Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə39/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   35   36   37   38   39   40   41   42   ...   100

 
116 
 
◘Bir  hədisdə  nəql  olunur  ki,  Osman  öldürüldükdən  sonra  və  xilafət 
həzrət Əliyə (ə) çatan zaman bir səhra ərəbi imamın (ə) hüzuruna gəlib 
dedi: “Ey Əmirəlmöminin! Üç xəstəliyə düçar olmuşam: bədən ağrıları, 
kasıbçılıq  və  avamlıq.”  Həzrət  (ə)  buyurdu:  “Ey  qardaş!  Bədəninin 
xəstəliyindən  ötrü  gərək  təbibə  müraciət  edəsən,  kasıbçılığından  ötrü 
isə  kərəm  sahibinə.  Cəhalət  xəstəliyindən  ötrü  də  ki,  gərək  alimə 
müraciət  edəsən.”  Dedi:  “Ey  Əmirəlmöminin,  sən  həm  təbibsən,  həm 
kərimsən, həm alim.” Həzrət (ə) göstəriş verdi ki, beytül-maldan ona üç 
min dirhəm pul versinlər və buyurdu: “Min dirhəmi bədənin müalicəsi 
üçün,  min  dirhəmi  fəqirliyindən  ötrü  və  min  dirhəmi  də 
savadlanmağından ötrü xərclə.” 
 
◘Bir nəfər Əlini (ə) qonaq dəvət etdi. Həzrət (ə) buyurdu: “Bir şərtlə 
ki,  üç  işdən  ötrü  öhdəçilik  qəbul  edəsən:  Evində  olmayan  bir  şey  alıb 
hazırlamayasan,  nəyin  var  əsirgəməyəsən  və  ailənə  sıxıntı 
verməyəsən.” Ərz etdi: “Qəbul etdim.” Həzrət də qəbul etdi. 
 
◘İbn Bəbaveyh həzrətdən (ə) müfəssəl bir hədis  nəql edib. Münasib 
məqam olduğuna görə biz də onun bir hissəsini nəql edirik: “Məsciddə 
Əli  (ə)  buyurdu:  “Nə  qədər  ki,  sizin  aranızdan  getməmişəm,  hər  nə 
istəyirsiniz məndən soruşun.” Məscidin axırından bir kişi qalxıb yaxına 
gəldi  və  ərz  etdi:  “Ey  Əmirəlmöminin,  məni  elə  bir  işə  hidayət  et  ki, 
onu  yerinə  yetirsəm  Allah  mənə  oddan  nicat  versin.”  Buyurdu:  “Ey 
kişi! Qulaq as, düzgün başa düş və yəqinin olsun. Dünyanın davamı üç 
kəsin  varlığından  asılıdır:  Elminə  əməl  edən  bəlağətli  nitqi  olan  alim, 
dövlətinin 
müəyyən 
hissəsini 
müsəlmanların 
istifadəsindən 
əsirgəməyən varlı və fəqirliyinə qarşı səbirli və dözümlü olan kasıb. Elə 
isə əgər alim öz elmini yaymadı, dövlətli simiclik etdi və kasıb səbrini 
əlindən verdi, həlakət zamanı çatmışdır. Həmin zaman Allahı tanıyanlar 
dövranın geri getdiyini, küfrün yenidən meydana gəldiyini dərk edərlər. 
Həmin  dövrdə  məscidlərin  çoxluğuna,  bədənlərin  yaxın,  qəlblərinsə 
uzaq olduğu cəmiyyət çoxluğuna aldanma! 
İnsanlar  üç  dəstədir:  Mömin,  hövsələli  və  dünyaya  həris.  Mömin  nə 
dünyanın ona üz tutmasından sevinər, nə də ondan üz döndərməsindən 
qəmgin  olar.  Hövsələli  adamın  ürəyində  dünya  təmənnası  var,  lakin 
əlinə gələndən gözünü çəkməyi də bilir. Çünki dünya malının axırının 
nə  olduğunu  bilir.  Lakin  hərisin  heç  bir  qorxusu  yoxdur  ki,  dünya 
malını  halaldan  əldə  edib,  ya  haramdan.”  Soruşdu:  “Həmin  dövrdə 
möminin  əlaməti  nədir?”  Buyurdu:  “Diqqətlə  baxar,  Allahın  göstəriş 


 
117 
verdiyi hər bir hökmü yerinə yetirər, Onun razılığına xilaf olan işlərdən 
isə özünün xoşu gəlsə də çəkinər.” Doğru dedin, ey Əmirəl-möminin.” 
Həmin kişi “doğru dedin, ey Əmirəl-möminin” deyib qeyb oldu. Nə 
qədər  axtardılarsa  da  onu  tapmadılar.  Həzrət  təbəssüm  etdi  və  dedi: 
“Kimin dalınca gəzirsiniz? Bu mənim qardaşım Xızr idi.” 
 
◘Əmirəl-möminin (ə) buyurur: “Üç şey insanı əldən salar: Kasıbçılıq, 
qorxu  və  qəm-qüssə.  Üç  şey  də  ruhu  dirildər:  alimlərin  söhbəti, 
dostlarla görüş və heç bir sıxıntı olmadan güzəran keçirmək.” 
 
◘Bütün  xeyirlər  üç  şeydə  cəm  olub:  Təfəkkür,  sükut  və  danışıqda. 
Lakin  təfəkkür  ibrətalma  olmazsa  heçdir,  fikir  və  düşüncəsiz  sükut 
qəflətdir və Allahın zikri olmazsa danışıq da faydasızdır. 
 
◘Allah  üç  nəfərin  qazancından  bərəkəti  götürüb:  İnsan  satanın,  dişi 
inək kəsib satanın və ağac kəsənin. 
 
◘Üç  halda  dostunun  haqqını  yerinə  yetirməyənə  dost  demək  olmaz: 
Çarəsizlik halında, qeybəti olunan zaman və ölümündən sonra. 
 
◘Biz  vəzifəyə  təyin  olunmuş  sülaləyik:  Gərək  acları  doyuraq, 
miskinlərə kömək edək və camaat yuxuya gedəndə də namaz qılaq. 
 
◘Allah yanında hamıdan üstün ol, öz gözündə hamıdan pis. Camaatın 
nəzərində isə bu ikisindən biri kimi ol. 
 
◘Abdullah  ibn  Məsud  o  həzrətdən  nəql  edir:  “Allahın  vacibatını 
yerinə yetir ki, hamıdan daha abid olasan, günahları tərk et ki, hamıdan 
daha  zahid  olasan  və  Allahın  qismətinə  razı  ol  ki,  hamıdan  daha  artıq 
ehtiyacsız olasan. 
 
◘Hər kəsə  yaxşılıq etsən onun sərvərisən, hər kəsə ehtiyacın olmasa 
onunla bərabərsən və hər kəsdən öz ehtiyacını istəsən onun əlaltısısan. 
 
◘Üç  şey  hafizəni  qüvvətləndirər  və  bəlğəmi  aradan  aparar:  Misvak, 
oruc və Quran oxumaq. 
 
◘Dünya aldadar, ziyan verər və keçib gedər. 
 


 
118 
◘Ey  elm  tələbində  olan!  Hər  bir  şeyin  nişanəsi  həmin  şeyin 
(varlığının)  şahididir.  Dinin  əlaməti  üç  şeydir:  İman,  Allaha  etiqad, 
məlaikələr və peyğəmbərlər. 
 
◘Elmin  üç  nişanəsi  var:  Allahı  tanımaq,  Allahın  istədiyi  şeyləri 
tanımaq və Onun istəmədiklərini tanımaq. 
 
◘Əməlin də üç nişanəsi var: Namaz, oruc və zəkat. 
 
◘Mənliyi olmayan şəxsin üç əlaməti var: Özündən üstün olan şəxslə 
mübahisə  və  höcət  edər,  bilmədiyi  sözü  danışar  və  heç  vaxt  çata 
bilməyəcəyi şeylərin ardınca gedər. 
 
◘Münafiqin üç əlaməti var: Dili qəlbindən fərqlidir, danışığı əməli ilə 
düz gəlmir və gizlini aşkarı ilə uyğun deyil. 
 
◘Zülmkarın üç əlaməti var: Özündən böyüyün göstərişinə itaət etməz 
əlaltılarını  sıxışdırar  və  zülümkarlara  kömək  edər.  Riyakarın  da  üç 
əlaməti  var:  Təklikdə  tənbəl  və  süst,  camaat  arasında  isə  fərəhli  və 
gümrahdır  və  camaatın  xoşladığı  hər  bir  işi  böyük  həvəslə  yerinə 
yetirər. 
 
◘Qafilin üç əlaməti var:  İnsanı oyadan şeylərə diqqət  yetirməz, başı 
həmişə qarışıq olar və unutqan olar. 
 
◘Allahın  hər  gecə  üç  qoşunu  olur.  Birinci  qoşun  ataların  belindən 
anaların  rəhminə  daxil  olur,  ikincisi  rəhmlərdən  dünyaya  gəlir, 
üçüncüsü isə dünyadan axirətə köçür. 
 
◘Dünya üç gündür. Onun dünənində olan hər bir şey keçib gedir və 
heç  vaxt  qayıtmır.  Bu  gününü  gərək  qənimət  biləsən.  Sabahına  da  ki, 
məlum deyil çatacaqsan ya yox. Dünən ədəb öyrədən həkimdir. Gərək 
onun təcrübəsi bu günü işıqlandırsın. Bu gün vida halında olan dostdur. 
Sabahsa, sadəcə olaraq, bir arzudur. Ona da ki, bəlkə çata bildin. 
 
◘Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xüsusiyyətləridir. 
Yəni, kibr, qorxu və simiclik. Bu xüsusiyyətlər qadında olarsa onun öz 
iffətini  və  ərinin  malını  qorumasına,  kişidə  olarsa  onun  bədbəxtliyinə 
və geridə qalmışlığına səbəb olar. 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə