Ad
i
l
ə
N
ə
z
ə
rova
62
osm. tr. müadil; ər. لداؼي ] – bir başqa dəyəri əvəz edə biləcək
dəyər, aralarında məntiqi eynilik olanlara da deyilir.
ELEMENT [alm. Element; fr. Èlèment; ing. Element; lat.
Elementum; osm. tr. unsur; ər. ٌضَأ; tr. öğe] – ümumi olaraq bir
kombinasiyanın ən adı bir parçası. Məntiqdə bir sinifə, yaxud da
hər şeyə bağlı olan bölünməz əsas hissələr.
EMANASĠYA [alm. = ing. Emanation; fr. Èmanation; lat.
Emanatio; osm. tr. sudur; emanation] – aşağı olanın daha yuxarı
olandan çıxması. Çox olanın ―bir‖ olandan çıxması. Bir olan
yetkin olandır və öz varlığı daxilində azalmadan və dəyişmədən
qalır, ondan törəyən isə çıxış qaynağından olan uzaqlığın ölçü-
sünə görə get-gedə yetişkənliyini itirir. Anlam baxımından da bir
şeydən axmaq, aşağıdakının yuxarıdakından, hər şeyin ―Bir‖ olan-
dan çıxması deməkdir.
EMPĠRĠZM [ru. Опытность; ing. Empirisme; yun. Empeiriya
– təcrübə] – Təcrübə, məlumatın qaynağı olaraq sadəcə təcrübəni
qəbul edən fəlsəfi sənətdir. İdrak nəzəriyyəsində cərəyan.
EPĠSTEMOLOGĠYA [alm. Epistemologie; fr.Èpistèmologie;
ing. Epistemology; yun. Episteme – bilik, logos – təlim, söz] -
idrak nəzəriyyəsi. Bilik nəzəriyyəsi: Elmlərin mövzu, sərhəd və
qarşılıqlı münasibətlərini təyin və təsbit edən fəlsəfi məktəb. Bilik
təlimi. Elmlərin qoyduğu problemləri tədqiq edən fəlsəfə sahəsi.
Elm fəlsəfəsi ilə təxmini olaraq eyni mənalıdır. Ancaq elm fəlsə-
fəsi elmlərin tarixini fəlsəfi baxımdan tədqiq edir, epistemologiya
isə müxtəlif elmlərin ideyalarını, hipotezlərini və nəticələrini
tənqid edərək araşdırar, onların məntiqi əsasını, obyektiv dəyərini
təyin etməyə çalışır.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
63
ETHOS [etos]: Kosmosa qarşı insanın əxlaqi varlığı.
ELM [Alm. Wissemschaft; fr., ing. Science; lat. Scientia; osm.
tr. ilim; ər. ىهػ] – təbiət, cəmiyyət və təfəkkür haqqında yeni
biliklərin istehsalına yönəldilmiş və bu istehsalın bütün şəraitini
və momentlərini; özlərinin bilikləri və qabiliyyətləri, peşə ixtisası
və təcrübəsi, elmi əməyin bölgüsü və kooperasiyası ilə birlikdə
amilləri. Elmlər toplusu yaxud bütünlükdə elmi biliklərə verilən
addır. Bəzən bilməyə istiqamətlənmiş müəyyən bir prosesin adına
da elm deyilir. Sözün kökü ərəbcədəki alimə-dən [ٍُع] gəlir. Elm
sözü isə onun məsdər formasıdır.
EMOTĠVĠZM [lat. emovere – oyatmaq, həyəcanlandırmaq] –
məntiqi pozitivizm metodologiyasının ardıcıl tətbiq olunduğu
subjektivist əxlaq nəzəriyyəsi.
EMPĠRĠOKRĠTĠSĠZM
[ru.
Эмпириокритицизм;
-
―təcrübənin tənqidi‖] və yaxud maxizm – Avenarius və Max
tərəfindən əsaslandırılmış subjektiv idealist cərəyan. Empirio və
kritika sözlərinin birləşməsindən əmələ gəlmişdir.
EMPĠRĠOMONĠZM [yun. Empeiria – təcrübə və monos –
vahid] – empiriokritisizmin, maxizmin növlərindən biri;
Boqdanov öz fəlsəfəsini belə adlandırmışdı.
EMPĠRĠOSĠMVOLĠZM [yun. Empeiria – təcrübə və və
sumbolon – şərti, işarə, simbol] – idealist Yuşkeviçin empiriokri-
tisizmin özünə aid olan növün adlandırdığı termin.
ELM ƏL-YƏQĠN - bax: yəqin. Şübhə duymadan bir şeyi,
möhkəm və qatı olaraq bilmək. (Yəqin: mərifəti və zəkanı və
misalının fövqündə olan elmin sifətidir. İlm-i yəqin deyilir,
mərifəti-i yəqin deyilmir. Ayn-əl yəqin: (sözün mərfu halı ayn-ul
Ad
i
l
ə
N
ə
z
ə
rova
64
yəqindir.) Göz ilə görər dərəcədə və ya görərək, müşahidə edərək
bilməkdir. Məsələn; uzaqda bir duman görürük. Artıq atəşin
varlığını elmi olaraq bilirik. Bu bilmə dərəcəsinə elm-əl yəqin
deyilir. Atəşə yaxınlaşıb, gözümüzlə görsək, ona ayn-əl yəqini
bilmək deyilir. Daha da irəli gedərək bütün hisslərimizlə atəşin
varlığını anladıqsa; atəşin yandırması və sair sifətlərini da
bildiksə, bu növdən olan elmimizin dərəcəsinə də haqq-al yəqin
deyilir.
ENTUZĠAZM [alm. Enthusiasmus; fr. Enthusiasme; ing.
Enthusiasm; yun. En-thos – Daxilində Tanrı ilə olma ; osm. tr.
Vecit; tr. Coşku; ər. ﺟو
ذ ]. 1. Hər hansı bir düşüncə ilə, yüksək bir
hisslə dolub daşma, qəlbini fərhləndirmə, ruhun aşıb – daşması,
mənəvi coşqunluq və s. kimi vəziyyətlərə deyilir. Bəzən ―insanin
Tanrı ilə dolub daşmasına‖ da deyilir. Dilimizdə daha çox
ərəbcədən keçmə vəcd sözündən istifadə olunur. Misal üçün
kiminsə haqqında ―Filan şəxs vəcdə gəldi‖ deyimi işlək ifadədir.
ENTELEXĠYA [yun. Entelecheia – özü-özündə məqsədə
malik olan] – məqsədlilik Aristoteldə və sxolastikada
hərəkətverici qüvvə kimi [Teleologiya] məqsədyönlülük; imkanı
gerçəkliyə çevirən özünəməqsəd fəal başlanğıc.
ENSĠKLOPEDĠYA [alm. Enzyklopȧdia; fr. Encyclopѐdie;
ing. Encyclopedia, yun. En=kyklos- dairə çevrəsində, peedia –
təhsil deməkdir; osm. tr. kamus]. Qədim etmiloji termin olan bu
kəlmə əslində antik Yunanıstanda məcburi təhsili kimi başa
düşülürdü. Müasir anlamında isə bütün elmlərin yaxud da bir elm
sahəsinə aid olan hər şeyin maddə-maddə nizamlı olaraq, əlifba
sırasıyla verildiyi bir əsər. Müasir dövrdə ilk örnəyi Fransada
Dostları ilə paylaş: |