Bizim Dijital Matbaa 160x244 Şablon


İsayev Fəxrəddin Qurban oğlu



Yüklə 3,2 Mb.
səhifə47/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   43   44   45   46   47   48   49   50   ...   97
Alimler EN SON tamversiya GUNEL

İsayev Fəxrəddin Qurban oğlu

(1954-2017)

Fəxrəddin İsayev Qurban oğlu 18 yanvar 1954-cü ildə Qərbi Azərbaycanın Spitak rayonunun Saral kəndində anadan olmuşdur.

1961-1971-ci illərdə Saral orta məktəbində təhsil almış və oranı fərqlənmə ilə bitirmişdir. 1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul olmuş, 1974-cü ildə Mixail Lomonosov adına Moskva Dövlət Univer-sitetinə göndərilmiş və 1976-cı ildə universiteti fərqlənmə dip-lomu ilə bitirmişdir.

1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna fəaliyyətə başlamışdır.

1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olmuş, 1981-ci ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

1987-ci illərdə yenə orada müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.

1987-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının baş elmi işçi vəzifəsində işləməyə başlayıb, 1989-cu ildə Azərbay-can Memarlıq və İnşaat Universitetinin professoru təyin olunur.

Dəfələrlə Almaniyanın Karlsruhe Universitetində müha-zirələr oxumaq üçün dəvət olunmuşdur.

Fəxrəddin İsayev 14 xarici ölkədə 30 beynəlxalq elmi konfransda elmi məruzə ilə çıxış edib. 30-dan çox fəlsəfə doktorunun elmi rəhbəri olub. 160-dan çox elmi məqalə və 2 kitab müəllifidir. Məqalələrin çoxunda xarici ölkələrdə nüfuzlu jurnallarda çap olunmuşdur. 2005-ci ildə "Mühəndislik problemlərinin komputerlə həlli", 1999-cu ildə isə "Nümerik analiz" adlı kitabları çap olunmuşdur. Onun rəhbərliyi altında 30-dan çox fəlsəfə doktoru yetişdirilib.

Fəxrəddin İsayev 2007-ci ildən Qafqaz Universiteti rekto-runun müşaviri, bölmə müdiri vəzifələrində çalışmışdır.

Fəxrəddin İsayev 16 yanvar 2017-cı ildə Bakı şəhərində vəfat etmişdir.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə