Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə33/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   29   30   31   32   33   34   35   36   ...   100

 
98 
qəmi  dağıdan  kəslər,  ikincisi  mənim  sünnəmi  diri  saxlayanlar, 
üçüncüsü isə mənə çoxlu salavat göndərənlər.” 
 
◘Mənim  ümmətimin  ən  fəzilətli  olanları  üç  dəstə  insandır.  Biri  elm 
kəsb  etməklə  məşğul  olanlar;  onlar  Allahın  dostlarıdır.  İkincisi  döyüş 
meydanının əsgərləri; onlar Allahın sevimli bəndələridir. Üçüncüsü isə 
öz  qolları  gücünə  ruzi  qazananlardır  ki,  onlar  da  Allahın  xalis 
dostlarıdır. 
 
◘Qiyamət  günü  üç  dəstə  insan  şəfaət  edər;  peyğəmbərlər,  alimlər, 
şəhidlər.  Alimlərin  rütbəsi  peyğəmbərlərdən  aşağı,  şəhidlərdən 
yuxarıdır. 
 
◘Hər  kəs  üç  xüsusiyyətə  malik  olsa  imanın  şirinliyini  dadar.  Biri 
budur ki, Allah və peyğəmbərini hamıdan çox sevsin. İkincisi budur ki, 
hər  hansı  bir  bəndəyə  qarşı  sırf  Allaha  görə  məhəbbət  bəsləsin. 
Üçüncüsü  budur  ki,  iman  gətirdikdən  sonra  küfrə  qayıtmağa  elə  nifrət 
etsin ki, sanki oda daxil olur. 
 
◘Allah  hər  kəsdən  daha  çox  üç  nəfərə  nifrət  edir.  Biri  Allahın 
hərəminə qarşı ehtiramsızlıq edib oranın hörmətini sındıran, ikincisi hər 
hansı  bir  müsəlmandan  cahiliyyətə  xas  olan  davranış  tələb  edən, 
üçüncüsü isə qanını tökməkdən ötrü günahsız insanı təqib edən kəs. 
 
◘Üç yerdən öz ehtiyacınızı ödəməkdən ötrü (ayaqyolu kimi) istifadə 
etməyin ki, camaatın lənətinə düçar olarsınız; suyu içməli olan yerdən, 
yolun  ortasından  bir  də  kölgəlikdən  yaxud,  ağac  (və  ya  meyvə 
ağacının) kölgəliyindən, (çünki belə kölgəlikdə adətən, dincəlirlər.) 
 
◘Üç  kəs  Allahın  himayəsindədir  (yaxud,  Allah  üç  kəsdən  ötrü 
zamindir).  Onlardan  biri  Allaha  xatir  döyüş  meydanına  gedən  şəxsdir. 
Həmin  şəxs  öldürülüb  behiştə  gedənə  qədər,  yaxud  da  savab  və 
düşməndən  ələ  keçirdiyi  qənimətlə  öz  vətəninə  dönənə  qədər  Allahın 
nəzarəti altında olar. 
İkincisi  məscidə  tərəf  gedən  şəxs,  üçüncüsü  isə  Allah  evinə  salamat 
daxil olan şəxsdir. 
 
◘Gecə namazını tərk etməyin ki, o, sabiq ləyaqətli insanların adətidir. 
O,  Allaha  yaxınlaşmağa,  günahların  bağışlanmasına  və  insanın 
günahdan çəkinməsinə səbəb olar. 
 


 
99 
◘Allah  üç  kəsdən  çox  razıdır;  biri  gecənin  bir  aləmi  namaz  qılan, 
digəri camaat namazı sıralarında duran, üçüncüsü İslam döyüşçülərinin 
arasında döyüşdə iştirak edən. 
 
◘Yalan  yalnız  üç  yerdə  caizdir;  qadının  razılığından  ötrü,  döyüş 
meydanında və (küsülülərin arasını) düzəltməkdən ötrü. 
 
◘Qiyamət  günü  Allah  tərəfindən  bəndəyə  xitab  olunar:  “Ey  Adəm 
oğlu!  Mən  xəstələndim  nə  üçün  Mənə  baş  çəkmədin?”  Cavab  verilər: 
“Pərvərdigara! Sən Aləmlərin rəbbi olduğun halda mən sənə necə baş 
çəkim?”  Buyurar:  “Məgər  bilmədin  ki,  mənim  filan  bəndəm 
xəstələnmişdi?  Nə  üçün  onu  ziyarət  etmədin?  Məgər  bilmirdinmi  ki, 
onu ziyarət etsəydin Məni onun yanında görərdin?  
Ey  Adəm  oğlu!  Mən  səndən  yemək  istədim,  nə  üçün  vermədin?” 
Deyər: “İlahi! Sən hamının Allahı olduğun halda mən necə Sənə yemək 
verə bilərdim?” Buyurar: “Filan fəqir səndən yemək istədi, nə üçün ona 
vermədin?  Məgər  bilmirdinmi  ki,  ona  yemək  versəydin,  indi  həmin 
yeməyi  Mənim  yanımda  görəcəkdin?  (Sanki,  yeməyini  mənə  vermiş 
kimi idin?) 
“Ey Adəm oğlu! Mən səndən su istədim nəyə görə vermədin?” Yenə 
də bəndə həmin sualı təkrar edər. Cavab gələr:  “Filan bəndə susuz idi 
və  səndən  su  istədi,  sən  isə  vermədin.  Məgər  bilmirdinmi  ki,  ona 
verdiyin suyu indi Mənim yanımda tapacaqdın?” 
 
◘İşlərin  ən  yaxşısı  üçdür;  varlı  olduğun  halda  təvazökarlıq  etmək, 
qüdrətli  olduğun  halda  əfv  və  güzəşt  etmək  və  minnətsiz  bəxşiş 
vermək. 
 
◘Mən  Qiyamət  günü  üç  kəsə  düşmən  münasibəti  bəsləyərəm.  Biri 
odur  ki,  Mənim  adımla  bir  adama  aman  verib  sonra  xəyanət  edər. 
Digəri  odur  ki,  azad  bir  şəxsi  qul  kimi  satıb  pulunu  yeyər.  Üçüncüsü 
odur ki, fəhləni işlədib pulunu verməz. 
 
◘Üç  kəsdən  başqa  heç  kəsə  dilənmək  rəva  deyil.  Biri  odur  ki, 
öhdəsində  diyə  (qan  bahası)  var,  onu  ödəməkdə  acizdir  və  məqsədi 
həmin miqdarda caamatdan pul yığmaqdır. İkincisi odur ki, mal-dövləti 
əlindən çıxıb və nə qədər ki, əlinə kifayət qədər pul gəlməyib müəyyən 
qədər  camaatdan  yığa  bilər.  Üçüncüsü  odur  ki,  səfalət  və  yoxsulluğa 
düçar olub və qohum-əqrəbasından da üç nəfər aqil şəxs onun bu hala, 
bu  vəziyyətə  düşməsini  təsdiq  edir.  Bu  halda  həmin  şəxsin  dilənməyi 
caizdir. 


 
100 
 
◘Əbuzərə  buyurub:  “Təfəkkür  və  düşünmə  vasitəsilə  qəlbini  diri  və 
ayıq saxla, yuxunu azalt və öz Allahından qorx. 
 
◘Üç  şey  hafizəni  qüvvətləndirər  və  bəlğəmi  aradan  aparar,  Quran 
oxumaq, bal və kündür çeynəmək. 
 
◘Əql üç hissədən ibarətdir. Hər kim bunların üçünə də sahib olsa aqil 
hesab  olunur,  əks  təqdirdə  ağılsızdır;  Allahı  düzgün  tanıma,  ona  yaxşı 
itaət etmək və Ona qarşı xoş güman bəsləmək. 
 
◘Hər kim dünyaya məhəbbət şərbətini içsə və ürəyini bu fani aləmə 
bağlasa  üç  bəlaya  mübtəla  olar;  əzab-əziyyət  gətirən  məşğuliyyət, 
sonsuz arzular, çarəsiz hərislik. 
 
◘Üç şey insana nicat bəxş edər və üç şey də insanı həlak edər. Nicat 
verən  şeylər bunlardır; gizlində və aşkarda Allahdan qorxmaq, fəqirlik 
və  varlılıq  arasında  olan  orta  həddə  yaşamaq,  qəzəb  və  xoşhallıq 
zamanı  mötədil  vəziyyətdə  olmaq.  Həlak  edən  şeylər  isə  bunlardır; 
simiclik  və  ona  tabe  olmaq,  həvəs  (nəfsin  istəkləri)  və  onun  ardınca 
getmək və xudpəsəndlik (özünübəyənmək). 
 
◘Qiyamət  günü  üç  kəs  Allahın  ərşinin  kölgəsində  qərar  tutar.  Biri 
odur  ki,  dəstəmazı  pozulan  kimi  (yaxud,  ayaqyolundan  çıxan  kimi) 
dərhal yenidən dəstəmaz alır, digəri odur ki, gecə qaranlığında məscidə 
gedir, üçüncüsü isə odur ki, acları doyurur. 
DÖRDÜNCÜ FƏSİL 
Sünni və şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər 
◘İbadət  edənlər  üç  dəstədir.  Bir  qismi  Allahdan  qorxduqları  üçün 
ibadət  edirlər.  Belə  ibadət  qulların  ibadətidir.  Bir  qismi  də  öz 
əməllərinin  mükafatını  almaq  tamahı  ilə  ibadət  edirlər.  Bu  ibadət  də 
muzdurların  ibadətidir.  Üçüncü  qisim  isə  ixlas  üzündən  Allaha 
məhəbbət  bəslədiklərindən  ötrü  ibadət  edirlər.  Bu  ibadət  azad  və  hürr 
insanların ibadəti və bu ibadətlərin ən əfzəlidir. 
 
◘Hər kəs günah zillətindən xaric olsa itaət izzətinə daxil olar.  Allah 
onu heç bir malı olmadan ehtiyacsız edər, heç bir qoşunu olmadan qalib 
edər, heç bir qohum-əqrabası olmadan əziz (izzət sahibi) edər. 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə