128
Dilini haqq və doğru söz danışmağa adət etdir ki, haqq əhli olasan,
çünki dili hər nəyə adət etdirsən ona da alışar. Dil hər hansı bir yaxşı və
ya pislə tanış olsa onu da tələb edəcək. Buna görə də bax ki, nəyə adət
edirsən.”
◘Hər zaman üç mömin başqa bir mömin qardaşlarının yanına
getsələr, elə bir mömin ki, ondan onlara qarşı heç bir şər və məkrli iş
baş verməz, həmin məclisdə hər nə dua etsələr Allah cavab verər, bir
şey istəsələr Allah əta edər, artırılacaq bir nemət istəsələr Allah artırar,
əgər bir şey istəməsələr duasız Allah onlara inayət edər. (Yəni,
möminlərin ictiması bəyənilib və cəm halda etdikləri dua da qəbul
olunmağa çox yaxındır.)
◘Hər kim ki, sənin əlindən üç dəfə qəzəbləndi və sənə heç bir pis söz
demədi, onunla dost olmaq planı barədə fikirləş.
◘Camaatla tanışlığını azalt, tanışların barəsində də özünü elə apar ki,
sanki onları tanımırsan. Əgər yüz nəfər dostun olsa onun doxsan
doqquzunu kənara qoy, birindənsə kənar gəz. (Əlbəttə, bunların
əksəriyyəti fasid zəmanə əhlindən və haqdan uzaq olanlardan olarsa.)
◘Möminin kamalı üç şey vasitəsi ilə məlum olar; bəsirət, hadisələr
müqabilində səbr və yaşayışda müəyyən ölçülərə riayət etmək.
◘Üç kəsin əməlini Allah yüksəltməz: Müharibədən qaçmış bəndə
(fərari), əri ondan qəzəbli olan qadın və mütəkəbbir.
◘Üç şey hər bir dövrdə çətin tapılandır; Allah yolunda qardaşlıq edən
şəxs, din işlərində əri ilə həmkarlıq edən ləyaqətli qadın və (atasının
meylləri ilə müvafiq olan) rəşid övlad. Hər kim bu üç nemətdən birini
əldə etsə dünya xeyrinə və uca bir bəxtə sahib olub.
◘Üç xüsusiyyət var ki, hər kəsdə olmazsa onda xeyir olmasını ümid
etmək olmaz; Allahdan xəlvətdə qorxmaq, qoca yaşında günah
etməkdən qayıtmaq və eyiblərdən utanmaq.
◘Qiyamət günü üç gözdən başqa bütün gözlər ağlayar; harama
baxmayan göz, Allaha itaət yolunda yatmayan göz və gecənin bir aləmi
Allah qorxusundan ağlayan göz.
129
◘Üç şey var ki, əgər mömin onları öyrənsə ömrünün uzanmasına və
nemətlərin davamlı olmasına səbəb olar; namazın rüku və səcdələrini
uzatmaq, qonağı olan zaman süfrəsinin başında oturmağını uzatmaq və
ailəsinə və qohumlarına ehsan və yaxşılıq etmək.
◘Haramzadənin üç əlaməti var; pis yoldaşlıq, zinaya meyl və biz
Əhli-beytlə (ə) düşmənçilik.
◘Təqva üç cürdür. Biri Allah yolunda Allaha xatir olan təqva. Bu
nəinki şübhəli şeylərdən, hətta halallardan da çəkindirən təqvadır. Bu
təqva sırf xalis təqvadır. İkincisi Allah xatirinədir. Bu nəinki
haramlardan, hətta şübhəli şeylərdən də çəkindirən təqvadır. Bu təqva
xalis təqvadır. Üçüncüsü əzabdan və oddan qorxmaqdan irəli gələn
təqvadır. Yəni, yalnız haramlardan çəkindirən təqva. Bu ümumi
camaata aid olan təqvadır. Təqva axar çaya bənzəyir. Yuxarıda qeyd
olunan dərəcələr də həmin çayın kənarında əkilmiş rəngarəng ağaclar
kimidir. Bu ağacların hamısı bir yerdən su içirlər, lakin bunların
həqiqəti, lətafəti, meyvələrinin dadı müxtəlifdir. İnsanların da
faydalanmağı onlar kimidir.
◘Şiələr üç dəstədir; sevimli dostlar - bunlar bizdəndirlər; bizi öz
zinətləri qərar verənlər–əlbəttə, biz də onların zinətiyik; üçüncüsü bizi
qazanc və iş vasitəsi qərar verənlər. Hər kəs bizi özü üçün alət etsə
bədbəxt olar.
◘Bizim şiələri üç şeylə yoxlayın. Birincisi namaz vaxtı ilə. Baxın
görün namaz vaxtına dəqiq yanaşırlar, ya yox. İkincisi sirr saxlamaları
ilə. Baxın görün, sirlərini bizim düşmənlərimiz qarşısında açırlar, ya
yox. Üçüncüsü maliyyə işlərində. Baxın görün, öz mallarını mömin
qardaşları ilə bölüşürlər, ya yox.
ONUNCU FƏSİL
Sair imamlardan (ə) nəql olunan hədislər
◘İmam Riza (ə) buyurur: “Bir gün Əbu Hənifə (Əhli-sünnə
məzhəblərindən birinin imamı) İmam Sadiqin (ə) hüzurundan qayıdırdı.
Yolda Musa ibn Cəfər ilə (ə) rastlaşdı. Ərz etdi: “Oğul! Günah kimin
tərəfindəndir?”
1
(1) Buyurdu: “Bu məsələ üç hal çərçivəsindən xaricdə
1
Bu sual “cəbr və ixtiyar” məsələsi barəsində idi. Bu mövzu əsrlər boyu İslam
mütəkəllimlərinin mübahisəli məsələlərindən biri olmuş, bir qrup mütəkəllim Allaha
layiq olmayan şeylər aid etmiş, bir qrupu da Allahın bəndələrin işlərinə müdaxiləsini
130
deyil: Ya təkcə Allah tərəfindəndir və bəndənin buna heç bir
müdaxiləsi yoxdur. Bu halda Kərim Allahın bəndəni günaha görə
cəzalandırması layiq deyil. Çünki ixtiyar bəndənin əlində olmayıb. Ya
Allahla bəndənin iştirakı ilə baş verib. Yenə də layiq deyil ki, qüvvətli
şərik zəif tərəf müqabilini incitsin. Ya da təkcə bəndə tərəfindəndir.
(Əlbəttə ki, bəndə tərəfindəndir, çünki Allah günaha razı deyil.) Bu
halda əgər Allah bəndəni cəzalandırarsa, bu bəndənin yol verdiyi
nöqsan və səhvlərinə görədir, yox əgər bağışlasa da, bu, Allahın kərim
və bağışlayan olmasına dəlalət edir.
◘Həzrət Riza (ə) buyurub: “Bir kəsdə üç xüsusiyyət olmasa onu
mömin adlandırmaq olmaz; Allahın bəndələrlə davranma üslubu,
Peyğəmbər (s) sünnəsi, imamların (ə) rəftar tərzi. Allahın üslubu
gizlilik və sirr saxlamaqdır. Quranda buyurulur: “(Allah) qeybi
(gizlində olanları) biləndir və sevdiyi peyğəmbərlərdən başqa heç kəsə
də qeybdən bir şey bildirməz.” Peyğəmbərin sünnəsi xoş davranmaqdır.
Allah bu barədə ona göstəriş verib buyurur: “Əfv etməyə adət et, yaxşı
işlər görməyə əmr et və nadan insanlardan çəkin.” İmamların rəftar
tərzi isə müharibə, çətinlik və xəstəlik zamanı səbr etməkdir. Bu barədə
də Allah-təala buyurur: “Bunlardır doğru danışanlar və bunlardır
pəhrizkarlar.”
◘Yeddinci imam (ə) buyurur: “Allaha itaətin kökü üç şeydir; qorxu,
ümid və sevgi. Qorxunun nişanəsi günahı tərk etməkdir. Ümidin
əlaməti ona itaət etməyə meyl etməkdir. Allahı sevməyin əlaməti şövq
və tövbədir.”
◘Həzrət İmam Məhəmməd Təqi (ə) buyurdu: “Məhəbbəti cəlb edəcək
üç şey var; insanlarla ünsiyyət zamanı onlara qarşı insaflı olmaq,
çətinlik zamanında insanlarla həmdərd olub onlara təskinlik, ürək-dirək
vermək, insanlarla üz-üzə gələn zaman pak və sağlam qəlbə malik
olmaq. (Yəni, onlara qarşı heç bir kin-küdurət bəsləməmək.)”
◘Həzrət Baqir (ə) buyurub: “Allah möminə üç imtiyaz bəxş edib;
dünya izzəti, axirət səadəti və zülmkarların qəlbində əzəmət.”
◘Həzrət Baqir (ə) buyurub: “Allahın bir behişti var ki, üç kəsdən
başqa heç kəs ora yol tapa bilməz. Biri odur ki, zərərinə tamamlanacaq
tamamilə inkar etmişdir. Bu ifrat və təfrit müqabilində Əhli-beyt imamları (ə) üçüncü
bir yol bəyan etmişlər. Bu hədisdə də həmin məsələyə işarə olunmuşdur.
Dostları ilə paylaş: |