Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə40/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   36   37   38   39   40   41   42   43   ...   97
Alimler EN SON tamversiya GUNEL

Həsənov Kazım

Məhəmməd oğlu

1934-2015

1934-cü il avqustun 1-də Azərbaycanın Tovuz rayonunun Aşağı Eyibli kəndində anadan olub.

1942-1952-ci illərdə Tovuz rayonunun Aşağı Eyibli kənd orta məktəbində oxuyub. 1953-1958-ci illərdə ADU-nun Mexa-nika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1959-1961-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub.

1961-ci ildə "Kvazi-xətti hiperbolik və parabolik tipli dife-rensial tənliklər üçün qarışıq məsələnin həllinin tədqiqi" mövzu-sunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.

Gecikən arqumentli diferensial tənliklər, Riyazi optimal idarəetmə məsələləri, Diferensial tənliklər üçün qoyulmuş sər-həd məsələləri  K.Həsənovun əsas tədqiqat sahəsi olmuşdur. O, 120-dən artıq elmi məqalənin və 4 kitabın müəllifidir.  25 elm-lər namizədi yetişdirmişdir.

K.Həsənov 1959-cu ildə ADU-nun Hesablama mərkə-zində əmək fəaliyyətinə başlayıb.  1961-1967-ci illərdə ADU-nun Hesablama mərkəzinin nəzəri şöbəsinin müdiri vəzifəsində çalışıb. 1967-1988-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fa-kültəsinin Diferensial və inteqral tənliklər kafedrasının dosenti, 1988-2015-ci illərdə isə həmin kafedranın professoru olub.

1959-cu ildən ömrünün sonuna qədər BDU-da çalışıb. Tələbələrə Diferensial tənliklər, Riyazi optimal idarəetmə mə-sələləri fənlərindən dərs deyib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Pre-zidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 

K.Həsənov 2015-ci ildə Bakı şəhərində vəfat edib.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə