Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə33/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   29   30   31   32   33   34   35   36   ...   97
Alimler EN SON tamversiya GUNEL

Əliyeva Tinatin

Məhəmməd

(1947)

3 fevral 1947-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olmuşdur. 1953-1964-cü illərdə həmin qə-səbdə orta təhsil alıb. 1964-1968-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki N.Tusi adina ADPU-nun) Fizika-riyaziyyat fakültəsində təhsil alıb. İnstitutda Lenin təqaüdü ilə oxuyub. 1968-ci ildə təyinat komissiyasının qərarı ilə institutda saxlanılıb. 1977-ci ilin fevral ayından institutda müəllim vəzifəsinə təyin olunub. 22 aprel 1982-ci ildə Azərbay-canda ilk dəfə olaraq tədris prosesində mikro EHM-lərdən, konkret olaraq mikro kalkulyatorlardan riyaziyyatın tədrisində istifadə edilməsi haqqında namizədlik dissertasiyası müdafiə edib. Bununla da T.Əliyeva Azərbaycanda riyaziyyatın tədrisi üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi alan ilk qadın-dır. 1983-cü ildən indiki APU-nun riyaziyyat və onun tədrisi kafedrasına müsabiqə yolu ilə dosent seçilib.15 il-dən çox kafedranın müdiri vəzifəsində işləyib. Respublika olimpiada-larının müxtəlif riyaziyyat turlarının yarışmalarının münsiflər heyətində sədr və üzv olub. Təhsil Nazirliyinin müxtəlif komis-siya və elmi-metodik şuralarının üzvü və sədri olub. Bir sıra nüfuzlu məcmuələrin redaksiya heyətinə daxil olub. Dəfələrlə universitet və fakültə elmi şuralarına,eyni zamanda AAK ixti-saslaşmış şurasının üzvü seçilib. 60-dan çox elmi əsərlərin mü-əllifidir. Kafedra müdiri işlədiyi dövrdə kafedra əməkdaşları tərəfindən 2 doktorluq və bir sıra namizədlik dissertasiyası mü-dafiə edilib.

T.Əliyeva “Ali pedaqoji məktəblərin fizika-riyaziyyat fa-kültəsində riyaziyyat və riyaziyyatın tədrisi metodikası fənləri arasında əlaqələrin reallaşdırılmasının yolları və metodları” mövzusunda doktorluq dissertasiyasını müdafiəyə təqdim edib. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2006-cı il ta-rixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görü-lüb.

Dəfələrlə YAP-ın qurultay və konfranslarına nümayəndə seçilib, hal-hazırda YAP Səbail İdarə heyətinin qadınlar şura-sının üzvüdür.





Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə