101
◘Bir gün öz səhabələrindən soruşdu: “Nə haldasız?” Dedilər: “Allaha
iman və etiqad halındayıq.” Buyurdu: “İmanınızın əlaməti nədir?”
Dedilər: “Bəla zamanı səbirli, rifah halında şükür edən və Allahın
təqdirinə razıyıq.” Buyurdu: “Bəli, And olsun Kəbənin Allahına ki, siz
möminsiniz!”
◘Allaha qarşı məhəbbət və eşq bəsləmək mərifətin əsası doğru-
düzgünlük, yəqinin nəticəsi və ən üstün yəqin Allahın təqdirinə razı
olmaqdır.
◘İşlər üç növdür: Bəziləri mütləq hidayət və irşaddır. Bu işlərin
ardınca get. Bəziləri mütləq azğınlıq və zəlalətdir. Bunlardan özünü
qoru! Müəyyən qismi də ixtilaflıdır. Onları Allaha tapşır və onlar
barəsində özündən rəy vermə.
◘Allah üç şeyi sizin üçün bəyənib və üç şeyi bəyənməyib. Bəyənib
ki, Ona pərəstiş edəsiniz və heç bir şeyi Ona şərik qoşmayasanız,
hamılıqla ilahi ipə sarılıb bir-birinizdən ayrılmayasınız və sizin üçün
təyin etdiyi rəhbərlərə qarşı xeyirxah olasınız. Bunun qarşısında
bəyənməyib ki, ixtilaf və qarışıqlıq salasınız, çox üz vurasınız (ondan-
bundan çox xahiş edəsiniz) və mal-mülkü zay edəsiniz.
◘Allah ehtiyacsız tanınmayan (adı məşhur olmayan) pəhrizkar
bəndəni sevir. (Ehtiyacsız odur ki, tamah əlini heç kəsə tərəf açmasın,
tanınmayan odur ki, yersiz şəhvətlərdən uzaq gəzsin.)
◘İmanın faydası üç şeydir; Allah yolunda dostluq etmək, Allah
yolunda düşmənçilik etmək, Allahdan utanaraq günah etməmək.
◘Kərəm və alicənablıq təqvadan, şərəf tavazödən, Allah qarşısında
təslim olmaq isə yəqindən irəli gəlir.
◘Peyğəmbər (s) Cəbraildən soruşdu: “Məlaikələr də gülüb-
ağlayırlarmı?” Dedi: “Bəli. Üç nəfərə təccüblənib gülürlər və üç nəfərə
də mərhəmət və ürəyiyananlıq edib ağlayırlar. Güldükləri kəslərdən
birincisi odur ki, bütün gün ərzində pis-pis danışır, axşam olanda da elə
ki, işa namazını qılır, yenə boş-boş və lazımsız söhbətlərə başlayır bu
zaman məlaikələr ona gülüb deyirlər: “Ey bixəbər! Səhərdən axşama
qədər doymadın, indi doyacaqsan?!”
İkincisi əlinə bel və külüng götürüb torpağını şumlamaqdan ötrü öz
tarlasına gedən tamahkar kəndlidir. O, öz payını artırmaq məqsədilə
102
qonşu tarla ilə öz tarlasını ayıran torpaq sahəsini də belləyib öz
sahəsinə qatmaq istəyərkən məlaikələr ona gülüb deyərlər: “Bu
genişlikdə torpaqdan gözün doymadı, bu kiçik hissədən doyacaq?!”
Üçüncüsü özünü naməhrəm kişilərdən örtməyən qadın barəsindədir.
Elə ki, ölən zaman onu kəfənə büküb qaranlıq və gözlərdən gizlin olan
yerə – qəbirə qoyarlar, məlaikələr gülüb deyərlər: “Rəğbətə səbəb
olduğu zaman onu gizlətmirdiniz, indi gizlədirsiniz?! Halbuki, indi ona
yalnız nifrət və ikrah olunar.
Məlaikələrin ağladıqları kəlsər isə bunlardır: Biri elm ardınca
gedərkən yolda ölən qəribdir. İkincisi övladları olmayan və ömürləri
boyu övlad həsrəti ilə yaşayan yaşlı kişi və qadındır. Elə ki, yaşlı
çağlarında övladları olar, onlar sevinər ki, bu yaşımızda bizim
xidmətimizdə durar, öləndən sonra da bizi dəfn edər. Həmin vaxt həmin
övladları ata-anasından qabaq dünyasını dəyişər. Məlaikələr ata-anadan
qabaq həmin övladın halına ağlayarlar. Üçüncüsü gecənin bir aləmi
oyanıb (yuxulu olduğu üçün) anasının yoxluğundan xəbəri olmayan,
ağlayaraq onun dalınca getmək istəyən yetimdir. O, ağlayan zaman
dayə onun üstünə acıqlanıb deyər: “Nə ağlayırsan?!” Həmin an
anasının olmamağı uşağın yadına düşər və ümidsiz halda susar. Həmin
vaxt məlaikələr onun qəribliyinə ağlayarlar.
◘Münafiqin (ikiüzlü) üç əlaməti var; qəlbi ilə dili düz gəlmir, danışığı
ilə əməli müxalifdir və aşkarı ilə gizlini bir-birindən fərqlənir. Paxılın
da üç əlaməti var; dalca (pis sözlər) danışar, üzdə yaltaqlanar, adama
müsibət və bəla üz verən zaman isə sevinib şad olar.
◘Allah-təala üç qadını qəbir əzabından amanda saxlayıb Qiyamət
günü Fatimeyi Zəhra (ə) ilə məhşur edər. Həmin qadınlar bunlardır;
ərinin əli aşağı olan zaman səbr edən (və ondan ayrılmayan) qadın,
ərinin bəd əxlaqına səbr edib ondan boşanmayan qadın və mehriyyəsini
ərinə bağışlayan qadın.
◘Üç xüsusiyyət var ki, bunlar behişt əhlinin sifətlərindəndir və
alicənab insanlardan başqa heç kəs bunlara malik olmaz. Həmin
xüsusiyyətlər bunlardır: Pislik edənə yaxşılıq etmək, zülm edənə güzətş
etmək və təvəqqösü olmayan adama bəxşiş vermək.
◘Üç kəs Allahın ərşinin kölgəsindədir. Biri odur ki, qohumları ilə
xoşrəftar olar. İkincisi əri öləndən sonra ikinci dəfə ərə getməyərək
onun yetim qalmış uşaqlarını tərbiyələndirməklə məşğul olan qadın.
Üçüncüsü isə yoxsula və ya əsirə yemək verən kişi.
103
◘Əbləhin üç əlaməti var; günah, qonşuya əziyyət vermək, əhd-
peyman sındırmaq. Zöhdün (zahidliyin) də üç əlaməti var; pis
yoldaşdan uzaq gəzmək, yalandan çəkinmək və günahı tərk etmək.
Bədbəxtin də üç əlaməti var; haram tikə yemək, alimlərdən uzaq
gəzmək və əlinin altında işləyənlərə rəhm etməmək. Ağıllı insanın da
üç əlaməti var; dünyanı tərk etmək, camaatın əziyyətinə dözmək,
çətinliklər zamanı səbr etmək.
◘Həzrət Əliyə (ə) buyurub: “Xoşbəxt insanın üç əlaməti var; öz
vətənində halal ruzi, alimlərlə yoldaşlıq və beş ədəd gündəlik vacibi
namazları camaatla qılmaq. Bədbəxt adamın da üç əlaməti var; haram
yemək, alimlərdən uzaq gəzmək və namazı tək qılmaq.”
◘Qəlblər üç növdür; dünyaya bağlı olan qəlb, axirət tələbində olan
qəlb və Allaha aşiq olan qəlb. Dünyaya bağlı olan qəlb daim çətinlik və
bəla içərisində olar. Axirət tələbində olan qəlb uca dərəcələrə çatar.
Allaha aşiq olan qəlbin də ki, həm dünyası var, həm axirəti, həm də
Allahı.
BEŞİNCİ FƏSİL
Digər tərzdə olan hədislər
◘Allah-təala Peyğəmbərə (s) vəhy edib buyurdu: “Ey Məhəmməd!
Dünyada Məndən ötrü sevimli olan üç şey var; şakir qəlb, zakir qəlb,
bəla və müsibətlər qarşısında sabir olan bədən.”
◘Başqa bir hədisdə də var ki, Allah Öz bəndələrində üç xüsusiyyəti
sevir; imkan və qüdrət daxilində bəxşiş, günahdan peşman olan zaman
ağlamaq, fəqirlik və yoxsulluq zamanı səbr etmək.
Dostları ilə paylaş: |