Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə37/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   33   34   35   36   37   38   39   40   ...   137

BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

114


ransa xanım Əmiraslan qızı yaşayır. Erməni əsgərləri onun mənzilinə də 

basqın etmiş, bütün mebeli sındırmış və bütün əşyalarını qarət etmişlər. 

Qarət edilmiş əmlakın siyahısı həmçinin Fövqəladə Komissiyaya təqdim 

edilmişdir. Ermənilər Meyransanı ayaqyalın, “Daşnaksütun”un bürosuna 

əsir aparmışlar.

 Oxundu. İmza. Zal Həsənov.

 Komissiya üzvləri: А.Kluge, M. Təkinski (imzalar)

 AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 136-137.

 

Sənəd № 19 

Dindirmə protokolu

1918-ci il, 6 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Şahzadə Mansur Qacar

64

, 12-ci Aktır Qusar polkunun keçmiş ko-



mandiri, polkovnik, 47 yaşlı, Bakıda, Kamenistaya küçəsində, Manuçar 

Avakovun evində yaşayıram. 

Bu il mart ayının ortalarında şiddətli atışma başlandı və ermənilər bol-

şeviklərlə birlikdə müsəlmanlara qarşı hücuma keçdilər. Bu zaman mən 

Nikolayevkski döngəsi, ev № 14-də yerləşən “Metropol” mehmanxana-

sında yaşayırdım. “Metropol” mehmanxanasının ikinci nömrəsi boş idi 

və mən, Maks Manaseviç, andlı iclasçı Nikolay Ananyev və artist D.Taqi-

anosova ilə birlikdə ikinci nömrədən döyüşün gedişini müşahidə edir-

dik. Mən adları çəkilən şəxslərlə birlikdə gördüm ki, Jorj Melikov yum-

şaq şlyapada, yağışlıqda və uzunboğaz çəkmələrdə, əlində silah bir neçə 

silahlı daşnaksakanla birlikdə “Metropol” mehmanxanasının qarşısında, 

Nikolayevskaya küçəsində yerləşən Kələntərov pasajının

65

 tinindən çıxdı, 



pasajın zirzəmi mərtəbəsinin girişinin aşağı pillələrində oturdu və on-

lar Nikolayevskaya küçəsi boyunca atəş açmağa başladılar. Eyni zaman-

da “Metropol” mehmanxanasının damından və Nikolayevskaya küçəsinə 

perpendikulyar yerləşən “Qrand Otel” mehmanxanasının pəncərələrin-

dən də pulemyotlar şaqqıldayırdılar. Ertəsi gün səhər tezdən iyirmi dörd 



115

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ

nəfər silahlı erməni məni tutdular, mehmanxana otağımda axtarış apar-

dılar və şübhəli heç nə tapmayaraq, “Vəhşi diviziyanın”

66

 zabiti olduğumu 



düşünüb, məni öldürmək istədilər. Andlı iclasçı Ananyev erməni dilində 

bir xeyli onları razı salmağa çalışdı ki, məni öldürməsinlər və daşnaksa-

kanların bürosuna aparsınlar. Uzun təkidlərdən sonra ermənilər məni 

daşnaksakanların bürosuna apardılar və Tiqran Melikovun mənzilində 

yerləşdirdilər; Mənim əşyalarımı axtararkən ermənilər qızıl saatımı və 

qızıl portsiqarımı götürüblər; qızıl portsiqar Axtır alayının zabitlərinin 

mənə hədiyyəsi idi.

Oxundu. İmza. Polkovnik Şahzadə Mansur Qacar.

Fövqəladə Təhqiqat Komissiyasının üzvləri: Məmməd Xan Təkinski, 

Prokuror köməkçisi А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 6-7.

Sənəd № 20

Dindirmə protokolu

1918-ci il, 10 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

İsmayıl Dadaş oğlu Tağıyev, 42 yaşım var, Bakı şəhər sakini, Bolşaya 

Krepostnaya küçəsi, № 38 ünvanda yaşayıram.

Mart hadisələrindən 2-3 ay əvvəl mən tez-tez erməni ailələrinin: S.İ.

Tatevosovlar və A.N.Arafelovların məclislərində olurdum. Rusiyada baş 

verən hadisələrə dair söhbətlərdə həmişə deyirdilər ki, Bakıda bundan 

da pis olacaq. Mən elə bir şey gözləmədiyim və qabaqcadan görə bilmədi-

yim üçün, deyilənləri inkar edir və onların fikri ilə razılaşmırdım. Lakin 

onlar, xüsusilə də, Mariya Konstantinovna Arafelova inadla dediyində tə-

kid edirdi və nə isə dəhşətli bir şeydən ehtiyat edirdi. Hadisələrdən sonra 

mən Rostovdan gəlmiş və “Metropol”da yaşayan bir rəfiqəmdən öyrən-

dim ki, o da, aşağıda adları çəkilənlər şəxslərlə - andlı iclasçı N.Q. Anan-

yevin köməkçisi Mariya Petrovna Taqianosova, M.Manaseviç və şahzadə 

Mansur Mirzə Qacar ilə birlikdə “Metropolda” olmuşdur və onlar Georgi 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

116


Ambarsumoviç Melikovun digər ermənilərlə birlikdə müsəlmanlara atəş 

açdığını görmüşlər. Həmçinin, martın 19-da və 20-də mənim Bazarnaya 

küçəsində yerləşən və R.P.Lalayevin N. evində mənim tərəfimdən icarəyə 

götürülmüş və içində yüz əlli min rubl (150.000 rubl) dəyərində müxtə-

lif malların olduğu anbarlarım qarət edilmiş, sonra isə yandırılmışdır. Bu 

malların siyahısını o vaxt üç ərizədə (çünki itən malların sayını dərhal 

müəyyən etmək mümkün deyildi) İcraiyyə Komitəsinə təqdim etmişəm.

Oxundu. İmza. Bakılı tacir İsmayıl Dadaş oğlu. 

Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 17.



Sənəd № 21

Dindirmə protokolu

1918-ci il, 3 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası aşağıda adı 

çəkilən şəxsi zərərçəkmiş qismində dindirmiş və o, Cinayət Prosessual Məcəllə-

sinin 307 və 443-cü maddələrinin məzmunu ilə əvvəlcədən tanış olaraq göstər-

mişdir:

Əbdül Cabbar Babayev, Bakılı, Bakıda, İçəri şəhər (Qala), Sobornaya 

küçəsi, 25 №-li evdə yaşayıram, 52 yaşım var.

 Bu il mart ayının ortalarında axşam saat 5-6-da mən tüfəngdən atılan 

atəş səsləri eşitdim. Gecə saat 11-də mənim köhnə tanışım Pyotr Moise-

yeviç Zorabov qaçıb bizə gəldi və Ambarsum Serqeyeviç Melikovun sabah 

səhər ermənilərin müsəlmanlarla birlikdə bolşeviklərə qarşı gözlənilən 

hücumu barədə ona dediklərini mənə xəbər verdi. Həqiqətən, ertəsi gün 

səhər ermənilər hücuma keçdilər, ancaq müsəlmanlarla birlikdə bol-

şeviklərə qarşı deyil, bolşeviklərlə birlikdə müsəlmanlara qarşı. Mənim 

evim və bu evdə yerləşən mənzilim atəşə tutulurdu və mən özüm gördüm 

ki, İşxan Qarabəyov qaynı Nikolayla (onun soyadını bilmirəm) öz evinin 

damından mənim mənzilimə tüfənglərdən atəş açırlar və bu güllələrdən 

mənim qardaşım Əbdül Qafar telefonla danışdığı vaxt öldürüldü. Güllələ-

rin izi ilə Qarabəyovun evindən atılan atəşlərin istiqamətini müəyyən 

etmək olar. Mənim mənzilimi talan etmiş, 250.000 rubl məbləğdən artıq 




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə