənə  dikən,  qəlbi  mənim  barəmdə  (mənfi 
işlər haqda) fikirləşən, yaxşılıq görən kimi gizlədən, pislik görən zaman 
isə faş edən dostdan Sənə sığınıram!” 
İKİNCİ FƏSİL 
Əhli-sünnənin Peyğəmbərdən (s) nəql etdiyi hədislər 
◘Sözlərin ən yaxşısı dörddür: “Sübhanəllah” ; “Əl-həmdu lillah”, “La 
ilahə illəllah”, “Allahu əkbər.” 
 
◘Mənim  və  keçmiş  peyğəmbərlərin  dedikləri  ən  yaxşı  söz  “la  ilahə 
illəllah” kəlməsidir. Hər bir bəndə bu sözü qəlbi təsdiq, təzim, şirinlik 
və ehtiramla yanaşı tələffüz etməlidir. 
 
◘Allah  dörd  şeyi  dörd  şeydə  qərar  verib:  Elmin  bərəkətini  ustada 
ehtiramda,  imanın  davamlılığını  Allaha  təzimdə,  həyatın  ləzzətini  ata-
anaya  yaxşılıqda  və  cəhənnəmdən  azad  olmağı  camaata  əziyyət 
etməməkdə. 
 
◘Allah dörd kəsi özünə düşmən bilir: And içən ticarətçini, təkəbbürlü 
fəqihi, zinakar qocanı və zülmkar rəhbəri. 
 
◘Hər kimdə dörd xüsusiyyət olsa, Allah-təala behiştdə onun üçün bir 
ev  qərar  verər:  “La  ilahə  illəllah”  kəlməsi  onun  pənahgahı  olsun  (ki, 
onun sayəsində günahdan çəkinsin.), əlinə nemət gələn zaman şükrünü 
yerinə  yetirsin, günaha düşən zaman istiğfar etsin, müsibət və bəla ilə 
üzləşdiyi  zaman  “inna  lillah  və  inna  iləyhi  raciun,  (biz  Allaha 
məxsusuq və Ona tərəf də dönəcəyik) desin. 
 
◘Qiyamət günü Allah-təala Öz rəhmət nəzərini dörd kəs üzərinə salar 
və onları paklaşdırar: Bir kəsin qəlbindən qəmi aradan aparanı, mömin 
bir  qulu  azad  edəni,  cavan  subay  oğlanı  evləndirəni  və  birinci  dəfə 
həccə gedəni (yəni, öz vacib həcci yerinə yetirəni). 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə