7
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
fəaliyyətləri nəticəsində “erməni dövlətçiliyi məsələsinin” Cənubi Qafqa-
zın gələcəyi barəsində qərb ölkələrinin və Rusiyanın planlarına daxil edil-
məsinə nail olmuşdular. Gürcülərin də öz dövlətçiliyini yaratmaq hüquq-
ları heç bir etiraz doğurmurdu. Bununla bərabər, Cənubi Qafqazda sayca
üstünlük təşkil edən Azərbaycanlı əhalinin haqları nə qərb dövlətləri, nə
də Bakını ümumiyyətlə Azərbaycan şəhəri hesab etməyən rus siyasi qüv-
vələri tərəfindən ümumiyyətlə nəzərə alınmırdı.
Azərbaycanlılar üçün bu baxımdan həddən artıq əlverişsiz şəraitdə,
əslində ədalətsiz münasibət qarşısında, geniş xalq kütlələrinin əksəriyyə-
tinin dəstəyini qazanmış “Müsavat” partiyasının Qafqazın siyasi səhnə-
sinə daxil olması istər sinfi nəzəriyyədən çıxış edən və Rusiyanın bütün
keçmiş torpaqlarında, o cümlədən Qafqazda hakimiyyət iddiasında olan
bolşevikləri, istərsə də, təxəyyüllərində gələcək erməni dövlətinin təxmi-
ni ərazilərini müəyyən etməklə, onun tərkibinə Azərbaycanın geniş tarixi
torpaqlarını daxil edən erməni millətçilərini narahat etməyə bilməzdi.
1911-ci ildə ciddi konspirasiya şəraitində yaradılmış “Müsavat” mil-
li-demokratik partiyası 1917-ci ilin fevral inqilabından sonra Rusiya İm-
periyasının bütün ərazisində milli dirçəliş dalğasında gizli fəaliyyətdən
çıxaraq çox qısa müddət ərzində azsaylı siyasi təşkilatdan Azərbaycanın
ən kütləvi və aparıcı milli qüvvəsinə çevrilmişdi.
Azərbaycanlıların bu milli siyasi partiyasının artan nüfuzunu və uğur-
larını onun hətta ən barışmaz rəqibləri belə etiraf etməli olurdu. Məsələn,
Bakı Sovetinin rəhbəri S.Şaumyan göstərirdi ki: “Zaqafqaziyada ən zəif si-
yasi partiya olan, bu inqilab zamanı təşkil edilən, heç bir təşkilatı, heç bir
partiya ənənəsi, heç bir hakimiyyəti olmayan, inqilabın əvvəlində heç bir
rol oynamayan “Müsavat” ikinci ilin əvvəllərinə yaxın Zaqafqaziyada ən
güclü siyasi partiyaya çevrilmişdir ”. (1)
“Müsavat” partiyası 1917-ci ilin 15-20 aprelində Bakıda keçirilmiş
müsəlmanların Ümumqafqaz qurultayında Azərbaycan milli hərəkatının
siyasi proqramının əsas tezislərinin formalaşdırılmasında və təsdiq edil-
məsində başlıca rol oynamışdır. Qurultay gündəliyinin aparıcı məsələsi –
ölkənin siyasi quruluşu üzrə məruzəni “Müsavat”ın lideri M.Ə.Rəsulzadə
etmişdi … “Və 1917-ci ilin aprelindən başlayaraq Azərbaycan milli hərəka-
tının əsas məqsədi milli-ərazi muxtariyyətinin tələb edilməsi olmuşdur”.
(2) 1917-ci ilin payızında “Müsavat” partiyası Azərbaycanın siyasi həya-
tında öz üstün mövqeyini bir daha təsdiq etdi və 22 oktyabr 1917-ci ildə
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
8
keçirilmiş Bakı Sovetinə seçkilərin nəticələri buna əyani sübut oldu. Belə
ki, “Müsavat”, çoxmillətli Bakıda bütün digər partiyaları nəzərə çarpacaq
dərəcədə qabaqlayaraq, seçici səslərinin 40 faizini toplaya bildi, bu isə əs-
lində şəhərdə siyasi qüvvələrin real nisbətini əks etdirirdi. (3)
“Müsavat”ın Bakı Sovetinə seçkilərdə qələbə qazanması bolşeviklə-
ri ciddi şəkildə təşvişə salmışdı. Belə ki, Azərbaycana milli-ərazi muxta-
riyyətinin verilməsi şüarı ilə açıq şəkildə çıxış edən partiyanın mövqeyi
Azərbaycan milli qüvvələrinin tamamilə təbii olan bu tələbini qəzəblə
“azərbaycanlı millətçilərin” Bakını “Azərbaycan xanlığının paytaxtı” elan
etmək “arzusu” kimi qiymətləndirən S.Şaumyanın başçılıq etdiyi bolşe-
vik rəhbərliyi üçün tamamilə qəbuledilməz idi. (4)
Bununla belə, bu “arzunun” həyata keçməsi kifayət qədər mümkün idi,
çünki 1918-ci ilin əvvəli üçün “Müsavat” yalnız Gəncədə deyil, Bakı qu-
berniyasının böyük hissəsində də faktiki olaraq real hakimiyyətə malik
idi. Lakin, bu zaman tək hakimiyyətliyə iddia edən aparıcı siyasi qüvvələr
arasında həddən artıq kəskinləşmiş münasibətlər səbəbindən Bakı şəhə-
rinin özündə kifayət qədər mürəkkəb vəziyyət yaranmışdı. Belə ki, hələ
fevral inqilabından sonra Bakıda qurulmuş qısa “çoxhakimiyyətlik” döv-
rü 1917-ci ilin noyabrında Rusiyada bolşevik çevrilişindən sonra ağır bir
münaqişə ilə əvəz olunmuşdu. Stepan Şaumyanın başçılıq etdiyi Bakı So-
veti yalnız Leninin Xalq Komissarları Sovetinə tabe olmaqla özünü şəhər-
də yeganə hakimiyyət elan etmişdi, Bakı quberniyası isə Sovetin qərarı-
na əsasən RSFSR-in bir hissəsi olmalı idi. Şübhəsiz ki, şəhərdəki müxtəlif
siyasi qurumlar, o cümlədən bolşeviklərin opponenti olan bir sıra siyasi
sol qüvvələr bu qərara qarşı çıxıırdılar. Lakin, şəhərin yerli hakimiyyəti
– hüquqşünas Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi və çoxmillətli Bakı
cəmiyyətinin sağ qanadını təmsil edən Bakı Duması və xüsusilə “Müsa-
vat” başda olmaqla, Azərbaycan milli qüvvələri bu məsələdə daha kəskin
mövqe nümayiş etdirirdilər.
Bolşeviklərlə “Müsavat” partiyası arasında düzənlənən münasibətlər
heç də birmənalı səciyyələnmirdi və əgər 1917-ci ilin noyabrınadək on-
lar sırf taktiki nöqteyi-nəzərindən ayrı-ayrı məsələlərdə vahid mövqedən
çıxış edirdilərsə də, “Müsavat”ın mövqeləri möhkəmləndikcə bu münasi-
bətlər getdikcə pozulur və kəskinləşirdi.
“Müsavat” partiyası şübhəsiz ki, Azərbaycanda bolşeviklərin ən güclü
rəqibi idi və təsadüfi deyildir ki, Bakı Sovetinə başçılıq edən bolşeviklər
9
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
bu partiyanın möhkəmlənməsi prosesini dayandırmaq məqsədilə “Müsa-
vat”a qabaqlayıcı zərbəni vurmaq üçün bəhanə axtarırdılar. Bolşeviklərdə
xüsusi təlaş yaradan faktlardan biri də o idi ki, “Müsavat”in rəhbərliyi ilə
böyük çətinliklə olsa da, məqsədyönlü şəkildə Azərbaycan milli hərbi his-
sələrinin yaradılması prosesi inkişaf edirdi və bu partiyanın siyasi nüfu-
zunun real hərbi dəstəklə möhkəmləndirilməsi onu praktiki olaraq məğ-
lubedilməz bir qüvvəyə çevirərdi.
Digər tərəfdən, “Müsavat”ın yalnız Bakıda deyil, Azərbaycanın bütün
siyasi səhnəsində üstün mövqeyi bolşevik hakimiyyətinin Azərbaycanın
reqionlarına yayılması yolunda əsas maneə idi. Nəhayət, siyasi kredosu
azərbaycanlıların milli azadlığı uğrunda mübarizədən ibarət olan “Müsa-
vat” partiyası, Cənubi Qafqazın müstəqilliyi və onun Rusiyadan ayrılması
ideyalarını ardıcıl olaraq Zaqafqaziya Seymində müdafiə edirdi ki, bu da
bolşeviklər üçün artıq tamamilə qəbuledilməz idi.
Siyasi münasibətlərin belə bir düzümündə istər bolşeviklərə, istərsə
də müsavatçılara tamamilə aydın idi ki, onların əvvəlki bütün əməkdaş-
lıqları sırf müvəqqəti xarakter daşıyırmış, indi onlar barışmaz bir döyüşə
girişmişlər və toqquşma qaçılmazdır. Bolşeviklərin “Müsavat” ilə siyasi
qarşıdurmasının əsas səhnəsi Bakı olmalı idi, çünki məhz bu şəhər Azər-
baycan milli hərəkatının mərkəzi olduğu kimi, bolşevizmin də Cənubi
Qafqazda əsas bazası idi. Məhz bu məqam bir çox hallarda iki antaqonist
siyasi qüvvə arasında mübarizənin kəskinliyini əvvəlcədən müəyyən
edirdi və həmin qüvvələr bu mübarizəyə ən ciddi surətdə hazırlaşırdılar.
Lakin, bu zaman daha bir tərəf – üçüncü qüvvə sayılacaq siyasi qurum
da öz məqsədləri uğrunda mübarizənin yeni mərhələsinə qədəm qoyurdu.
Bakı cəmiyyətində olduqca möhkəm siyasi-iqtisadi və ictimai mövqelərə
malik olan erməni millətçiləri də özlərinin uzağagedən planlarını reallaş-
dırmaq üçün ən ciddi şəkildə hazırlıq görürdülər. Bu planların əsasında
isə üç dəniz – Aralıq, Qara və Xəzər dənizləri arasında “Böyük Ermənis-
tan” dövlətinin yaradılması kimi ümummilli erməni ideyası dururdu.
* * *
XIX əsrin əvvəllərində başlanmış Rusiya-İran, Rusiya-Türkiyə mühari-
bələri və onların nəticələri: 1813, 1828, 1829-cu illər Gülüstan, Türkmənçay,
Adrianopol müqavilələri, Azərbaycan, Gürcüstan, Türkiyənin tarixi əra-
Dostları ilə paylaş: |