Bizim Dijital Matbaa 160x244 Şablon


Cavadov Maqsud Əmiraslan oğlu



Yüklə 3,2 Mb.
səhifə20/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   16   17   18   19   20   21   22   23   ...   97
Alimler EN SON tamversiya GUNEL

Cavadov Maqsud Əmiraslan oğlu

(1902-1972)

13 aprel 1902-ci ildə Şamaxı qəzasının (indiki İsmayıllı rayonunun) Basqal kəndində kəlağayı toxucusu ailəsində ana-dan olmuşdur. İbtidai təhsilini Basqal kənd məktəbində almış, 1914-1918-ci illərdə təhsilini Şəki Gimnaziyasında davam et-dirmişdir.

O, 1940-cı ildə “Homometrik sistemlər” adlı tədqiqat işi-ni başa çatdırmış, Lomonosov adına Moskva Dövlət Universite-tində namizədlik dissertasiyası müdafiə etmişdir. Bu işdə M.Ca-vadov isbat etmişdir ki, ixtiyari siniflər metrikasını kafi qədər geniş sinifdən olan ikiparametrli xətlər ailəsində bucaq metrika-sı kimi nümayiş etdirmək olar.

M.Cavadov 1924-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna (ADPU) daxil olmuş və 1927-ci ildə bu institutun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Sonra M.Ca-vadov təhsilini davam etdirərək, 1930-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (BDU) Fizika-riyaziyyat fakültəsini bitirmişdir.

1957-ci ildə isə “Cəbrlər üzərində həndəsələr və onların həqiqi həndəsələrdə tətbiqləri” adlı doktorluq dissertasiyası müdafiə etmişdir. Riyaziyyatın tədrisi metodikasının Respub-likada bir elm kimi inkişafında böyük xidmətləri olmuşdur. M.Ə.Cavadovun Azərbaycan dilində çap olunmuş və ali mək-təblər üçün tədris vəsaiti olan 10 kitabı indi də tələbələr tərə-findən maraqla oxunur. Bu kitablardan “Xətti və kvadratik for-malar”, “Qruplar nəzəriyyəsinin elementləri” (Ukrayna EA-nın akademiki Y.B.Lopa­tin­ski ilə birlikdə), “Vektorlar hesabı”, “Həndəsə kursunun strukturu”, “Analitik həndəsə kursunda afin və proyektiv çevriləmələr”, “Böyük rus alimi N.İ.Lobaçevski” və s. göstərmək olar.

1950-ci ildən başlayaraq M.Ə.Cavadov yarımsadə cəbrlər, xüsusi halda alternionlar cəbri, m-tərtibli kvadrat matrislər üzərində afin, proyektiv və qeyri-Evklid fəzaları qurur və buların müxtəlif tətbiqlərini verir.

M.Ə.Cavadov tədqiq etdiyi fəzaların maraqlı inter-preta-siyalarını verir. Məsələn, yüksək ranqlı internionlar üzərində qurumuş proyektiv və qeyri-Evklid fəzalarının interpreta-siyasını daha yüksək internionlar üzərində qurulan, lakin ölçüsü daha az olan proyektiv və qeyri-Evklid fəzalarının xətti konqr-yensiyaları şəklində verir. M.Ə.Cavadov bu işlərdə cəbrlər üzə-rində qurulan hadisələrin həqiqi həndəsələrə olan müxtəlif tət-biqlərini göstərir. Çox maraqlısı alternionlar üzərində qurulan fəzaların köməyi ilə həqiqi həndəsələrin həqiqi hərəkətləri qru-punun spin təsvirinin həndəsi izahıdır. M.Cava-dovun qeyd etdiyimiz bu metodu E.Kartanın metoduna nisbətən daha sadə-dir. Bu nəticəni sovet alimləri çox yüksək qiymətləndirmişlər.

Alimin qeyri-Evklid fəzalarının hərəkəti qruplarının spin təsvirinə verdiyi bir interpretasiya da çox maraqlıdır. Bu inter-pretasiyada fəzanın hərəkətləri mütləq nöqtələrin koordinatları üzərində aparılan kəsr-xətti əvəzləmələr şəklində verilir. Eyni əvəzləmələrlə alternionlar üzərində qurulan fəzalar afin çərçivə-sində verilir.

Qeyd etdiyim bütün bu işlər M.Cavadovun “Cəbrlər üzə-rində həndəsələr və onların həqiqi həndəsələrdə tətbiqləri” əsə-rində ümumiləşdirilmişdir.

Cəsarətlə demək olar ki, M.Cavadov dünya şöhrəti qazan-mış görkəmli azərbaycanlı Nəsirəddin Tusidən sonra həndəsə sahəsində ikinci böyük alimdir.

M.Ə.Cavadov əmək fəaliyyətinə 1918-ci ildə doğma kəndlərində ipək toxuculuğu ilə başlamışdır. 1920-1924-cü illərdə nahiyə və kənd soveti müəssisələrində işləmişdir. 1927-ci ildə Pedaqoji institutun Fizika-riyaziyyat fakültəsini müvəf-fəqiyyətlə bitirmişdir. M.Cavadovun sonrakı fəaliyyəti ADU-nun ali riyaziyyat kafedrasında olmuşdur. 1938-ci ildə M.Cava-dov həndəsə kafedrasının müdiri, 1943-1944-cü illərdə Fizika-riyaziyyat fakültəsinin dekanı, 1944-1952-ci illərdə isə univer-sitetin tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. Uni-versitetlə paralel olaraq M.Ə.Cavadov Respublikamızın digər ali məktəblərində də işləmişdir (M.Əzizbəyov adına Neft və Kimya institutunda, V.İ.Lenin adına APİ-də, Siyasi-İqtisad (in-diki Dövlət İqtisadiyyat Universiteti) və s.).

M.Cavadov gənc elmi kadrların hazırlanması işinə çox ciddi qayğı göstərirdi. Respublikamızda onun yetişdirdiyi çoxlu elmi-metodik qüvvə M.Cavadov məktəbinin ənənələrini müvəf-fəqiyyətlə davam etdirir. Riyaziyyatın tədrisi metodikasının bir elm kimi inkişafında M.Cavadovun böyük xidmətləri olmuşdur. Riyaziyyat metodistlərinin bir qrupu bilavasitə onun rəhbərliyi altında yetişmişdir. M.Cavadov qardaş respublikamızın alim-lərinin yetişməsində də böyük rol oynamışdır. O, professor B.Ağayevlə birlikdə Özbəkistan və başqa qardaş respublikalar üçün məqsədli aspirantura xətti ilə kadrlar hazırlamışdır. Orta Asiya respublikalarından, Moldoviya, Dağıstan və başqa müt-təfiq və muxtar respublikalardan gələn və respublikamızda mü-dafiə olunan namizədlik dissertasiyalarının müzakirəsində və müdafiəsində yaxından iştirak etmişdir. M.Cavadov akademik-lərdən Ə.Hüseynov və Z.Xəlilov, professorlardan B.Ağayev və H.Ağayevlə birlikdə riyazi terminlərimizi əcnəbi dillərdən götü-rülmüş sözlərdən təmizləməyə nail olmuş, Azərbaycan dilində zəngin riyazi terminalogiya yaratmışdır. M.Cavadov 12 il res-publikamızda VIII-X sinif şagirdlərinin riyaziyyat olimpia-dalarına rəhbərlik etmişdir. O, olimpiada vasitəsilə respublika-mızda istedadlı riyaziyyatçıların aşkara çıxarılmasına, onların riyaziyyat sahəsində formalaşmasına səy göstərmişdir.

M.Cavadov SSRİ Ali Təhsil Nazirliyi və eləcə də respub-lika Ali və Orta İxtisas Təhsil Nazirliyi nəzdindəki elmi-me-todik şuraların, habelə Bakıdakı 5 ali məktəbin elmi şurasının, respublika riyaziyyat cəmiyyətinin sədri kimi səmərəli fəaliyyət göstərmişdir. Riyaziyyat elmi sahəsində qiymətli işlərinə və handəsə sahəsində maraqlı elmi nəticələrinə görə professor M.Cavadov 1962-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçil-mişdir. 1943-cü ildən Respublikanın Əməkdar müəllimidir. O, SSRİ dövrünün yüksək mükafatı olan Lenin ordeni ilə, iki dəfə Qırmızı Əmək Bayrağı və Şərəf Nişanı ordenləri ilə və bir neçə medallarla təltif olunmuşdur.

M.Ə.Cavadov 1972-ci ildə 70 yaşında Bakı şəhərində və-fat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycanın elm tarixində yaddaşlarda qalan bir şəxsiyyəti olmuşdur. Onun xatirəsi elmi ictimaiyyətin hafizəsində daima yaşayacaqdır.





Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə