Bitki fiziologiyası və biotexnologiya şöbəsi Şöbə müdiri: Şöbədə çalışan elmi əməkdaşlar



Yüklə 85,6 Kb.
Pdf görüntüsü
tarix17.01.2018
ölçüsü85,6 Kb.
#21045


Bitki fiziologiyası və biotexnologiya şöbəsi 

 

       Şöbə müdiri:  

Şöbədə çalışan elmi əməkdaşlar:  

Süleymanov  Səftər  Yusif  oğlu  l  dekabr  1951-ci  ildə  Azərbaycan  Respublikası 

Qəbələ  rayonunun  Nickəndində  anadan  olmuşdur.  1958-ci  ildə  Nickənd  orta 

məktəbinə daxil olmuş, 1968-ci ildə məktəbi bitirmişdir. 1970-ci ildə Bakı Dövlət 

Universitetinin  kimya  fakültəsinə  daxil 

olmuş,  1975-ci  ildə  institutu 

bitirmişdir.1975-ci  ildə  Azərbaycan  Kənd  Təsərrüfatı  Nazirliyi  Elmi-Tədqiqat 

Əkinçilik  İnstitutunun  Bitki  fiziologiyası  laboratoriyasında  analitik  vəzifəsinə 

işəqəbul  olmuşdur.  1976-1977-ci  illərdə  SSREA-nin  A.U.  Baxadına  Biokimya 

institutunda akademik A.İ.Okarinin laboratoriyasında 2 il təcrübə kursu keçmişdir. 

1977-ci  ildə  SSREA-nin  Torpaqşünaslıq  və  Fotosintez  İnstitutunda  (Moskva, 

Puşinoşəhəri)  əyani  aspiranturaya  daxil  olmuşdur,  1980-ci  ildə  aspiranturanı 

bitirmişdir  və  Elmi-Tədqiqat  Əkinçilik  İnstitutunun  texnologiya  və  biokimya 

laboratoriyasında kiçik elmi işçi vəzifəsinə təyin olunmuşdur. 1985-ci ildə «Buğda 

xloropalstlarının mebranını və piqment zülal komplekslərinin quruluşunun tədqiqi» 

mövzusunda  dissertasiya  işini  müdafiə  edərək    b.ü.f.d.  elmi  dərəcəsi  almışdır. 

(ixtisas.  03.00.12-bitki  fiziologiyası.)  1985-1989-cu  ilə  qədər  böyük  elmi  işçi, 

1989-19994-cü  illərdə  aparıcı  elmi  işçi,  biotexnologiya  qrupunun  rəhbəri 

vəzifəsində  çalışmışdır.  2003-cü  ildə  «Xlorofil-zülal  kompleksləri  xloroplastların 

tilakoid  menbranında  onların  struktur  molekulyar  quruluşu  və  formalaşmasnın 

tənzimlənməsi» mözsusunda doktorluq dissertasiyası müdafiə edərək b.e.d. alimlik 

dərəcəsi  almışdır.  Hal-hazırda  baş  elmi  işçi  vəzifəsində  çalışır,  “Buğda    bitkisinə 

stres  amillərin    təsirinin      molekulyar    mexanizmlərinin  tədqiq  və  praktiki  

istifadəsi ” mövzusu üzərində işləyir.

 

Feyziyev Yaşar  Mirzə  oğlu  1960-cı Lənkaran şəhərində anadan olmuşdur. 1967-

77-ci  illərdə  Lənkaran  şəhərinin  1  saylı  orta  məktəbində  oxumuş  1977-1982-ci 

illərdə  isə  Azərbaycan  Dövlət  Universitetinin  fizika  fakültəsində  təhsilal 

almışdır.1982-ci  ildə  Azərbaycan  Elmi-Tədqiqat  Əkinçilik  İnstitutunda  elmi 

fəaliyyətə  başlamışdır.  1986-1989-cu  illərdə  SSRİEA  Torpaqşünaslıq  və 

Fotosintez  institutunda  aspiranturada  təhsil  almışdır.  1990-cı  ildən  balşayaraq 

Azərbaycan  Elmi-Tədqiqat  Əkinçilik  İnstitutunda  elmi-tədqiqatları  davam 

etdirmişdir.1992-ci ildə Moskva Dövlət Universitetinin biofizika ixtisaslaşmış elmi 

şurasında  «İkinci  fotosistemdə  xinonakseptorlarının  reduksiyası  zamanı  yüklərin 

rekombinasiyası» adlı namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat 

elmləri  namizədi  alimlik  dərəcəsi  almışdır.  1997-2005-ci  illərdə  Yaponiyanın 




Kvanşey  Qakuin  Universitetində    İsveçin  Lund  Universitetində  və  Yaponiyanın 

Fiziki  və  kimyəvi  tədqiqatlar  institutunun  (RİENK)  «Fotodinamik  tədqiqatlar 

mərkəzi»  ində  ikinci  fotosistemin  reaksiya  mərkəzləri  və  suyun  katalitik 

oksidləşməsi  problem  üzərində  elmi  tədqiqatlar  aparmışdır.  2009-cu  ildə  AMEA 

Botanika  İnstitutunun  ixtisaslaşmış  Elmi  şurasında  «İkinci  otosistemdə  suyun 

katalitik  oksidləşməsi  reaksiyaları  zamanıe  lektronların  daşınması»  mövzusunda 

biologiya  elmləri  doktoru  alimlik  dərəcəsi  almaq  üçün  dissertasiya  işini  müdafiə 

etmişdir.



 

Hal  hazırda  baş  elmi  işçi  vəzifəsində  çalışır,  “Buğda    bitkisinə  stres 

amillərin    təsirinin      molekulyar    mexanizmlərinin  tədqiq  və  praktiki    istifadəsi  ” 

mövzusu üzərində işləyir.  

Email:

 

ya_feyziyev@yahoo.com



 

 

         Abdulbagiyeva Sevda Ağamalı qızı - aparıcı elmi işçi 



Abdulbagiyeva  S.A.  30.09.1960-cı  ildə  anadan  olmuşdur.  1981-1986-cı  illərdə 

S.M.  Kirov  adına  ADU-nin  kimya  fakultəsini  bitirdikdən  sonra  Əkinçilik 

İnstitutunda  əmək  fəaliyyətinə  başlamışdır.  1997-ci  ildə  03.00.12-“Bitki 

fiziologiyası”  ixtisası  üzrə  “Müxtəlif  morfofizioloji  əlamətli  buğda  genotiplərinin 

quraqlığa davamlılıqla əlaqədar dən keyfiyyətinin formalaşması” adlı dissertasiya 

işini müdafiə edərək biologiya  elmləri namizədi alimlik adına  layiq görülmüşdür. 

2010-cu  ildə  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Ali  Attestasiya 

Komissiyasının  qərarı  ilə  Bitki  fizioloqu  üzrə  "Dosent"  elmi  adı  verilmişdir.  58 

elmi  əsərin  müəllifidir.  Hazırda  “Yerli  və  introduksiya  olunmuş  nümunələr 

əsasında buğdanın rüşeym plazmasının zənginləşdirilməsi və hibridləşmə  yolu ilə 

yüksək  məhsuldar,  keyfiyyətli  və  ekoloji  cəhətdən  uyğunlaşa  bilən  yeni  sortların 

yaradılması və tətbiqi” mövzusu üzərində işləyir. 

 

Mirzəyev Rüfət Sədrəddin oğlu - aparıcı elmi işçi 

 

 



Mirzəyev  Rüfət  Sədrəddin  oğlu  18.01.1958-ci  ildə  anadan  olmuşdur.  1983-cü 

illərdə ADU-nun Fizika fakultəsinin “Fizik, fizika müəllimi” ixtisasını bitirmişdir. 

Elə  həmin  ildən  də  təyinatla  Az.ETƏİ-da  işə  başlamışdır.  1990-cı  ildə 

“Məhsuldarlığına  və  fotosintetik  əlamətlərinə  görə  fərqlənən  müxtəlif  soya 

genotiplərində  CO2  qazı  mübadiləsi”  mövzusu  üzrə  dissertasiya  işini  müdafiə 

edərək “Bitki fizioogiyası” ixtisası üzrə biologiya elmləri namizədi elmi dərəcəsini 

və  “Dosent”  elmi  adını  almışdır.  60-a  yaxın  elmi  əsərin,  2  noxud  və  1  mərci 

sortunun həmmüəllifidir.    

Hal-hazırda  Respublikanın  ayrı-ayrı  bölgələri  üçün  perspektivli  sayılan  ərzaq 

paxlalı bitkilərinin (noxud, mərci) seçilməsi,  yaradılması, fermer təəsrrüfatlarında 

yayılması,  quraqlığa,  şaxtaya  xəstəliklərə  və  s.  davamlı  sotların  məhsuldarlığını 

xarakterizə edən morfofizioloji əlamətlərin öyrənilməsi və bu nümunələrin ekoloji 

sınaqlarının keçirilməsi və b. sahələrdə elmi tədqiqat işləri aparır.   

Email: 


rufat.mirzayev.58@mail.ru

  

 




Əhmədova Flora Ələddin qızı - aparıcı elmi işçi 

Məmmədova Mahirə Heybət qızı - aparıcı elmi işçi 

Əsədova Sədaqət Şirməmməd qızı - aparıcı elmi işçi 

 

Təmrazov Təmraz Hacıəli oğlu - aparıcı elmi işçi

 

Təmrazov  T.  H.  03.03.1971-ci  ildə  anadan  olmuşdur.  1997-ci  ildə  Bakı  Dövlət 

Universitetinin “kimyaçı və kimya müəllimi” ixtisasını bitirmişdir. Elə həmin ildən 

Az.  ETƏİ-da  kiçik  elmi  işçi  kimi  işə  başlamışdır.  O,  2004-cü  ildə  “Quraqlığa 

davamlılığına  və  məhsuldarlığına  görə  fərqlənən  xarakterik  buğda  genotiplərinin 

fotosintetik funksiyası və əlamətləri” mövzusunu müdafiə edib Bitki fiziologiyası 

ixtisası  üzrə  “Biologiya”  elmləri  namizədi  adını  almışdır.  T.Təmrazov    32  elmi 

əsərin müəllifidir. Hal-hazırda “Buğda proqramı” üzərində işləyir. 



Email: 

tamraz.tamrazov@mail.ru

  

 

Allahverdiyev Tofiq İdris oğlu - aparıcı elmi işçi 



Allahverdiyev  T.  İ.  05.X.1968-ci  ildə  anadan  olmuşdur.  1993-cü  ildə  ADPU-nun 

“biologiya-kimya  müəllimi”  ixtisasını  bitirmişdir.  1994-cü  ildə  Az.  ETƏİ-nun 

aspiranturasına  qəbul  olunub  və  1997-ci  ildən  isə  Az.  ETƏİ-da  kiçik  elmi  işçi 

vəzifəsində  işə  başlamışdır.   2004-cü  ildə  “C4  bitkisi  olan  amarant  (Amaranthus 

cruentus  L.)  yarpaqlarının  fosfoqliseratkinazası”  mövzusu  üzrə  disertasiya  işini 

müdafiə  edərək  “biokimya”  ixtisası  üzrə  biologiya  elmləri  namizədi  alimlik 

dərəcəsi  adını almışdır. 63 elmi əsərin müəllifidir. 

Hazırda isə “Buğda genotiplərinin quraqlığa davamlılığının fizioloji xüsusiyyətləri 

və davamlı genotiplərin aşkar olunması” mövzusu üzərində işləyir. 

Email: 

tofig_1968@mail.ru

  

 

Qaragözov Tofiq Hüsnü oğlu - aparıcı elmi işçi  



İbrahimova İradə Qəzənfər qızı - böyük elmi işçi 

  İbrahimova  İradə  Qəzənfər  qızı  22.12.1968-ci  ildə  anadan  olmuşdur.  Kənd 

Təsərrüfatı  Akademiyasının  “meyvə-tərəvəz  və  Üzümçülük”  fakultəsinin  “alim-

aqronom” ixtisasını bitirmişdir. 2000-ci ildə İnstitutda aspiranturaya daxil olub və 

bitirdikdən  sonra  həmin  İnstitutda  əmək   fəaliyyətinə  başlamışdır.17  elmi  əsərin 

müəllifidir. Həmçinin “Müxtəlif arxitektonikalı buğda genotiplərinin morfofizioloji 

xüsusiyyətləri  və  onların  seleksiya  dəyişkənliyi”  mövzusu  üzrə  müdafiə 

ərəfəsindədir.  

Hazırda  “Yerli  və  introduksiya  olunmuş  nümunələr  əsasında  buğdanın  rüşeym 

plazmasının  zənginləşdirilməsi  və  hibridləşmə  yolu  ilə  yüksək  məhsuldar, 

keyfiyyətli  və  ekoloji  cəhətdən  uyğunlaşa  bilən  yeni  sortların  yaradılması  və 

tətbiqi” mövzusu üzərində işləyir. 



Əlaqə tel: 551-61-30  

 



Mirzəyeva Gülşən Vaqif qızı - elmi işçi 

İbrahimova Ülkər Faiq qızı -  elmi işçi 

 

 



Şöbənin fəaliyyət istiqamətləri: 

 

Şöbə  öz  fəaliyyətinə  müxtəlif  adlarla  1950-ci  ildən  başlamışdır.Yeni  institutun 

modernləşdirilməsi proqramına, Aqrar Elm Mərkəzinin 03 saylı 29 mart 2009-cu il 

və  Əkinçilik  İnstitutunun  7/ş  saylı  31  mart  2009-cu  il  tarixli   əmrlərinə  əsasən 

başlamışdır.  Hal-hazırda  şöbədə  28  nəfər  çalışır  ki,  onun  da  21-i  tədqiqatçıdır. 

Tədqiqatçılardan  18-i  elmlər  namizədi,  3-ü  isə  elmlər  doktorudur.  1955-ci  ildən 

başlayaraq  şöbədə   kənd  təsərrüfatı  bitkilərinin,  xüsusən  də  buğdanın 

məhsuldarlıq   prosesinin  nəzəri  əsasları  olan  fotosintezin  problemlərinə  dair 

kompleks  tədqiqatlar  aparılır.  Bu  tədqiqatların  dairəsi  bitkilərin  məhsuldarlığının 

fizoloji,  biokimyəvi  və  molekulyar-genetik  əsaslarını,  eyni  zamanda  bitkilərin 

həyatının  struktur-funksional  təşkilinin  molekulyar  səviyyədən  başlayaraq  bütöv 

bitki  və  əkin  səviyyəsinə  qədər  məhsuldarlıq  proseslərinin  öyrənilməsini  əhatə 

edir. Bu tədqiqatların həyata keçirilməsində şöbə AMEA-nın Molekulyar biologiya 

və  Biotexnologiya institutu ilə elmi əməkdaşlıq edir.   

       

İlk  illərdə  Azərbaycanın  əsas  bölgələrində  becərilən  kənd  təsərrüfatı 



bitkilərində  (tərəvəz,  pambıq,  buğda)  gedən  fizioloji  və  biokimyəvi 

proseslərlə  makro və mikroelementlərin əhəmiyyəti öyrənilmişdir. Bu tədqiqatlar 

əsasında  qida  elementlərinin  fizioloji rolu aşkarlanmış, gübrə kimi onların  tətbiq 

edilməsinin  səmərəliliyi,  konkret  dozaları,  müddətləri  və  verilmə   üsullarına  dair 

təkliflər hazırlanmışdır. 

        


Bu  illər  ərzində  şöbədə  aşağıdakı  istiqamətlərdə  tədqiqat   işləri  aparılmış, 

nəticələr  əldə  olunmuş  və  20-dən  artıq  monoqrafiya  və  kitablarda,  1000-ə  qədər 

elmi məqalələrdə nəşr edilmişdir: 

 



karbon 

qazı 


assimilyasiyasının 

genotiplərin 

morfofizioloji 

əlamətlərindən və donor-akseptor nisbətindən asılı olaraq  ədqiqi; 

 

fotosintezin  intensivliyinin  və  eləcə  də  yarpaq  və  sünbüllərdə  sintez 



olunmuş  assimilyatların  paylanmasının 

14

CO



tətbiq  etməklə  təzadlı 

buğda genotiplərində öyrənilməsi; 

 



quraqlıq  stresinin  müxtəlif  bərk  və  yumşaq  buğda  genotiplərinin 

fotosintetik qaz mübadiləsinə təsirinin öyrənilməsi; 

 

yüksək məhsuldar genotiplərin sünbülündə intensiv zülal sintezi prosesi, 



fotosintezin  yüksək  intensivliyi  və  CO

2

 -nin  ilkin  assimilyasiya 



fermentlərinin fəallıqları ilə korzelyasiyası; 

 



intensiv  və  ekstensiv  tipli  uğda  genotiplərinin  CO

2

 -nin  assimilyasiya 



intensivliyinə və CO

2

 -ni  ilkin  assimilyasiya  edən  fermentlərin  fəallığına 



görə müqayisəli qiymətləndirilməsi; 


 

fotosintezin  ilkin  proseslərinin  tədqiq  olunmasından  alınan  nəticələr 



əsasında  yüksək  fotokimyəvi  fəallığa  və  ona  müvafiq  morfofizioloji 

xüsusiyyətlərə malik genotiplərin aşkarlanması; 

 

karbon  qaz  mübadiləsinin  tədqiqində  həqiqi  fotosintezlə  fototənəffüs 



arasında əlaqənin müəyyən edilməsi; 

 



xloroplastların 

membran 


sistemlərinin 

quruluşunun 

təşkilinin 

aydınlaşdırılması  və  bu  əsasda  xloroplastların  tilakaid  membranında 

piqment - zülül kompleksinin topoqrafiya modelinin işlənib hazırlanması; 

 



yetkin  və  qeyri-yetkin  rüşüymlərdən  hüceyrə  kulturasının  induksiya 

olunan morfogenezin xüsusiyyətlərinin öyrənilməsi; 

 

buğda  kallusunun  izolə  olunmuş  hüceyrələrindən  seleksiya  işində 



buğdanın  yeni  forma  və  sortlarının  yaradılması  üçün  ilkin  forma  və 

sortlarının  yaradılması  üçün  ilkin  material  rolunu  oynayan  bitki 

regenerantların alınması; 

 



kənd  təsərrüfatı  bitkilərində  toplanan  radioaktiv  parçalanma  məhsulları 

olan  radionuklidlərlə  torpağın  çirklənməsi,  onun  torpaq-bitki  örtüyündə 

paylanma qanunauyğunluqlarının öyrənilməsi və s. 

       Hal-hazırda şöbədə stress amillərə davamlılığın fizioloji, biokimyəvi 

və  molekulyar  xüsusiyyətlərinin   tədqiqi  istiqamətində  aşağıdakı  tədqiqat 

işləri davam etdirilir: 

 

buğda  və  digər  dənli  bitkilərin  quraqlığa  və  duza  davamlılığa 



adaptasiyasında baş verən fizioloji və biokimyəvi proseslərin tədqiqi; 

 



buğdanın quraqlığadavamlılığının molekulyar mexanizmlərinin tədqiqi; 

 



davamlılığın 

genetik 


determinə 

olan 


mexanizimlərinin 

amplifikasiyasının nəticəsi kimi in vitro və in vivo şəraitlərdə orqanizm 

və  hüceyrə  səviyyələrində  realizə  olunan  xloridli  şorlaşmanın  stress 

təsirinə qarşı buğdanın adaptiv reaksiyalarının tədqiqi. 



Morfo-fiziologiya 

Artıq  uzun  müddətdir  ki,  institutda  buğda  və  digər  dənli   bitkilərin  morfoloji 

əlamətlərindən  asılı  olaraq  yüksək  məhsuldarlığı  şərtləndirən  fizioloji 

prosesslərin  gedişi   tədqiq  edilir.  Bu  sahədə  fundamental  tədqiqat  işləri 

aparılmaqla müxtəlif morfofizioloji əlamətlərin məhsulun formalaşmasında rolu 

aydınlaşdırılmışdır. Öyrənilən morfofizioloji əlamətlərdən əkin sahəsində yarpaq 

sahə  indeksini,  onun  gövdədə  duruşu  quruluşunu  (arientasiya), xüsusi  səthi 

sıxlığın (XSS) qiyməti və s. xüsusiyyətlər  öyrənilərək bu əlamətlərin  məhsulun 

formalaşmasında rolu aydınlaşdırılmışdır. Bitkinin böyümə və inkişaf dinamikası 

müntəzəm  olaraq  aydınlaşdırılmış,  inkişaf  mərhələsinə  uyğun  olaraq 

morfofizioloji  prosesslərin  gedişi  tədqiq  edilir.  Həmçinin  tədqiqatlarda 

məhsuldarlıqda  fotosintetik   əlamətlərin  əhəmiyyəti  və  ideal  buğdanın 

seleksiyasında  onların  istifadəsi  məsələlərinə  toxunulmuşdur.  Buğdada 

fotosintezin  intensivliyinin  ətraflı  öyrənilməsi  ilə  morfofizioloji  xüsusiyyətlərlə 




məhsuldarlıq  göstəriciləri  arasında  korrelyasiya  əlaqələri  müəyyən  edilmişdir. 

Bu  sahədə  aparılan  çoxillik   tədqiqatların  yekunlarına  əsasən  “İdeal  buğda” 

modelinin  testləri  hazırlanmışdır.  Bu  model  seleksiya  materiallarının 

qiymətləndirilməsi  müddətinin  qısaldılmasında  və  buğdanın  ideal  tipinə  yaxın 

sortların  yaradılmasında  müstəsna  rolu  olmuşdur.  Belə  bərk  və  yumşaq  buğda 

sortlarına  nümunə  olaraq  “Qaraqılçıq  2”,  “Bərəkətli  95”,  “Əzəmətli  95”, 

“Qobustan”, “Tale 38” və “Qırmızı gül 1”-i göstərmək olar.  

Davamlılığın aspektləri 

Tədqiqat  işlərində  əsasən  müxtəlif   morfofizioloji,  biokimyəvi  və  molekulyar 

aspektlərin  su,  duz  və  temperatur  stresləri  şəraitində  depressiyası  öyrənilir. 

Bunlar  əsasən  su  rejimi  göstəricilərinin  quraqlıq  şəraitində  öyrənilməsi  və 

pozulmuş su rejiminin digər morfofizioloji, biokimyəvi göstəricilərə, o cümlədən 

assimiliyasiya  səthinə,  toplanan  biokütləyə,  bitkinin  böyümə  və  inkişafına, 

fotosintez 

göstəricilərinə, 

antioksidləşdirici 

fermentlərin 

fəallığına, 

xloroplastların  flüoressensiya  spektrində  yerləşən  qısadalğalı  formaların 

intensivliyinə  təsiri  aydınlaşdırılmışdır.  Sonda  davamlılığı  səciyyələndirən 

morfofizioloji  əlamətlər  müəyyənləşdirilərək  seleksiyada  yeni  formaların 

yaradılması  üçün  zəmin  hazırlanmışdır.  Duz  stresi  şəraitində  endospermin 

protektor  effektliyini  öyrənmək  məqsədilə  buğdanın  dənindən  və  yetişmiş 

rüşeymindən  in  Vitro  şəraitində  yetişdirilən  bitkilərin  adaptiv  xüsusiyyətləri 

tədqiq  edilmişdir.  NaCl  duzunda  inkişaf  edən  kallus  hüceyrələrində  zülal 

kompleksində  baş  verən  dəyişiklər  aşkar  edilmişdir.  Tədqiq  edilən  davamlılığın 

bu  aspektləri  sonda  seleksiyada  yeni  formaların  yaradılması  üçün  zəmin 

hazırlanmışdır. 

Adaptasiya 

Tədqiqat işlərində buğda və digər dənli bitkilərin stress amillərin  (quraqlıq, duz) 

təsirinə məruz qaldıqları və adaptasiya olunaraq müxtəlif morfoloji, biokimyəvi, 

fizioloji  və  genetik  əlamətlər  qazanılması  aydınlaşdırılmışdır.  Genetik 

adaptasiyanın   davamlılıq  genlərinin   aktivliyinin  artması  nəticəsində   mümkün 

olduğu  müəyyən  edilmişdir.  Su  qıtlığının  və  müxtəlif  qatılıqlı  duzun  təsirindən 

bir  çox  fizioloji  əlamətlərdə  adaptasiyaya  uğrayan  müəyyən  əlamətlər 

qazanılmışdır.  Bu  əlamətlərə  stress  amilin  təsirindən  kök  sisteminin  torpağın 

nisbətən  daha  dərin  qatlarında  paylanması,  assimiliyasiya  səthinin  azalması, 

transpirasiyanın  intensivliyinin  qiymətlərində,  CO

2

  mübadiləsinin  gedişində, 



fotosintezedici 

piqmentlərin 

miqdarında,  antioksidləşdirici  fermentlərin 

fəallığında,  xloroplastların  flüoressensiya  spektrində  baş  verən  və  s. 

morfofizioloji  və  biokimyəvi  dəyişiklər  daxildir.  Bu  əlamətlərin  əsasında  stress 

amillərə  adaptasiya  normaları  və  qiymətli  genotiplər  müəyyən  edilmişdir  ki, 

bunlardan  da  davamlı  formaların   yaradılmasında  geniş   istifadə  edilir.  Hal-

hazırda İnstitutda buğda və digər dənli bitkilərin quraqlığa və duza davamlılığa 




adaptasiyasında  baş  verən  fizioloji,  biokimyəvi  və  molekulyar  mexanizmlərin 

tədqiqi istiqamətlərində işlər davam etdirilir. 



Biotexnologiya 

Biotexnologiya-  təbii  bioloji  obyektlərdən  (mikroorqanizmlər,  bitki  və  heyvan 

hüceyrələr),  hüceyrə  hissələrindən  (hüceyrə  membranı,  ribosom,  mitoxondri, 

xloroplast)  və  proseslərdən  istifadə  edərək  müxtəlif  qiymətli  maddələrin  və 

məhsulların  istehsalının  metodları  və  texnologiyaları  haqqında  elmdir. 

Biotexnologiya  insana  lazım  olan  məhsulların  və  materialların  canlı 

orqanizmlərin,  hüceyrə  kulturalarının  və  bioloji  proseslərin  köməyi  ilə 

istehsalıdır.  Biotexnologiyanın  əsas  istiqamətləri:  1)  mikroorqanizmlərin  və 

becərilən  eukariot hüceyrələrin köməyi ilə bioloji aktiv maddələrin (fermentlər, 

vitaminlər,  hormonal  preparatlar),  dərman  preparatlarının  (antibiotiklər, 

peyvəndlər,  zərdab,  yüksəkspesifik  antitellər),  həmçinin  yem  əlavələri  kimi 

istifadə  olunan  zülalların,  amin  turşuların  istehsalı;  2)  bioloji  mübarizə 

metodlarının  ətraf  mühitin  çirklənməsinin  qarşısının  alınmasında  istifadəsi 

(içməli suyun, çirklənmiş torpağın bioloji təmizlənməsi), bitkilərin zərərverici və 

xəstəliklərdən  mühafizəsi;  3)  gen  mühəndisliyi  metodu  ilə  yeni  faydalı 

mikroorqanizm ştamlarının, bitki sortlarının, heyvan cinslərinin yaradılması və s. 

Biotexnologiyanın  əsasında  genetika,  molekulyar  biologiya,  biokimya, 

embriologiya 

və 

hüceyrə 


biologiyası 

və 


s. 

durur. 


Gen  mühəndisliyi-  molekulyar  genetikanın  şöbəsi  olub,  sahibin  hüceyrəsində 

çoxala  bilən  və  hüceyrənin  vacib  metabolitlərinin  sintezinə  nəzarəti  həyata 

keçirən 

məqsədəuyğun 

yeni 

DNT 


molekulunun 

yaradılmasıdır. 

Bir  orqanizmdən  digər  orqanizmə  genin  köçürülməsi  aşağıdakı  əməliyyatlar 

hesabına  baş  verir:  genin  (DNT  fraqmentinin)  bakteriya,  bitki  və  heyvandan 

ayrılması,  DNT  fraqmentinin  bakteriya  plazmidinə  birləşdirilməsi,  plazmid 

DNT-hibridinin (lazım geni daşıyan) sahib hüceyrəsinə daxil edilməsi, bu genin 

yeni 

sahibdə 


klonlaşması 

və 


fəaliyyət 

göstərməsi. 

Transgen  bitkilər-  başqa  orqanizmləri  genləri  köçürülmüş  bitkilərdir.  Kolorado 

böcəyinə  davamlı  kartof,  torpaqda  yaşayan  Dacillus  thuringiensis  genomundan 

ayrılan  genin  kartofun  genomuna  daxil  edilməsi  hesabına  bu  bitki  Cry  zülalı 

hasil  edir.  Bu  zülal  protoksin  olub,  həşəratların  bağırsağında  həll  olur  və  əsl 

toksinə  qədər  aktivləşir,  həşəratların  sürfəsinə  və  pupuna  öldürücü  təsir  edir, 

insanda və digər istiqanlı heyvanlarda bu cür transformasiya mümkün olmadığı 

üçün  bu  zülal  insan  üçün  zəhərli  və  təhlükəli  deyil.  Transgen  heyvanlar  kimi 

daha  çox  donuzlardan  istifadə  olunur.  İnsan  genlərinə  malik  donuz  insan 

orqanlarının donoru kimi istifadə edilir. 

 

 



 

 

Laboratoriya cihazları  



Aparatların adı və markası 

İstehsalçı 

ölkə 

Funksiyası 

Şəkil 


OPTİ-Sciences CCM-200 

Xlorofil miqdarını ölçən 

  

ABŞ 


Xlorofilin miqdarını ölçmək 

 

Hermle Labortechnik 



Stolüstü sentrifuqa 

soyuduculu Z400K 

  

Almaniya 



  

Hüceyrənin müxtəlif 

orqanoidlərinin çokdürülməklə 

ayrılması 

 

 

Distillyator Aquatron 



A4000D Bibby Scientific 

Limited Stone Staffordshire 

  

Ingiltərə 



  

Suyun distillə yolu ilə 

təmizlənməsi 

 

 



pH metr Eutech instruments 

  

Sinqapur 



  

Məhlulun pH-nı təyin etmək 

 

 

Li-6400 XT Daşınan 



fotosintez sistemi 

  

ABŞ 



  

Sahə şəraitində bitkilərin qaz 

mübadiləsi parametrlərinin 

ölçülməsi 

 

 

Li-6400 XT Daşınan 



fotosintez sistemi 

ABŞ 


  

Fotosintezedici piqmentlərin 

miqdarının, fermentlərin 

aktivliklərinin ölçülməsi 

 

 

Laboratoriya blenderi 



ABŞ 

Bitki materialını dağıtmaq və 

homogen hala salmaq 

 

 



Yarpaq sahəsini ölçən 

AM300 Bioscientific Ltd 

İngiltərə 

Sahə və laboratoriya şəraitində 

bitkilərin yarpağın səth 

sahəsinin ölçülməsi 

 

 



Tərəzi Grain Grading Scale 

8800S 


ABŞ 

Toxum çəkmək 

 

 

Avtomatik sahə ölçən (AAC-



400) 

Tokiyo, 


Yaponiya 

Yarpağın səth sahəsini ölçmək 



 

 

 



 

Yüklə 85,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə