Bizim Dijital Matbaa 160x244 Şablon


İskəndərov Nizaməddin Şirin oğlu



Yüklə 3,2 Mb.
səhifə48/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   44   45   46   47   48   49   50   51   ...   97
Alimler EN SON tamversiya GUNEL

İskəndərov Nizaməddin Şirin oğlu

(1957)

1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1974-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1979-cu ildə universiteti müvəffəqiyyətlə bitirmişdir.

1979-cu ildə Azərbaycan EA-nın Mexanika-Riyaziyyat İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamış, orada 1981-ci ilə kimi işləmişdir. 1981-1983-cü illərdə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda stajor-tədqiqatçı, 1983-1986-cı illərdə isə həmin institutda aspirant olmuşdur. 1986-cı ildə professor L.P.Nijnikin rəh­bər­li­yi ilə Kiyevdə namizədlik disser-tasiyası müdafiə etmişdir.

N.İskəndərov 1986-1993-cü illərdə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi vəzifələrində, 1993-1997-ci illərdə Türkiyə Res-publikasının Yıldız Teknik Universitetində (İstanbul) doktor-professor, 1997-1999-cu illərdə isə Azərbaycan EA-nın Riya-ziyyat və Mexanika İnstitutunda laboratoriya müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır.

Professor N.Ş.İsgəndərov 1999-cu ildən BDU-da çalışır. O, 2003-cü ildən fizika-riyaziyyat elmləri doktorudur və hal-hazırda "Diferensial və İnteqral tənliklər" kafedrasının profess-soru, Mexanika-riyaziyyat fakültəsinin dekanıdır.

Birtərtibli hiperbolik və adi diferensial tənliklər sistemi üçün yarımoxda düz və tərs səpilmə məsələlərinin öyrənilməsi istiqamətində elmi tədqiqat işləri aparır. Onun 65-dən çox elmi məqaləsi və 1 monoqrafiyası nəşr olunmuş, 6 tələbəsi namizəd-lik dissertasiyası müdafiə etmişdir. Bakalavr pilləsində "Dife-rensial tənliklər", magistratura pilləsində isə "Diferensial opera-torların spektral nəzəriyyəsi", "Daxiletmə teoremləri və onun tətbiqləri" fənləri üzrə mühazirlər aparır.






Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə