Bizim Dijital Matbaa 160x244 Şablon


Əkbərov Maarif Süleyman oğlu



Yüklə 3,2 Mb.
səhifə27/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   23   24   25   26   27   28   29   30   ...   97
Alimler EN SON tamversiya GUNEL

Əkbərov Maarif Süleyman oğlu

(1930-2006)

1930-cu ildə Qərbi Azərbaycanda  (Ermənistan) Vedi ra-yonunun Goravan kəndində müəllim ailəsində anadan olmuş-dur. O, 1947-ci ildə Böyük Vedi orta məktəbini gümüş medalla bitirmişdir. Maarif Əkbərov hələ ali məktəbə daxil olmamışdan əvvəl Vedi rayonunun Taytan kəndinin 7-illik məktəbində riya-ziyyat müəllimi, kitabxana müdiri vəzifələrində işləmişdir.

Maarif Əkbərov 1953-cü ildə Gəncə Dövlət Pedaqoji İns-titutunun Fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bi-tirmiş və həmin institutun “Cəbr-həndəsə” kafedrasında müəl-lim saxlanılmışdır.

1953-1959-cu illərdə institutda Ali cəbr və Elementar cəbr fənlərindən dərs demiş, “Elementar riyaziyyat” kafedrasının müdiri işləmişdir.

Maarif Əkbərov 1959-cu ildə "Riyaziyyat elminin fəlsəfi problemləri" ixtisası üzrə M.V.Lomonosov adına Moskva Döv-lət Universitetinin əyani aspiranturasına daxil olub, 1962-ci ildə "Riyaziyyatda həqiqət problemi" mövzusunda namizədlik dis-sertasiyası müdafiə edib. Alim riyaziyyatın fəlsəfəsi ixtisası üzrə respublikada ilk və yeganə mütəxəssis kimi Bakı Dövlət Universitetinə işləməyə dəvət edilmiş, 1963-cü ildən Mexanika-riyaziyyat fakültəsində əmək fəaliyyətinə başlamışdır. O, BDU-nun Həndəsə-cəbr, Cəbr və Topologiya, Həndəsə kafedralarında işləmişdir. Maarif Əkbərov 1980-1992-ci illərdə BDU-nun Cəbr və Topologiya kafedrasına rəhbərlik etmiş, "Ali cəbr", "Cəbr və ədədlər nəzəriyyəsi", "Riyaziyyatın fəlsəfi-metodoloji əsasları" fənlərindən dərs demişdir.

Maarif Əkbərov 1970-1972-ci illərdə "Riyaziyyatın fəlsə-fəsi" ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktoranturasında təhsilini davam etdirib, orada "Riyaziyyatın bəzi fəlsəfi problemləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, bu sahədə Azərbaycanda ilk və yeganə elmlər doktoru olmuş, dəqiq elmlərin fəlsəfəsi üzrə respublikada ilk cığır açan mütəxəssis-alim kimi tanınmışdır.

M.S.Əkbərov riyaziyyatın fəlsəfəsi ixtisası üzrə fəlsəfə elmləri namizədi və fəlsəfə elmləri doktoru elmi dərəcələri almış yeganə mütəxəssisdir.

Maarif Əkbərov 18 kitabın, 3 iri həcmli monoqrafiyanın, ali məktəblər üçün 3 dərs vəsaitinin, ümumiyyətlə, 100-dən çox elmi-nəzəri, elmi-kütləvi, elmi-metodik və publisist xarakterli kitab, kitabça və məqalələrin müəllifidir.

Maarif Əkbərov hələ gənc yaşlarında, yəni Böyük Vətən Müharibəsi illərində məktəblərdə tətil müddətində şagird-əmək briqadası xətti ilə kolxozda işləyərək, "1941-1945-ci illər Bö-yük Vətən Müharibəsi illərində Fədakar Əməyə görə" medalı ilə təltif olunmuşdur.

Maarif Əkbərov bir çox elmi konfrans və simpoziumların iştirakçısı olmuş, elmi məruzələrlə çıxış etmişdir. Alim maa-rifçilik, elmi biliklərin inkişafı və təbliği sahəsindəki xidmətlə-rinə görə 1995-ci ildə akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür.

Maarif Əkbərovun həyatı, elmi fəaliyyəti, əsərləri haqqın-da onlarla məqalələr yazılmışdır. Alimin elmi fəaliyyəti haqqın-da mətbuat səhifələrində 1960-cı illərdən etibarən məqalələr dərc edilmişdir.

Maarif Əkbərov 12 avqust 2006-cı ildə Bakı şəhərində vəfat etmişdir. Alimin işıqlı xatirəsi onu tanıyanların yaddaşına birdəfəlik həkk olunmuşdur.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə