BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
70
yaşayan azərbaycanlıların bu fəsilə daxil edilmiş yüzlərlə ifadələri bunu
deməyə əsas verir ki, Bakı şəhərinin müsəlman əhalisinə qarşı silahlı
çıxışlar şəhərin müxtəlif hissələrində - həm mərkəzdə, həm də ucqarlar-
da eyni zamanda başlanmışdır. Bu isə öz növbəsində qanlı mart hadisələ-
rinin guya bolşeviklər tərəfindən idarə olunan rus əsgər və matrosları
tərəfindən törədildiyi barədə ilk növbədə ermənilərin özlərinin yaydığı
şayiələri, eləcə də silahlı toqquşmaların müsavatçılar tərəfindən törədil-
diyi barədə bolşeviklərin iddialarını təkzib edir.
Toplunun II fəslinə azərbaycanlı qadınların şahid ifadələri daxil ol-
muşdur ki, onlar da bütün şəhadət sənədlərinin beşdə bir hissəsini təş-
kil edir. Azərbaycanlı qadınların ifadələrinin ayrıca fəsildə verilməsi, ilk
növbədə mart hadisələrini azərbaycanlı qadınların gözü ilə təsvir etmək,
həmçinin müxtəlif yaşlı, əsasən savadsız və siyasətdən tamamilə uzaq,
sadə azərbaycanlı evdar qadınların hansı şəraitdə bolşevik-daşnak ittifaqı
tərəfindən törədilmiş “vətəndaş müharibəsinin” qurbanlarına çevrildiyi-
ni göstərmək məqsədi ilə şərtlənir. Ümumən, bir neçə sənəd istisna ol-
maqla, qalan ifadələrdə sözü gedən hadisələr heç də bütün təfərrüatı ilə
təsvir olunmur. Lakin hər bir qadın ifadəsində bir və ya bir neçə insanın
– ər, valideyn və uşaqların, yaxın qohum və qonşuların ölüm faktı qeyd
olunur ki, bu da öz gündəlik həyatı, yalnız öz ailəsinin və evinin maraqla-
rı ilə yaşayan, və bir anda öz əzizlərindən, əmlakından və yaşayış vasitələ-
rindən məhrum olmuş bu insanların keçirdiyi qorxu, ağrı, dəhşət və əzab-
larından xəbər verir. Bir çox şahidlərin ifadələri belə bir nəticə çıxarmağa
imkan verir ki, ermənilərin xəyanətkar hücumu ilə qarşılaşmış şəhərin
müsəlman əhalisi ilk saatlarda silahlı quldur dəstələrinin əsas hədəfinin
kişilər – xüsusilə gənc azərbaycanlılar olacağını düşünmüş, qoca, qadın və
uşaqlara toxunulmayacağına ümid edirmişlər.
Lakin qırğınların elə ilk günü qətlə yetirilənlərinin arasında həm qa-
dınlar, həm uşaqlar, həm də yaşlı kişilər var idi ki, bu da erməni-bolşevik
qüvvələrinin şəhərin azərbaycanlı əhalisini, cinsinə və yaşına baxmadan,
kütləvi surətdə qırmaq niyyətlərini bir daha sübut edir. İfadələrdən gö-
ründüyü kimi, bir çox qadınlar öz ərlərini, oğullarını və atalarını xilas et-
mək məqsədilə, ermənilərin ayaqlarına atılır, xahiş edir, yalvarırdılar, hət-
ta öz ərlərini müdafiə edərək, onları qucaqlayırdılar və beləliklə ərləri ilə
birlikdə həlak olurdular. İfadələrdən həmçinin aydın olur ki, azərbaycanlı
qadın və uşaqların əksəriyyəti yalnız bu hadisələrə bolşeviklər tərəfindən
71
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
cəlb edilmiş ayrı-ayrı rus əsgər və matroslarının fəal müdaxiləsi sayəsin-
də labüd ölümdən qurtara bilmişlər. Bu ifadələrdə (I fəsilldə olan ifadələr-
də olduğu kimi) demək olar ki, FTK-ya ifadə vermiş hər ikinci zərərçəkə-
nin, xüsusilə də qadınların “əsirliyə” məruz qaldığını vurğulaması diqqət
doğurur. “Əsir” sözünün xatırlandığı çoxsaylı ifadələrdən aydın olur ki,
mart qırğınları zamanı şəhərin geniş sahələrə malik olan bir çox binaları
– teatrlar, kinoteatrlar, məktəblər, polis məntəqələri, ayrı-ayrı zəngin er-
məni evləri, Şəhər Dumasının ictimai binası, vağzal və digər binalar, hətta
hamamlar da minlərlə bədbəxt, qarət edilmiş, öz yaxınlarının vəhşicəsinə
qətlə yetirildiyinin şahidi olmuş azərbaycanlıların, əsasən, qadın, uşaq və
qocaların gətirildiyi və günlərlə, bir çox hallarda ac və susuz saxlanıldığı
həbsxanalara çevrilmişdi. (sənəd №№ 378, 385, 416, 420, 433, 451, 453 və s.)
Müsəlmanların kütləvi surətdə əsir alınmasında iştirak etmiş bəzi er-
məni xadimləri sonradan bu əməlləri guya dinc müsəlman vətəndaşla-
rın təhlükəsizliyini təmin etmək məqsədi ilə görülmüş zəruri tədbir kimi
izah etməyə çalışırdılar. Halbuki, zərərçəkənlərin çoxsaylı ifadələri ilə sü-
but olunur ki, müsəlmanların əsir alınması silahlı erməni quldur dəstələ-
ri tərəfindən zorla həyata keçirilmiş, təhqirlərlə, istehza, hədə-qorxu, bir
çox hallarda isə qətllərlə müşayiət olunmuşdur. Bir çox ifadələrdə göstə-
rilirdi ki, erməni əsgərləri müsəlman qadınların çadralarını dartaraq cı-
rır, onları hörükləri ilə bir-birinə bağlayır və başıaçıq, ayaqyalın şəhərin
küçələrində gəzdirərək əsir saxlanılacaqları yerlərə qovur, yolboyu sün-
gülərlə döyürdülər. Əsir götürülənlər arasında öz yaxınlarının qətlindən
dəhşətə gələn, azyaşlı uşaqları qucaqlarında keçinən qadınlar arasında
dəli olmaq, ölmək kimi hallar baş verirdi. Erməni ziyalıları isə bu zaman
öz arvadlarını azərbaycanlıların “rüsvayçılığına” tamaşa etməyə gətirir-
dilər. (sənəd №№ 53, 54, 419 və s.)
Bütün bu ifadələr bunu iddia etməyə əsas verir ki, ermənilərin və qis-
mən bolşeviklərin hətta hərbi dövr üçün qeyri-adi sayılan, heç nə ilə
əsaslandırılmamış, lakin kifayət qədər yaxşı təşkil edilmiş bu əməlləri
müsəlman əhalisinə qarşı əvvəlcədən planlaşdırılmış zorakılıq aktının
bir hissəsi idi: bu əməllərin arxasında “haqq işi uğrunda” vuruşan ermə-
ni mübarizlərinin iç üzünü və əsas məqsədini dəqiq xarakterizə edən və
o qədər də gizlədilməyən məqsəd açıq-aşkar görünürdü. Əsir götürülmüş
və ya tamamilə məhv edilmiş azərbaycanlı ailələrin boş qalmış evləri
və bütöv məhəllələr müsəlmanların əmlakını mənimsəmək, soyğunçu-
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
72
luq, qarət və üç-dörd gün ərzində avtomobillərdə, faytonlarda, arabalarda
aparılması mümkün olmayan bütün əmlakı darmadağın və məhv etmək
üçün erməni quldurlarına geniş imkanlar yaradırdı.
Kitabın III fəslinə müxtəlif millətlərdən olan bakılıların və xarici
vətəndaşların Bakıda 1918-ci ilin mart hadisələrinin qiymətləndirilmə-
si baxımından xüsusi əhəmiyyəti olan ifadələri daxil edilmişdir. Digər
millətlərdən olan Bakı sakinlərinin ifadələrinin sayının azlığı tamamilə
izah ediləndir, belə ki, mart günlərində bu əhali qrupunun həyatına və
əmlakına birbaşa və açıq təhlükə mövcud olmamışdır. Bununla yana-
şı, Bakıda yaşayan yəhudilər, ruslar, polyaklar, almanlar, gürcülər və b.
bolşeviklərin və erməni hərbi dəstələrinin terror obyekti olmasalar da,
FTK müstəntiqlərinə çox qiymətli ifadələr vermişlər və bu ifadələrdə va-
himəyə düşmüş, dəhşət və qorxu bürümüş müsəlmanların ermənilərin
vəhşiliyi və özbaşınalıqlarını təsvir etdikləri bütün faktlar bir daha öz
təsdiqini tapmışdır. Şəhərin başqa millətlərdən olan sakinləri neytral
tərəfin nümayəndələri kimi, baş vermiş hadisələrə obyektiv qiymət ver-
məyə, əhalinin müsəlman hissəsinə qarşı qırğınlar törədilməsinə sövq
etmiş ayrı-ayrı siyasi partiyaların və şəxslərin əməllərini xarakterizə et-
məyə çalışırdılar. Bu baxımdan Bakı sakini A.N.Kvasnikin ifadəsi xüsusi
maraq doğurur. Şəhərin kübar və işgüzar dairələrinə mənsub olan, “bir
çox erməni evlərinə girib-çıxan”, ifadəsindən hörmətli və ünsiyyətli bir
insan təsəvvürü yaradan A.N.Kvasnik özünün son dərəcə ətraflı şəhadə-
tində mart hadisələri ərəfəsində və günlərində Bakı cəmiyyətində hökm
sürən vəziyyətin ümumi mənzərəsini yaratmağa çalışır. Bu zaman ki-
fayət qədər məlumatlılıq və müşahidəçilik qabiliyyəti nümayiş etdirən
müəllifin, baş vermiş hadisələrə həm öz şəxsi münasibətini, həm də
Bakı şəhərinin bütün yəhudi əhalisinin münasibətini kifayət qədər
dəqiq ifadə etməklə, heç də “neytral”, dəqiq deyilərsə, biganə qalmadığı
aydın olur. (sənəd № 568)
Bu fəslin sənədləri arasında andlı iclasçı, Bakının keçmiş ictimai
şəhər rəisi Y.N.Smirnovun mart faciələri günlərində şəhərin rus əhali-
sinin azərbaycanlılara qarşı mərhəmət və rəğbət dolu münasibətini əks
etdirən ifadəsi xüsusi diqqətə layiqdir. (sənəd № 569) Azərbaycanlıların
özlərinin çoxsaylı ifadələrində olduğu kimi, bu fəsilldəki sənədlərdə də,
nifrət və tamahkarlıqdan ağlını itirmiş ermənilərin hədəfinə çevrilmiş
müsəlmanların həyat və əmlakının xilas edilməsində onların yəhudi,
Dostları ilə paylaş: |