BAKI. MART 1918-ci il. AZƏRBAYCAN
QIRĞINLARI SƏNƏDLƏRDƏ
186
Sona Xanbaba qızı, Bakı sakini, Tatarskaya küçəsi, 55 №-li evdə ya-
şayıram, 35 yaşım var, savadsızam.
Bu il, mart ayının deyəsən 20-də yuxarıda göstərilən evin həyətinə si-
lahlı erməni əsgərləri gəldilər və 80 yaşlı atam Xan Babanı, 25 yaşlı qar-
daşım Əli Kərimi, 55 yaşlı ərim Kərbəlayı Rəşidi və 17 yaşlı oğlum Baba-
nı apardılar. Bu, səhər saat 7-də olmuşdu. Erməni əsgərləri mənə dedilər
ki, onları əsir götürürlər. Mən ermənilərə yalvardım ki, onları evdə qoy-
sunlar, ancaq onlar məni döydülər. Yuxarıda adları çəkilən doğmalarımı
ermənilər küçəyə çıxardılar və 55 №-li evin yanında atamı öldürdülər.
Ərimi ermənilər Bağırov bağçasının yanında öldürdülər. Qardaşımın və
oğlumun cəsədlərini tapa bilmədim. Həmin günün axşamı yenidən mə-
nim evimə otuza yaxın erməni gəldi və evi qarət etməyə başladılar. Er-
mənilər təqdim etdiyim siyahıdakı köhnə qiymətlə 3200 rubl dəyərində
bütün qiymətli əşyalarımızı apardılar; bu ərizənin işə əlavə olunmasını
xahiş edirəm; məni isə azyaşlı: altı aylıq, üç və doqquz yaşında körpələrlə
əsir apardılar və iki gün saxladılar.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 107.
Sənəd № 435
Dindirmə protokolu
1918-ci il, 26 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zeynəb Xanım Əkbər qızı, 20 yaşım var, Bakı sakini, Tatarskaya
küçəsi, 90 №-li evdə yaşayıram.
Bu ilin mart ayının 21-də otuz nəfər silahlı erməni əsgəri yuxarıda
göstərilən evə gəldilər, mənim mənzilimi 24.425 rubl dəyərində qarət etdilər
və 1 yaş yarımlıq qızım Teyraxanımı ayaqlayıb əzdilər. Dağıdılıb-sındırılmış
əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Eşitdiyimə görə erməni əsgərləri mənim qonşularımın evlərində də uşaq-
187
FƏSİL II. AZƏRBAYCANLI QADINLARIN ŞAHİD İFADƏLƏRİ
ları ayaqlayaraq əziblər. Mən ayaqlanan qızımın çığırtısını indi də eşidirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 76.
Sənəd № 436
Dindirmə protokolu
1918-ci il, 26 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Sona Xanım Nəcəf Qulu qızı, 40 yaşım var, Bakı sakini, Tatarskaya
küçəsi, 91 №-li evdə yaşayıram, savadsızam.
Bu ilin mart ayının 21-də otuz nəfər silahlı erməni əsgəri yuxarıda
göstərilən evə gəldilər, mənim mənzilimdən siyahısını təqdim etdiyim
və işə əlavə olunmasını xahiş etdiyim 15.800 rubl dəyərində əşyalarımızı
qarət etdilər və 1 yaş yarımlıq nəvəm Teyraxanımı ayaqlayıb əzdilər, məni
və qızımı əsir götürdülər. Mənim nəvəm erməni əsgərlərinin ayaqları al-
tında əzablar içində öldü. Mənim çəkdiyim dərd və dəhşəti ermənilərin
qəhqəhələri daha da dərinləşdirirdi.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 76.
Sənəd № 438
Dindirmə protokolu
1918-ci il, 7 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
188
Xırda Xanım Zərbalı qızı, 60 yaşım var, Bakı şəhəri, Tatarskaya küçəsin-
də 65 №-li evdə yaşayıram.
Bu ilin martında ermənilər tərəfindən törədilmiş müsəlman qırğınları
başlanandan iki gün sonra erməni əsgərləri bizim evimizə gəldilər, ərim
Muxtar Hüseyn oğlunu Quran oxuduğu zaman öldürdülər; iki güllə hət-
ta Quran kitabına dəymişdi. Barışıq elan edildikdən sonra oğlum Hüseyn
bizə gəlmişdi. Ermənilər onu özləri ilə apardılar və barışığa baxmayaraq,
oğlumu da öldürdülər. Mənim bütün əmlakım ermənilər tərəfindən qarət
edilmişdir və mənə 15.250 rubl dəyərində ziyan vurulmuşdur.
Oxundu. Savadsızdır. Onun əvəzinə N. İsmayılov imzaladı.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 126.
Sənəd № 443
Dindirmə protokolu
1919-cu il, 6 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət
Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-
mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zibeydə Məmməd Vəli, 40 yaşım var, Bakı şəhəri, Qoqolevskaya
küçəsində 121 №-li evdə yaşayıram.
Keçən il mart hadisələri zamanı ermənilər bizim 2-ci Parallelnaya, ev
2, ünvanda yerləşən mənzilimizə soxularaq mənim ərim Heydər Nağı
oğlunu və qızımı öldürdülər, mənzili isə qarət etdilər. Oğurlanmış əm-
lak təqdim olunan siyahıda göstərilmişdir. Mənə 18.100 rubl məbləğində
zərər vurulmuşdur.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 66.