Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə36/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   32   33   34   35   36   37   38   39   ...   97
Alimler EN SON tamversiya GUNEL

Hacıyev Akif

Cəfər oğlu (1937-2015)

8 dekabr  1937-ci ildə Bakı şəhərində görkəmli Azər-baycan filoloq alimi Cəfər Xəndanın ailəsində anadan olmuş-dur. Orta məktəbi 1955-ci ildə bitirdikdən sonra 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdır.

Akif Hacıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1982-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1985-ci ildə riyazi analiz ixtisası üzrə professor elmi adı-nı almışdır. Akif Hacıyev səmərəli elmi fəaliyyəti ilə respubli-kamızda müasir riyaziyyat elminin inkişafına sanballı töhfələr vermişdir. Onun riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən operatorlar nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Funksiyalar nəzəriyyəsi sahəsinin yeni biliklərlə zənginləşməsində həmin tədqiqatların əhəmiy-yətli rolu olmuşdur. Alimin riyazi analizin bir sıra sahələrinə dair əldə etdiyi elmi nəticələr xarici ölkələrdəki ayrı-ayrı mo-noqrafiyalarda çap olunaraq yeni araşdırmaların aparılmasına təkan vermişdir.

Akif Hacıyevin araşdırmalarının nəticələri Azərbaycanda və onun hüdudlarından kənarda nəşr edilən 100-dən artıq elmi əsərdə və 4 monoqrafiyada əksini tapmışdır. Alimin rəhbərliyi altında Azərbaycanda və Türkiyədə onlarla riyaziyyat üzrə fəl-səfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanmış-dır. Mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çoxsaylı çıxışları ilə Akif Hacıyev Azərbaycan elmini layiqincə təmsil etmişdir.

A.C.Hacıyev əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda  “Funksiyalar nəzəriyyəsi” şöbəsində kiçik elmi işçi kimi başlamış,1961-1967-ci illərdə həmin insti-tutda elmi katib, 1967-1978-ci illərdə baş elmi işçi, 1978-1992-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır. Türkiyə tərəfi-nin dəvəti ilə o, 1992-1999-cu illərdə Ankara Universiteti-nin professoru kimi fəaliyyət göstərmişdir.

1999-cu ildə elmi fəaliyyətini yenidən Azərbaycan Res-publikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İns-titutunda şöbə müdiri olaraq davam etdirən Akif Hacıyev, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi seçilmişdir. O, 2004-cü ildən 2013-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun di-rektoru işləmiş, 2013-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur.

Azərbaycan Respublikasının tanınmış riyaziyyatçı alimi A.Hacıyev Əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, AMEA Fizika-Riyaziyyat və Texniki Elmlər bölməsinin akade-mik katibi, fizika-riyaziyyat elmləri doktoru, professor, akade-mik titullarını qazanmışdır.

Akademik Akif Hacıyevin zəngin elmi və elmi-təşkilati fəaliyyəti lazımınca qiymətləndirilmişdir. Belə ki, Akif Hacıyev "Əməkdə fərqlənməyə görə" medalı, "Əmək veteranı" medalı, Azərbaycan Respublikasının "Şöhrət" ordeni,Əməkdar elm xa-dimi, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyyə-tinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

O, 3 fevral 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə