116
◘Bir hədisdə nəql olunur ki, Osman öldürüldükdən sonra və xilafət
həzrət Əliyə (ə) çatan zaman bir səhra ərəbi imamın (ə) hüzuruna gəlib
dedi: “Ey Əmirəlmöminin! Üç xəstəliyə düçar olmuşam: bədən ağrıları,
kasıbçılıq və avamlıq.” Həzrət (ə) buyurdu: “Ey qardaş! Bədəninin
xəstəliyindən ötrü gərək təbibə müraciət edəsən, kasıbçılığından ötrü
isə kərəm sahibinə. Cəhalət xəstəliyindən ötrü də ki, gərək alimə
müraciət edəsən.” Dedi: “Ey Əmirəlmöminin, sən həm təbibsən, həm
kərimsən, həm alim.” Həzrət (ə) göstəriş verdi ki, beytül-maldan ona üç
min dirhəm pul versinlər və buyurdu: “Min dirhəmi bədənin müalicəsi
üçün, min dirhəmi fəqirliyindən ötrü və min dirhəmi də
savadlanmağından ötrü xərclə.”
◘Bir nəfər Əlini (ə) qonaq dəvət etdi. Həzrət (ə) buyurdu: “Bir şərtlə
ki, üç işdən ötrü öhdəçilik qəbul edəsən: Evində olmayan bir şey alıb
hazırlamayasan, nəyin var əsirgəməyəsən və ailənə sıxıntı
verməyəsən.” Ərz etdi: “Qəbul etdim.” Həzrət də qəbul etdi.
◘İbn Bəbaveyh həzrətdən (ə) müfəssəl bir hədis nəql edib. Münasib
məqam olduğuna görə biz də onun bir hissəsini nəql edirik: “Məsciddə
Əli (ə) buyurdu: “Nə qədər ki, sizin aranızdan getməmişəm, hər nə
istəyirsiniz məndən soruşun.” Məscidin axırından bir kişi qalxıb yaxına
gəldi və ərz etdi: “Ey Əmirəlmöminin, məni elə bir işə hidayət et ki,
onu yerinə yetirsəm Allah mənə oddan nicat versin.” Buyurdu: “Ey
kişi! Qulaq as, düzgün başa düş və yəqinin olsun. Dünyanın davamı üç
kəsin varlığından asılıdır: Elminə əməl edən bəlağətli nitqi olan alim,
dövlətinin
müəyyən
hissəsini
müsəlmanların
istifadəsindən
əsirgəməyən varlı və fəqirliyinə qarşı səbirli və dözümlü olan kasıb. Elə
isə əgər alim öz elmini yaymadı, dövlətli simiclik etdi və kasıb səbrini
əlindən verdi, həlakət zamanı çatmışdır. Həmin zaman Allahı tanıyanlar
dövranın geri getdiyini, küfrün yenidən meydana gəldiyini dərk edərlər.
Həmin dövrdə məscidlərin çoxluğuna, bədənlərin yaxın, qəlblərinsə
uzaq olduğu cəmiyyət çoxluğuna aldanma!
İnsanlar üç dəstədir: Mömin, hövsələli və dünyaya həris. Mömin nə
dünyanın ona üz tutmasından sevinər, nə də ondan üz döndərməsindən
qəmgin olar. Hövsələli adamın ürəyində dünya təmənnası var, lakin
əlinə gələndən gözünü çəkməyi də bilir. Çünki dünya malının axırının
nə olduğunu bilir. Lakin hərisin heç bir qorxusu yoxdur ki, dünya
malını halaldan əldə edib, ya haramdan.” Soruşdu: “Həmin dövrdə
möminin əlaməti nədir?” Buyurdu: “Diqqətlə baxar, Allahın göstəriş
117
verdiyi hər bir hökmü yerinə yetirər, Onun razılığına xilaf olan işlərdən
isə özünün xoşu gəlsə də çəkinər.” Doğru dedin, ey Əmirəl-möminin.”
Həmin kişi “doğru dedin, ey Əmirəl-möminin” deyib qeyb oldu. Nə
qədər axtardılarsa da onu tapmadılar. Həzrət təbəssüm etdi və dedi:
“Kimin dalınca gəzirsiniz? Bu mənim qardaşım Xızr idi.”
◘Əmirəl-möminin (ə) buyurur: “Üç şey insanı əldən salar: Kasıbçılıq,
qorxu və qəm-qüssə. Üç şey də ruhu dirildər: alimlərin söhbəti,
dostlarla görüş və heç bir sıxıntı olmadan güzəran keçirmək.”
◘Bütün xeyirlər üç şeydə cəm olub: Təfəkkür, sükut və danışıqda.
Lakin təfəkkür ibrətalma olmazsa heçdir, fikir və düşüncəsiz sükut
qəflətdir və Allahın zikri olmazsa danışıq da faydasızdır.
◘Allah üç nəfərin qazancından bərəkəti götürüb: İnsan satanın, dişi
inək kəsib satanın və ağac kəsənin.
◘Üç halda dostunun haqqını yerinə yetirməyənə dost demək olmaz:
Çarəsizlik halında, qeybəti olunan zaman və ölümündən sonra.
◘Biz vəzifəyə təyin olunmuş sülaləyik: Gərək acları doyuraq,
miskinlərə kömək edək və camaat yuxuya gedəndə də namaz qılaq.
◘Allah yanında hamıdan üstün ol, öz gözündə hamıdan pis. Camaatın
nəzərində isə bu ikisindən biri kimi ol.
◘Abdullah ibn Məsud o həzrətdən nəql edir: “Allahın vacibatını
yerinə yetir ki, hamıdan daha abid olasan, günahları tərk et ki, hamıdan
daha zahid olasan və Allahın qismətinə razı ol ki, hamıdan daha artıq
ehtiyacsız olasan.
◘Hər kəsə yaxşılıq etsən onun sərvərisən, hər kəsə ehtiyacın olmasa
onunla bərabərsən və hər kəsdən öz ehtiyacını istəsən onun əlaltısısan.
◘Üç şey hafizəni qüvvətləndirər və bəlğəmi aradan aparar: Misvak,
oruc və Quran oxumaq.
◘Dünya aldadar, ziyan verər və keçib gedər.
118
◘Ey elm tələbində olan! Hər bir şeyin nişanəsi həmin şeyin
(varlığının) şahididir. Dinin əlaməti üç şeydir: İman, Allaha etiqad,
məlaikələr və peyğəmbərlər.
◘Elmin üç nişanəsi var: Allahı tanımaq, Allahın istədiyi şeyləri
tanımaq və Onun istəmədiklərini tanımaq.
◘Əməlin də üç nişanəsi var: Namaz, oruc və zəkat.
◘Mənliyi olmayan şəxsin üç əlaməti var: Özündən üstün olan şəxslə
mübahisə və höcət edər, bilmədiyi sözü danışar və heç vaxt çata
bilməyəcəyi şeylərin ardınca gedər.
◘Münafiqin üç əlaməti var: Dili qəlbindən fərqlidir, danışığı əməli ilə
düz gəlmir və gizlini aşkarı ilə uyğun deyil.
◘Zülmkarın üç əlaməti var: Özündən böyüyün göstərişinə itaət etməz
əlaltılarını sıxışdırar və zülümkarlara kömək edər. Riyakarın da üç
əlaməti var: Təklikdə tənbəl və süst, camaat arasında isə fərəhli və
gümrahdır və camaatın xoşladığı hər bir işi böyük həvəslə yerinə
yetirər.
◘Qafilin üç əlaməti var: İnsanı oyadan şeylərə diqqət yetirməz, başı
həmişə qarışıq olar və unutqan olar.
◘Allahın hər gecə üç qoşunu olur. Birinci qoşun ataların belindən
anaların rəhminə daxil olur, ikincisi rəhmlərdən dünyaya gəlir,
üçüncüsü isə dünyadan axirətə köçür.
◘Dünya üç gündür. Onun dünənində olan hər bir şey keçib gedir və
heç vaxt qayıtmır. Bu gününü gərək qənimət biləsən. Sabahına da ki,
məlum deyil çatacaqsan ya yox. Dünən ədəb öyrədən həkimdir. Gərək
onun təcrübəsi bu günü işıqlandırsın. Bu gün vida halında olan dostdur.
Sabahsa, sadəcə olaraq, bir arzudur. Ona da ki, bəlkə çata bildin.
◘Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xüsusiyyətləridir.
Yəni, kibr, qorxu və simiclik. Bu xüsusiyyətlər qadında olarsa onun öz
iffətini və ərinin malını qorumasına, kişidə olarsa onun bədbəxtliyinə
və geridə qalmışlığına səbəb olar.
Dostları ilə paylaş: |