F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
55
DOLUN – tam, bütün. Qədim oğuz dillərinə aiddir. Əski
Yakutiya türklərində bərəkəti simvolizə edən müqəddəs ruhdur.
DRAMATĠZM [yun. Drama] – estetik kateqoriya; Yunan
dilində drama – hərəkət deməkdir. İnsan həyatının ziddiyyətlərini
və münaqişələrini, insanın onu əhatə edən ictimai və təbii mühitlə
qarşılıqlı münasibətini əks etdirir və ümumiləşdirir.
DUYĞU [alm. Gefühl; fr. Sentiment; ing. Feeling, sentiment;
osm. tr. his; ər. ظح]. Ani və istəklə bərabər duyğu hissi, həzz və
ağrını hiss edə bilmə kimi ortaya çıxaran üçüncü əsas orqana
verilən addır. Digər bir deyimlə duyğular maddi və mənəvi ola
bilir. Misal üçün vəziyyətə görə ortaya çıxan duyğular, xoşbəxt-
lik, yaxud bədbəxtlik və s. kimi; Nəyəsə istiqamətlənmiş, xüsusi-
lədə estetik, ruhi – fikri [çaşma, heyranlıq] və əxlaqi – ictimai
duyğular [tapşırıq duyğusu, hörmət və s.].
DUHA – yaradıcılıq istedadının ən yüksək dərəcəsi; bu cür
istedad yalnız insana xasdır.
DÜġÜNCƏ [ru. Рассудок; alm. Gedanke; fr. pensȇe; ing.
Thought; osm. tr. fikir; ər. شكف] – Düşünmə qabiliyətinin özü,
yaxud düşünmənin məhsulu, düşünülən şey. Bəzən ideya və prin-
siplərə də deyilir. Əski türkcədir. Dilimizdə ərəbcədən qarşılığı
olan fikir, yaxud təfəkkür kəlmələri də işlənir. DüĢünmə forması
[alm. Denkform; fr. Libertè dè pensèe; osm. tr. tefekkür
hürriyyeti; ər. شُّىفرآ خٌشد] – Düşünmənin xarici təzyiq və hər hansı
bir qayda ilə məhdudlaşdırılmaması və bunların təzyiqindən müs-
təqil və sadəcə özündən məsul olması. DüĢünürəm demək ki,
varam [Lat. Cogito ergo sum] – Maddənin özünüdərkində öz
şüuruna varıb öz varlığını vasitəsiz formada qavramasını dilə
Ad
i
l
ə
N
ə
z
ə
rova
56
gətirən əsas prinsip. Əslində bu prinsip varlığın deyil, ―mən‖in
təkan verdiyi yeni bir düşüncə formasının ortaya çıxmasına səbəb
olmuşdur.
DÜNYA [alm. Welt; fr. Monde; ing. World; lat. Mundus; ər.
اَُذنأ]. 1. Bir-biri ilə qanuni əlaqəsi olan, bir sistemlə
müəyyənləşmiş tək-tək şeylərin və hadisələrin hamısı. Yaxud eyni
qaydalara və qanunlara bağlı olan şeylərin, varlıqların təşkil etdiyi
bütün. Üzərində yaşadığımız Yer üzü planeti. Şüurun xaricində
qalan hər şeydən ibarət olan obyekt dünyası. Dünyagörüşü
[alm.Weltahschaung; ing. outlook] – Kainatın mənasını, prinsi-
pini, dəyərini, insan varlığını və davranışlarını tamamilə qavra-
mağa çalışan ümumi düşüncə, dünyaya ümumi bir baxış.
F
ə
ls
ə
f
ə
term
i
nl
ə
r
i
n
i
n
i
zahl
ı
l
üğə
t
i
57
E
EFORAT - Qədim Spartada ildə bir dəfə seçilən 5 nəfər ali
vəzifəli şəxsdən ibarət kollegiya, ali nəzarət orqanı. Tam hüquqlu
vətandaşların məclisində seçilirdi. Təqribən e.ə VIII əsrin
ortalarında təsis edilmiş, e.ə III əsrsə öz əhəmiyyətini itirmişdir.
EVDEMONĠZM [yun. Eudaimonia – həzz, səadət, xoşbəxt-
lik] – etikanın gedonizmə yaxın olan metodoloji prinsipi. Xoş-
bəxtliyi, səadəti təmsil edər.
EVRĠSTĠKA [yun. Heurisko – axtarıram, kəşf edirəm ] –
yaradıcılıq fəaliyyətini, yeninin kəşfinə və təlimdə istifadə olunan
metodları öyrənən elm.
EQO [Alm. Ich; ing. Myself, I; lat. Ego; osm. tr. ene; ər. ؤَأ].
bir kimsənin şəxsiyyətini meydana gətirən təməl element, mən.
fərdi o biri varlıqlardan ayıran şüur. Freydə görə əsas və ən
primitiv mənlikdir. Ana qaynağı cinsəllik, aclıq kimi ehtiyacların
ən eqoistcəsinə doyurulmasıdır
EKKLESĠYA - Qədim Yunanıstanda xalq yığıncağınım ən
çox yayılmış adı.Bütün növ məsələlər Ekklesiyada müzakirə
edilirdi.
EKZOQAMĠYA (yunanca ―ekzo‖-xarici, ―qamos‖-nigah) –
hərfi mənada kənardan nikah olmaqla nəslin mühüm əlaməti
sayılır. Ekzoqamiya prinsipinə əməl edilməsi nəslin üzvlərinin
təsərrüfat və ailə-nikah münasibətlərində böyük rol oynayırdı.
ELĠTA fransızca seçilmiş deməkdir. Hakimiyyətin daşıyıcısı
anlamına gəlir.
Ad
i
l
ə
N
ə
z
ə
rova
58
EMFĠTEVZĠS - Roma hüququnda başqasının torpağından
istifadəyə olan irsi hüquq. Yüz il və daha uzun müddətə bağlanan
icarə müqaviləsi ilə müəyyən olunurdu və icarəyə götürən,
torpaqdan istifadəyə və sərancam verməyə münasibətdə bütün
hüquqlara malik idi.
ENDOQAMĠYA (yunanca ―endoi‖-daxili, ―qamos‖-nikah) –
hərfi mənada daxili nikah deməkdir. Endoqamiya, bir etnik birlik
kimi qəbilənin çox mühüm əlaməti olmuşdur.
EQOĠZM [Alm. Egoismus; fr. Ègoisme; ing. Egoism; osm. tr.
hadkamlik; lat. ego – mən] – 1. Ümumi mənada: mən düşkünlüyü,
özünə düşkünlük, başqalarını hesaba qatmadan ancaq özünü
düşünmək, öz mənfəətini düşünmək. İnsanı cəmiyyətə və digər
adamlara münasibəti baxımından səciyyələndirən həyat prinsipi
və əxlaqi keyfiyyət.
EQOSENTRĠZM [alm. Egozentrismus; fr. Egocentrisme;
osm. tr. li-l eneiyye; ər. حُﺋأَْ] – sözün kökü latın dilindəki ― ego
– mən‖ kəlməsindən törəyib. – sentrizm əlavəsi isə ideya və
konsepsiyalarda artırılan şəkilçi mahiyyətini daşıyır. Centr –
mərkəz, ism – isə ideologiya mənasını ifadə edir. Ərəbcə variantı
isə mən - ؤٔأ sözünə ي – üçün şəkilçisi artırılmaqla düzəlmişdir.
―Mən‖i qərar və hadisələrin mərkəzinə yerləşdirmə, yaxud
insanın öz aləmini yüksəklərə qaldıraraq bütün dünya hesab edən
özünün maddi və mənəvi dəyərlərini bütün dünyaya müncər edən
dünyagörüşü forması.
EQZOTERĠK [alm. Exoterich; fr. Exoterique; ing. Exoteric;
yun. Ekso = xaricdə, çöldə; osm. tr. harici] – xaricdə olan, çöldə
olan, daxildə olmayan. Eqzoterik, etimoloji olaraq ―xaricə doğru‖,
Dostları ilə paylaş: |