Bitki fiziologiyası və biotexnologiya şöbəsi Şöbə müdiri: Şöbədə çalışan elmi əməkdaşlar



Yüklə 184,28 Kb.

tarix04.07.2018
ölçüsü184,28 Kb.


Bitki fiziologiyası və biotexnologiya şöbəsi 

 

       Şöbə müdiri:  

Şöbədə çalışan elmi əməkdaşlar:  

 

Allahverdiyev Tofiq İdris oğlu- 1968-ci ildə Ağdam rayonunun Gülablı kəndində 

anadan  olmuşdur.  1975-1985-ci  illərdə  Qurban  Pirimov  adına  Gülablı  kənd  orta 

məktəbini  bitirmişdir.  1985-1993-cü  illərdə  N.Tusi  adına  Azərbaycan  Dövlət 

Pedaqoji Universitetinin kimya-biologiya fakultəsində əyani təhsil almış, biologiya 

əlavə  kimya  müəllimi  ixtisasını  qazanmışdır.  1987-89-cu  illərdə  hərbi  xidmətdə 

olmuşdur. T. Allahverdiyev 1994-cü ildə Əkinçilik Elmi-Tədqiqat İnstitunun bitki 

fiziologiyası ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur.   T.Allahverdiyevin 

dissertasiyası  işinin  mövzusu  “C

4

 

bitkisi  olan  amarant  yarpaqlarının 



fosfoqliseratkinazası”  olmuşdur.  Dissertasiya  işi  amarant  yarpaqlarında 

fosfoqliseratkinaza  fermentinin  subhüceyrə  paylanmasının  öyrənilməsinə, 

təmizlənmiş  fermentin  fiziki-kimyəvi,  katalitik  xassələrinin  öyrənilməsinə  həsr 

olunmuşdur.  1997-ci  ildə  aspiranturada  təhsilini  başa  vurduqdan  sonra  Bitki 

fiziologiyası  və  biotexnologiya  şöbəsində  kiçik  elmi  işçi  vəzifəsində  işə  qəbul 

olunmuşdur.  2004-cü  ildə  dissertasiya  işini  müdafiə  edərək  “biokimya” 

ixtisasından  biologiya  üzrə  fəlsəfə  doktoru  alimlik  dərəcəsinə  layiq  görülmüşdür. 

T. Allahverdiyev tədqiqat işlərini davam etdirmiş, Əkinçilik ET İnstitutunun Bitki 

fiziologiyası  və  biotexnologiya  şöbəsində  bərk  və  yumşaq  buğda  genotiplərinin 

quraqlığa  davamlılığının  morfoloji,  fizioloji,  biokimyəvi  xüsussiyyətlərinin 

öyrənilməsinə  başlamışdır.  T.Allahverdiyev    2012-ci  ildə  "bitki  fiziologiyası" 

iztisası üzrə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmlər doktorluğu hazırlığı üzrə 

doktoranturasına  daxil  olmuşdur.  T.Allahverdiyev  biologiya  üzrə  elmlər  doktoru 

elmi  dərəcəsini  almaq  üçün  təqdim  etdiyi  "Buğda  genotiplərinin  quraqlığa 

davamlılığının  fizioloji  xüsusiyyətləri  və  davamlı  genotiplərin  aşkar  olunması" 

mövzusunda  dissertasiya  işini  AMEA  Botanika  İnstitutunun  nəzdində  fəaliyyət 

göstərən  D.01.061  Dissertasiya  Şurasında  müdafiə  etmiş  və  elmi  dərəcə  almaq 

üçün  sənədlərini  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Ali  Attestasiya 

Komissiyasına  təqdim  etmişdir.  2012-ci  ildən  dosent  elmi  adına  layiq 

görülmüşdür.  Əkinçilik  ET  İnstitutunda  müzakirəsi  keçirilmişdir  və  növbəti 

mərhələlərə  buraxılması  üçün  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Ali 

Attestasiya  Komissiyasına  təqdim  edilmişdir.  T.Allahverdiyev  65-dən  çox  elmi 

məqalə və tezisin müəllifidir.   



T.Allahverdiyev  müxtəlif  illərdə  xarici  dövlətlərdə  təlim  kursalarında  iştirak 

etmişdir. 2010-cu il aprel-iyun aylarında Suriyanın Hələb şəhərində yerləşən Quraq 

Ərazilərdə  Kənd  Təsərrüfatı  Tədqiqatlarının  Beynəlxalq  Mərkəzi-  İCARDA-da 

“Molekulyar Marker Texnikasının Bitki Seleksiyasında Tətbiqi” mövzusunda təlim 

kursunda  iştirak  etmişdir,  serifikata  almışdır.  2014-cü  ildə  Avropa  Bitki  Fenotip 

Şəbəkəsinin transmilli layihəsinin iştirakçısı kimi Macarıstannın Szeqed şəhərində 

yerləşən  Bioloji  Tədqiqatlar  Mərkəzində  Azərbaycan,  Avstriya,  Serbiya  mənşəli 

yumşaq  buğda  genotiplərinin  suvarma/su  stresi/duz  stresi  şəraitlərində  fizioloji, 

biokimyəvi 

tədqiqatlarında 

iştirak  etmişdir.  T.İ.Allahverdiyevin  buğda 

genotiplərinin  quraqlığa  davamlılığının  öyrənilməsinə  dair  aldığı  elmi  nəticələr 

yerli  və  xarici  jurnallarda  dərc  olunmuşdur,  kongres  və  konfraslarda  elmi 

mühazirələrlə təqdim  olunmuşdur.  T.İ.Allahverdiyev  2013  və 2015-ci  illərdə 1-ci 

və  2-ci  Beynəlxalq  Bitki  Seleksiyası  Kongresində  (Türkiyə,  Antalya,)  və  2016-cı 

ildə  AMEA-nın  Botakina  İnstitutunun  80  illiyinə  həsr  olunmuş  Biomüxtəlifliyin 

qorunmasında  innovativ  yanaşmalar  mövzusunda  beynəlxalq  konfransda  aldığı 

elmi nəticələri təqdim etmişdir. T.İ.Allahverdiyev ailəlidir, 2 övladı var. 



Email: 

tofig_1968@mail.ru

  

 

Süleymanov  Səftər  Yusif  oğlu  -  1951-ci  ildə  Qəbələ  rayonunun  Nic  kəndində 

anadan olmuşdur. 1958-1968-ci illərdə Nic kənd orta məktəbini bitirmişdir. 1970-

1975-ci  illərdə  Bakı  Dövlət  Universitetinin  kimya  fakultəsində  əyani  təhsil  almış 

və  kimyaçı,  kimya  müəllimi  ixtisasını  qazanmışdır.  1975  –ci  ildə  Azərbaycan 

KTN-nin  Əkinçilik  Elmi-Tədqiqat  İstitutunun  bitki  fiziologiyası  laboratoriyasında 

işə qəbul olunmuşdur. 1976-1977-ci illərdə SSRİ Elmlər Akademiyasının A.N.Bax 

adına Biokimya İnstitutunda akademik A.İ.Oparinin laboratoriyasında 2 il təcrübə 

kursu  keçmişdir.  1977-ci  ildə  SSRİ  EA-nın  Torpaqşünaslıq  və  Fotosintez 

İnstitutunda  (Moskva,  Puşino  şəh.)  əyani  aspiranturaya  daxil  olmuşdur. 

S.Süleymanovun  dissertasiya  işinin  mövzusu  “Buğda  xloroplastlarının 

membranının  və  piqment-zülal  komplekslərinin  quruluşunun  tədqiqi”  olmuşdur. 

Dissertasiya  işi  müxtəlif    buğda  genotiplərində  xloroplastların  tilakoid 

membranının  struktur-molekulyar  quruluşunun  müqayisəli  tədqiqinə  həsr 

olunmuşdur. 1980-ci ildə aspirantura təhsilini başa vurduqdan sonra, Texnologiya 

və  biokimya  laboratoriyasında  kiçik  elmi  işçi  vəzifəsində  işləmişdir.  1985-ci  ildə 

dissertasiya  işini  müdafiə  edərək,  “bitki  fiziologiyası”  ixtisasından  biologiya 

elmləri  namizədi  elmi  dərəcəsinə  layiq  görülmüşdür.  1989-2002-ci  illərdə 

Azərbaycan  Əkinçilik  Elmi-Tədqiqat  İnstitutunda  qrup  rəhbəri  təyin  edilmişdir.                     

S.Süleymanov  2002-ci  ildən  paralel  olaraq,  AMEA  Botanika  İnstitutunun 

Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsində aparıcı, sonra isə 

baş  elmi  işçi  vəzifələrində  işləmişdir.  2005-ci  ildə  laboratoriya  müdiri  vəzifəsinə 




təyin  olunmuşdur.  O,  burada  tədqiqat  işlərini  davam  etdirmiş,  abiotik  stres 

amillərin  (quraqlıq,  duzluluq,  radiasiya  və  s.)  buğda  genotiplərinin  fotosintetik 

aparatına təsirinin molekulyar mexanizmlərini tədqiq etmişdir. Elmi-tədqiqat işləri, 

əsasən, ali bitkilərdə fotosintetik membranların struktur-funksional komponentləri 

olan  piqment-zülal  komplekslərinin  molekulyar  quruluşuna,  topoqrafiyasına, 

xloroplastda  sintezinin  genetik  tənzimlənməsinə  və  stres  amillərin  fotosintetik 

membranlara  təsirinə  həsr  olunmuşdur.  Bu  işlərin  nəticələri  150  –dən  artıq  elmi 

əsərdə, o cümlədən, 2 monoqrafiyada ( Москва, Наука, 2009; Bakı, Elm, 2009) öz 

əksini tapmışdır. 40 ildən artıq bu elmi istiqamət üzrə tədqiqatçının aldığı nəticələr 

“Xlorofil-zülal  kompleksləri,  xloroplastların  tilakoid  membranında  onların 

struktur-molekulyar  təşkili  və  formalaşmasının  tənzimlənməsi”  mövzusunda 

doktorluq  işində  əks  olunmuşdur.  O,  2003-cü  ilin  may  ayında  müdafiə  edərək, 

biologiya  elmləri  doktoru  alimlik  dərəcəsi  almışdır.2009-cu  ildə  Ali  Attestasiya 

Komissiyasının  qərarı  ilə  ona  “  biokimya  ”  ixtisası  ilə  üzrə  “professor”  elmi  adı 

verilmişdir.  

Tədqiqatçının  aldığı  nəticələr  yüksək  impakt  faktora  malik  jurnallarda  dərc 

edilmişdir 

(Биохимия,  Физиология  растений,  Доклады  АН  СССР, 

Photosynthetica,  Journal  of  Fluorescence,  Journal  of  Biochemistry  and  Molecular 

Biology,  Photosynthesis  Research,  BBA  (Bioenergetics),  Crop  Production  for 

Agricultural Improvement və s.). S.Süleymanov Azərbaycanda və xarici ölkələrdə 

keçirilən  Beynəlxalq  Simpozium  və  Konfranslarda  (Rusiya,  Türkiyə,  Fransa, 

Macarıstan,  Pekin,  İsveçrə,  Bakı  və  s.)  elmi  məruzələrlə  çıxış  etmiş  və 

tədqiqatçının  aldığı  nəticələr  öz  aktuallığı  və  elmi  səviyyəsinə  görə  alimlərin 

diqqətini cəlb etmişdir. 

S.Y.  Süleymanov  Avropa  Biokimyaçılar  və  Molekulyar  Bioloqlar  Cəmiyyətinin 

(FEBS),  Azərbaycan  Biokimyaçılar  və  Molekulyar  Bioloqlar  Cəmiyyətinin 

Rəyasət  Heyətinin,  Azərbaycan  Bitki  Fizioloqları  Cəmiyyətinin  və  Botanika 

İnstitutunda fəaliyyət göstərən müdafiə şürasının üzvüdür. S. Süleymanov apardığı 

eksperimental tədqiqat işlərində müasir metodlardan və cihazlardan istifadə edir. 

Elmi  fəalliyyətlə  yanaşı,  15  ildən  artıq  bir  müddətdə  S.  Y.  Süleymanov  Bakı 

Dövlət  Universitetinin  biologiya  fakultəsinin  Biokimya  və  Biotexnologiya 

kafedrasında  professor  kimi  ixtisas  kurslarında  mühazirə  və  məşğələlər  aparır. 

Eyni  zamanda,  AMEA  Molekulyar  Biologiya  və  Biotexnologiyalar  İnstitutunun 

magistraturasında mühazirələr oxuyur.  

Alim  2007  və  2011-ci  illərdə  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Fəxri 

Fərmanlarına  layiq görülmüşdür.  S.Y.Süleymanov ailəlidir, 3 övladı var.  

 

Feyziyev  Yaşar  Mirzə  oğlu-1960-cı  ildə  Lənkəran  şəhərində  anadan  olmuşdur. 

1967-1977-ci illərdə Lənkəran şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 1977-



1982-ci  ildə  Azərbaycan  Dövlət  Universitetinin  fizika  fakültəsində  əyani  təhsil 

almış,  fizik,  fizika  müəllimi  ixtisaslarını  qazanmışdır.  1982-1984-cü  illərdə 

Azərbaycan  Əkinçilik  Elmi-Tədqiqat  İnstitutunda  çalışmış,  1984-1986-cı  illərdə 

SSRİ EA Torpaqşünaslıq və Fotosintez İnstitutunda təcrübə keçmiş və 1986-1989-

cu  illərdə  həmin  institutun  məqsədli  aspiranturasında  təhsilini  davam  etdirmişdir. 

Aspirantura  təhsilini  bitirdikdən  sonra,  1990-cı  ildən  Azərbaycan  Əkinçilik  Elmi-

Tədqiqat İnstitutunda fəaliyyəyini davam etdirmişdir. 1992-ci ildə Moskva Dövlət 

Universitetinin  nəzdində  fəaliyyət  göstərən  Biofizika  üzrə  ixtisaslaşmış 

Dissertasiya  Şurasında  “İkinci  fotosistemdə  xinon  akseptorlarının  reduksiyası 

zamanı  yüklərin  rekombinasiyası”  mövzusunda  “biofizika”  ixtisası  üzrə  elmlər 

namizədi dissertasiyası müdafiə etmişdir.    

1997-98-ci  illərdə  Y.M.Feyziyev  Yaponiyanın  Kvansey  Qakuin  Universitetində, 

1999-2004-cü  illərdə  İsveçin  Lund  Universitetində,  2004-2005-ci  illərdə 

Yaponiyanın  RİKEN  Fotodinamik  Tədqiqatlar  Mərkəzində  fotosintetik  elektron-

daşınma  reaksiyaları,  fotosintez  prosesində  suyun  katalitik  oksidləşməsi  və 

molekulyar oksigenin ayrılması, süni fotosintez üzrə tədqiqatlar aparmışdır. 2001-

2004-cü illərdə Süni fotosintez üzrə Beynəlxalq konsorsiumun üzvü olmuşdur. 

Y.M.Feyziyev  2009-cu  ildə  Azərbaycan  MEA  Botanika  İnstitutunun  nəzdində 

fəaliyyət  göstərən  Müdafiə  Şurasında  ”Ikinci  fotosistemdə  suyun  katalitik 

oksidləşmə  reaksiyaları  zamanı  elektronların  daşınması”  mövzusunda  dissertasiya 

müdafiə edərək,  biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 

2006-cı  ildən  AMEA  Botanika  İnsitutunun  akademik  Cəlal  Əliyevin  rəhbərlik 

etdiyi  Məhsuldarlıq  proseslərinin  molekulyar-genetik  əsasları  (indiki  Bioloji 

məhsuldarlığın  fundamental  problemləri)  şöbəsinin  Fotosintetik  aparatın 

molekulyar  təşkili  laboratoriyasında  aparıcı  elmi  işçi,  2010-cu  ildən  institutun 

Bioloji 


məhsuldarlığın 

fundamental  əsasları  şöbəsində  yeni  yaradılan 

Fotobioenergetika  laboratoriyasının  müdiri  seçilmişdir.  1  iyul  2016-cı  il  tarixdən 

AMEA  Botanika  İnsitutunun  Bioloji  məhsuldarlığın  fundamental  əsasları 

şöbəsinin bazasında yaradılmış AMEA Molekulyar Biologiya və Biotexnologiyalar 

İnstitutunun Fotobioenergetika laboratoriyasının müdiridir. 

Rusiya, İsveç və Yaponiyadan olan həmkarları ilə əməkdaşlıq etməklə, fotosintezin 

ilkin  reaksiyaları  və  elektronların  daşınması,  fotosintez  prosesində  quruluş-

funksiya  əlaqələri,  ikinci  fotosistemin  (FS  II)  reaksiya  mərkəzlərində  ilkin 

fotoreaksiyalar  zamanı  yüklərin  ayrılması  və  rekombinasıyası,  su  molekullarının 

fotosintetik  oksidləşməsi  və  molekulyar  oksigenin  ayrılması,  ikinci  fotosistemdə 

alternativ  elektron  daşınma  yolları,  bikarbonat  ionlarının  fotosintetik  elektron 

daşınmasında  rolu,  stres  amillərinin  fotosintetik  aparata  təsirinin  öyrənilməsi  və 

süni fotosintez üzrə çoxşaxəli elmi tədqiqatlar aparmış və bu gün də bu fəaliyyəti 

uğurla  davam  etdirir.  Aparılan  tədqiqatlar  nəticəsində  fundamental  və  praktiki 

əhəmiyyət kəsb edən bir sıra önəmli nəticələr alınmışdır. O cümlədən: 

 

İkinci  fotosistemdə  elektron  daşınmasının  və  xlorofilin  dəyişən 



fluoressensiyasının təbiətinin öyrənilməsi üçün aparılan tədqiqatlarda ilk dəfə 

olaraq  müəyyən  edilmişdir  ki,  reaksiya  mərkəzində  ilkin  fotoreaksiyanın 

kvant  çıxımı  plastoxinon  elektron  akseptorunun  redoks  statusu  ilə  müəyyən 



olunur.  Bu  tədqiqat  xlorofilin  dəyişən  flüoressensiyasının  reaksiya 

mərkəzində ilkin fotoreaksiya zamanı əmələ gəlmiş elektrik yüklərinin (P

680

+



oksidləşmiş  xlorofil  və  Ph

– 

-  reduksiya  olunmuş  feofitin)  rekombinasiyası 



zamanı  xlorofil  molekulunun  həyəcanlaşması  nəticəsində  baş  verən 

rekombinasiya  lüminessensiyası  olması  hipotezini  təsdiq  etməyə  imkan 

vermişdir.  Reaksiyanın  baş  verməsi  üçün  enerji  baryerinin  0.11-0.13  ev 

olduğu müəyyən edilmişdir; 

