Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə40/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   36   37   38   39   40   41   42   43   ...   100

 
119 
◘Rəiyyətə və əlaltılarına qarşı xoşniyyət və tamahsız ol və pəhrizkar 
ol ki, ədalətlə davrana biləsən. 
 
◘Elə  bir  dövr  gələr  ki,  hakimiyyət  yalnız  dava-dalaş  və  zülmlə  əldə 
olunar.  Sərvət  yalnız  simicliklə  cəm  olunar.  Dostluq  yalnız  dostun 
istəklərini qəbul etmək və dini göstərişləri tərk etməklə müyəssər olar. 
Hər  kim  ki,  bu  dövrə  yetişib  sərvət  toplamağa  qüdrəti  olduğu  halda 
kasıbçılığa razı olsa, qeyri-şəri yolla izzət sahibi olmaq imkanı olduğu 
halda  bundan  imtina  etsə  və  müəyyən  şəxslərin  məhəbbətini  cəlb 
etməkdənsə  onların  qəzəbinə  üstünlük  versə,  Allah-mütəal  ona  əlli 
siddiqin  əcrini  (savabını)  əta  edər.  (Siddiq  o  şəxslərə  deyilir  ki, 
peyğəmbərlərin  danışığını  təsdiq  edir  və  öz  rəftarlarını  onların 
davranışları ilə uyğunlaşdırırlar.) 
 
◘Hər  kəs  ki,  uzun  ömür  sürmək  istəyirsə  sübh  tezdən  yemək  yesin, 
yüngül paltar geyinsin və qadınlarla az yaxınlıq etsin. 
 
◘Ümid  bəsləmədiyin  şeyə  intizarında  olduğun  şeydən  daha  çox 
ümidvar  ol.  Musa  (ə)  yoldaşı  üçün  od  götürməyə  getdi,  Allah  onunla 
danışdı və onu peyğəmbərliyə seçdi. Səba şəhərinin mələkəsi Süleyman 
peyğəmbərlə (ə) görüşməyə getdi, ona iman gətirdi və azğınlıqdan nicat 
tapdı.  Fironun  cadugərləri  onun  səltənətini  qüvvətləndirmək  məqsədi 
ilə getdilər, Allaha əqidə ilə geri döndülər. 
 
◘Kumeylə  vəsiyyətində  buyurur:  “Bu  qəlblər  qabdır.  Hamısından 
yaxşısı  tutumu  çox  olanıdır.  Dediklərimi  yadında  saxla!  İnsanlar  üç 
dəstədir: Allahpərəst alimlər, nicat yolun yolçusu olan elm öyrənən və 
hər hansı sədanın dalınca getsə də, hər hansı bir küləyin ardında əssə də 
elm  nuru  əldə  edə  bilməyən  və  möhkəm  bir  dayağa  söykənməyən 
dəyərsiz axmaq. Ey Kumeyl! Elm maldan üstündür. Elm səni qoruyur, 
malı  isə  sən  qoruyursan.  Bəxşiş  və  əliaçıqlıq  malı  azaldır,  elmi  isə 
artırır.  Alim  hökmü  icra  edəndir,  mal  da  hökmün  məcrası.  Alimlə 
dostluq  etmək  dinin  bir  hissəsidir  və  Allah  bu  iş  müqabilində  insana 
savab  verir.  Elm  dünyada  camaatın  itaətinə,  öləndən  sonra  yaxşı  ada 
səbəb  olar.  Ey  Kumeyl!  Sərvət  yığanlar  yaşasalar  da  ölüdürlər,  elm 
tələbində  olanlar  isə  ölümdən  sonra  da  yaşayırlar.  Onların  bədənləri 
gözlərin  önündən  gedirsə  də  görkəmləri  və  qiyafələri  qəlblərdə 
mövcuddur.  Ah!  Ah!  Bura  (mübarək  sinəsinə  işarə  edərək  buyurdu) 
elmlə  doludur.  Kaş  liyiqli  kəslər  tapaydım  ki,  onu  qəbul  edəydilər. 
Lakin  elə  insanlara  düçar  olmuşam  ki,  ya  tez  öyrənirlər,  lakin  arxayın 
kəslər  deyillər,  dindən  dünya  işləri  üçün  istifadə  edirlər,  Allahın 


 
120 
hökmlərindən  onun  bəndələri  ilə  mübarizədə  istifadə  edirlər,  Allahın 
nemətlərindən  onların  (həmin  nemətlərin)  ziddinə  istifadə  edirlər, 
yaxud da  elə  insanlardırlar ki,  haqq  əhli müqabilində  ramdırlar,  amma 
kordurlar,  görmürlər  və  bəsirət  sahibi  deyillər.  Kiçicik  şübhə  olduqda 
şəkkə  düşürlər.  Nə  birinci  dəstənin  təlimdən  ötrü  ləyaqəti  var,  nə  də 
ikinci  dəstənin.  Üçüncü  bir  dəstə  də  var  ki,  yalnız  istəklərinə  nail 
olmaqdan  ötrü  çalışırlar.  Öz  cilovlarını  şəhvətlərinə  tapşırıblar.  Onlar 
mal-dövlət  dəlisidirlər  ki,  dinin  hörmətini  saxlamırlar  və  adamlıqları 
yoxdur, özləri də dördayaqlılar kimidirlər. Bəli! Elmin yoxluğu belədir! 
Alim  ki,  olmadı  elm  öləcək.  Lakin  belə  deyil  ki,  yer  Allahın 
hüccətindən xali olsun. Hər bir əsr və zamanda elə kəslər var ki, sayları 
azdır,  lakin,  Allah  yanında  olan  qədir-qiymətləri  çox.  Bunlar  haqqın 
nişanələrinin  keşikçiləridir.  Allah  Özünün  aşkar  dəlillərini  onlar 
vasitəsilə qoruyar və beləliklə, onlar da digər hüccətlərə çatdırar, həmin 
toxumları  onların  pak  qəlblərinə  səpərlər.  Onların  elmi  işlərin 
həqiqətindən  agahdır  və  onlar  yəqin  ruhuna  malikdirlər.  Çətinliklər 
əyyaşların nəzərincə çətin, lakin onlar üçün asandır. Ağılsızlardan ötrü 
qorxu və dəhşətə səbəb  olan şeylər onlar üçün üns və ülfət vasitəsidir. 
Bədənləri dünyadadır, lakin ruhları isə ən ali məkanlardadır. Bunlar yer 
üzərində Allahın canişinləri və dinin mübəlliğləridirlər. Ah! Ah! Onları 
necə də görmək istəyirəm! Allah məni də, səni də bağışlasın. İndi isə, 
əgər istəyirsənsə qalxa bilərsən. 
◘Alimin üç nişanəsi var: Elm, səbr və sükut. 
SƏKKİZİNCİ FƏSİL 
İmam Sadiqdən (ə) nəql olunan hədislər 
◘Üç kəs hesabsız behiştə daxil olar: Ədalətli rəhbər, doğrucul tacir və 
əziz  ömrünü  Allaha  itaətdə  keçirən  qoca.  Üç  kəs  də  ki,  hesabsız 
cəhənnəmə varid olar: Zülümkar rəhbər, yalançı tacir və zinakar qoca. 
 
◘Qiyamət  günü  Allah  mömindən  üç  şeyin  hesabını  çəkməz:  Yediyi 
yeməyin,  geyindiyi  paltarın  və  həyatı  boyu  ona  kömək  edən  və  onu 
haramdan qoruyan qadının. (Əlbəttə, bunların halaldan olduğu halda.) 
 
◘Üç kəs Qiyamət günündə Allahın ərşinin kölgəsində olar. Biri odur 
ki,  başqalarına  qarşı  insaflı  olsun.  Digəri  odur  ki,  Allahın  razı  olub-
olmadığını bilmədiyi bir işdən ötrü heç bir addım atmır. Üçüncüsü isə 
odur  ki,  nə  qədər  ki,  bir  eyibi  özündə  aradan  qaldırmayıb,  başqalarını 
həmin  eyibə  görə  qınamaz.  Belə  bir  kəs  özünün  hər  hansı  bir  eyibini 
aradan  qaldıran  kimi  digər  bir  eyibi  gözünə  görünür  və  beləliklə,  başı 


 
121 
həmişə  öz  eyiblərinə  qarışmış  olur  və  başqalarının  eyiblərini 
axtarmaqla məşğul olmur. 
 
◘Üç iş var ki, əgər mömin onları öyrənsə ömrü uzun, neməti davamlı 
olar.  Soruşdular:  “Bu  üç  iş  nədir?”  Buyurdu:  “Namazın  ruku  və 
səcdələrini uzatmaq, qonağı olan zaman süfrə başında çox oturmaq və 
ailə ilə xoşrəftar olmaq.” 
 
◘Üç  kəs  Qiyamət  gününün  haqq-hesabı  qurtarana  qədər  Allaha 
hamıdan yaxın olar. Birincisi qəzəblənən zaman əlində qüdrət olduğuna 
baxmayaraq  əlaltılarına  zülm  etməyən,  digəri  iki  nəfər  arasında 
vasitəçilik edən zaman zərrə qədər də tərəfkeşlik etməyən, üçüncüsü isə 
zərər, yaxud xeyir görəcəyinin fərqinə varmadan haqqı deyəndir. 
 
◘Elə  ki,  Allah  qorxusundan  və  günahlarını  yad  etməklə  bədənin 
titrədi,  gözünün  yaşı  töküldü  və  ürəyin  qorxdu,  bu  halı  qənimət  bil, 
çünki məqsədin yaxındır. 
 
◘Bir kişinin ki, paxıllığı, həsədi və qorxusu var, onun imanı yoxdur. 
Mömin nə qorxaqdır, nə həris nə də simic. 
 
◘Hər kəsdə üç xüsusiyyət olsa Allah istədiyi hər xüsusiyyətinə görə 
ona  bir  hurul-eyn  nəsib  edər.  Birincisi  budur  ki,  qəzəbini  uda  bilsin, 
ikincisi odur ki, Allah yolunda döyüşərkən aldığı qılınc yaralarına səbr 
etsin,  üçüncüsü  isə  odur  ki,  əlinə  haram  mal  düşsə  Allaha  görə  onu 
yeməsin. 
 
◘Mənim üç kəsə ürəyim  yanır (və bunun  yeri də var): Zillətə düşən 
əziz, dilənçiyə çevrilən dövlətli, axmaqlar və öz ailə üzvləri tərəfindən 
təhqir olunan və alçaldılan alim. 
 
◘Allah  üç  şəxsi  özünə  düşmən  bilir;  zülmkar  dövlətlini,  zinakar 
qocanı və malı olan lakin təkəbbürlük üzündən onu Allah yolunda sərf 
etməyən kəsi. 
 
◘Hər kəsin dili düz desə, əməli pak olsa və xoşniyyət olsa Allah onun 
ruzisini  bol  edər.  Hər  kəs  də  ki,  ailəsi  ilə  xoş    davransa  Allah  onun 
ömrünü uzadar. 
 
◘Dünyaya  bel  bağlayan  hər  bir  kəs  üç  şeyə  mübtəla  olar:  Sonsuz 
qüssəyə, həyata keçməyən arzuya və qət olmayan ümidə. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə