Bizim Dijital Matbaa 160x244 Şablon


Ələkbərov Rəşid Qurbanəli oğlu



Yüklə 3,2 Mb.
səhifə28/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   24   25   26   27   28   29   30   31   ...   97
Alimler EN SON tamversiya GUNEL

Ələkbərov Rəşid Qurbanəli oğlu

(1953)

 2 fevral 1953-cü ildə Qərbi Azərbaycanın Masis rayonu-nun Şirvanlar kəndində anadan olmuşdur. 1975-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və he-sablama texnikası" fakültəsini bitirmişdir. O, 27 oktyabr 2006-cı ildə AMEA Kibernetika İnstitutunda "Kompüter şəbəkələri əsasında paylanmış hesablama mühitinin sintezi üçün model və alqoritmlərin işlənməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Rəşid Ələkbərov Lokal kompüter şəbəkələ-rinin layihələndirilməsi, kompüter şəbəkələri əsasında paylan-mış hesablama mühitinin sintezi üçün model və alqoritmlərin işlənməsi sahəsində mühüm nəticələr əldə etmişdir. Hal-hazırda bulud texnologiyaları əsasında verilənlərin emal mərkəzində hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması istiqamətində, bulud texnologiyalarının müxtəlif şəbəkə mühitində sintezi modellərinin və elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqo-ritmlərin işlənməsi sahəsində tədqiqat işləri aparır. Kütləvi informasiya vasitələrində informasiya-telekommunikasiya tex-nologiyalarının aktual problemlərinə həsr olunmuş məqalələrlə çıxış edir. R.Q.Ələkbərov 70-dən çox elmi məqalənin, 5 ixtira-nın müəllifidir.

R.Q.Ələkbərov əmək fəaliyyətinə 1975-cı ildə Azərbay-can Elmlər Akademiyasının Kibernetika İnstitutunda mühəndis kimi başlamışdır. O, burada böyük mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1983-ci ildən Azərbaycan EA-nın Av-tomatlaşdırmış İdarəetmə Sistemləri (AİS) şöbəsinə keçiril-mişdir. Burada aparıcı mühəndis, qrup rəhbəri, 1992-cı ildən isə laboratoriya müdiri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi üçün xüsusi təyinatlı informasiya sisteminin yaradılması layihəsinin rəhbəri olmuşdur. Kompüter texnikasında "2000-ci il" problemi ilə əla-qədar proqramın AMEA üzrə koordinatoru olmuşdur.

1985-1991-ci illərdə Azərbaycan Texniki Universitetində baş müəllim işləmiş, hal-hazırda İnformasiya Texnologiyaları İnstitutunun Tədris İnnovasiya Mərkəzində kurator və müəllim kimi fəaliyyət göstərir.

Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarına məxsus olan fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması işlərini həyata keçirən şöbəyə rəhbərlik edir.

Milli Super Kompüter Mərkəzinin (MSKM) və onun ümumrespublika infrastrukturunun yaradılması üçün kompleks (texniki, təşkilati, iqtisadi, maliyyə və s.) təkliflərin və sənəd-lərin işlənməsi məsələləri ilə məşğul olur.

2008-ci ildən AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində Standartlaşma üzrə Texniki Komitənin üzvü-dür.

2002-ci ildən şöbə müdiri vəzifəsində işləyir.

2010-cu ildən "AzScienceNet" elm kompüter şəbəkəsinin infrastrukturunun yaradılması işlərinə rəhbərlik edir.

2011-ci ildən Tədris-İnnovasiya Mərkəzində distant təhsil sisteminin infrastrukturunun yaradılması işlərinə rəhbərlik edir.

2011-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə institutun baş mühəndisi vəzifəsinə təsdiq edilmişdir.

2015-ci  ildə institutun  texnologiyalar  üzrə direktor müa-vini  vəzifəsinə təsdiq  edilmişdir.

R.Q.Ələkbərovun işlədiyi müddətdə informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyəti dövlətimiz tərəfin-dən yüksək qiymətləndirilmişdir. Belə ki, 2009-cu ildə "Tərəq-qi" medalı ilə təltif olunmuşdur. 2013-cü ildə AR Rabitə və informasiya texnologiyaları nazirliyi tərəfindən Fəxri fərmanla təltif edilmişdir. 2015-ci ildə Azərbaycan Respublikası Prezi-dentinin Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xid-mətlərinə görə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. 




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə