Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə39/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   35   36   37   38   39   40   41   42   ...   97
Alimler EN SON tamversiya GUNEL

Həbibzadə Əmir

Şamil oğlu

(1916-2009)

Həbibzadə Əmir Şamil oğlu 23 yanvar 1916-cı ildə anadan olmuşdur. 1941-ci ildə BDU-nun ‎Fizika-riyaziyyat fakültəsini bi-tirmişdir. 1944-1947-ci illərdə ‎Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda ‎aspirant olmuşdur. Ə.Ş.Həbibzadə 1948-ci ildə akademik Z.Xəlilovun rəhbər-liyi ilə “Çoxrabitəli oblast-larda Elliptik tənliklər sisteminin həqiqi həllərinin ümumi kom-pleks göstərişi” mövzusunda namizədlik, 1970-ci ildə isə “Nor-mallaşdırılmış həllərdə mücərrəd sinqulyar tənliklər” mövzu-sunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Professor Ə.Ş.Həbibzadə Banax cəbri, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi və xətti operatorların spekral nəzəriyyəsi sahəsində tanınmış mütəxəssisdir. Onun elliptik tənliklər, inteqral tənliklər və mücərrəd tənliklər mövzularında 50-dən artıq məqa-lələri dərc olunmuşdur. O, “Kompleks dəyişənli funksiyalar nə-zəriyyəsi” I və II cildlik, “Funksional analiz” kursu kitablarının müəllifidir.

1948-ci ildən Bakı ‎Dövlət Universitetində baş müəllim, dosent, professor ‎vəzifələrini tutmuş, 1965-1992-ci illərdə isə funksiyalar ‎nəzəriyyəsi və funksional analiz kafedrasına rəhbər-lik etmişdir.‎

Onun rəhbərliyi altında 54 nəfər elmlər namizədi elmi də-rəcəsi almışdır. Onlardan bir çoxu Özbəkistan, Türkmənistan, Dağıstan, Misir, Kuba vətəndaşlarıdır. Sonralar onun 7 yetirməsi elmlər doktoru olmuşdur. Xətti normallaşmış fəzalarda operator sinqulyar inteqral tənliklərin tədqiqi sahəsində mühüm nəticələr almışdır.

Ə.Ş.Həbibzadə 1941-ci ildə Azərbaycan Dövlət Universi-tetinin Fizika-riyaziyyat fakültəsini bitirdikdən sonar, Süvəlan-dakı 156 №-li məktəbdə riyaziyyat müəllimi işləməyə başla-mışdır. O, 1948-ci ildə namizədlik disertasiyasını müdafiə etdik-dən sonra Azərbaaycan Dövlət Universitetində işləməyə başla-mışdır. 1962-ci ildə Hesablama riyaziyyatı kafedrasının müdiri, 1966-cı ildən isə Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasına müdir təyin edilmişdir. 1970-ci ildə Kafedranın pro-fessoru vəzifəsini almışdır. O, BDU-nun Mexanika-riyaziyyat fakültəsində riyazi analiz, kompleks dəyişənli funksiyalar nəzə-riyyəsi, inteqral tənliklər və funksional analiz fənlərindən müha-zirələr oxumuşdur. Professor Ə.Ş.Həbibzadə uzun müddət Ali Təhsil nazirliyində elmi-metodik şuranın sədri olub. O, Ali Sove-tin Fəxri fərmanı, ilk dəfə Ali Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur. Əməkdar elm xadimidir. Əməkdar elm xa-dimi, professor Əmir Həbibzadənin Bakı Dövlət Universitetində anadan olmasının 90 illik və 100 illik yubileylərinə həsr edilmiş respublika konfransı keçirilib.

Ə.Həbibzadə 90 illik yubileyində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

Həbibzadə Əmir Şamil oğlu 2009-cu ildə Bakı şəhərində vəfat etmişdir.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə