Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə36/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   32   33   34   35   36   37   38   39   ...   100

 
107 
◘İbn  Abbas  deyir  ki,  bir  gün  Peyğəmbər  (s)  Kəbə  evinə  nəzər  salıb 
buyurdu: “Afərin sənə! Nə böyük əzəmət və ehtirama maliksən! Lakin 
möminin  hörməti  Allah  qarşısında  səndən  daha  artıqdır.  Allah  sənə 
qarşı  bir  ehtiram  vacib  bilib,  lakin  möminə  qarşı  üç  ehtiram;  canı 
möhtərəmdir,  malı  da  möhtərəmdir  və  onun  barəsində  bəd  gümanda 
olmaq qadağandır.” 
 
◘Hər kəs Allahı tanısa ağzını haram sözlərdən qoruyar, qarnını haram 
yeməkdən  saxlayar  və  bədənini  də  namaz  və  oruc  vasitəsilə  əziyyətə 
salar. 
 
◘Qonşu  üç  cürdür;  Bəzisinin  bir  haqqı  var,  bəzisinin  iki  haqqı, 
bəzisinin  də  üç  haqqı.  Birinci  qonşu  müşrikdir,  ikincisi  biganə 
müsəlman, üçüncüsü isə müsəlman qohum-əqraba. 
 
◘Hər kəsdə üç xüsusiyyət olsa Allah ona Öz pənahında yer verər və 
Öz  rəhmətini  onun  üçün  genişləndirər.  Soruşanda  ki,  bu  hansı 
xüsusiyyətlərdir.  Buyurdu:  “Nemət  zamanı  şükür,  qüdrət  zamanı  əfv, 
üçüncüsü isə qəzəblənən vaxt soyuqqanlı olmaq.” 
 
◘İmanın  ləzzətini  o  kəs  dadar  ki,  Allahın  allahlığını,  İslamın 
həqqaniyyətini və Məhəmmədin (s) peyğəmbərliyini qəbul etsin. 
 
◘Üç  kəsin  əcri  (mükafatı)  iki  qatdır.  Biri  Məhəmmədə  (s)  iman 
gətirən  əhli-kitabdır.  (yəhudi  və  ya  xristian),  digəri  Allahın  və  öz 
sahibinin haqqını yerinə yetirən qulam, üçüncüsü isə bir yataqda yatdığı 
kənizi gözəl tərbiyələndirib azad edən, daha sonra onunla evlənən kişi. 
 
◘Üç  kəs  Qiyamət  günü  Allahın  ərşinin  kölgəsində  qərar  tutar;  adil 
rəhbər, müntəzəm olaraq azan verən (və onu tərk etməyən) müəzzin və 
gün ərzində Qurandan iki yüz ayə oxuyan kəs. 
 
◘Sənin  dostun  üç  kəsdir;  öz  dostun,  dostunun  dostu  və  düşməninin 
düşməni. Düşmənin də üç nəfərdir; öz düşmənin, dostunun düşməni və 
düşməninin dostu. 
 
◘Allah-təala buyurur: “Əgər bir bəndəmi xəstəliyə düçar etsəm və o 
da  bir  kəsə  şikayət  etməsə  onun  bədəninin  ətini,  dərisini  və  qanını 
əvvəlkindən  daha  yaxşısı  ilə  əvəz  edərəm.  Əgər  həmin  halda  ölsə 
Mənim rəhmətimə qovuşar, yox əgər yaşasa günahlarını bağışlayaram.” 
 


 
108 
◘Əql üç qismdir. Hər kim hamısına sahibdirsə əqli kamildir. Hər kəs 
də  heç  birinə  sahib  deyilsə  ağılsızdır.  Onlar  bunlardır;  Allahı  doğru-
dürüst tanımaq, Ona yaxşı itaət etmək və vəzifəni yerinə yetirən zaman 
gözəl səbr etmək. 
 
◘Üç şey işlərin ən üstünüdür; camaata qarşı insaflı olmaq, əldə olan 
mal-dövləti müsəlman qardaşlarla bölüşmək və hər bir halda Allahı yad 
etmək. 
 
◘Üç  günah  var  ki,  onun  cəzasını  elə  dünyadaca  verərlər,  axirətə 
saxlamazlar;  ata-anaya  əziyyət  vermək,  camaata  zülm  etmək  və 
yaxşılıq müqabilində pislik etmək. 
 
◘Üç  şeyi  çox  yad  edin  ki,  bəla  və  müsibətlər  sizə  asan  görünsün; 
ölüm, qəbirdən çıxarılacaq vaxt və haqq-hesabdan ötrü Allah qarşısında 
dayanacağın gün. 
ALTINCI FƏSİL 
Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər 
◘Üç şey insanı xarab edər; əhd-peyman sındırmaq, sünnəyə müxalif 
olmaq  və  müsəlmanlardan  uzaq  gəzmək.Üç  şey  də  insanın  nicat 
tapmasına səbəb olar; dili saxlamaq, günahlardan ötrü ağlamaq və fitnə 
zamanı evdə oturmaq. 
 
◘Üç  dəstə  insan  var  ki,  sən  onlara  əziyyət  etməsən  də  onlar  sənə 
əziyyət verərlər; (ləyaqətsiz) qadınlar, nökərlər, alçaqlar. (Ona görə ki, 
bunlar  rəftar  qaydalarında  orta  həddə  deyillər  ki,  başqalarının  da 
hüquqlarını  qorusunlar.  Bunlar  o  kəsə  oxşayırlar  ki,  vurmaq  və  ya 
öldürmək qəsdi ilə digərlərinə hücum edir, tərəf müqabili də məcburdur 
ki, ya vurub öldürsün, ya da ki, döyülüb öldürülsün.) 
 
◘Behiştdə  elə  bir  dərəcə  var  ki,  həmin  dərəcəyə  adil  rəhbər, 
qohumlarına yaxşılıq edən və səbirli ailə sahibi çatar. 
 
◘Qiyamət  günü  üç  gözdən  başqa  bütün  gözlər  ağlayar;  Allah 
qorxusundan  ağlayan  göz,  naməhrəmə  baxmaqdan  yumulan  göz  və 
Allah yolunda gecə yatmayan göz. 
 
◘Həzrət  Əliyə  (ə)  buyurub:  “Qorxaqla  məşvərət  etmə,  çünki  yolu 
səndən ötrü çətinləşdirər. Simic insanla da məşvərət etmə, çünki o, səni 


 
109 
məqsədinə  çatmağa  qoymaz.  Həris  insanla  da  məşvərət  etmə  ki,  səni 
hərisliyə  və  tamahkarlığa  sövq  edər.  Bil,  ey  Əli!  Qorxu,  simiclik  və 
hərislik (tamah) üçün də Allaha qarşı  bədgüman  olmaqda xülasələnən 
bir  qərizədir.  (yəni,  Allaha  qarşı  bədgüman  olmaq  bu  üç  xüsusiyyətin 
mənşəyidir.) 
 
◘Üç  xüsusiyyət  var  ki,  hər  kəsdə  olsa  o,  imanın  bütün  sifətlərinə 
malikdir;  xoşhal  olan  zaman  batil  işlərə  meyl  etməsin,  qəzəbli  olan 
zaman Allahın qoyduğu hüdudları aşmasın və qüdrətli olduğu zaman da 
öz həddini aşmasın. 
 
◘Üç  nəfər  var  ki,  Qiyamət  günü  Allah  onlarla  danışmaz,  onları 
günahlardan paklaşdırmaz və onlara dərdli-qəmli əzab verər. Biri odur 
ki,  təkcə  dünyadan  ötrü  hər  hansı  bir  rəhbərə  beyət  etsin  və  sonradan 
əgər  məqsədinə  çatarsa  əhdinə  əməl  etsin,  yox  əgər  çatmazsa 
peymanından  boyun  qaçırsın.  Digəri  odur  ki,  qaranlıqda  hər  hansı  bir 
malı  satarkən  and  içərək  müştərini  aldatsın  və  müştəri  də  ona  inanıb 
həmin malı alsın. Üçüncüsü isə odur ki, biyabanda yol gedərkən suyu 
ola-ola yoldaşlarından gizlətsin. 
 
◘Ehsan və  yaxşılığın əvəzi hər bir ibadətin mükafatından tez verilər 
və  zülmün  cəzası  da  hər  bir  günahın  cəzasından  tez  çatar.  Təkcə  bu 
eyib  kifayət  edər  ki,  sənin  özündə  ola-ola  onu  özündə  görməyib 
başqalarında  görəsən,  camaatı  özünün  tərk  edə  bilmədiyin  naliyiq 
əmələ  görə  danlayasan  və  yoldaşını  bihudə  sözlər  və  səmərəsiz  işlər 
vasitəsilə yorub ona əziyyət verəsən. 
 
◘Mənim  əhli-beytimi  sevməyən  şəxs  bu  üç  naqislikdən  hansınasa 
sahibdir;  münafiqdir,  ya  haramzadədir  (yəni,  haram  yolla  dünyaya 
gəlib), ya da nütfəsi heyz halında bağlanıb. 
 
◘Üç haldan  başqa gecə oyaq qalmaq yaxşı deyil; Quran oxumaqdan 
ötrü, elm öyrənməkdən ötrü və toy vaxtı. 
 
◘Üç  dua  şübhəsiz  qəbuldur;  məzlumun  duası  (yəni,  zalım  barəsində 
etdiyi nifrin), müsafirin duası (əlbəttə, halal və səhih bir işdən ötrü səfər 
edən şəxsin duası) və ata-ananın övlad barəsində etdikləri dua. 
 
◘Dünyanın bəzəyi üç şeydir; mal, övlad və qadın. Axirətin də zinəti 
üç  şeydir;  elm,  pəhriz  və  sədəqə.  Bədənin  də  yaraşığı  üç  şeydir;  az 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə