Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə67/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   63   64   65   66   67   68   69   70   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

212


Sənəd № 514

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Bənzər Sübhan qızı, 55 yaşım var, savadsızam, Bakıda, Budaqovska-

ya küçəsi, 83 №-li evdə yaşayıram.

Bakıda mart qırğınları zamanı ermənilər mənim ərim, 65 yaşlı Ab-

basqulu Novruz oğlunu öldürdülər və mənim ümumilikdə 12.000 rubl 

dəyərində olan əmlakımı qarət etdilər. Təqdim etdiyim siyahının işə əlavə 

olunmasını xahiş edirəm.

Oxundu. Savadsızdır.

Komissiya üzvü: А.Kluge (imza). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 183.



Sənəd № 515

Dindirmə protokolu

1919-cu il, 8 aprel. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Anna Jumat qızı, 20 yaşım var, Bakı şəhərində, Bibiheybətdə, Məm-

məd Bağırbəyovun evində yaşayıram, müsəlmanam, savadsızam.

Mənim ərim Allahverdi Nəsrulla oğlu Bibiheybətdə “Mantaşevin” mə-

dənlərində işləyirdi. 1918-ci il mart hadisələri zamanı o, evdən çıxmış və 

daha geri qayıtmamışdır. Mənim onun haqqında heç bir məlumatım yox-

dur. Güman edirəm ki, o, həmin vaxt ermənilər tərəfindən öldürülmüş-

dür, lakin məhz kimin tərəfindən, deyə bilmərəm. Elə həmin vaxt, mən 

evdən qaçdığım zaman, ermənilər tərəfindən bizim bütün ev avadanlı-

ğımız, əyin paltarlarımız, yataq, qab-qacaq və s. qarət edilmişdir. Bütün 




213

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

oğurlanmış əşyalar keçən ilki qiymətlərlə 16.200 rubl dəyərində idi. Əlavə 

deməyə sözüm yoxdur.

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 43.

 

Sənəd № 516



Dindirmə protokolu

1918-ci il, 11 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Mina Şahbaz qızı Abdulova, 50 yaşım var, Bakı şəhəri, Krasnovods-

kaya küçəsi, 98 №-li evdə yaşayıram.

Mart qırğınlarının ikinci günü bizim evimizə erməni əsgərləri gəldi və 

oğlum Əli Hüseyn Paşa oğlunu hər iki qolunu biləkdən yaralayaraq ömür-

lük şikəst qoydular, bizim həyətdə olan 6 yaşlı oğlan uşağını və 7 yaşlı qızı 

qətlə yetirdilər. Sonra bizi şəhər nəqliyyatının həyətinə əsir apardılar, evi-

mizi isə qarət etdilər və yandırdılar. Bizi əsirlikdən azad etdikdən sonra 

yalnız oğlanın və qızın kömür kimi qaralmış sümüklərini tapa bildik.

Təqdim edilən və qarət edilmiş əşyaların sadalandığı ərizə Əli Hüsey-

nin adından yazılıb. Bizə vurulan ziyan 32.000 rubla bərabərdir. 

Oxundu. Savadsız olduğuna görə Ağa Hüseyn Abdulov imzalamışdır (imza). 

Komissiya üzvü: A.Kluge (imza) 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 142.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

214


Sənəd № 517

Dindirmə protokolu

1919-cu il, 22 yanvar. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Tükəzban Qurban Əli qızı, 40 yaşım var, Bakıda, Krasnovodskaya 

küçəsi, 98 №-li evdə yaşayıram.

Mart hadisələri zamanı erməni əsgərləri mənim qardaşım Atamoğlan 

Qurbanəli oğlunu və onun oğlu Mirzə Ağanı öldürdülər və onların təqdim 

olunan siyahıda göstərilən əmlakını qarət etdilər. Əmlakın qiyməti 31.675 

rubl idi. 

Oxundu. Savadsızdır.

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 29.



Sənəd № 518

Dindirmə protokolu

1918-ci il, 10 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Bikə Hacı Tağı qızı, 39 yaşım var, Bakı şəhərində, Balaxans-

kaya küçəsi, 70 №-li şəxsi evimdə yaşayıram, savadsızam.

Mart hadisələri zamanı silahlı ermənilər məni və Balaxanskaya küçə-

sində yaşayan başqa müsəlman qadınları əsir apardılar və üç gündən 

sonra mən azad edildikdə, evə gələrək gördüm ki, evim tamamilə qarət 

edilmişdir; ermənilər ev əşyalarını – məs. xalçaları, qızıl şeyləri, ərzaq 

məhsullarını, qənd, un və s. , ümumilikdə 40.000 rubl məbləğində – apar-

mışlar və bu məbləğin ödənilməsini xahiş edirəm.

Bundan sonra biz Şamaxı qəzasının Mərəzə kəndinin yolu ilə gedərkən, 




215

FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ

molokanlar bizi saxladılar və 21 gün əsir qaldıq Yalnız Bakı şəhərində Mir 

Həsən Vəzirov

93

 adlı birisi işə qarışandan sonra biz azad edildik. Bununla 



belə Stepan Lalayev və Əmirovun başçılıq etdiyi ermənilər 73 nəfər kişini 

qətlə yetirdilər. Mənim qohumum doktor Məmməd Tağı Tağıyevi ermə-

nilər Bakıda öldürmüşlər.

İfadə oxunmuşdur. Savadsızdır. 

Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələk. Xasməmmədov (imza).

Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 126.

Sənəd № 522

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Sona Həbib bəy qızı Mahmudbəyova, 18 yaşım var, Bakı şəhərində, 

Zavedenskaya küçəsi 27 №-li evdə yaşayıram, savadlıyam.

Artıq bitməkdə olan bu ilin mart ayında ermənilər şəhəri, o cümlədən 

bizim küçəni – Şaxskaya – pulemyotlardan və s. bombalamağa başladılar. 

Bu vaxt mən və mənim valideynlərim başqa müsəlmanlar kimi öldürülə 

biləcəyimizdən qorxaraq, evimizi qoyduq və Nijnyaya-Priyutskaya küçə-

sinə qaçdıq. Ermənilər o vaxt bizim evimizi qarət etmiş və əmlakımızı 

oğurlamışdılar. Həmin əmlakın siyahısını təqdim edirəm. Bizim evimizi 

qarət edən erməniləri qonşularımız, eləcə də dayım Məşədi Əli Atakişiyev 

və ev qulluqçumuz Olqa Poluxina görmüşlər. Olqa hazırda Bakıdan çıxıb 

getmişdir, bəlkə də o, Bakıdadır, lakin mən onun ünvanını bilmirəm. Mə-

nim atam, Həbib bəy

94

, xəstədir və Sizin yanınıza gələ bilmir. Mən evin 



böyüyüyəm. Ümumiyyətlə bizim evdən yeni qiymətlərlə 58.152 rubl məb-

ləğində əşyalar oğurlanmışdır. 

İfadə oxunmuşdur. Savadlıdır. Mahmudbəyova Sona. İmza. 

Komissiya üzvü: A.Kluge (imza) 

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 178.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə