Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə34/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   30   31   32   33   34   35   36   37   ...   100

 
101 
◘Bir gün öz səhabələrindən soruşdu: “Nə haldasız?” Dedilər: “Allaha 
iman  və  etiqad  halındayıq.”  Buyurdu:  “İmanınızın  əlaməti  nədir?” 
Dedilər:  “Bəla  zamanı  səbirli,  rifah  halında  şükür  edən  və  Allahın 
təqdirinə razıyıq.” Buyurdu: “Bəli, And olsun Kəbənin Allahına ki, siz 
möminsiniz!” 
 
◘Allaha  qarşı  məhəbbət  və  eşq  bəsləmək  mərifətin  əsası  doğru-
düzgünlük,  yəqinin  nəticəsi  və  ən  üstün  yəqin  Allahın  təqdirinə  razı 
olmaqdır. 
 
◘İşlər  üç  növdür:  Bəziləri  mütləq  hidayət  və  irşaddır.  Bu  işlərin 
ardınca  get.  Bəziləri  mütləq  azğınlıq  və  zəlalətdir.  Bunlardan  özünü 
qoru!  Müəyyən  qismi  də  ixtilaflıdır.  Onları  Allaha  tapşır  və  onlar 
barəsində özündən rəy vermə. 
 
◘Allah  üç  şeyi  sizin  üçün  bəyənib  və  üç  şeyi  bəyənməyib.  Bəyənib 
ki,  Ona  pərəstiş  edəsiniz  və  heç  bir  şeyi  Ona  şərik  qoşmayasanız, 
hamılıqla  ilahi  ipə  sarılıb  bir-birinizdən  ayrılmayasınız  və  sizin  üçün 
təyin  etdiyi  rəhbərlərə  qarşı  xeyirxah  olasınız.  Bunun  qarşısında 
bəyənməyib ki, ixtilaf və qarışıqlıq salasınız, çox üz vurasınız (ondan-
bundan çox xahiş edəsiniz) və mal-mülkü zay edəsiniz. 
 
◘Allah  ehtiyacsız  tanınmayan  (adı  məşhur  olmayan)  pəhrizkar 
bəndəni sevir. (Ehtiyacsız odur ki, tamah əlini heç kəsə tərəf açmasın, 
tanınmayan odur ki, yersiz şəhvətlərdən uzaq gəzsin.) 
 
◘İmanın  faydası  üç  şeydir;  Allah  yolunda  dostluq  etmək,  Allah 
yolunda düşmənçilik etmək, Allahdan utanaraq günah etməmək. 
 
◘Kərəm  və  alicənablıq  təqvadan,  şərəf  tavazödən,  Allah  qarşısında 
təslim olmaq isə yəqindən irəli gəlir. 
 
◘Peyğəmbər  (s)  Cəbraildən  soruşdu:  “Məlaikələr  də  gülüb-
ağlayırlarmı?” Dedi: “Bəli. Üç nəfərə təccüblənib gülürlər və üç nəfərə 
də  mərhəmət  və  ürəyiyananlıq  edib  ağlayırlar.  Güldükləri  kəslərdən 
birincisi odur ki, bütün gün ərzində pis-pis danışır, axşam olanda da elə 
ki,  işa  namazını  qılır,  yenə  boş-boş  və  lazımsız  söhbətlərə  başlayır  bu 
zaman  məlaikələr  ona  gülüb  deyirlər:  “Ey  bixəbər!  Səhərdən  axşama 
qədər doymadın, indi doyacaqsan?!”  
İkincisi  əlinə  bel  və  külüng  götürüb  torpağını  şumlamaqdan  ötrü  öz 
tarlasına  gedən  tamahkar  kəndlidir.  O,  öz  payını  artırmaq  məqsədilə 


 
102 
qonşu  tarla  ilə  öz  tarlasını  ayıran  torpaq  sahəsini  də  belləyib  öz 
sahəsinə  qatmaq  istəyərkən  məlaikələr  ona  gülüb  deyərlər:  “Bu 
genişlikdə  torpaqdan  gözün  doymadı,  bu  kiçik  hissədən  doyacaq?!” 
Üçüncüsü  özünü  naməhrəm  kişilərdən  örtməyən  qadın  barəsindədir. 
Elə ki, ölən zaman onu kəfənə büküb qaranlıq və gözlərdən gizlin olan 
yerə  –  qəbirə  qoyarlar,  məlaikələr  gülüb  deyərlər:  “Rəğbətə  səbəb 
olduğu zaman onu gizlətmirdiniz, indi gizlədirsiniz?! Halbuki, indi ona 
yalnız nifrət və ikrah olunar. 
Məlaikələrin  ağladıqları  kəlsər  isə  bunlardır:  Biri  elm  ardınca 
gedərkən  yolda  ölən  qəribdir.  İkincisi  övladları  olmayan  və  ömürləri 
boyu  övlad  həsrəti  ilə  yaşayan  yaşlı  kişi  və  qadındır.  Elə  ki,  yaşlı 
çağlarında  övladları  olar,  onlar  sevinər  ki,  bu  yaşımızda  bizim 
xidmətimizdə durar, öləndən sonra da bizi dəfn edər. Həmin vaxt həmin 
övladları ata-anasından qabaq dünyasını dəyişər. Məlaikələr ata-anadan 
qabaq  həmin  övladın  halına  ağlayarlar.  Üçüncüsü  gecənin  bir  aləmi 
oyanıb  (yuxulu  olduğu  üçün)  anasının  yoxluğundan  xəbəri  olmayan, 
ağlayaraq  onun  dalınca  getmək  istəyən  yetimdir.  O,  ağlayan  zaman 
dayə  onun  üstünə  acıqlanıb  deyər:  “Nə  ağlayırsan?!”  Həmin  an 
anasının olmamağı uşağın yadına düşər və ümidsiz halda susar. Həmin 
vaxt məlaikələr onun qəribliyinə ağlayarlar. 
 
◘Münafiqin (ikiüzlü) üç əlaməti var; qəlbi ilə dili düz gəlmir, danışığı 
ilə əməli müxalifdir və aşkarı ilə gizlini bir-birindən fərqlənir. Paxılın 
da  üç  əlaməti  var;  dalca  (pis  sözlər)  danışar,  üzdə  yaltaqlanar,  adama 
müsibət və bəla üz verən zaman isə sevinib şad olar. 
 
◘Allah-təala  üç  qadını  qəbir  əzabından  amanda  saxlayıb  Qiyamət 
günü  Fatimeyi  Zəhra  (ə)  ilə  məhşur  edər.  Həmin  qadınlar  bunlardır; 
ərinin  əli  aşağı  olan  zaman  səbr  edən  (və  ondan  ayrılmayan)  qadın, 
ərinin bəd əxlaqına səbr edib ondan boşanmayan qadın və mehriyyəsini 
ərinə bağışlayan qadın. 
 
◘Üç  xüsusiyyət  var  ki,  bunlar  behişt  əhlinin  sifətlərindəndir  və 
alicənab  insanlardan  başqa  heç  kəs  bunlara  malik  olmaz.  Həmin 
xüsusiyyətlər bunlardır: Pislik edənə yaxşılıq etmək, zülm edənə güzətş 
etmək və təvəqqösü olmayan adama bəxşiş vermək. 
 
◘Üç  kəs  Allahın  ərşinin  kölgəsindədir.  Biri  odur  ki,  qohumları  ilə 
xoşrəftar  olar.  İkincisi  əri  öləndən  sonra  ikinci  dəfə  ərə  getməyərək 
onun  yetim  qalmış  uşaqlarını  tərbiyələndirməklə  məşğul  olan  qadın. 
Üçüncüsü isə yoxsula və ya əsirə yemək verən kişi. 


 
103 
 
◘Əbləhin  üç  əlaməti  var;  günah,  qonşuya  əziyyət  vermək,  əhd-
peyman  sındırmaq.  Zöhdün  (zahidliyin)  də  üç  əlaməti  var;  pis 
yoldaşdan  uzaq  gəzmək,  yalandan  çəkinmək  və  günahı  tərk  etmək. 
Bədbəxtin  də  üç  əlaməti  var;  haram  tikə  yemək,  alimlərdən  uzaq 
gəzmək  və  əlinin  altında  işləyənlərə  rəhm  etməmək.  Ağıllı  insanın  da 
üç  əlaməti  var;  dünyanı  tərk  etmək,  camaatın  əziyyətinə  dözmək, 
çətinliklər zamanı səbr etmək. 
 
◘Həzrət  Əliyə  (ə)  buyurub:  “Xoşbəxt  insanın  üç  əlaməti  var;  öz 
vətənində  halal  ruzi,  alimlərlə  yoldaşlıq  və  beş  ədəd  gündəlik  vacibi 
namazları camaatla qılmaq. Bədbəxt adamın da üç əlaməti var; haram 
yemək, alimlərdən uzaq gəzmək və namazı tək qılmaq.” 
 
◘Qəlblər  üç  növdür;  dünyaya  bağlı  olan  qəlb,  axirət  tələbində  olan 
qəlb və Allaha aşiq olan qəlb. Dünyaya bağlı olan qəlb daim çətinlik və 
bəla  içərisində  olar.  Axirət  tələbində  olan  qəlb  uca  dərəcələrə  çatar. 
Allaha  aşiq  olan  qəlbin  də  ki,  həm  dünyası  var,  həm  axirəti,  həm  də 
Allahı. 
 
 
 
 
 
 
 
 
 
BEŞİNCİ FƏSİL 
Digər tərzdə olan hədislər 
◘Allah-təala  Peyğəmbərə  (s)  vəhy  edib  buyurdu:  “Ey  Məhəmməd! 
Dünyada  Məndən  ötrü  sevimli  olan  üç  şey  var;  şakir  qəlb,  zakir  qəlb, 
bəla və müsibətlər qarşısında sabir olan bədən.” 
 
◘Başqa bir hədisdə də var ki, Allah  Öz bəndələrində üç xüsusiyyəti 
sevir; imkan və qüdrət daxilində bəxşiş, günahdan peşman olan zaman 
ağlamaq, fəqirlik və yoxsulluq zamanı səbr etmək. 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə