Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə34/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   30   31   32   33   34   35   36   37   ...   97
Alimler EN SON tamversiya GUNEL

Əmənzadə Yusif Əmən oğlu

(1914-1982)

08 fevral 1914-cü ildə Bakı şəhərində anadan olmuşdur. Yusif Əmən oğlu Əmənzadə Azərbayçan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakultəsini fərqlənmə diplomu ilə bitirib və həmin ins-titutda assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəl-mişdir. Bu illər ərzində Y.Ə. Əmənzadə elmlər namizədi və elmlər doktoru dərəcələrini almışdır.

1959-cu ildən ömrünün axırına qədər Bakı Dövlət Univer-sitetində “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1968-çi ildə Y.Ə.Əmənzadə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1972-ci ildə SSRİ-nin “Mexanika” üz-rə Milli komitəsinin üzvü olmuşdur.

Bakı Dövlət Universitetində deformasiya olunan bərk cisim mexanikasının əsasını Azərbay­can EA-nın müxbir üzvü Y.Ə.Əmənzadə qoymuşdur. Y.Ə.Əmənzadənin elmi marağı əsasən hissə-hissə bircins elastiki mühitdə gərginlik-deforma-siya vəziyyətinin tədqiqi və elastiklik nəzəriyyəsinin kontakt məsələləri ətrafında toplanmışdır. Bu sahədə onun tərəfindən əsaslı nəticələr alınmış, yeni həll üsülları tapılmış və bu məsə-lələrin ədədi həlli verilmişdir. Y.Ə.Əmənzadə, N.İ.Musxelişvili və D.İ.Şermanla birlikdə məsə­­lə­lərin həlli prose­sin­də xətti cəbri tənliklərin sonsuz sistemlərinin kvazitəkrarlanmasını sübut edən ilk Azərbaycanlı alim olmuşdur. Onun tərəfindən boşluğa malik tirin əyilmə mərkəzinin koordinatları bir burulma funksiyası vasitəsi ilə verilmişdir. Boşluğa malik yarımmüstəviyə ştampın təsiri məsələsi onun tərəfindən qoyulmuş və həll edilmişdir. O, sonlu mühitdə çat məsələsinin analitik həlli üsulunu vermiş və laylı müxtəlif cinsli elastiki çisimlər üçün analitik həll üsülunu inkişaf etdirmişdir. Onun axırıncı tədqiqatları elastiki örtüklərin variasiya üsulu ilə həllinə həsr edilmişdir.

Y.Ə.Əmənzadə “Elastiklik nəzəriyyəsi” (rus dilində və ingilis dillərində), “Nazik elastik örtüklər nəzəriyyəsi üzrə ümu-mi kurs”, “Elastiklik nəzəriy­yəsi­nin hamarlılıq məsələsi” dərs-liklərinin müəllifi və həmçinin “SSRİ-də elastik­lik nəzəriy-yəsinin əlaqə məsələrinin həlli” monoqrafiyasının həmmüəllifi olmuşdur.

O, 150-dən çox elmi məqalə çap etdirmişdir. Y.Ə.Əmən-zadə 40-dan çox elmlər namizədi və 5 elmlər doktoru yetişdir-mişdir.

11 mart 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir.


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə