Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə44/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   40   41   42   43   44   45   46   47   ...   97
Alimler EN SON tamversiya GUNEL

İbrahimov İbrahim

İbiş oğlu

(1912-1994)

28 fevral 1912-ci ildə Füzuli rayonunun Qarğabazar kən-dində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Dövlət Peda-qoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplom ilə bitirmişdir.

İbrahim müəllim Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra həm bu institutda, həm də Azərbaycan Dövlət Universitetində çalışmağa başlayır. Sonra Moskvaya aspirantu-raya göndərilir və orada görkəmli riyaziyyatçı A.O.Gelfondun rəhbərliyi altında aspirant olur. 1939-cu ildə namizədlik disser-tasiyasını müdafiə edir və ryaziyyat üzrə ilk azərbaycanlı elmlər namizədi olur, 1947-ci ildə isə Moskvada doktorluq disser-tasiyasını müdafiə edir. İbrahim müəllim Sovetlər Birliyi və dünya riyaziyyatçıları tərəfindən tanınmış bir alimimiz idi. Onun rəhbərliyi altında ölkəmizdə həqiqi və kompleks dəyişənli funksiyaların yaxınlaşması nəzəriyyəsi, interpolyasiya nəzəriy-yəsi, tam funksiyalar nəzəriyyəsi, funksiyalar sistemlərinin tam-lığı kimi sahələrdə geniş tədqiqatlar aparılmış və bunların bö-yük bir hissəsi İbrahim müəllimin yazdığı, o cümlədən Moskva-da da çap edilən, monoqrafiyalarına daxil edilmişdir. İbrahim müəllimin zəmanəmizin ən görkəmli alimlərindən biri M.V.Keldışla və A.O.Gelfondla birlikdə yazdığı məqalələr dün-ya riyaziyyat ədəbiyyatında böyük iz qoymuş əsərlərdir. İ.İbra-himov akademik M.V.Keldışla birlikdə bütün tam funksiyalar sinfində Nyuton interpolyasiya sırasının yığılmasının dəqiq əla-mətlərini müəyyən etmişdir. O, A.O.Gelfondla birlikdə məşhur iki nöqtə problemini interpolyasiya nəzəriyyəsi metodu ilə həll etmişdir. Bu nəticə funksiyalar nəzəriyyəsini zənginləşdirmiş və çoxlu tədqiqatların çıxış nöqtəsi olmuşdur. Belə tədqiqatlardan biri də İ.İbrahimovun “İnterpolyasiya nəzəriyyəsi metodları ilə tam funksiyaların yeganəliyinin tədqiqidir” ki, bu əsərlər funk-siyaların interpolyasiya üsulları və onların bəzi tətbiqləri” adlı monoqrafiyasına daxil edilmişdir.

Funksiyaların konstruktiv nəzəriyyəsinin yaradıcılarından biri sayılan akademik S.N.Bernşteynin xatirəsinə həsr edilmiş Beynəlxalq konfransda onun yaradıcılığı haqqında məruzənin edilməsinin İbrahim müəllimə tapşırılması da onun nüfuzunun göstəricisidir. İbrahim müəllim 1959-cu ildə Akademiyanın müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü (akademik) seçil-mişdir.

İbrahim İbiş oğlu İbrahimov əmək fəaliyyətinə 1935-1936-cı illərdə Mühəndislərin İxtisasartırma İnstitutnda başla-mış, 1939-1947-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi” kafedrasının müdiri, 1947-1958-ci il-lərdə isə Pedaqoji İnstitutun "Riyazi analiz" kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1958-ci ildən onun elmi-pedaqoji fəa-liyyəti Azərbaycan Elmlər Akademiyası ilə bağlı olmuşdur. 1958-1959-cu illərdə Fizika və Riyaziyyat İnstitutunda şöbə müdiri, 1959-1963 illərdə Azərbaycan EA Riyaziyyat və Mexa-nika İnstitutunun direktoru vəzifələrində çalışmışdır. İbrahim İbrahimov 1963-cü ildən ömrünün sonunadək həmin institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri olmuşdur. 1977-ci ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olmuşdur.

İ.İbrahimov bir çox fundamental əsərlərin müəllifidir. Onun “Riyazi analiz kursu”,”ədədlər nəzəriyyəsi”, ”sıralar nə-zəriyyəsinin əsasları”, ”Funksiyaların interpolyasiya metodları və onların bəzi tətbiqləri” və s. kitabları ali məktəblərdə oxuyan gənclərimizin stolüstü kitabıdır. Akademik İ.İbrahimov böyük həcmli kitablar yazmaqla bərabər bir sıra tədqiqatların gözəl nəticələri ilə riyaziyyat sahəsində, mərkəzi elmi jurnallarda çı-xış etmişdir.

Akademik 170-dən çox elmi əsərin, 3 monoqrafiyanın, 5 dərsliyin müəllifi olmuş, rus dilindən azərbaycan dilinə 2 dərs-lik tərcümə etmişdir. İbrahim İbrahimov 1960-cı ildə Stokholm-da, 1974-1981-ci illərdə Varnada, 1974-cü ildə Praqada, 1968-ci ildə Budapeştdə, 1970-ci ildə Nitsada, 1974-cü ildə Poznanda keçirilən Beynəlxalq konfransların iştirakçısı olmuşdur. Onun rəhbərliyi ilə 40-dan çox elmlər namizədi hazırlanmış, sonralar 6 tələbəsi elmlər doktoru olmuşdur.

Azərbaycan Sovet riyaziyyatçısı, Azərbaycan Elmlər Aka-demiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru İ.İbra-himov “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. İbrahimov İbrahim 6 noyabr 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir.Bakı şəhərində onun yaşadığı binanın üzərində xatirə lövhəsi vurulmuşdur.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə