Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə25/61
tarix18.06.2018
ölçüsü3,41 Mb.
#49706
1   ...   21   22   23   24   25   26   27   28   ...   61

VƏHHABİLİK (8)

ƏMƏLLƏRİ




1. Vəhhabilər necə inkişaf etdilər?

2. İslam aləmində vəhhabilərin rolu və tə᾽siri necə olmuşdur?

Keçən dərslərdə vəhhabilərin öz nəzərləri, eləcə də onların sair müsəlmanların əməl və əqidələri ilə əlaqədar olan fikirləri araşdırılıb tənqid edildi. Vəhhabilər müsəlmanların bir çox əməl və rəftarlarını şirk hesab etdiklərinə görə yarandığı ilk vaxtlardan e᾽tibarən (yə᾽ni, Məhəmməd ibni Əbdül Vəhhabın dövründə) İslami bina və əsərləri məhv edib aradan aparmaq fikrinə düşdülər; bu məqsədlə də müxtəlif şəhərlərə hücum etdilər, müsəlmanlardan çoxunu müşriklikdə təqsirləndirib qılıncdan keçirdilər. Bu dərsdə vəhhabilərin törətdikləri cinayətlər qısa şəkildə şərh olunacaq.

On doqquzuncu dərsdə qeyd olundu ki, Məhəmməd ibni Əbdül Vəhhab Nəcd vilayətinin Dir᾽iyyə şəhərinə daxil olduqda, kiçik Ğuneyzə qəbiləsinin əmiri olan Məhəmməd ibni Səuda bütün Nəcd əyalətinə rəhbər olmaq və᾽dəsi verərək, onu özü ilə həmfikir edə bildi və daha sonra (h.q.1159-də) qonşu qəsəbə və şəhərlərə hücum etdi; uzun-uzadı çarpışmalardan, camaatın kütləvi şəkildə qətlə yetirilməsindən sonra o, Nəcd vilayətinə tam mə᾽nada hakim kəsildi.

Məhəmməd ibni Səud 1179-cu hicri ilində Nəcd əyalətində 30 il hökmranlıq etdikdən sonra öldü və onun oğlu Əbdül Əziz atasının yerinə keçdi. Məhəmmədin ən böyük oğlu olan Əbdül Əziz təqribən 30 il müxtəlif qəbilələrlə vuruşdu və 1208-ci hicri ilində Ehsa və Qüteyd məntəqələrini ələ keçirib Fars körfəzi sahillərinə çatdı. Həmin vaxtlarda yə᾽ni, 1206 ya 1207-ci hicri ilində Məhəmməd ibni Əbdül Vəhhab dünyadan getdi və böyük oğlu şeyx Əbdüllah onun yerinə keçdi.

1207-1214-cü hicri illərində vəhhabi ordusu Məkkəni ələ keçirmək uğrunda Məkkə əmiri Şərif Ğaliblə müharibəyə başladı və nəticədə bu müharibə qarşılıqlı sülhlə sona çatdı.

Əbdül Əziz 1215-ci ildə oğlu Səud və Nəcd əyalətinin köçəri və yerli əhalisi ilə birlikdə Həccə doğru hərəkət etdi, amma yolda özündə ağırlıq hiss edərək Nəcdə qayıtdı və həcc səfərini Səud yerinə yetirdi. O, bu səfərində Əsir, Təhamə, Bəni hərb qəbilələrini özünə müttəfiq edə bildi.


İRAQA HƏMLƏ


Vəhhabilər 1214-cü ildə Nəcəfi-Əşrəfə hücum etdilər, lakin Xəzail ərəblərinin şiddətli müqaviməti ilə qarşılaşdılar və 300 nəfər təlafatla geri çəkilməyə məcbur oldular. 1216-cı ildə də Səud ibni Əbdül Əziz atasının göstərişi ilə Kərbəlaya həmlə etdi və camaatı kütləvi şəkildə qırdı. Vəhhabi yazıçılarından olan Səlahəddin Muxtar yazır: «1216-cı ildə əmir Səud böyük qoşunla Nəcd camaatından və Vəhbub, Hicaz və Təhamənin köçərilərindən bir çoxu ilə İraqa doğru hərəkət etdi; Zilqə᾿də ayında Kərbəlaya çatdı və oranı mühasirəyə aldı. Həmin qoşun şəhərin qala divarlarını dağıdaraq, zorla içəri daxil oldular. Camaatın çoxunu küçədə, bazarda və öz evlərində qətlə yetirdilər və günortaya yaxın şəhərin çoxlu miqdarda qənimət və var-dövlətini ələ keçirərək xaric oldular. Sonra Əbyəz adlı bir yerdə toplaşaraq qənimətləri öz aralarında böldülər.» Vəhhabi tarixçilərindən olan Şeyx Osman ibni Bişr yazır: «Qəbrin (Hüseyn ibni Əlinin məqbərəsinin) günbəzini viran etdilər. Zümrüd, yaqut və sair cəvahiratla bəzədilmiş qəbrin üzərindəki sandığı oğurladılar və şəhərdə mövcud olan mal-dövlət, silah, libas, xalça-palaz, qızıl-gümüş, nəfis Qur᾽anlar və sair şeyləri qarət edərək günorta zamanı şəhərdən çıxdılar. Bu zaman Kərbəla əhalisindən 2000 nəfərə yaxın öldürmüşdülər».

Vəhhabilər 1221-ci ildə Nəcəfi-Əşrəfə həmlə etdilər, amma şəhərin bürcləri, keşikçi postları olduğuna və ətrafa xəndək çəkildiyinə görə, digər tərəfdən camaat və dini tələbələri şeyx Cə᾽fər Kaşiful-ğitanın rəhbərliyi ilə şəhəri müdafiə etdiyinə görə vəhhabilər şəhərə daxil ola bilmədilər, 700 nəfər təlafatla geri çəkilməyə məcbur oldular. Oradan Hilləyə həmlə etdilər. Yenə də camaatın tam hazırlığı və kəskin müqaviməti ilə rastlaşdılar. Bir daha Kərbəlaya hücum etdilər. Bu dəfə Kərbəla camaatı müqavimətə hazırlıqlı idilər. Buna görə də müharibə şəhərdən kənarda baş verdi və Səud öz qoşunu ilə şəhərə daxil olmadan geri qayıtdı. Vəhhabilər bir daha 1225-ci ildə Nəcəf və Kərbəlaya hücum etdilər, bir müddət bu iki şəhəri mühasirədə saxladılar və oraya gələn ziyarətçilərin çoxunun mal-dövlətini qarət edib özlərini də qətlə yetirdilər.


TAİF VƏ MƏKKƏYƏ HÜCUM


Vəhhabi ordusu 1217-ci ildə Əbdül Əzizin göstərişi və Osman Məzayiqinin komandanlığı ilə Taif şəhərinə (Məkkənin 12 fərsəxliyində yerləşir) həmlə etdilər və camaatı kütləvi şəkildə qırdılar. Cəmil Sidqi Zəhavi Taifin fəth olunması barədə belə yazır: «Vəhhabilərin ən çirkin işlərindən biri camaatı kütləvi şəkildə qırmaları idi. Onlar böyüyə kiçiyə rəhm etmədilər, südəmər uşaqların başlarını analarının qucağındaca kəsdilər. Qur᾽an öyrənməyə məşğul bir qrupu öldürdülər, evlərdə bir kəs qalmadığından mağazalara, məscidlərə gedib qarşılarına çıxan hər bir şəxsi, hətta səcdə halında olan namaz qılanları belə öldürdülər. Aralarında çoxlu Qur᾽an, «Səhihi Buxari», «Səhihi Müslüm» və s. fiqh və hədis olan külli miqdarda kitabları küçə-bazara dağıdıb məhv etdilər. Bu hadisə 1217-ci hicri ilində baş vermişdi.»

Bundan sonra vəhhabilər Məkkəyə üz tutdular. Bu dəfə vəhhabi ordusu Səudun rəhbərliyi ilə 1218-ci ilin Məhərrəm ayında Məkkəyə daxil olub oranı işğal etdi. Məkkə əhalisi vəhhabilərin törətdikləri ağır cinayətləri, vəhşicəsinə əməlləri və faciələri eşitdiklərindən həmin faciələrin təkrar olunmaması naminə onun hakimiyyətini qəbul etdilər. Bu zaman Səud onlardan tələb etdi ki, qəbirlərin üzərində düzəldilən qübbələri öz əlləri ilə dağıtsınlar. Buna görə də vəhhabilər camaatın bir çoxu ilə bel və külüng götürüb «Cənnətül-Müəlla» qəbristanlığına getdilər və orada çoxlu günbəzləri o cümlədən Əbu Talibin, Əbdülmüttəlibin, Xədicənin, Peyğəmbərin (s) övladlarının günbəzlərini, həmçinin Peyğəmbərin (s), Əbu Bəkrin, Əli (ə) və Xədicənin doğulduğu yerdəki günbəzləri dağıtdılar.

Məkkənin işğal olunmasından iyirmi gün sonra Səud Cəddəni işğal etmək və Şərif Ğalibi tutmaq üçün (o dövrdə Cəddədə əmir idi) Cəddəyə doğru hərəkət etdi. Səkkiz gün bu şəhəri mühasirədə saxladı, şəhəri müdafiə edən topxananın təzyiqləri altında Cəddəni işğal etmək fikrindən döndü və iranlıların Fətəli şah Qacarın göstərişi ilə Nəcdə hücum etməsi xəbərini eşitdikdə Nəcdə qayıtdı. Səudun Nəcdə qayıtması ilə eyni zamanda Şərif Ğalib ona hədiyyə olunan topxana ilə Məkkəni azad etmək üçün hərəkət etdi və vəhhabilərlə ağır çarpışmadan sonra Məkkəni öz ixtiyarına keçirdi. Amma 1219-cu ildə Məkkə yenidən Səudun vasitəsi ilə mühasirəyə alındı və Məkkə əhalisinin həyat şəraiti o qədər ağırlaşdı ki, hətta az qaldı aclıq və xəstəlikdən kütləvi şəkildə məhv olub aradan getsinlər. Nəhayət Şərif Ğalib 1220-ci ildə vəhhabilərin əqidəsini qəbul edərək Səuda təslim oldu.

MƏDİNƏYƏ HƏMLƏ


Səud 1220-ci ildə Mədinəyə həmlə etdi, oranı bir il yarım mühasirədə saxladıqdan sonra işğal etdi. Osmanlı dövləti tərəfindən şəhərə tə᾽yin olunmuş qazini şəhərdən qovdu və Peyğəmbərin (s) pak qəbrini, eləcə də «Bəqi»də dəfn olunmuş böyük şəxsiyyətlərin qəbrlərini ziyarət etməyi qadağan etdi. Sonra vəhhabilərə göstəriş verdi ki, «Bəqi» qəbristanlığının qəbir və hasarlarını dağıtsınlar. Buna görə də onlarla birlikdə qəbristanlığa həmlə etdi, orada mövcud olan abidələri və qəbirləri dağıdıb, yerlə-yeksan etdi, gördükləri hər bir qiymətli əşyaları qarət etdi.

SURİYAYA VƏ MƏSQƏTƏ HƏMLƏ


Vəhhabilər 1225-ci ildə Əbdüllah ibni Səudun sərkərdəliyi ilə Suriyada yerləşən Xoran məntəqəsinə həmlə etdi və camaatın var-yoxunu taladı, əkin sahələrini yandırdı, qadınları əsir etdi, uşaqları qılıncdan keçirib evləri dağıtdı və böyük bir qrupu didərgin saldı.

Sonrakı il (1226-cı) Məsqəti işğal etmək məqsədi ilə oraya həmlə etdi. Lakin, bu şəhərin əmiri İrandan kömək istədi və oradan kömək üçün Məsqətə tərəf bir ordu yola düşdü və vəhhabilərlə qarşılaşdı. Vəhhabilər çoxlu insan təlafatı verdilər, onların sərkərdələri Seyf ibni Malik və Məhəmməd Seyf də yaralı halda qaçdılar.


TƏNƏZZÜL VƏ YENİDƏN DİRÇƏLİŞ


1225-ci ildə Məhəmməd Əli Paşa (Misirin sultanı) Osmanlı sultanının göstərişi və oğlu Əhməd Tulunun sərkərdəliyi ilə Yənbu limanına doğru bir qoşun göndərdi. O, vəhhabi Əbdüllah ibni Səudun başçılığı altında onun qoşunu ilə apardığı bir neçə döyüşdən sonra 1227-ci ildə onunla sülh bağladı, nəticədə Məkkə, Mədinə və Taif şəhərlərini azad etdi. Taifin fatehi Osman Muzayifi və Mədyənin əmiri Mübarək ibni Mizyanı tutub Misirə apardı və orada qətlə yetirdi. Həmin halda Məhəmməd Əli Paşa bir ordu ilə dəniz yolundan Hicaza hərəkət edib Cəddə limanına yan aldı, sonra Cəddədən Məkkəyə getdi və oranı öz qərargahı seçdi. Daha sonra Nəcd əyalətindəki Qunfuzə məntəqəsini işğal etmək üçün həmlə etdi və şiddətli döyüşdən sonra oranı ələ keçirdi. Məhəmməd Əli Paşa təqribən 1230-cu ildə İbrahim paşanın sərkərdəliyi ilə başqa bir qoşunu Nəcdə göndərdi. İbrahim 1332-ci ildə Nəcddə Riclə əyalətini öz əlinə keçirdi və daha sonra vəhhabi hökumətinin mərkəzi olan Dir᾿iyyəyə hücum etdi, ağır döyüşdən sonra 1234-cü ildə şəhəri aldı. Həmin ilin Şə᾿ban ayında İbrahim Paşa Məhəmməd Əli Paşanın göstərişi ilə böyük və təmtəraqlı şəhər olan Dir᾿iyyəni, əhalisini boşaltdıqdan sonra tamamilə dağıdıb yerlə yeksan etdi və sonra Misirə qayıtdı.

1234-cü ilin axırlarında şəhərdən qaçan vəhhabilərin çoxu xaraba qalmış Dir᾿iyyəyə qayıtdılar və oranı tə᾽mir etməyə başladılar. Vəhhabi başçılarından Məhəmməd ibni Muşari (Səud ibni Əbdül Əzizin bacısı oğlu) və Türki ibni Əbdüllah şəhərdən qaçıb gizlənmişdilər və bu zaman onlar da şəhərə qayıtdılar. Qüvvələrini nizama saldıqdan sonra çoxlu həmləyə tədarük görüb əvvəlcədən işğal etdiyi məntəqələrin hamısına yürüş etdilər. O yerləri yenidən işğal etdikdən sonra ilk hücumda törətdikləri əməlləri, o cümlədən İslami tikililərin məhv edilməsi, böyük şəxsiyyətlərin qəbirlərinin dağıdılması və s. kimi işləri təkrar etdilər və 1344-cü ilə qədər təqribən Hicazın hər bir yerinə hakim oldular.


SUALLAR VƏ TAPŞIRIQLAR


1. Vəhhabilər Nəcd əyalətinə necə hakim oldular?

2. Vəhhabilər İraqa həmlə etdikdə hansı işləri gördülər?

3. Vəhhabilər Məkkə və Mədinəyə nə vaxt həmlə etdilər və oranı necə tutdular?

4. Vəhhabilər Mədinəyə həmlə etdikləri zaman nə kimi işlər gördülər?


İYİRMİ YEDDİNCİ DƏRS




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə