92
məscidlərdə namaz qılarlar. Bunlar bəla qarşısında sipərdirlər. Bunların
bərəkəti sayəsində Allah düşməni dəf edib göydən yağış nazil edər.
And olsun Allaha! Bu tayfa Quran qariləri arasında qırmızı yaqutdan da
az tapılandır.
◘İnsan öz ailəsinə, var-dövlətinə (yaxud, malına) və əməlinə
münasibətdə üç qardaşı olan insana bənzəyir. Ölüm vaxtı o, bir
qardaşına deyər: “Bu çarəsiz vəziyyətimdə sən mənə nə fayda verə
bilərsən?” Deyər: “Mən yalnız sən həyatda olduğun müddətdə sənə
mənfəət verə bilərəm. Hələlik hər nə bəhrə istəsən məndən götür ki,
tezliklə mən başqasına bağlanacağam və sənin xoşlamadığın bir kəs
məni özünə aid edəcək.” Həmin vaxt Həzrət (s) üzünü öz əshabına
tutub dedi: “Bu necə qardaşdır?” Dedilər: “Faydasız qardaş.” Buyurdu:
«Bu mal-dövlətdir.» Sonra o, digər qardaşına deyər: “Bəs sən mənim
bu çətin və şiddətli anımda mənə nə köməklik göstərə bilərsən?” Cavab
verər: “Mən indi sənə şəfqət göstərərəm. Ölümündən sonra isə
bədəninə qüsül verib kəfənə bükərəm və camaatla birgə qəbrə yola
salaram.” Həzrət (s) yenə də soruşdu: “Bəs bu necə qardaşdır?” Cavab
verdilər: “Səmərəsi olmayan qardaş.” Buyurdu: «Bu ailə kimidir.»
Nəhayət, o, üçüncü qardaşdan soruşar: “Bəs sən mənə necə mənfəət
verə bilərsən və ya hansı bəlanı dəf edə bilərsən?” Deyər: “Mən sənin
tənha vaxtlarında yaxın dostun, qorxulu anlarında sənin yoldaşınam.
Qəlbindəki qəm-qüssəni aradan apararam, qəbirdə səni müdafiə
edərəm. Öz son qüdrətimi də sənin üçün sərf edərəm.” Yenə, Həzrət (s)
üzünü əshabına tutub soruşdu: “Bəs bu necə qardaşdır?” Dedilər: “Bu
ən yaxşı qardaşdır.” Buyurdu: “Bu da əməldir.”
◘Bilin ki, zülm üç cürdür. Birincisinin bağışlanmaq qabiliyyəti
yoxdur. İkincisinə göz yummaq mümkün deyil. Üçüncüsünün isə
bağışlanma qabiliyyəti var və sorğu-sual olunmayacaq. Birincisi Allaha
şərik qoşmaqdır. Çünki Quran buyurur: “Allah ona şərik qoşanları
bağışlamaz. (yəni, əgər tövbəsiz dünyadan getsə). Bundan başqa
günahları isə istədiyi şəxsdən ötrü bağışlayar.” İkincisi Allah
bəndələrinə olunan zülmdür. Bu işin aqibəti çox çətindir. Bunun cəzası
bıçaqlamaq, şallaq vurmaq deyil. Bıçaq vurmaq və şallaq vurmaq bu
işin cəzasının yanında heç nədir. Üçüncüsü isə özünə olunan zülmdür.
Bu sair günahlardır ki, onların zərəri insanın özünə qayıdır.
◘Əbuzərə buyurdu: “Hər kəs üç xüsusiyyətlə məhşərə daxil olmasa
ömrünü bada verib.” Əbuzər soruşdu: “O, hansı xüsusiyyətlərdir?”
93
Buyurdu: “İnsanı haramdan çəkindirən təqva, axmaqların nadanlığını
rədd edə bilən əql, camaatla keçinə bilən xasiyyət.
Ey Əbuzər! Əgər hamıdan qüvvətli olmaq istəyirsənsə Allaha
təvəkkül et. Əgər hamıdan hörmətli olmaq istəyirsənsə, pəhrizkar ol.
Əgər hamıdan daha artıq ehtiyacsız olmaq istəyirsənsə Allahın evlərinə
öz qazanıb yığdıqlarından daha çox etibar et.
◘Sədaqətli aşiqin əlaməti üç şeydir: Məhbubla danışmağı camaatla
danışmaqdan daha önəm verir. Onunla yoldaş olmağı başqaları ilə
yoldaşlıq etməkdən üstün tutur. Onun üçün məhbubun razılığı
başqalarının razılığından daha mühümdür.
◘Adəm övladı var-dövləti bəsləyib “sənin malın”, “mənim malım”
deyir. Məgər dövlətdən sənə bunlardan başqa bir şey qalırmı?!; Sədəqə
verirsən sənə qalır, yeyirsən aradan gedir və ya geyirsən cırılır.
◘Üqbə ibn Amir deyir: “Peyğəmbər (s) üç vaxtda müstəhəb namaz
qılmağı və ölünü dəfn etməyi qadağan edib; gün çıxan vaxtdan
günortaya qədər, günortanın əvvəlində, qüruba yaxın vaxtdan qüruba
qədər. (Bu üç vaxtda həm namaz qılmaq məkruhdur, həm də dəfn işi.)
◘Yenə də buyurub: “Üç kəsə Allah Qiyamət günü nəzər salmaz,
onlarla danışmaz və onları dərdli əzab gözləyir. Biri zinakar qoca,
digəri yalançı rəhbər, üçüncüsü isə təkəbbürlü fəqir (ki, öz dini
vəzifələrini yerinə yetirməkdən imtina edir). Bəzi hədislərdə yalançı
rəhbər yerinə yalançı padşah qeyd olunub.
ÜÇÜNCÜ FƏSİL
Peyğəmbərdən (s) olan sünni hədisləri
◘Üç şey qəlbi daşa döndərər: “Şən mahnılara qulaq asmaq, ov etmək
və padşahların yanına gedib-gəlmək.
◘Merac gecəsi gördüm behiştin qapısı üzərinə üç sətir yazılıb. Birinci
sətirdə “Bismillahir-rəhmanir-rəhim, Məndən başqa Allah yoxdur,
rəhmətim qəzəbimi üstələyib.”, ikinci sətirdə “Bismillahir-rəhmanir-
rəhim. Sədəqənin savabı on qat, borcun savabı on səkkiz qat, sileyi-
rəhmin savabı isə otuz qatdır.”, üçüncü sətirdə isə “Hər kəs Mənim
qədir və məqamımı tanısa və Mənim Allahlığım barəsində mərifətə
sahib olsa heç vaxt Məni ruzi barəsində müttəhim etməz. (Yəni, heç
vaxt Mənə qarşı bədgüman olmaz.)
94
◘Həzrət Əliyə (ə) buyurub: “Ey Əli! Sənin Mənə olan nisbətin
Harunun Musaya olan nisbəti kimidir. Fərq yalnız bundadır ki, məndən
sonra peyğəmbər yoxdur. Mən sənə bir tövsiyyə edirəm. Əgər ona əməl
etsən gözəl həyat sürərsən, şəhid olub dünyadan gedərsən və Qiyamət
günü fəqih və alim kimi məhşur olarsan.
Bil ki, möminin üç əlaməti var; oruc, namaz və sədəqə. Münafiqin də
üç əlaməti var; danışığında yalan sözlər işlədər, vədinə əməl etməz və
əmanətə xəyanət edər və moizə ona təsir qoymaz. Riyakarın da üç
əlaməti var; xəlvətdə namazın ruku və səcdələrini kamil şəkildə yerinə
yetirməz, camaat arasında Allaha zikr deyər, tənha olanda Allahı
unudar.
Ey Əli! Zalımın üç əlaməti var; öz əlaltıları ilə sərt və qəzəblə
davranar, bacardığı qədər insanların payından və malından oğurlayar və
onu qorxmadan harda olsa yeyər.
Paxılın da üç əlaməti var; üzdə (üzbəüzdə) yaltaqlıq edər, arxadan
dalca danışar və yersiz şəhadət verər (şahidlik edər).
Tənbəlin də üç əlaməti var; Haqqa itaət etməkdə süstlük göstərər,
ibadətə yüngül yanaşar ki, əldən çıxsın, namazın da vaxtını o qədər
təxirə salar ki, vaxtı keçsin.
Tövbəkarın da üç əlaməti var; günahdan uzaq gəzər, elm əldə etmək
üçün çalışar və süd bir daha döşə qayıtmadığı kimi o da keçmiş
günahlarına qayıtmaz.
Ağıllı insanın da üç əlaməti var; dünyaya qarşı etinasız olar, cövr və
cəfaya qarşı dözümlü, çətinliklərə səbirli olar.
Hövsələli adamın üç əlaməti var; onunla əlaqə kəsən adamla əlaqə
yaradar, (küsənlə barışar) onu məhrum edənə kərəm göstərər və
zülmdən şikayət etməz.
Axmağın üç əlaməti var; dinin vacibatlarında süstlük göstərər, Allah
bəndələrini məsxərə edər, çoxdanışan olar amma, heç, Allaha zikr
deməz.
Dostları ilə paylaş: |