104
◘Cəbrail (ə) buyurub: “Mən dünyada üç şeyi sevirəm; yolunu azmışa
(itən şəxsə) yolu göstərmək, zərər çəkmişə kömək, zavallı insanlarla
dostluq edib onlara məhəbbət göstərmək.”
◘Başqa bir hədisdə var ki, Cəbrail (ə) buyurub: “Mən sizin
dünyanızdan üç şeyi sevirəm; yolunu azanları hidayət etmək, qəriblərlə
ülfət yaratmaq və ailə sahibi olan kasıblara kömək göstərmək.”
◘Peyğəmbər (s) buyurub: “Mən sizin dünyanızdan üç şeyi sevirəm;
ətir, qadın və gözümün işığı olan namazı.” (Dünya dedikdə məqsəd
dünyada həyata keçən əməllərdir. Baxmayaraq ki, Allah və axirət qəsdi
ilə yerinə yetirilir.)
◘Mənim dünyada üç işdən xoşum gəlir; yayda oruc tutmaq, (Allah
yolunda) qılınc vurmaq və qonaq qəbul etmək.
◘Mənim üç əməldən xoşum gəlir; məscidə getməkdən, alimlərin
məclisindən və meyyit namazından.
◘Dindən zülal və saf olanları götür (yəni dindən olub-olmadığı
məlum olmayan məsələləri dindən hesab etmə), həyat və yaşayışından
kifayət qədərini götür, zülm və sitəmdən isə uzaq gəz. Çünki ömür qısa,
əməllərin sərrafı isə görəndir.
◘Allah üç şeyi sevir; az danışmaq, az yatmaq və az yemək.
◘Allahın üç şeydən acığı gəlir; çox danışmaq, çox yatmaq və çox
yemək.
Allah-təalanın üç işdən xoşu gəlir; dini vəzifələri yerinə yetirmək,
camaatla təvazökar olmaq və Allah bəndələrinə yaxşılıq etmək.
◘Üç şey peyğəmbərlərin sünnə və qanunlarındandır; təharət və
paklıq, evlənmək və pəhrizkarlıq.
◘Üç şey axmaqlıq əlamətidir; həddindən çox zarafat etmək, lazımsız
şeylərə baş qarışdırmaq, tünd xasiyyətli və acıqlı olmaq.
◘Üç şey cəhənnəm əhlinin xüsusiyyətlərindəndir; təkəbbür,
özünübəyənmə, bədəxasiyyətlik.
105
◘Üç iş dostluq və rəfaqəti xalis və tərtəmiz edər; dostun eyiblərini
ona bildirmək, o, olmayanda onun abır və heysiyyətini qorumaq və
çətinlik zamanı ona yardım göstərmək.
◘Üç kəs Qiyamətdə qorxmaz; xalis mömin, yaxşılığın əvəzini verən,
ədalətli rəhbər.
◘Üç kəslə bədbəxt insanlardan başqa heç kəs müxalifətçilik etməz;
biliyinə əməl edən alim, dərrakəli və düşüncəli aqil və ədalətli rəhbər.
◘Üç kəsdən ötrü qeybət yoxdur (yəni, qeybət üç kəsə aid edilməz);
zalım rəhbər, aşkar fasiq, şərab içən.
◘Qiyamət günü Allah üç kəsə nəzər salmaz, onlarla danışmaz və
onları dərdli əzaba düçar edər. Biri elmindən mal-dövlət cəm etməkdən
ötrü istifadə edən, harama şübhə yaratmaqla əməl edən, (məsələn,
qeybət edir sonra öz qeybətinə bəraət qazandırır, yalan deyir sonra belə
məsləhət olduğunu bildirir və s.) və qonşunun arvadı ilə zina edən.
◘Üç kəs hamıdan birinci behiştə gedər; Allah yolunda şəhid olan kəs,
qul olduğu dövrdə də öz dini vəzifələrini yerinə yetirən qul, ailə sahibi
olan həyalı fəqir.
◘Allah üç kəsi özünə düşmən bilir; biri sədəqə verərkən minnət
qoyan şəxs, ikincisi rifah halında olmasına baxmayaraq simiclik
göstərən şəxs, üçüncüsü isə israfçı fəqir.
◘Üç nəfər hamıdan öncə oda daxil olar; camaata zülm və sitəm
hesabına hakim olan hökmdar, zəkat verməyən varlı, günaha adət edən
yoxsul.
◘Üç vəzifə var ki, bir nəfər də olsun ondan azad deyil; istər kafirlə,
istərsə də müsəlmanla bağlanılan əhd və peymana vəfa etmək, istər
kafir olsun, istərsə də müsəlman ata-anasına yaxşılıq etmək, istər
müsəlman olsun, istərsə də kafir, əmanəti sahibinə qaytarmaq.
◘Hər kəsdə bu üç xüsusiyyət olsa onun imanı kamildir; ilahi
vəzifələri yerinə yetirməkdə camaatın tənəsindən qorxmasın, heç bir
işdə riya və təzahürə yol verməsin, axirət işlərini dünya işlərindən üstün
tutsun.
106
◘Üç iş bütün ibadətlərdən üstündür; nəfslə cihad, həva-həvəsə hakim
olmaq və dünyaya qarşı etinasızlıq.
◘Üç işi təxirə salmaq olmaz; namazın əvvəl vaxtını, meyitin dəfnini
və münasib həyat yoldaşı tapıldıqda evlənməni.
◘Üç kəsin haqqını münafiqdən başqa heç kəs tapdalamaz. Onlardan
biri tüklərini müsəlmançılıqda ağardan qoca, digəri ədalətli rəhbər və
üçüncüsü isə insanları xeyrə dəvət edən kəsdir.
◘Allah-təala üç kəsi hurul-eynlə evləndirər. Onlardan biri camaatın
şahid olmadan ona verdikləri əmanətini qaytaran şəxs, digəri öz qatilini
əfv edən, üçüncüsü isə hər namazdan sonra on dəfə İxlas surəsini
oxuyan şəxsdir.
◘Üç kəsin qeybəti günah sayılmır; aşkar şəkildə günah edən şəxsin,
zülmkar qazinin və dediyi ilə əməli uyğun gəlməyən münafiqin.
◘Təkcə o alimlə oturub-durun ki, sizi üç pis xislətdən üç ali
xüsusiyyətə – təkəbbürdən təvazöyə, etinasızlıqdan xeyirxahlığa və
nadanlıqdan elm və biliyə dəvət etsin.
◘İnsan nəfsini xarab edən üç şeydir; təkəbbür, hərislik və həsəd.
Təkəbbür dini xarab edər, necə ki, şeytanı lənətə düçar etdi. Hərislik
canın düşmənidir və Adəmi behiştdən çıxartdı. Həsəd bədbəxtlik gətirər
və məhz həsəd Qabili Habilin qatili etdi.
◘“Həfat” (تافه), “həfat” (تافح) və “nəfat”) تافن) kişidən Allaha
pənah! Birincisi odur ki, dildə dostdur, qəlbdə düşmən. İkincisi yerli-
yersiz çox danışan adamdır. Üçüncüsü isə deyib əməl etməyəndir.
◘Əvvəli
“Bismillahir-rəhmanir-rəhim”lə
başlayan
dua
geri
qaytarılmaz (əlbəttə ki, sair şərtləri ilə). Mənim ümmətim Qiyamət
günü dillərində “Bismillah” olduğu halda daxil olarlar. Buna görə də
yaxşı əməl tərəzilərinin gözü ağır olar. Deyərlər: “Məhəmməd (s)
ümmətinin əməlləri nə ağır gəlir?!” Peyğəmbərlər cavab verib deyərlər:
“Bu ümmətin hər sözünün əvvəli Allahın üç müqəddəs adı ilə başlanıb
(yəni Allah, Rəhman və Rəhim). Əgər bu adlar tərəzinin bir gözünə,
camaatın günahları isə digər gözünə qoyulsa bu müqəddəs adlar daha
ağır gələr.
Dostları ilə paylaş: |