Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə50/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   46   47   48   49   50   51   52   53   ...   100

 
149 
◘Hər  kim  dörd  əməli  yerinə  yetirsə  Allah-təala  behiştdə  onun  üçün 
bir  bulaq  (yaxud,  çay)  axıdar;  oruc  tutsa,  xəstəni  yoluxsa,  dəfn 
mərasimində iştirak etsə və yoxsula sədəqə versə. 
 
◘Allah öz bəndələrindən ötrü dörd lütf və mərhəməti həyata keçirib. 
Bu dörd lütf ola-ola bədbəxt adamdan başqa heç kəs həlak olmaz: 
1. Bir kəs hər hansı bir xeyir iş görmək istəsə, lakin onu yerinə yetirə 
bilməsə Allah onun üçün bir savab yazar. 
2. Əgər yerinə yetirə bilsə ondan ötrü on savab yazılar. 
3. Günah bir iş görmək istəsə, lakin həyata keçirməsə onun üçün heç 
bir günah yazılmaz. 
4.  Lakin  günahı  həyata  keçirsə  ona  yeddi  saat  möhlət  verilər.  Onun 
yaxşı  əməllərini  yazmaqdan  ötrü  təyin  olunmuş  mələklər  günah  işləri 
yazmaqdan  ötrü  məmur  olunmuş  mələklərə  deyər:  “Bu  işi  yazmağa 
tələsmə. Çünki ola bilsin ki, hər hansı bir yaxşı iş vasitəsi ilə bu günahı 
aradan  aparar.  Çünki,  Allah-təala  buyurub:  “Yaxşı  işlər,  pis  işləri 
aradan  aparar.”  Əgər  yeddi  saat  gözlədikdən  sonra  da  bəndə  heç  bir 
xeyir  əməl  yerinə  yetirməsə,  yaxud  həmin  günahından  tövbə  etməsə, 
savab işləri yazan mələk günahları yazana deyər: “İndi artıq bu məhrum 
bədbəxtin günahını yaz.” 
 
◘Riya  barəsində  Allahdan  qorxun.  Çünki,  riya  Allaha  şərik 
qoşmaqdır.  Riyakarları  Qiyamət  günündə  dörd  adla  səsləyib  deyərlər; 
“Ey  kafir!  Ey  facir!  (yəni,  günahkar)  Ey  xəyanətkar!  Ey  ziyankar! 
Əməllərin  xarab,  savabın  batil  oldu.  Bu  gün  heç  bir  payın  yoxdur. 
Kimin üçün iş görmüsənsə, get əvəzini də ondan al! 
 
◘Dörd şey insan üçün xoşbəxtlikdir: Ləyaqətli qadın, xeyirli övladlar, 
yaxşı dostlar və öz vətənində ruzi. 
 
◘Bədbəxtliyin  nişanəsi  dörd  şeydir:  Keçmiş  günahları  unutmaq 
(halbuki,  həmin  günahlar  ilahi  dəftərdə  qorunub  saxlanılır.),  yerinə 
yetirdiyi  yaxşı  işləri  yadda  saxlamaq  (halbuki,  məlum  deyil  qəbul 
olunub,  ya  yox),  dünya  işlərində  yüksəkdən  getmək  və  onlara  önəm 
vermək, axirət işlərini isə yüngül tutub, onlara əhəmiyyətsiz sanmaq. 
 
◘Xoşbəxtliyin  də  dörd  əlaməti  var:  Daim  keçmiş  günahları 
xatırlamaq,  gördüyü  xeyir  işləri  unutmaq,  dünya  işlərində  çox  da 
yuxarıdan getməmək, axirət işlərini də yüngül tutmamaq. 
 


 
150 
◘Əql  və  şüura  sahib  olan  məxluqat  dörddür:  Məlaikələr,  şeytanlar, 
cinlər  və  insanlar.  Bu  dörd  qrupun  doxsan  faizi  mələklər,  on  faizi 
şeytan,  cin  və  insanlardan  ibarətdir.  Həmin  bu  üç  dəstədən  də  doxsan 
faizi  şeytandan  ibarətdir,  on  faizi  cinlərdən  və  insanlardan.  Bu  iki 
dəstənin də doxsan faizi cinlər, on faizini isə insanlar təşkil edir. 
 
◘Dörd  şey  orucu  və  görülən  hər  bir  xeyir  işi  xarab  edər:  Qeybət, 
yalan, söz gəzdirmək və naməhrəmə baxmaq. (Yəni, qəbul olunmasının 
qarşısını alar, nəinki, onun səhihliyini batil edər). 
 
◘Yeməkdə  dörd  şey  cəm  olsa,  yemək  kamil  olar:  Halal  yolla  ələ 
gəlsin,  həmin  yeməyə  çox  əl  uzansın,  əvvəlində  “Bismillah”,  axırında 
isə “Əlhəmdulillah” deyilmiş olsun. 
 
◘Yer üzərində olan evlərin dörd ən möhtərəm olanı bunlardır: Kəbə, 
Beytül-müqəddəs,  içində  Quran  oxunan  ev  və  məscidlər.  Bütün 
məscidlərdən ən üstünü isə Peyğəmbər (s) məscidi və Kufə məscididir. 
Allah  yanında  ən  üstün  kəslər  peyğəmbərlər,  onların  vəsiləri  və 
günahdan  peşman  olan  tövbəkarlardır.  Qadınların  ən  yaxşısı  ərlərinə 
itaət edən və evlərində oturan möminə qadınlardır. Günahı tərk edərək, 
Allahdan  bağışlanma  diləmək  və  bir  daha  həmin  günaha  qayıtmamağı 
qərara almaq tövbədir. Hər kəs Allah qorxusundan və Onunla görüşmə 
xofundan ağlasa behiştə daxil olar. 
 
◘Peyğəmbər  (s)  bəzən  bu  duanı  oxuyardı:  “İlahi  dörd  şeydən  Sənə 
sığınıram;  faydası  olmayan  elmdən,  ram  olmayan  qəlbdən,  doymayan 
nəfsdən və qəbul olunmayan duadan. 
 
◘Öz  bığını  qısaltmayan  kəs  dörd  əzaba  mübtəla  olar:  Mənim 
şəfaətimə  nail  olmaz,  Kövsər  hovuzundan  içməz,  qəbir  əzabına  düçar 
olar,  Nəkir  və  Münkər  də  onun  qəbrinə  qəzəbli  halda  daxil  olar. 
(Hədisdə batil əqidəli sufilərin özbaşına və cəlbedici görünməkdən ötrü 
bığ saxlama tərzinə işarə olunub.) 
 
◘Mömin  dörd  şeyi  tərk  etməyincə  əzabdan  amanda  ola  bilməz: 
Simiclik, yalan, Allaha qarşı bədgüman olmaq və təkəbbür. 
 
◘Dörd gövhər var ki, dörd şey vasitəsi ilə xarab olar: Əql qəzəblə, din 
həsəd və paxıllıqla, həya tamahla, saleh əməl də qeybət vasitəsilə. 
 


 
151 
◘Dörd  şey  səbəb  olar  ki,  insan  Qiyamət  gününün  dəhşətli 
qorxusundan  amanda  qalar:  Nemət  vaxtı  şükür  etmək,  günahdan 
istiğfar  etmək,  müsibət  və  bəla  zamanı  “inna  lillah  və  inna  iləyhi 
raciun”  (biz  Allaha  məxsusuq  və  Ona  tərəf  də  dönəcəyik),  ehtiyac  və 
qorxu anlarında Allaha üz tutmaq. 
 
◘Hər kəs dörd nemətə sahib olubsa, ona dünya və axirət xeyri verilib 
və hər iki dünyadan bəhrələnib: Onu günahdan qoruyan təqva, camaatla 
keçinə biləcək xoş xasiyyət, insanların nadanlıq və axmaqlığını dəf edə 
biləcək  səbir  və  həlimlik  və  nəhayət,  işlərində  ona  kömək  edən 
ləyaqətli qadın. 
 
◘Hər kəs dörd şeyə malikdirsə ona hər iki dünyanın xeyri əta olunub: 
Şükür edən qəlb, zikr edən dil, qüvvətli və möhkəm bədən və ləyaqətli 
qadın. 
 
◘Qiyamət  günü  Allah  dörd  kəsi  dörd  təbəqədən  ötrü  höccət  qərar 
verər;  (nümunə  göstərər)  Süleymanı  (ə)  varlı  və  dövlətlilərə,  İsanı  (ə) 
kasıb və yoxsullara, Yusifi (ə) qullara, Əyyubu (ə) isə xəstələrə. Ən uca 
salamlar olsun bu pak peyğəmbərlərə! 
 
◘Dörd  şey  dörd  məqsəddən  ötrü  yaradılıb:  Mal-dövlət  yığıb 
saxlamaqdan  ötrü  yox,  xərcləməkdən  ötrü  yaradılıb,  elm  mübahisə  və 
höcət  aparmaqdan  ötrü  yox,  əməl  etmək  üçün  yaradılıb,  bəndə  xoş 
ömür  güzəran  keçirməkdən  ötrü  deyil,  dünya  da  bəndəlikdən  ötrü 
yaranıb,  nəinki,  abad  etməkdən  ötrü  deyil,  ibrət  almaqdan  ötrü 
yaradılıb. 
 
◘Bir  gün  Peyğəmbər  (s)  buyurdu:  “Dörd  şey  möminlər  üçün  vacib 
məsələlərdəndir:  Gözəl  minik,  geniş  ev,  yaraşıqlı  paltar  və  parlaq 
çırağ.”  Soruşdular:  “Ey  Allahın  rəsulu,  bunlardan  bizim  yoxumuzdur. 
Sənin  bu  söylədiklərində  məqsəd  nədir?”  Buyurdu:  ”Gözəl  minik  əql, 
geniş ev səbir, yaraşıqlı paltar həya və nəhayət, işıqlı çıraq isə elmdir.” 
 
◘Dörd  şey  var  ki,  onlardan  hər  hansı  biri  bir  evdə  olsa  ev  xarabaya 
çevrilər və xeyir-bərəkət üzü görməz: Xəyanət, oğurluq, şərab və zina. 
 
◘Əbuzərə  buyurdu:  “Ey  Əbuzər,  dörd  xüsusiyyət  var  ki,  mömindən 
başqa heç kəsdə tapılmaz, ibadətin əvvəli hesab olunan sükut (lazımsız 
və faydası olmayan sözlərdən), Allahdan ötrü təvazö, hər zaman və hər 
bir halda Allahı yad etmək və kasıbçılığa səbr etmək.” 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə