Bizim Dijital Matbaa 160x244 Şablon


Xəlilov Zahid İsmayıl oğlu



Yüklə 3,2 Mb.
səhifə43/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   39   40   41   42   43   44   45   46   ...   97
Alimler EN SON tamversiya GUNEL

Xəlilov Zahid İsmayıl oğlu

(1911-1974)

14 yanvar 1911-ci ildə Tiflis quberniyasının Ekatrinenfeld nahiyəsinin (indiki Bolnisi rayonu) Saraçlı kəndində anadan ol-muşdur.

Orta məktəbi və Türk Pedoqoji Texnikumunu Tiflisdə bi-tirdikdən sonra 1929-cu ildə Bakıda Azərbaycan Dövlət Uni-versitetinin riyaziyyat şöbəsinə daxil olmuş, 1930-1934-cü illər-də universitet bağlandığına görə ali təhsilini Azərbaycan Peda-qoji İnstitutunda başa vuraraq yenidən Tiflisə qayıtmış və Də-mir yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda işləmişdir.

1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspirantu-rasına daxil olmuş, 1940-cı il aprelin 22-də Tiflis Dövlət Uni-versitetində məşhur riyaziyyatçı, professor S.Berqmanın rəhbər-liyi altında "Kleb məsələsi və onun ümumiləşməsi" mövzu-sunda namizədlik, 1946-cı ildə isə "Sərhəd məsələlərinin para-metrdən asılılığının tədqiqi" mövzusunda doktorluq disserta-siyasını müvəffəqiyyətlə müdafiə edərək 35 yaşında Azərbay-canın ilk fizika-riyaziyyat elmləri doktoru olmuşdur. Əsas təd-qiqatları funksional analiz, onun İnteqral və diferensial tənliklə-rə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə siste-minin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa səhələrinə aiddir. Sovet dövrü Azərbaycanın ilk riyaziyyatçı-larından biri olan alim Azərbaycanda funksional analiz məktə-binin əsasını qoymuşdur. Poliharmonik tənliklər sistemi üçün ümumi sərhəd məsələsini həll etmiş, dəyişənlərinə ayrılmayan qarışıq məsələlərin həlli üçün Furye üsulunun analoqunu, qa-rışıq tipli model tənlikləri üçün şəbəkə üsulunu vermişdir. O, mücərrəd sinqulyar operatorlar nəzəriyyəsini yaratmış, yeraltı hidromexanikanın neft və qaz yataqlarının işlənməsində tətbiq olunan bir çox məsələnin həllini vermiş, Banax fəzasında öz-özünə qoşma olmayan operatorun spektrini tədqiq etmişdir.

Yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidməti var. Zahid Xəlilov Azərbaycan funksional analiz məktəbinin banisi olmaqla yanaşı həm də SSRİ-də ilk "Funksional analiz" dərsliyinin müəllifidir. O, Azərbaycan riyaziyyatçılar cəmiy-yətinin prezidenti seçilmişdir. Z.Xəlilov müasir riyaziyyat me-xanikanın konkret məsələlərinə həsr olunmuş 80-dən çox elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 30-dan çox namizəd-lik və doktorluq dissertasiyası müdafiə edilmişdir.

Z.Xəlilovun 1950-ci ildə yazmış olduğu “Tətbiqi riyaziy-yat və mexanika” kitabı 1953-cü ildə ABŞ-da tərcümə edilmiş və kitab şəklində nəşr edilmişdir. Artıq 1950-ci illərin əvvəl-lərindən başlayaraq Z.Xəlilovun elmi əsərləri Moskva,  Lenin-qrad, Kiyev, Tbilisi kimi elmi mərkəzlərdə, eləcə də  Amerika Birləşmiş Ştatlarında çap olunaraq ona şöhrəti gətirmişdir. Za-hid müəllim nəinki Azərbaycan funksional analiz məktəbinin banisi, həm də SSRİ-də bu sahənin ideoloqlarından biri olmuş-dur. Z.Xəlilov 1962-ci ildə Stokholmda və 1966-cı ildə Mosk-vada keçirilən beynəlxalq riyaziyyat konqreslərində məruzə et-mişdir. Z.Xəlilov 1934-cü ildə  Azərbaycan Pedaqoji İnstitutu-nu bitirdikdən sonra Tiflisdə Dəmir yolu Nəqliyyatı Mühəndis-ləri İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1940-cı ildə Z.Xəlilovu Bakıya Azərbaycan Dövlət Universitetinə dəvət et-mişlər. Beləliklə, o, ömrünü həmişəlik Azərbaycan və onun elmi ilə bağlamışdır. Z.Xəlilov 1950-ci ildə Riyaziyyat və Me-xanika İnstitutunun direktoru təyin edilmiş, 1955-ci ildə Azər-baycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akade-mik Z.Xəlilov 1957-1959-cu illərdə Akademiyanın vitse-prezi-denti, 1962-1967-ci illərdə isə prezidenti olmuşdur. 1967-ci il-dən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik etmişdir. Respublikamızda ilk dəfə olaraq fizika-riyaziyyat təmayüllü internat məktəbini Z.Xəlilovun təşəbbüsü ilə yaradılmışdır. O, elmi kadrların ha-zırlanmasına böyük diqqət yetirirdi. O, həmişə özünü bacarıqlı müəllim və gənclərin tərbiyəçisi kimi göstərmişdir. Z.Xəlilov respublikanın ictimai-siyasi həyatında fəal iştirak edirdi. Azər-baycan KPMK-nın üzvü, SSRİ Ali Sovetinin deputatı seçilmiş-dir. Sovet riyaziyyatçıları və Mexanikləri Komitəsinin üzvü, Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti idi. Görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik Z.Xəlilov SSRİ Ali Sovetinə və Millətlər Sovetinə deputat seçilmiş, "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri ilə təltif olunmuş, bir çox başqa mükafatlara layiq görülmüşdür.

1974-cü il fevral ayının 4-də 63 yaşında Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri xiyabandadır. Bakı şəhərində adı-na küçə və məktəb var.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə