67
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
Ötən illər ərzində FTK sənədlərinin kiçik bir hissəsinin daxil olduğu
bir neçə sənədlər toplusu nəşr edilmiş, 1918-ci ilin mart hadisələri AXC-
nin tarixi, 1917-1920-ci illər Azərbaycanda milli hərəkat, erməni-azərbay-
canlı münasibətləri və s. bu kimi məsələləri araşdıran azərbaycanlı müəl-
lif və mütəxəssislərin tədqiqat obyekti olmuşdur və Fövqəladə Təhqiqat
Komissiyasının materialları da bu və ya digər dərəcədə həmin tədqiqat-
lara cəlb edilmişdir. (139) Lakin, böyük elmi-mənbəşünaslıq, habelə siya-
si-tarixi və diplomatik əhəmiyyət daşıyan bu sənədlər tam həcmdə nəşr
edilməmişdi.
FTK materialları sonuncu iki onilliyin hadisələri baxımından da öz
xüsusi aktuallığını qoruyub saxlayır, belə ki, Ermənistanın Azərbayca-
na və azərbaycanlılara qarşı 1988-ci ildən başladığı və bu günümüzədək
davam edən elan olunmamış müharibə hələ də öz həllini tapmamışdır.
Yuxarıda göstərilənlər nəzərə alınmaqla, FTK tərəfindən Bakıda 1918-ci
ilin mart hadisələrindən zərər çəkənlərin və şahidlərin toplanmış bütün
ifadələri müəllif tərəfindən sistemləşdirilərək ilk dəfə, müvafiq tədqiqat
və şərhlərlə 31 mart 2007- ci il – 30 mart 2008-ci il tarixdə “Zerkalo” qəze-
tinin 52 sayında dərc edilmişdir. Bu sənədlərin əhəmiyyəti və aktuallığı
həmçinin onların ayrıca toplu halında çap olunmasını şərtləndirmişdir.
2009-cu ildə müəllif tərəfindən hazırlanmış “Mart 1918-ci il. Bakı. Azər-
baycanlı qırğınları sənədlərdə” adlı sənədlər toplusu Azərbaycan Respub-
likası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən nəşr edilərək oxuculara təq-
dim edilmişdir. (140)
2010-cu ildə “Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” silsiləsin-
dən ikinci sənədlər toplusu nəşr edilmişdir və buraya “Quba şəhərinin və
Quba qəzasının kəndlərinin talan edilməsi haqqında” istintaq işinin bü-
tün sənədləri daxil olmuşdur. (141)
2011-ci ildə müəllif tərəfindən xarici arxivlərdə FTK-nın çəkdiyi və
1919-cu ildə Fransaya, Paris Sülh Konfransında Əli Mərdan bəy Topçu-
başovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinə göndərilmiş 102
fotoşəkil aşkar edilmişdir. Bütün bu şəkillər, onların Komissiya tərəfindən
çəkildiyi faktını təsdiq edən FTK-nın müvafiq sənədləri ilə birlikdə 2012-
ci ildə üç dildə – rus, ingilis və türk dillərində kitab-albom şəklində AR
MTN tərəfindən nəşr edilmişdir. Kitab-alboma həmçinin FTK üzvlərinin
Azərbaycanın qəzalarında baş vermiş faciəvi hadisələrini təsvir edən mə-
ruzələri də daxil edilmişdir. (142)
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
68
Son illər Fövqəladə Təhqiqat Komissiyasının sənədləri araşdırıldıq-
dan sonra müəyyən edilmişdir ki, 1918-ci il qırğınları nəticəsində 5 ay
ərzində əvvəllər qeyd olunduğu kimi 30 min deyil, 50 mindən artıq gü-
nahsız insanın – azərbaycanlıların zorakılıqla öldürülməsinə, ölkənin
müsəlman əhalisinə məxsus olan yüzlərlə yaşayış məntəqələrinin, min-
lərlə sosial, mülki, ticarət, mədəniyyət obyektlərinin, memarlıq abidələ-
rinin və i.a. məhv edilməsinə gətirib çıxaran dəhşətli terror hadisələri-
nin əsl miqyası və xarakteri haqqında həm Azərbaycan, həm də dünya
ictimaiyyətinin məlumatlandırılması işində son dərəcə mühümlüyü və
aktuallığından irəli gəlirdi.
Heydər Əliyev Fondu bu amili əsas tutaraq həmin topluların daha ge-
niş oxucu kütləsinə çatdırılması üçün müxtəlif dillərdə və sənədlər his-
səsində bir qədər ixtisar edilmiş variantda yenidən nəşrinə başlamışdır.
Bu kitaba 1918-ci ilin martında Bakıda və onun ətraf kəndlərində baş
vermiş faciəli hadisələri əhatə edən və onlara bu faciələri yaşamış insan-
ların gözü ilə baxmağa imkan verən FTK sənədləri daxil edilmişdir. Top-
ludakı sənədlərin məzmunu və xarakteri onların altı fəsildə sistemləşdi-
rilməsini şərtləndirmişdir. Bu zaman sənədlərin sıra sayı kitabın 2009-cu
ildə tam şəkildə nəşr olunmuş 1138 sənədin müvafiq sıra sayına uyğun
olaraq göstərilmişdir.
Sənədlər toplusunun I fəsli bu hadisələr zamanı şəxsən zərər çəkmiş,
eyni zamanda erməni silahlı quldur dəstələri tərəfindən şəhərin dinc
müsəlman əhalisinə qarşı, o cümlədən, bilavasitə öz qonşularına, yaxın-
larına və qohumlarına qarşı törədilmiş son dərəcə qəddar zorakılıqların
və cinayətlərin, vəhşiliklərin və qətllərin şahidi olmuş azərbaycanlıların
ifadələrini əhatə edir. Bu sənədlərin bəzilərində hadisələrin başlanması
və xronikası ətraflı şəkildə təsvir edilir, mübarizə aparan – bolşevik-er-
məni və azərbaycanlı tərəflər arasında toqquşmaların səbəbləri açıqlanır,
müsəlman qırğınında şəxsən iştirak etmiş “erməni elitasının” və “ermə-
ni qara camaatının” nümayəndələrinin konkret adları sadalanır. Məlum-
dur ki, “Evelina” gəmisindəki azərbaycanlı zabitlərinin tərksilah edilməsi
azərbaycanlıların kütləvi qırğınının başlanması üçün bəhanə kimi istifa-
də edilmişdi. Bu baxımdan həmin zabitlərin, həmçinin bolşevik-erməni
silahlı dəstələrinə müqavimət göstərən döyüş iştirakçılarının FTK-na ver-
diyi ifadələr xüsusi maraq kəsb edir. Bu sənədlər azərbaycanlıların silahlı
qüvvələrinin bu hadisələrin qarşısının alınması üçün real imkanlarının
69
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
olmadığını, 1918-ci ilin martında Bakının, istisnasız olaraq bütün azər-
baycanlı əhalisinin – kübar zümrələrdən tutmuş sadə adamlara qədər –
bütün təbəqələrin erməni zorakılıqlarının və talanlarının qurbanlarına
çevrildiyini bir daha sübut edir. (sənəd № № 1-70)
Sənədlərdən aydın olur ki, mart hadisələri azərbaycanlıların əksəriy-
yəti üçün gözlənilməz olmuşdur və müsəlman ictimaiyyətinin müxtəlif
zümrələrindən olan insanlar bolşeviklərin deyil, məhz ermənilərin xə-
yanətindən sarsılmışdılar, çünki onlar “sonuncuları düşmən kimi gör-
mürdülər”. Bununla bərabər, şahid ifadələri göstərir ki, azərbaycanlıların
əksəriyyəti talanlardan bir neçə gün qabaq “ermənilərin şəhərin müsəl-
man hissəsindən erməni hissəsinə köçdüyünü” müşahidə etmiş, şəhərin
“Ermənikənd” məhəllələrində “ermənilər tərəfindən qazılmış səngərləri”
görmüş, ermənilərin “1905-ci ili təkrarlamaq, yəni müsəlman qırğınları-
nı başlamaq” niyyətləri və “ermənilərin müsəlmanlara qarşı çıxışlara ha-
zırlaşdıqları barədə şəhərdə gəzən şayiələri” eşitmişdilər. (sənəd №№. 14,
16) Bir sıra ifadələrdə günahsız, silahsız və köməksiz insanlara, o cümlə-
dən qadınlara, qoca və uşaqlara, hətta südəmər körpələrə qarşı törədilmiş
qəddar, amansız və yırtıcı vəhşiliklərin təsviri erməni quldur dəstələrinin
“cəza tədbirlərinin” xarakterini qrup şəklində sadizm kimi müəyyən et-
məyə imkan verir ki, bu da “erməni işi uğrunda mübarizlərin” psixikası-
nın patologiyasını sübut edir. (sənəd №№. 1, 51-52, 57, 63, 66)
Sənədlərdən məlum olur ki, Bakının müsəlman əhalisi arasında on
minlərlə sakin yalnız hər hansı yolla şəhərdən çıxa bildiklərinə görə la-
büd ölümdən xilas olmuşlar. Lakin bu yolla qurtulmaq da hər kəsə qis-
mət olmamışdır və bu fəsildə təqdim edilən ifadələrdən göründüyü kimi,
şəhəri tərk etmək özü də təhlükəsiz deyildi. Erməni quldur dəstələri qadın,
qoca və uşaqlara rəhm etmədən, şəhərdən qaçmağa çalışan müsəlmanları
tutub saxlayır, qarət edir və sonra güllələyirdilər. Həmçinin qırğınların ilk
saatlarında və günlərində şəhərin küçələrində olmuş bütün müsəlman-
lar tutularaq qarət edilmiş və bir çox hallarda qətlə yetirilmişlər. Həmin
günlər şəhərə gəlmiş ətraf kəndlərin sakinlərindən itkin düşənlər, işdən
qayıtmayanlar, evə geri dönməyənlər haqqında çoxlu sayda ifadələr də bu
əməllərin nəticəsi olaraq verilmişdi. (sənəd №№ 51, 261, 648)
İstər şəhərin mərkəzi məhəllələrində, istərsə cəmiyyətin kasıb və im-
kansız təbəqəsindən olan sakinlərin məskunlaşdığı “Poxlu dərə”, “Məm-
mədli”, “Kərpicxana”, “Kanitapinskaya” (Qanlı təpə) adlanan sahələrində
Dostları ilə paylaş: |