 

İkinci  fotosistemdə  mikro-  və  millisaniyə  diapozonunda  xlorofilin  gecikən 



işıq şüalanmasının xarici maqnit sahəsinin təsirinə həssas, aktivləşmə enerjisi 

0.5-0.6  eV  olan  yeni  komponenti  aşkar  edilmiş,  onun  kinetik  və  fotofiziki 

xassələri öyrənilmiş və yaranma mexanizmi aydınlaşdırılmışdır;  

 



Bikarbonat  ionlarının  ikinci  fotosistemdə  rolu  tədqiq  olunmuş  və  müəyyən 

edilmişdir  ki,  bikarbonatın  funksional  yeri  ikinci  fotosistemin  elektron 

akseptor  tərəfidir.  Göstərilmişdir  ki,  bikarbonat  fotosistem  II  ilə  qarşılıqlı 

təsirdə  olaraq  plastoxinon  akseptorları  (Q

A

  və  Q


B

)  arasında  elektron 

daşınmasını  ləngidir.  İkinci  fotosistemin  elektron  akseptor  tərəfinki 

funksional  reaksiyaların  tənzimlənməsi  üçün  zəruri  olmaqla,  bikarbonat  su-

plastoxinol oksidoreduktazanın suyun oksidləşməsi və oksigenin ayrılmasına 

gətirən katalitik reaksiyaların tənzimlənməsində də iştirak edir. 

 

Suyun fotosintetik oksidləşdiyi katalitik reaksiyalar tədqiq edilərək mühitdəki 



protonların miqdarının ikinci fotosistemdə S pillələri arasında keçidlərə təsiri, 

kriogen  temperaturlarda  işıgın  təsiri  ilə  baş  verən  molekulyar  reaksiyalar 

tədqiq  edilərək,  suyun  oksidləşməsinə  gətirən  katalitik  reaksiyaların  müxtəlif 

mərhələlərinin mexanizmləri aydınlaşdırılmışdır. Alınmış təcrübi nəticələr və 

onların nəzəri təhlili əsasında göstərilmişdir ki, fotosistem II tərəfindən suyun 

oksidləşməsi  metal-radikal  mexanizmi  əsasında  baş  verir  ki,  bu  da  həmin 

prosesdə  Mn

4

CaO



5

  klasterinin,  tirozin  Z  radikalının,  onunla  hidrogen 

rabitəsində  olan  D1-His190  və  digər  aminturşuların  iştirakını  tələb  etməklə, 

protonun (və elektronun) Mn

4

CaO


5

 klasteri ilə rabitədə olan su molekulundan,  

oksidləşdiyi  zaman  öz  protonunu  D1-His190  vasitəsi  ilə  lümenə  ötürmüş 

tirozinə (Z) daşınmasını nəzərdə tutur;  

 

Müəyyən  edilmişdir  ki,  intakt  sistemdə  suyun  oksidləşdiyi  katalitik  saytın 



komponenti kimi Ca

 

kofaktoru proton balansının və eləcə də proton axınınını 



tənzimlənməsində  vacıb  funksiya  yerinə  yetirir.  Göstərilmişdir  ki,  fizioloji 

şəraitdə, lümen mühitinin pH-ı müəyyən reaksiyaların gedişinə təsir etməklə 

suyun oksidləşdiyi katalitik saytda elektron daşınmasını idarə edə bilər. Bu öz 

növbəsində,  reaksiya  mərkəzində  baş  verən    reaksiyaların  ifrat  doyması 

zamanı  elektron  daşınmasını  məhdudlaşdırmaqla,  ikinci  fotosistemi 

zədələnmədən qorumaq baxımından çox əhəmiyyətlidir; 

 

FSII-nin  redoks  fəal  tirozin  D  və  sitoxrom  b



559

  (Cyt  b

559

)  komponentlərninin 

elektron  daşınma  reaksiyalarında  iştirakı  tədqiqq  olunaraq  müəyyən 

edilmişdir  ki,  ekstremal    temperaturlarda  tirozin  D 

 

ilə  birgə  Cyt 



b559

  da 


fotosistem  II-nin  katalitik  S-tsiklinin  oksidləşmiş  pillələrinə  elektron  verərək 

onları reduksiya edə bilər.  Göstərilmişdir ki, S

3

  pilləsinin  reduksiyası  tirozin 



D və Cyt 

b559


 arasında birincinin redoks halı və temperaturla müəyyən olunan 


rəqabət  əsasında  getdiyi  halda,  S

2

  pilləsinin  reduksiyasında  Cyt 



b559

  üstün 


elektron  donoru  olub  həmin  pilləyə  həm  birbaşa,  həm  də  FSII-nin  suyun 

oksidləşdiyi  katalitik  saytda  elektron  daşınmasında  iştirak  edən  başqa 

komponentləri  (P

680


,  tirozin  D  və  Z,  Car/D

2

-Chl



Z

)  ilə  tarazlıq  reaksiyası 

vasitəsi  ilə  elektron  verə  bilər.  Beləliklə  Cyt  b

559


-un  FSII-nin  S-tsikli 

reaksiyalarına  qoşulmasının  mümkünlüyü  təsdiq  olunmuşdur.  Bu  isə  öz 

növbəsində  ekstremal  şəraitdə  Cyt  b

559


-un  FSII-də  baş  verən  elektron 

çatışmazlığı  (və  ya  artıqlığı)  kimi  proseslərin  tənzimlənməsində  iştirakını 

mümkün edir və s.  

Y.M.Feyziyevin  apardığı  tədqiqatların  nəticələri  «Biochemistry»  (İF~4.0), 

«Photosynthesis  research»  (3.4),  «FEBS  Letters»  (3.0),  «Photochememistry  and 

Ptotobiology,  B:  Biology»  (1.4),  «Chemical  Physics»  (2.0),  «The  Journal  of 

Physical  Chemistry  (B)»  (3.8),  «Journal  of  Bioenergetics  and  Biomembranes» 

(1.6),  «Plant  Physiology  and  Biochemistry»  (2.9)  beynəlxalq  elmi  jurlnallarında, 

keçmiş  SSRİ-nin  nüfuzlu  «Биологические  мембраны»  (0.3),  «Биохимия»  (1.7

və  yerli  jurnallarda  eləcə  də  beynəlxalq  elmi  konfrans  və  konqreslərin  resenziya 

olunan  toplularında  məqalələr  şəklində  öz  əksini  tapmış,  ABŞ,  Kanada, 

Danimarka,  Macarıstan,  İsveç,  Çin,  Hollandiya,  Fransa,  Birləşmiş  Krallıq  və 

Rusiyada  keçirilmiş  bir  sıra  beynəlxalq  kongres,  elmi  konfrans  və  toplantılarda 

uğurla təqdim olunmuşdur.  

Y.M.Feyziyev  2011-2012  və  2015-2016-cı  illərdə  AMEA  Botanika  İnstitutunun 

nəzdində  fəaliyyət  göstərən  dissertasiya  şurasının,  2013-2014-cü  illərdə 

Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasında 

Ekspert Şurasının üzvü olmuşdur. Ailəlidir. 

Email:

 

ya_feyziyev@yahoo.com



 

 

Abdulbaqiyеva  Sevda  Ağamalı  qızı  1960-cı  ildə  Bakı  şəhərində  anadan 

olmuşdur.  1981-1986-cı  illərdə  S.M.Kirov  adına  Azərbaycan  Dövlət 

Universitetinin  (İndiki  BDU)  kimya  fakültəsini  “kimyaçı,  кimyа  müəllimi”  

ixtisası  üzrə  bitirdikdən  sonra  təyinatla  Аз.ЕТ  Əkinçilik    İnstitutunda  (indiki 

Əkinçilik  Elmi  Tədqiqat  İnstitutu)  işləməyə  başlamış,  АЕА-nın  (indiki  АМЕА) 

Botanika  İnstitutunda  fəaliyyət  göstərən  ixtisaslaşdırılmış  Müdafiə  Şurasında 

“Müxtəlif  morfofizioloji  əlamətli  buğda  genotiplərinin  quraqlığa  davamlılıqla 

əlaqədar dən keyfiyyətinin formalaşması” adlı dissertаsiya  işini müvəffəqiyyətlə 

müdafiə edərək biologiya elmləri namizədi (indiki biologiya elmləri üzrə fəlsəfə 

doktoru)  adına  layiq  görülmüşdür.    2010-cu  ildə  Azərbaycan    Respublikası 

Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının  qərarı  ilə  ona  Bitki  fizioloqu 

üzrə “Dosent” elmi adı verilmişdir.  

S.A.Abdulbaqiyeva  apardığı  elmi  işlərin  nəticəsi  kimi  2016-cı  ildə  rayonlaşmış 

Qürur  qarğıdalı  sortu  və  AR  KTN  Seleksiya  Nailiyyətlərinin  Sınağı  və 

Mühafizəsi üzrə Dövlət Komissiyasına (indiki AR KTN yanında Bitki Sortlarının 

Qeydiyyatı  və  Toxum  Nəzarəti  üzrə  Dövlət  Xidməti)  təqdim  olunmuş  Xəzri, 



Gilavar, Göytəpə, Səma, Araz, Xırman, Dəyirman buğda sortlarının, Ümid, Fəxri, 

Emil qarğıdalı sortlarının həmmüəllifidir.  

S.A. Abdulbaqiyeva dəfələrlə Beynəlxalq səviyyəli  konfrans, seminar, müşavirə 

və  s.  tədbirlərdə,  həmçinin  2009-cu  ildə  İCARDA  təşkilatının  xətti  ilə  Suriyada, 

2011-ci  ildə  isə  KOİKA  təşkilatının  xətti  ilə  Koreyada ixtisasartırma  kurslarında 

iştirak  etmişdir.  Yerli  və  xarici  mətbuatda  dərc  olunmuş  86  elmi  əsərin 

müəllifidir. О, Beynəlxalq seleksiya mərkəzləri CİMMYT və İCARDA ilə birgə 

aparılan tədqiqat işlərində yaxından iştirak etmişdir.  

Müsabiqəli  Qrantlar  Proqramı  çərçivəsində  3  qrant  layihəsinin  həyata 

keçirilməsində  iştirak,  2010-2011-ci  illərdə  “Perspektivli  buğda  sortlarının 

üstünlüklərinin  dəmyə  bölgələrində  fermerlərin  iştirakı  ilə  nümayişi”  adlı 

layihəyə  rəhbərlik  etmişdir.  Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Elmin  İnkişafı  Fondunun  2014-cü  ildə  elan  etdiyi  kompleks  elmi-tədqiqiat 

proqramları  (EİF-2014-9  (24)  qrant  müsabiqəsinin  qalibi  olmuş  "Azərbaycanda 

tərəvəz  bitkilərində  xəstəlik  törədən  təhlükəli  virus  və  fitoplazmalar  və  onların 

həşərat  vektorlarının  yeni  molekulyar  və  seroloji  metodlarla  tədqiqi  " 

mövzusunda layihə işində iştirak etmişdir. 

Hazırda  ”Fotosintez  yolu  müxtəlif  olan  bitkilərin  (Triticum  L.və  Zea  mays  L.) 

seleksiyasının fizioloji, biokimyəvi və ekoloji aspektləri” elmlər doktoru hazırlığı 

üzrə dissertasiya mövzusu üzərində işləyir. 

 

Mirzəyev  Rüfət  Sədrəddin  oğlu 1958-ci ildə Quba rayonunun Zərqava kəndində 

anadan  olmuşdur.  1978-1983-cü  illərdə  S.M.Kirov  adına    Azərbaycan  Dövlət 

Universitetinin  (indiki  BDU)  fizika  fakultəsini  “Fizik,  fizika  müəllimi”  ixtisası 

üzrə    bitirdikdən  sonra  təyinatla    Аz.ETƏİ-da  (İndiki  Əkinçilik  Elmi-Tədqiqat 

İnstitutu)  işləməyə  başlamış,  1990-cı  ildə  AEA-nın  (indiki  AMEA)  Botanika 

İnstitutunda  fəaliyyət göstərən ixtisaslaşdırılmış Müdafiə Şurasında  “Fotosintetik 

əlamətlər  və  məhsuldarlığına  görə  fərqlənən  soya  genotiplərinin  CO

qazı 



mübadiləsi”  mövzusundakı  dissertasiya  işini  müvəffəqiyyətlə  edərək  biologiya 

elmləri  namizədi  (indiki  biologiya  elmləri  üzrə  fəlsəfə  doktoru)  elmi  dərəcəsinə 

layiq  görülmüşdür. 2009-cu ildə Azərbaycan Respublikası  Prezidenti  yanında Ali 

Attestasiya  Komissiyasının  qərarı  ilə  ona  Bitki  fizioloqu  üzrə  “Dosent”  elmi  adı 

verilmişdir.  

R.S.Mirzəyev Nərmin, Sultan, Cəmilə, Nəzrin noxud sortlarının və mərciməyin isə 

Arzu, Zəfər, Jasmin sortlarının həmmüəllifidir. 

R.S.Mirzəyev  dəfələrlə  Beynəlxalq  səviyyəli  konfrans,  seminar,  müşavirə  və  s. 

tədbirlərdə,  1990-cı  ildə  Leninqrada  (indiki  Sank-Peterburq),  1998-ci  ildə 

Özbəkistanda,  2005-ci  ildə  Macarıstanda,  2006-cı  ildə  İCARDA  təşkilatının  xətti 

ilə  Suriyada,  2008-ci  ildə  Gürcüstanda  elmi  məzuniyyətdə  olmuşdur.  Yerli  və 



xarici mətbuatda dərc olunmuş 70 elmi əsərin müəllifidir. O, Beynəlxalq Seleksiya 

Mərkəzi  olan  İCARDA  təşkilatından  introduksiya  olunmuş  noxud  və  mərcimək 

nümunələrinin  müxtəlif  bölgələrdə  ekoloji  sınaqlarının  keçirərək  hər  bölgə  üçün 

əlverişli olan noxud və mərcimək nümunələrini seçir.  

Müsabiqəli  Qrandlar  Proqramı  çərçivəsində  3  qrant  layihəsinin  həyata 

keçirilməsində iştirak etmişdir.  

 

Email: 


rufat.mirzayev.58@mail.ru

  

 



Əhmədova  Flora  Ələddin  qızı  16.03  1963-cü  ildə  Gürcüstan  Respublikasının 

Bolnisi  rayonunda  anadan  olmuşdur.  1987-ci  ildə  Azərbaycan  Dövlət  Pedaqoji 

Universitetinin  “Kimya-biologiya”  fakultəsini  fərqlənmə  diplomu  ilə  bitirmişdir. 

Bir  neçə  illik  pedaqoji  fəaliyyətdən  sonra  1992-ci  ildə  Аz.ET  Əkinçilik 

İnstitutunun (indiki Əkinçilik Elmi Tədqiqat İnstitutu)  əyani aspiranturasına daxil 

olmuşdur.  1996-cı  ildə  AEA-nın  (indiki  AMEA)  Botanika  İnstitutunda  fəaliyyət 

göstərən ixtisaslaşdırılmış Müdafiə Şurasında “Donor- akseptor nisbətləri müxtəlif 

olan perspektiv buğda sortlarının su stresinə qarşı adaptasiyası zamanı fotosintetik 

fəaliyyəti  və  məhsuldarlığı”  mövzusunda  dissertasiya  işini  müdafiə  edərək  “Bitki 

fiziologiyası”  ixtisası  üzrə  biologiya  elmləri  namizədi  (indiki  biologiya  elmləri 

üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır. O, Beynəlxalq Seleksiya Mərkəzləri 

SİMMİT  və  İCARDA  ilə  birgə  aparılan  tədqiqat  işlərində  yaxından  iştirak 

etmişdir.  Yerli  və  xarici  mətbuatda  dərc  olunmuş  30-dan  artıq    elmi  əsərin 

müəllifidir.  

Hazırda  İCARDA  və  CİMMİT  Beynəlxalq  Seleksiya  Təşkilatlarından 

introduksiya  olunan  müxtəlif  təyinatlı  buğda  pitomniklərinin  ilkin  ekoloji 

sınaqlarının  keçirilməsi,  buğda  genotiplərinin  arxitektonikasına,  həyat  tərzinə,  bir 

sıra  fizioloji  parametrlərinə,  məhsuldarlığına,  məhsul  komponentlərinə  görə 

qiymətləndirilməsi  və  respublikanın  müxtəlif  aqroekoloji  şəraitli  bölgələri  üçün 

seleksiya  materiallarının  seçilməsi  və  s.  sahələrdə  elmi  tədqiqat  işlərini  davam 

etdirir.  F.Ə.Əhmədova  apardığı  elmi  işlərin  nəticəsi  kimi,  AR  KTN  Seleksiya 

nailiyyətlərinin  sınağı  və  mühafizəsi  üzrə  Dövlət  Komisiyasına  (indiki  ARKTN 

yanında  Bitki  Sortlarının  Qeydiyatı  və  Toxum  Nəzarəti  üzrə  Dövlət  Xidməti) 

təqdim olunmuş Səma və Dəyirman yumşaq buğda sortlarının həmmüəlifidir.  



 

Məmmədova  Mahirə  Heybət  qızı  1961-ci  il  iyun  ayının  30-  da  Quba  şəhərində 

anadan  olmuşdur.  1968-1978  -ci  illərdə  Quba  şəhəri  3  N—li    orta  məktəbini 

bitirmişdir.  1980-1985  -cü  illərdə  S.M.Kirov    adına  Azərbaycan  Dövlət 

Universitetini biologiya fakultəsində əyani təhsil almış, biolog  əlavə  biologiya və 

kimya müəllimi ixtisasını qazanmışdır. M.Məmmədova  1985 ci  ildə  Universiteti 

fərqlənmə  diplomu  ilə  bitirib  təyinatla  Azərbaycan  Kənd  Təssərufatı  Nazirliyinin 




Elmi-Tədqiqat  Əkinçilik  institutuna  gondərilmişdir    və  bu  institutun  “  Bitki 

Fiziologiyası” şöbəsində analitik vəzifəssində işləmişdir. M.Məmmədova  1986-cı  

ildə  Əkinçilik  Elmi-Tədqiqat  İnstitunun  bitki  fiziologiyası  ixtisası  üzrə  qiyabi  

aspiranturasına daxil olmuşdur.  1986 cı ildə EA  Fizika institutunun fiziki-kimyəvi  

biologiya  sektoruna  məzun  olunmuş    və  1994  ci  ildən    EMEA    Botanika 

İnstitutunun “ Hüceyrə kulturası ” laboratoriyasında  baş elmi işçi  və  1998-2016 

cı    illərdə    aparıcı  elmi  işçi  kimi  işləyib.      1994  –ci  ildə  Bakı  şəhəri,  AMEA 

Botanika  İnstitutunda  “Müxtəlif  bərk  buğda  genotiplərində  somaklonal 

dəyişkənliyin  öyrənilməsi”  mövzusunda  dissertassiyanı  müdafiə  edib,  “Bitki 

fiziologiyası” ixtisasından   biologiya  üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq 

görülmüşdür.  M.Məmmədova    tədqiqat  işlərini    Molekulyar  biologiya  və 

biotexnologiyalar    İnstitunun    “Bioloji  məhsuldarlığın  Fundamental  Problemləri 

şöbəsinin “Bitki  biotexnologiyası” və Əkinçilik ET İnstitutunun Bitki fiziologiyası 

və  biotexnologiya  şöbəsi  ilə  birgə  elmi  tədqiqqat  işlərini    davam  etdirir.  Tədqiqat 

işlərini  bərk  və  yumşaq  buğda  genotiplərinin  duza  davamlılığının  fizioloji, 

biokimyəvi  və molekulyar  xüsussiyyətlərini molekulyar və  hüceyrə səviyyəsində  

öyrənilməsi  ilə  davam  edir.  M.  Məmmədova  2014-ci  ildə    "bitki  fiziologiyası" 

ixtisası  üzrə  AMEA  Botanika  institutunun    elmlər  doktorluğu  hazırlığı  üzrə 

doktoranturasına daxil olmuşdur və  "Buğdanın                                                 duz 

stresinə  in  vivo  və  in  vitro  adaptasiyası”    mövzusunda  elmi  tədqiqat  işini  yerinə 

yetirir. M.Məmmədova  60-dan çox məqalə və tezisin müəllifidir. 

    M.Məmmədova müxtəlif  illərdə xarici dövlətlərdə təlim kursaları  və keçirilmiş 

beynəlxalq  konfrans  və  kongreslərdə  fəal  iştirak  etmuşdir.  M.Məmmədova  

ailəlidir,  1  övladı var. 



 

Əsədova  Sədaqət  Şirməmməd  qızı  1956  ildə  Bakı  şəhərində  anadan  olmuşdur. 

Orta  təhsilini  1963-1971  illədrə  Bakı  şəhərinin  53  saylı  məktəbində,  1972-1973 

ilərdə isə 175 saylı məktəbində almışdır. 

1973-1978-ci  illərdə  Azərbaycan  Dövlət  Universitetinin  biologiya  fakültəsində 

təhsil  almışdır.  Universiteti  bitirdikdən  sonra  Azərbaycan  Kənd  Təsərrufatı 

Nazirliyinin Torpaq Eroziyası Bölməsində əmək fəaliyyətinə başlamişdır.  

1986-1990-cı  illərdə  ET  Əkinçilik  İnstitutunun  əyani  aspirantı  kimi  Moskvada 

V.R.Vilyams  adına  “Yemçilik,  çəmənşünaslıq  və  otlaqlar”  institutuna  ezam 

olunub,  təhsilini  davam  etdirmişdir.  Aspiranturanı  bitirdikdən  sonra  ET  Əkinçilik  

İnstitutunun “Seleksiya” sonra isə “Bitki fiziologiyası” şöbəsində əmək fəaliyyətini 

davam etdirmişdir. 

1998  ci  ildən    AMEA  Botanika  institutunun  “  Hüceyrə  kulturası”  hal-hazırda  isə 

AMEA  Molekulyar  Biologiya  və  Biotexnologiyalar  İnstitutunun  “Bitki 

biotexnologiyası”  laboratoriyasının  əməkdaşı  olaraq,  öz  elmi  axtarışlarını  yonca, 

arpa  və  zəfəran  bitki  hüceyrəsi  kulturası  və  biotexnologiyası  sahələrinə  həsr 

etmişdir.  

 2002-ci  ildə  bitki  fiziologiyası  ixtisası  üzrə  “Yonca  bitkilərində  regenerasiya 

proseslərinin  hormonal  tənzimi”  adında  namizədlik  dissertasiyasını  Botanika 

institutunda müdafiə etmiş, biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini 

almışdır.  




Yoncanın  embriogenez  kulturasında  duzluluq  şəraitində  fotosintetik  aparatın 

formalaşmasında baş verən adaptiv dəyişkənlikləri əks etdirən məlumatları AMEA 

Botanika institutunun mühüm nəticəsi kimi qəbul olunmuşdur.        

Əsədova  S.Ş.  Elmi-Tədqiqat  Əkinçilik  institutunun  “Bitki  fiziologiyası  və 

biotexnologiyası” şöbəsinin və AMEA Molekulyar Biologiya və Biotexnologiyalar 

İnstitutunun  “Bitki  biotexnologiyası”  laboratoriyası  ilə    aparılan  müştərək  elmi  

işlərin  icraçısıdır.  Onun  elmi  fəaliyyəti  55-dən  çox  elmi  əsərdə  əks  olunmuşdur, 

onlardan 45 namizədlik dissertasiyasının müdafiəsindən sonra çap edilib, bir neçəsi 

mötəbər  elmi  konfrans  və  konqreslərin  materiallarında  (Türkiyə,  Avstriya, 

Macarıstan,  Rusiya, Ukraina və s.) öz əksinin tapmışdır. 

O, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Qrant 

müsabiqəsi üzrə “Zəfəranın (Crous sativus L.)  biotexnoloji  çoxaldılma üsullarının  

işlənib  hazırlanması”  adlı  layihənin  iştirakçısı    və  icraçısı  olmuşdur.  Azərbaycan 

Bitki Fizioloqları cəmiyyətinin üzvüdür. 2015-cı ildə AMEA Botanika İnstitutunun 

70 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilmişdir. 

 Hal-hazırda  Elmi-Tədqiqat  Əkinçilik  institutunun  “Bitki  fiziologiyası  və 

biotexnologiyası” şöbəsinin və AMEA Molekulyar Biologiya və Biotexnologiyalar 

İnstitutunun  “Bitki  biotexnologiyası”  laboratoriyasının  aparıcı  elmi  işçisi 

vəzifələrində çalışır. 

Əsədova  S.Ş.  institutun  elmi  və  ictimai  işlərində  o  cümlədən,  hüceyrə 

biotexnologiyası  sahəsində  kadrların  hazırlanasında  fəal  iştirak  edir.  Ailəlidir,  2 

qızı var. 



 

Təmrazov  Təmraz  Hacıəli  oğlu  1971-ci  ildə  Yardımlı  rayonunun  Odraqaran 

kəndində  anadan  olmuşdur.    1988-ci  ildə  həmin  rayonda  Alçabulaq  kənd  orta 

məktəbini bitirmişdir. İki il (1989-1991) müddətində hərbi xidmətdə olmuşdur. 

1992-ci  ildə  Bakı  Dövlət  Universitetinin  Kimya  fakultəsinə  daxil  olmuşdur  və 

1997-ci ildə həmin universiteti kimyaçı və kimya müəllimi xtisası üzrə bitirmişdir. 

Elə  həmin  ildə  Əkinçilik  Elmi-Tədqiqat  İnstitutuna  təyinatla  işə  qəbul  olmuşdur. 

T.H.Təmrazov 

1997-ci 


ildə 

Əkinçilik  Elmi-Tədqiqat  İnstitunun  “bitki 

fiziologiyası”  ixtisası  üzrə  əyani  aspiranturasına  daxil  olmuşdur.    2004-cü  ildə 

“Quraqlığa  davamlılığina  və  məhsuldarlığına  görə  fərqlənən  xarakterik  buğda 

genotiplərinin  fotosintetik  funksiyası  və  əlamətləri”mövzusunda  dissertasiya  işini 

müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 

2004-cü ildən  etibarən aparıcı  elmi  işçi  vəzifəsində çalışır.  2010-cu ildən  dosent 

elmi ada layiq görülmüşdür. 

T.H.Təmrazov  85-dən  artıq  elmi  əsərin  müəllifidır.  O,  müxtəlif  illərdə  təşkil 

olunmuş  beynəlxalq  seminar  və  trening  kurslarında,  beynəlxalq  elmi-praktiki 

konfranslarda  iştirak etmişdir, sertifikatlara layiq görülmüşdür.  

T.H.Təmrazov  2012-ci  ildə  "bitki  fiziologiyası"  iztisası  üzrə  Əkinçilik  Elmi-

Tədqiqat  İnstitutunun  elmlər  doktorluğu  hazırlığı  üzrə  doktoranturasına  daxil 

olmuşdur  və  quraqlığın  müxtəlif  buğda  sortlarının  fizioloji  parametrlərinin 

dəyişilməsinə  təsirinin  öyrənilməsi  istiqamətində  tədqiqat  işlərini  davam  etdirir. 

T.H.Təmrazov  hal-hazırda  Azərbaycan  Respublikasının  Statistika  Komitəsinin 




nəzdində  Elmi  Tədqiqat  və  Statistik  İnnovasiyalar  Mərkəzində  fəaliyyət  göstərir. 

Ailəlidir, 3 övladı var.   



 

Email: 

tamraz.tamrazov@mail.ru

  

 

Qaragözov  Tofiq  Hüsnü  oğlu  1948-ci  il  dekabrın  17-də  Bakı  şəhərində  anadan 

olmuşdur.  1966  –cı  ildə  orta  məktəbi  bitirib,  elə  həmin  ildə  S.M.Kirov    adına 

Azərbaycan Dövlət Universitetini biologiya fakultəsində əyani təhsil almış, biolog  

əlavə  biologiya və kimya müəllimi ixtisasını qazanmışdır. !971-ci ildə Universiteti 

bitirdikdən  sonra  SSRİ  Daxili  İşlər  Nazirliyi  qoşunlarının  6500  –N-li  hərbi 

hissəsində  alay komandiri vəzifəsində  hərbi qulluq keçmişdir. 1975-ci  ildən EA-

nın Genetika və Seleksiya İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1976- 

1982  –ci  illərdə  ADU-nin  biologiya  fakultəsinin  biokimya  kafedrasının  baş 

laborantı,  1982-1987  –ci  illərdə  EA  Fizika  İnstitutunun  Fiziki-Kimyəvi  biologiya 

sektorunda    kiçik  elmi  işçi  vəzifəsində  işləmişdir.  1989  -2016-cı  illərdə  AMEA 

Botanika 

İnstitutunun 

“Hüceyrə 

kulturası” 

laboratoriyasının 

müdiri 


işləmişdir.1985-ci  ildə  “Etrel  və  hidrel  boy  tənzimləyicilərinin  təsiri  altında 

meyvələrin  yetişməsi”  mövzusunda  dissertassiyanı  müdafiə  edib,  “Bitki 

fiziologiyası” ixtisasından biologiya  üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq 

görülmüşdür.  2016-cı  ildən  etibarən  AMEA  Molekulyar  biologiya  və 

biotexnologiyalar  İnstitutunun  “Bioloji  məhsuldarlığın  Fundamental  Problemləri 

şöbəsinin  “Bitki    biotexnologiyası  ”  laboratoriyasının  müdiri  vəsifəsində  çalışır. 

2005-ci  ildən  Azərbaycan  Kənd  Təssərufatı  Nazirliyinin  Elmi-Tədqiqat  Əkinçilik 

institutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsində aparıcı elmi işçi kimi  

əmək  fəaliyyətinə  başlamışdır.  Qaragözov  T.H.  tədqiqat  işlərini    Molekulyar 

biologiya  və  biotexnologiyalar  İnstitunun  “Bioloji  məhsuldarlığın  Fundamental 

Problemləri  şöbəsinin  “Bitki  biotexnologiyası”  və    Əkinçilik  ET  İnstitutunun  

“Bitki  fiziologiyası  və  biotexnologiya”  şöbəsi  ilə  birgə  elmi  tədqiqqat  işlərini  

davam etdirir. 

Qaragözov T.H.  100 –dən  çox məqalə və tezisin müəllifidir. 

Qaragözov  müxtəlif  illərdə  xarici  dövlətlərdə  təlim  kursaları    və  keçirilmiş 

beynəlxalq  konfrans  və  kongreslərdə  fəal  iştirak  etmuşdir  .Qaragözov  T.H.  

ailəlidir,  1  övladı var. 

 

İbrahimova  İradə  Qəzənfər  qızı  1968-ci  ildə  Sumqayıt  şəhərində  anadan 

olmuşdur.  1988-1993-cü  illərdə  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasının 

(indiki ADAU) “meyvə-tərəvəz  və üzümçülük” fakultəsini fərqlənmə diplomu ilə 

bitirmişdir. İ.Q.İbrahimova 2000-ci ildə Əkinçilik Elmi Tədqiqat İnstitutunda kişik 

elmi işçi vəzifəsində fəaliyyətə başlamışdır. 2011-ci ildə “Müxtəlif arxitektonikalı 

buğda  genotiplərinin morfofizioloji xüsusiyyətləri  və  onların arxitektonikası” adlı 

dissertasiya    işini  müvəffəqiyyətlə  müdafiə  edərək  Azərbaycan  Respublikasının 



Prezidenti  Yanında  Ali  Attestasiya  komissiyası  qərarı  ilə  ona  biologiya  üzrə 

“Fəlsəfə Doktoru” elmi dərəcəsi verilmişdir.  

İ.Q.İbrahimova  1998-ci ildə Özbəkistanda Beynəlxalq səviyyəli konfransda və s. 

tədbirlərdə iştirak etmişdir. 

Yerli  və  xarici  mətbuatda  dərc  olunmuş  25  elmi  əsərin  müəllifidir.  O,  yerli  və 

Beynəlxalq  Seleksiya  Mərkəzlərindən  (CİMMİT  və  İCARDA)  introduksiya 

olunmuş  buğda  genotiplərinin  morfoloji,  fizioloji,  aqronomik  əlamətlərinin 

öyrənilməsi istiqamətində Bitki fiziologiyası və biotexnologiya şöbəsində aparılan 

tədqiqat işlərində yaxından iştirak edir.  

Əlaqə tel: 551-61-30  

 

İbrahimova Ülkər Faiq qızı - 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 

1988-1998-ci  illərdə  Sumaqayıt  şəhəri,  Nizami  Gəncəvi  adına  Texniki  və  Təbiət 

Elmləri  Liseyini  bitirmişdir.  1998-2002-ci  illərdə  Bakı  Dövlət  Universitetinin 

biologiya fakültəsində bakalvar pilləsi üzrə, 2003-2005-ci illərdə isə magistr pilləsi 

üzrə təhsil almışdır. Ü.İbrahimova 2002-ci ildə Əkinçilik Elmi-Tədqiqat İnstitunun 

bitki fiziologiyası şöbəsində kiçik elmi işçi vəzifəsinə işə götürülmüş, 2005-ci ildə 

isə  həmin  şöbədə  bitki  fiziologiyası  ixtisası  üzrə  əyani  aspiranturaya  daxil 

olmuşdur.  Ü.İbrahimovanın  dissertasiyası  işinin  mövzusu  “Duz  stresinə  məruz 

qalmış  buğda  genotiplərinin  morfofizioloji  və  biokimyəvi  xüsusiyyətləri” 

olmuşdur.  Dissertasiya  işi  duz  stresinin  Azərbaycanda  rayonlaşdırılmış  buğda 

sortlarının fizioloji proseslərinə o cümlədən bəzi biokimyəvi göstəricilərinə təsirinə 

həsr  olunmuşdur.

 

2015-ci  ildə  “Duz  stresinə  məruz  qalmış  buğda  genotiplərinin 



morfofizioloji  və  biokimyəvi  xüsusiyyətləri”  mövzusunda  dissertasiya  işini 

müdafiə  edərək,  2411.02  -  “Bitki  fiziologiyası”  ixtisası  üzrə  fəlsəfə  doktoru  elmi 

dərəcəsini  almışdır.  Elmi  maraq  dairəsi  bitki  fiziologiyası  və  biokimya 

istiqamətləridir.  Fizioloji  parametrlərin  təyini,  osmolitlərin  təyini,  zülal  və 

fermentlərin  ekstraksiya  metodları  və  fementlərin  fəallıqlarının  spekrtofotometrik 

üsulla  təyini  metodlarını  bilir.Ü.F.İbrahimova  19-dan  çox  məqalə  və  tezisin 

müəllifidir,  aldığı  elmi  nəticələri  nüfuzlu  jurnallarda  dərc  etdirmişdir. 

Ü.F.İbrahimova ailəlidir, 2 övladı var. 



Məmmədova  Gülşən  Vaqif  qızı  1980-ci  il  sentyabrın  23-də  Ağcabədi  şəhərində 

anadan  olmuşdur.  1987-ci  ildə  191  saylı  orta  məktəbin  1-ci    sinfinə  daxil  olmuş, 

1997-ci  ildə  orta  məktəbi  bitirmişdir.  Həmin  ildə  Azərbaycan  Dövlət  Pedoqoji 

Universitetinin  kimya-biologiya  fakultəsinə  daxil  olmuşdur.  2002-ci  ildə 

universiteti  bitirmiş  və  Əkinçilik  Elmi-Tədqiqat  İnstitutunun  “Süni  iqlim 

laboratoriyasında”  kiçik  elmi  işçi  daha  sonra  isə  “Bitki  fiziologiyası  və 

biotexnologiya” şöbəsində elmi işçi vəzifəsində çalışmışdır. Beynəlxalq Seleksiya 

Mərkəzləri  SİMMİT  və  İCARDA  ilə  birgə  aparılan  tədqiqat  işlərində  yaxından 




iştirak  etmişdir.  Yerli  və  xarici  mətbuatda  dərc  olunmuş  elmi  əsərin  müəllifidir. 

Hazırda İCARDA və CİMMİT Beynəlxalq Seleksiya Təşkilatlarından introduksiya 

olunan  müxtəlif  təyinatlı  buğda  pitomniklərinin  ilkin  ekoloji  sınaqlarının 

keçirilməsi, buğda genotiplərinin arxitektonikasına, həyat tərzinə, bir sıra fizioloji 

parametrlərinə, məhsuldarlığına, məhsul komponentlərinə  görə qiymətləndirilməsi 

və  respublikanın  müxtəlif  aqroekoloji  şəraitli  bölgələri  üçün  seleksiya 

materiallarının seçilməsi və s. sahələrdə elmi tədqiqat işlərini davam etdirir. 

 

Şöbənin fəaliyyət istiqamətləri: 



 

Şöbə  öz  fəaliyyətinə  müxtəlif  adlarla  1950-ci  ildən  başlamışdır.Yeni  institutun 

modernləşdirilməsi proqramına, Aqrar Elm Mərkəzinin 03 saylı 29 mart 2009-cu il 

və  Əkinçilik  İnstitutunun  7/ş  saylı  31  mart  2009-cu  il  tarixli   əmrlərinə  əsasən 

başlamışdır.  Hal-hazırda  şöbədə  17  nəfər  çalışır  ki,  onun  da  14-ü  tədqiqatçıdır. 

Tədqiqatçılardan  11-i  elmlər  namizədi,  2-si  isə  elmlər  doktorudur.  1955-ci  ildən 

başlayaraq  şöbədə   kənd  təsərrüfatı  bitkilərinin,  xüsusən  də  buğdanın 

məhsuldarlıq   prosesinin  nəzəri  əsasları  olan  fotosintezin  problemlərinə  dair 

kompleks  tədqiqatlar  aparılır.  Bu  tədqiqatların  dairəsi  bitkilərin  məhsuldarlığının 

fizoloji,  biokimyəvi  və  molekulyar-genetik  əsaslarını,  eyni  zamanda  bitkilərin 

həyatının  struktur-funksional  təşkilinin  molekulyar  səviyyədən  başlayaraq  bütöv 

bitki  və  əkin  səviyyəsinə  qədər  məhsuldarlıq  proseslərinin  öyrənilməsini  əhatə 

edir. Bu tədqiqatların həyata keçirilməsində şöbə AMEA-nın Molekulyar biologiya 

və  Biotexnologiya institutu ilə elmi əməkdaşlıq edir.   

       

İlk  illərdə  Azərbaycanın  əsas  bölgələrində  becərilən  kənd  təsərrüfatı 



bitkilərində  (tərəvəz,  pambıq,  buğda)  gedən  fizioloji  və  biokimyəvi 

proseslərlə  makro və mikroelementlərin əhəmiyyəti öyrənilmişdir. Bu tədqiqatlar 

əsasında  qida  elementlərinin  fizioloji rolu aşkarlanmış, gübrə kimi onların  tətbiq 

edilməsinin  səmərəliliyi,  konkret  dozaları,  müddətləri  və  verilmə   üsullarına  dair 

təkliflər hazırlanmışdır. 

        


Bu  illər  ərzində  şöbədə  aşağıdakı  istiqamətlərdə  tədqiqat   işləri  aparılmış, 

nəticələr  əldə  olunmuş  və  20-dən  artıq  monoqrafiya  və  kitablarda,  1000-ə  qədər 

elmi məqalələrdə nəşr edilmişdir: 

 



karbon 

qazı 


assimilyasiyasının 

genotiplərin 

morfofizioloji 

əlamətlərindən və donor-akseptor nisbətindən asılı olaraq  tədqiqi; 

 

fotosintezin  intensivliyinin  və  eləcə  də  yarpaq  və  sünbüllərdə  sintez 



olunmuş  assimilyatların  paylanmasının 

14

CO



tətbiq  etməklə  təzadlı 

buğda genotiplərində öyrənilməsi; 

 



quraqlıq  stresinin  müxtəlif  bərk  və  yumşaq  buğda  genotiplərinin 

fotosintetik qaz mübadiləsinə təsirinin öyrənilməsi; 

 

yüksək məhsuldar genotiplərin sünbülündə intensiv zülal sintezi prosesi, 



fotosintezin  yüksək  intensivliyi  və  CO

2

 -nin  ilkin  assimilyasiya 



fermentlərinin fəallıqları ilə korzelyasiyası; 


 

intensiv  və  ekstensiv  tipli  buğda  genotiplərinin  CO



2

 -nin  assimilyasiya 

intensivliyinə və CO

2

 -ni  ilkin  assimilyasiya  edən  fermentlərin  fəallığına 



görə müqayisəli qiymətləndirilməsi; 

 



fotosintezin  ilkin  proseslərinin  tədqiq  olunmasından  alınan  nəticələr 

əsasında  yüksək  fotokimyəvi  fəallığa  və  ona  müvafiq  morfofizioloji 

xüsusiyyətlərə malik genotiplərin aşkarlanması; 

 



karbon  qaz  mübadiləsinin  tədqiqində  həqiqi  fotosintezlə  fototənəffüs 

arasında əlaqənin müəyyən edilməsi; 

 

xloroplastların 



membran 

sistemlərinin 

quruluşunun 

təşkilinin 

aydınlaşdırılması  və  bu  əsasda  xloroplastların  tilakaid  membranında 

piqment - zülül kompleksinin topoqrafiya modelinin işlənib hazırlanması; 

 

yetkin  və  qeyri-yetkin  rüşüymlərdən  hüceyrə  kulturasının  induksiya 



olunan morfogenezin xüsusiyyətlərinin öyrənilməsi; 

 



buğda  kallusunun  izolə  olunmuş  hüceyrələrindən  seleksiya  işində 

buğdanın  yeni  forma  və  sortlarının  yaradılması  üçün  ilkin  forma  və 

sortlarının  yaradılması  üçün  ilkin  material  rolunu  oynayan  bitki 

regenerantların alınması; 

 

kənd  təsərrüfatı  bitkilərində  toplanan  radioaktiv  parçalanma  məhsulları 



olan  radionuklidlərlə  torpağın  çirklənməsi,  onun  torpaq-bitki  örtüyündə 

paylanma qanunauyğunluqlarının öyrənilməsi və s. 

       Hal-hazırda şöbədə stress amillərə davamlılığın fizioloji, biokimyəvi 

və  molekulyar  xüsusiyyətlərinin   tədqiqi  istiqamətində  aşağıdakı  tədqiqat 

işləri davam etdirilir: 

 



buğda  və  digər  dənli  bitkilərin  quraqlığa  və  duza  davamlılığa 

adaptasiyasında baş verən fizioloji və biokimyəvi proseslərin tədqiqi; 

 

buğdanın quraqlığadavamlılığının molekulyar mexanizmlərinin tədqiqi; 



 

davamlılığın 



genetik 

determinə 

olan 

mexanizimlərinin 



amplifikasiyasının nəticəsi kimi in vitro və in vivo şəraitlərdə orqanizm 

və  hüceyrə  səviyyələrində  realizə  olunan  xloridli  şorlaşmanın  stress 

təsirinə qarşı buğdanın adaptiv reaksiyalarının tədqiqi. 

Morfo-fiziologiya 

Artıq  uzun  müddətdir  ki,  institutda  buğda  və  digər  dənli   bitkilərin  morfoloji 

əlamətlərindən  asılı  olaraq  yüksək  məhsuldarlığı  şərtləndirən  fizioloji 

prosesslərin  gedişi   tədqiq  edilir.  Bu  sahədə  fundamental  tədqiqat  işləri 

aparılmaqla müxtəlif morfo-fizioloji əlamətlərin məhsulun formalaşmasında rolu 

aydınlaşdırılmışdır.  Öyrənilən  morfo-fizioloji  əlamətlərdən  əkin  sahəsində 

yarpaq  sahə  indeksini,  onun  gövdədə  duruşu  quruluşunu  (arientasiya), xüsusi 

səthi  sıxlığın  (XSS)  qiyməti  və  s.  xüsusiyyətlər  öyrənilərək  bu  əlamətlərin 

məhsulun formalaşmasında rolu aydınlaşdırılmışdır. Bitkinin böyümə və inkişaf 

dinamikası müntəzəm olaraq aydınlaşdırılmış, inkişaf mərhələsinə uyğun olaraq 

morfo-fizioloji  prosesslərin  gedişi  tədqiq  edilir.  Həmçinin  tədqiqatlarda 



məhsuldarlıqda  fotosintetik   əlamətlərin  əhəmiyyəti  və  ideal  buğdanın 

seleksiyasında  onların  istifadəsi  məsələlərinə  toxunulmuşdur.  Buğdada 

fotosintezin  intensivliyinin  ətraflı  öyrənilməsi  ilə  morfofizioloji  xüsusiyyətlərlə 

məhsuldarlıq  göstəriciləri  arasında  korrelyasiya  əlaqələri  müəyyən  edilmişdir. 

Bu  sahədə  aparılan  çoxillik   tədqiqatların  yekunlarına  əsasən  “İdeal  buğda” 

modelinin  testləri  hazırlanmışdır.  Bu  model  seleksiya  materiallarının 

qiymətləndirilməsi  müddətinin  qısaldılmasında  və  buğdanın  ideal  tipinə  yaxın 

sortların  yaradılmasında  müstəsna  rolu  olmuşdur.  Belə  bərk  və  yumşaq  buğda 

sortlarına  nümunə  olaraq  “Qaraqılçıq  2”,  “Bərəkətli  95”,  “Əzəmətli  95”, 

“Qobustan”, “Tale 38” və “Qırmızı gül 1”-i göstərmək olar.  



Davamlılığın aspektləri 

Tədqiqat  işlərində  əsasən  müxtəlif   morfo-fizioloji,  biokimyəvi  və  molekulyar 

aspektlərin  su,  duz  və  temperatur  stresləri  şəraitində  depressiyası  öyrənilir. 

Bunlar  əsasən  su  rejimi  göstəricilərinin  quraqlıq  şəraitində  öyrənilməsi  və 

pozulmuş su rejiminin digər morfofizioloji, biokimyəvi göstəricilərə, o cümlədən 

assimiliyasiya  səthinə,  toplanan  biokütləyə,  bitkinin  böyümə  və  inkişafına, 

fotosintez 

göstəricilərinə, 

antioksidləşdirici 

fermentlərin 

fəallığına, 

xloroplastların  flüoressensiya  spektrində  yerləşən  qısadalğalı  formaların 

intensivliyinə  təsiri  aydınlaşdırılmışdır.  Sonda  davamlılığı  səciyyələndirən 

morfofizioloji  əlamətlər  müəyyənləşdirilərək  seleksiyada  yeni  formaların 

yaradılması  üçün  zəmin  hazırlanmışdır.  Duz  stresi  şəraitində  endospermin 

protektor  effektliyini  öyrənmək  məqsədilə  buğdanın  dənindən  və  yetişmiş 

rüşeymindən  in  Vitro  şəraitində  yetişdirilən  bitkilərin  adaptiv  xüsusiyyətləri 

tədqiq  edilmişdir.  NaCl  duzunda  inkişaf  edən  kallus  hüceyrələrində  zülal 

kompleksində  baş  verən  dəyişiklər  aşkar  edilmişdir.  Tədqiq  edilən  davamlılığın 

bu  aspektləri  sonda  seleksiyada  yeni  formaların  yaradılması  üçün  zəmin 

hazırlanmışdır. 

Adaptasiya 

Tədqiqat işlərində buğda və digər dənli bitkilərin stress amillərin  (quraqlıq, duz) 

təsirinə məruz qaldıqları və adaptasiya olunaraq müxtəlif morfoloji, biokimyəvi, 

fizioloji  və  genetik  əlamətlər  qazanılması  aydınlaşdırılmışdır.  Genetik 

adaptasiyanın   davamlılıq  genlərinin   aktivliyinin  artması  nəticəsində   mümkün 

olduğu  müəyyən  edilmişdir.  Su  qıtlığının  və  müxtəlif  qatılıqlı  duzun  təsirindən 

bir  çox  fizioloji  əlamətlərdə  adaptasiyaya  uğrayan  müəyyən  əlamətlər 

qazanılmışdır.  Bu  əlamətlərə  stress  amilin  təsirindən  kök  sisteminin  torpağın 

nisbətən  daha  dərin  qatlarında  paylanması,  assimiliyasiya  səthinin  azalması, 

transpirasiyanın  intensivliyinin  qiymətlərində,  CO

2

  mübadiləsinin  gedişində, 



fotosintezedici 

piqmentlərin 

miqdarında,  antioksidləşdirici  fermentlərin 

fəallığında,  xloroplastların  flüoressensiya  spektrində  baş  verən  və  s. 

morfofizioloji  və  biokimyəvi  dəyişiklər  daxildir.  Bu  əlamətlərin  əsasında  stress 

amillərə  adaptasiya  normaları  və  qiymətli  genotiplər  müəyyən  edilmişdir  ki, 




bunlardan  da  davamlı  formaların   yaradılmasında  geniş   istifadə  edilir.  Hal-

hazırda İnstitutda buğda və digər dənli bitkilərin quraqlığa və duza davamlılığa 

adaptasiyasında  baş  verən  fizioloji,  biokimyəvi  və  molekulyar  mexanizmlərin 

tədqiqi istiqamətlərində işlər davam etdirilir. 



Biotexnologiya 

Biotexnologiya-  təbii  bioloji  obyektlərdən  (mikroorqanizmlər,  bitki  və  heyvan 

hüceyrələr),  hüceyrə  hissələrindən  (hüceyrə  membranı,  ribosom,  mitoxondri, 

xloroplast)  və  proseslərdən  istifadə  edərək  müxtəlif  qiymətli  maddələrin  və 

məhsulların  istehsalının  metodları  və  texnologiyaları  haqqında  elmdir. 

Biotexnologiya  insana  lazım  olan  məhsulların  və  materialların  canlı 

orqanizmlərin,  hüceyrə  kulturalarının  və  bioloji  proseslərin  köməyi  ilə 

istehsalıdır.  Biotexnologiyanın  əsas  istiqamətləri:  1)  mikroorqanizmlərin  və 

becərilən  eukariot hüceyrələrin köməyi ilə bioloji aktiv maddələrin (fermentlər, 

vitaminlər,  hormonal  preparatlar),  dərman  preparatlarının  (antibiotiklər, 

peyvəndlər,  zərdab,  yüksəkspesifik  antitellər),  həmçinin  yem  əlavələri  kimi 

istifadə  olunan  zülalların,  amin  turşuların  istehsalı;  2)  bioloji  mübarizə 

metodlarının  ətraf  mühitin  çirklənməsinin  qarşısının  alınmasında  istifadəsi 

(içməli suyun, çirklənmiş torpağın bioloji təmizlənməsi), bitkilərin zərərverici və 

xəstəliklərdən  mühafizəsi;  3)  gen  mühəndisliyi  metodu  ilə  yeni  faydalı 

mikroorqanizm ştamlarının, bitki sortlarının, heyvan cinslərinin yaradılması və s. 

Biotexnologiyanın  əsasında  genetika,  molekulyar  biologiya,  biokimya, 

embriologiya 

və 

hüceyrə 


biologiyası 

və 


s. 

durur. 


Gen  mühəndisliyi-  molekulyar  genetikanın  şöbəsi  olub,  sahibin  hüceyrəsində 

çoxala  bilən  və  hüceyrənin  vacib  metabolitlərinin  sintezinə  nəzarəti  həyata 

keçirən 

məqsədəuyğun 

yeni 

DNT 


molekulunun 

yaradılmasıdır. 

Bir  orqanizmdən  digər  orqanizmə  genin  köçürülməsi  aşağıdakı  əməliyyatlar 

hesabına  baş  verir:  genin  (DNT  fraqmentinin)  bakteriya,  bitki  və  heyvandan 

ayrılması,  DNT  fraqmentinin  bakteriya  plazmidinə  birləşdirilməsi,  plazmid 

DNT-hibridinin (lazım geni daşıyan) sahib hüceyrəsinə daxil edilməsi, bu genin 

yeni 

sahibdə 


klonlaşması 

və 


fəaliyyət 

göstərməsi. 

Transgen  bitkilər-  başqa  orqanizmləri  genləri  köçürülmüş  bitkilərdir.  Kolorado 

böcəyinə  davamlı  kartof,  torpaqda  yaşayan  Dacillus  thuringiensis  genomundan 

ayrılan  genin  kartofun  genomuna  daxil  edilməsi  hesabına  bu  bitki  Cry  zülalı 

hasil  edir.  Bu  zülal  protoksin  olub,  həşəratların  bağırsağında  həll  olur  və  əsl 

toksinə  qədər  aktivləşir,  həşəratların  sürfəsinə  və  pupuna  öldürücü  təsir  edir, 

insanda və digər istiqanlı heyvanlarda bu cür transformasiya mümkün olmadığı 

üçün  bu  zülal  insan  üçün  zəhərli  və  təhlükəli  deyil.  Transgen  heyvanlar  kimi 

daha  çox  donuzlardan  istifadə  olunur.  İnsan  genlərinə  malik  donuz  insan 

orqanlarının donoru kimi istifadə edilir. 

 

 



 

 

 




Laboratoriya cihazları  

Aparatların adı və markası 

İstehsalçı 

ölkə 

Funksiyası 

Şəkil 

OPTİ-Sciences CCM-200 

Xlorofil miqdarını ölçən 

  

ABŞ 



Xlorofilin miqdarını ölçmək 

 

Hermle Labortechnik Stolüstü 



sentrifuqa soyuduculu Z400K 

  

Almaniya 



  

Hüceyrənin müxtəlif 

orqanoidlərinin 

çokdürülməklə ayrılması 

 

 

Distillyator Aquatron 



A4000D Bibby Scientific 

Limited Stone Staffordshire 

  

Ingiltərə 



  

Suyun distillə yolu ilə 

təmizlənməsi 

 

 



pH metr Eutech instruments 

  

Sinqapur 



  

Məhlulun pH-nı təyin etmək 

 

 

Li COR-6400 XT Daşınan 



fotosintez sistemi 

  

ABŞ 



  

Sahə şəraitində bitkilərin qaz 

mübadiləsi parametrlərinin 

ölçülməsi 

 

 

 



Spektrofotometr 

Genesys 20 

Thermo Scientific 

 

ABŞ 



  

Fotosintezedici piqmentlərin 

miqdarının, fermentlərin 

aktivliklərinin ölçülməsi 

 

 

Laboratoriya blenderi 



ABŞ 

Bitki materialını dağıtmaq və 

homogen hala salmaq 

 

 




Yarpaq sahəsini ölçən AM300 

Bioscientific Ltd 

İngiltərə 

Sahə və laboratoriya 

şəraitində bitkilərin yarpağın 

səth sahəsinin ölçülməsi 

 

 

Tərəzi Grain Grading Scale 



8800S 

ABŞ 


Toxum çəkmək 

 

 



Avtomatik sahə ölçən (AAC-

400) 


Tokiyo, 

Yaponiya 

Yarpağın səth sahəsini 

ölçmək 


 

 

 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə