134
Hikmət sahiblərinin, zahidlərin və s. bu kimilərinin
dediklərindən
◘Loğman öz oğluna buyurub: “Oğul!” İnsan üç hissədən ibarətdir;
Allaha məxsus olan hissə, özünə məxsus olan hissə və qurda məxsus
olan hissə. Allaha aid olan hissə Ona tərəf yüksələcək ruhdur. Öz payı
elmdir ki, ondan ləzzət aparar. Qurdun payı isə bədəndir.”
◘Bir hikmət sahibi deyib: “Dostlar üç dəstədir. Bir dəstə qida kimidir
ki, onlarsız keçinmək olmur. Onlar din qardaşlarıdır. Digər dəstə
dərman kimidir ki, onlara bəzi vaxtlarda ehtiyac duyulur. Üçüncü dəstə
isə heç vaxt dərdə dəymir. Onlar tamahkarlardır.”
◘Bir zahid deyib: “İnsanlar üç dəstədirlər; tamam kişi, yarım kişi,
nakişi. Birincisi odur ki, özünün rəyi var və onun rəyindən istifadə
olunur. İkincisi odur ki, özünün rəy və qərarı yoxdur, lakin nəzər və
təfəkkür sahiblərindən yararlanır və onların yolunu gedir. Nakişi odur
ki, nə özünün rəy və nəzəri var, nə də mütəfəkkirlərdən bəhrələnir.”
◘Digəri deyib: “Dünyanın üç şeyindən başqa heç nə üçün
təəssüflənmirəm. Biri eyiblərimi pərdəsiz mənə göstərən mömin
qardaşır. Digəri uğursuz əyriliyimi düzəldən və nadanlıq etdiyim zaman
mənə xəbərdarlıq edən alim, üçüncüsü isə nə məxluqun minnəti, nə də
Xaliqin qəzəbi olan ruzidir.”
◘Səhl ibn Abdullah deyir: “Bir kəsdə üç xüsusiyyət cəm olmayınca
onun rəhbər olma ləyaqəti yoxdur; camaatla nadan və axmaqcasına
rəftar etməsin, onların nadanlığına göz yumsun və onların mal-
dövlətinə göz dikməsin, əksinə, öz var-dövlətindən onlara versin.”
◘Bir hikmət sahibi deyib: “Əgər bir kəsin vəfalı olub-olmadığını
bilmək istəyirsənsə bax gör dostları onun yadına düşür, ya yox, vətən
həsrəti çəkir, ya yox və keçmişi üçün ağlayır, ya yox.
◘Digəri deyib: “Xoş xasiyyətli olmaq, az danışmaq və mötədil yol
getmək peyğəmbərlərin xüsusiyyətlərindəndir. Bədxasiyyət olmaq, çox
danışmaq (çox danışmaqda məqsəd faydasız və şəriətə zidd olan
sözlərdir)
və
təkəbbürlə
yol
getməksə
bədbəxtlərin
xüsusiyyətlərindəndir.
135
◘Başqa birisi deyir: “Üç şeyin sonu yoxdur; əmniyyət, salamatlıq və
dolanmaq üçün kifayət edəcək qədər ruzi.” (Şübhəsiz, bunlarda məqsəd
budur ki, bu nemətlərin əzəməti ölçüyə gəlmir.)
◘Bir hikmət sahibi deyir: “Heç bir möhtərəm şəxs, üç yerdə padşah
belə olsa, böyüklük etməməlidir; ata-ana qarşısında, axirət işindən ötrü
istifadə etdiyi alimin hüzurunda və qonaq qəbul edən zaman.”
◘İbn Abbas deyir: “Həmsöhbətimin mənim boynumda üç haqqı var:
Üçünü mənə tutsa gözümü üzünə dikərəm, otursa ona yer verərəm,
danışan zaman sözlərinə qulaq asaram. Axmaq həmsöhbət xətərlidir,
ondan uzaqlaşmaq isə uğur və müvəffəqiyyət.
◘İbn Abbas deyir: “Şeytan heç vaxt üç anda etdiyi kimi nalə və
fəryad qopartmayıb; Allahın lənəti gələn zaman və asimandan
qovulanda, Peyğəmbər (s) dünyaya gələndə və birinci ayəsi
“Bismillahir-rəhmanir-rəhim” olan “Fatihə” surəsi nazil olanda.”
◘Qəzali deyir: “Tövbə üç şərtlə qəbul olunar; günahları tərk etməklə,
gələcəkdə də onu tərk etmək qərarına gəlməklə və keçmiş günahları
yumaqla.” (Saleh əməl vasitəsi ilə, yaxud qəzaya verilmiş əməlləri
yerinə yetirməklə və s.)
◘Peyğəmbər (s) bir qrup səhabəsindən soruşdu: “Siz nəsiniz?” (Yəni,
hansı məsləkə xidmət edirsiniz?”) Dedilər: “Möminik!” Buyurdu:
“İmanınızın nişanəsi nədir?” Dedilər: “Çətinlikdə səbr edirik, rifah
halında şükr edirik, qəza və qədərə boyun əyirik.” Buyurdu: “And olsun
Kəbənin rəbbinə siz möminsiniz!”
◘Peyğəmbər (s) buyurub: “Üç həddi-büluğa çatmamış övladını itirən
kişi və üç həddi-büluğa çatmamış övlad dağı görən qadın cəhənnəmdən
amandadırlar.” (Bu şərtlə ki, müsəlman olub müsəlman da dünyadan
getsinlər.)
◘Əbuzər Peyğəmbərdən (s) nəql edir ki, üç həddi-büluğa çatmamış
övladını itirən hər bir müsəlman ata-ananı Allah öz fəzl və kərəmi ilə
behiştə daxil edər.”
◘Müaviyə Xalid ibn Müəmmərdən soruşdu: “Əlini (ə) nəyə görə
sevirdin?” Dedi: “Çünki üç imtiyaza malik idi; qəzəb vaxtı səbirli idi,
danışanda düz danışardı, hökumət və xilafət zamanında ədalətli idi.”
136
◘Həsən Bəsri deyir: “Müaviyə üç iş gördü ki, bu işlər onu həlak etdi;
xilafəti qəsb etdi. Halbuki, xilafətə ondan da layiq Peyğəmbər (s)
səhabəsi var idi. İkincisi, həmişə şərab içib məst olan oğlu Yəzidi
camaata hakim təyin etdi. Üçüncüsü isə ipək paltar geyinir, saz çalırdı
və Ziyadı özünün qardaşı adlandıraraq İraqa hakim təyin etdi.”
◘Bir hikmət sahibi deyir: “Dünyanı üç şeydən birindən ötrü tələb
edirlər; ehtiyacsızlıq, izzət və rahatlıqdan ötrü. Halbuki, izzət dünyadan
üz döndərməkdə, ehtiyacsızlıq qənaətdə, asayiş isə azacıq əziyyət
çəkməyin kölgəsindədir.”
◘Əhnəf ibn Qeys deyir: “Hər kimin mənimlə arası dəysə onunla üç
müamilədən birini edirəm. Əgər böyük adam olsa onun məqamına görə
ehtiram edib yalnız ondan üz döndərirəm. Yox, əgər məndən aşağı olsa
öz abrımı qorumaqdan ötrü onu öz başına buraxıram. Əgər mənimlə
bərabər olsa ona minnət qoyuram.
◘Məhəmməd ibn Simak deyir: “İllərlə var-dövlət dalınca qaçdım. Bir
gün Qarun yadıma düşdü (ki, o qədər var-dövlətinin olmasına
baxmayaraq aqibəti necə oldu!). Gördüm üç şeydən artıq heç nə məni
Allaha yaxınlaşdırmayacaq; pəhrizkar qəlb, doğrudanışan dil və səbrə
adət etmiş bədən.”
◘Yəhya ibn Məaz deyir: “Hərislik şirə bənzəyir. İnsanlar da ona
münasibətdə üç cürdür: Bir dəstəsi onu azad buraxıb. Bunlar
dünyapərəstlərdir. Digər dəstəsi onu bağlayıblar. Bunlar zahidlərdir. Bir
dəstəsi də ki, onun başını kəsib atıb. Bunlar Allahın dostları, o
cümlədən, peyğəmbərlər və onların ardıcıllarıdır.”
◘Keçmişdə insanlar üç şeyi bir-birinə göstəriş verər və
yazışmalarında da bunu qeyd edərdilər; hər kim axirəti üçün çalışsa,
dünyasını Allah yoluna qoyar, hər kim batinini islah edərsə Allah da
onun zahirini gözəlləşdirər və hər kəs də Allahla öz arasını düzəltsə
Allah da onunla camaatın arasını düzəldər.”
◘İbn Abbas deyib: “Zöhd” kəlməsi (ərəb qrafikasına əsasən) 3
hərfdən ibarətdir;
د , ه , ز. «ز» (z) yəni, zadul-məad (yəni, axirət
azuqəsi), «ه» (h) yəni hidayət (dində) və «د» (d) yəni, davamlılıq
(Allaha itaətdə.)”
Dostları ilə paylaş: |