Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə26/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   22   23   24   25   26   27   28   29   ...   97
Alimler EN SON tamversiya GUNEL

Əhmədov Əli Mustafa oğlu

(1943)

25 dekabr 1943-cü ildə Cəbrayıl rayonunun Əfəndilər kəndində anadan olmuşdur. 1950-1960-cı ilərdə Fizuli rayonu-nun Arayatlı kənd orta məktəbində təhsil almışdır. 1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə daxil olmuş, 1966-cı ildə universiteti müvəffəqiyyətlə bitirmişdir. 1967-1970-ci illərdə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun aspirantı olmuş-dur. Aspiranturanı bitirdikdən sonra 1970-ci ildə “Banax fəza-sında spektral parametrdən rasional asılı olan tamam kəsilməz operatorların bəzi spektral xassələri” mövzusunda namizədlik, 1994-cü ildə “Spektral operatorlara yaxın xətti operatorlar nə-zəriyyəsinin məsələləri və onların tətbiqləri” mövzusunda dok-torluq dissertasiyası müdafiə etmişdir.

Ə.M.Əhmədov əsasən Funksional analiz, Xətti operator-ların spektral nəzəriyyəsi, Kompleks oblastda operator-diferen-sial tənlikləri sahəsində elmi tədqiqat işləri aparmış,bir sıra mü-hüm nəticələr əldə etmişdir. Həmin elmi nəticələrdən bir çox tədqiqatçılar istifadə etmişlər.

Ə.M.Əhmədov 150-dən çox elmi məqalənin, 1 monoqrafi-yanın və 6 kitabın müəllifidir. Məqalələrinin bir hissəsi xarici ölkələrdə nüfuzlu jurnallarda nəşr olunmuşdur. Ə.M.Əh-mədovun rəhbərliyi ilə 2 elmlər doktoru, 7 elmlər namizədi ye-tişdirilmişdir.

Ə.M.Əhmədov Azərbaycan EA-nın Kibernetika İnstitu-tunda 1966-cı ildə kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış, 1972-ci ilə qədər həmin vəzifədə çalışmışdır. 1972-1995-ci illərdə ADU-nun Mexanika-Riyaziyyat fakültəsinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasında dosent vəzifəsində işləmiş, 1995-ci ildə kafedranın professoru seçilmişdir. 1996-cı ildə Universitetin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasına müdir vəzifəsinə seçilmişdir. Hal-hazırda həmin kafedranın müdiri işləyir.

Ə.M.Əhmədov BDU-nun Mexanika-Riyaziyyat fakültəsi-nin tələbələrinə Funksional analiz, Kompleks dəyişənli funksi-yalar nəzəriyyəsi, Operatorlar nəzəriyyəsi fənlərindən mühazi-rələr oxuyur.

Ə.M.Əhmədov 1969-cu ildən 2016-cı ilə kimi 34 Beynəl-xalq konfrans və simpoziuma dəvət almış, bu elmi yığıncaq-larda bir sıra maraqlı çıxışlar etmiş,həmin konfrans və simpo-ziumların materiallarında elmi məqalələri nəşr edilmişdir.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə