Bizim Dijital Matbaa 160x244 Şablon


İsgəndərov Bala Ağa-Hüseyn oğlu



Yüklə 3,2 Mb.
səhifə49/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   45   46   47   48   49   50   51   52   ...   97
Alimler EN SON tamversiya GUNEL

İsgəndərov Bala Ağa-Hüseyn oğlu

(1936-2012)

21 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə Bakı şəhəri 17 saylı orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə SSRİ Ali Təhsil Nazir-liyinin əmri ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə köçürülmüş-dür. O, 1961-ci ildə universiteti bitirmiş, həmin il Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş və Moskva Dövlət Universitetinə ezam olunmuşdur. B.İsgəndərov MDU-da aspiranturada oxuduğu müddətdə professor A.Q.Kostyu-çenko və professor M.V.Fedoryukun rəhbərliyi altında elmi tədqiqat işləri aparmışdır.

B.İsgəndərov 1967-ci ildə AMEA-nın RMİ-da “Pet-rovskiyə görə korrekt tənliklər və sistem tənliklər üçün Koşi məsələsinin həllinin zamanın böyük qiymətlərində tədqiqi” mövzusunda namizədlik, 1994-cü ildə BDU-da “Silindrik oblastlarda elliptik tənliklər üçün şualanma prinsipləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

B.İsgəndərov apardığı elmi tədqiqat işlərində bir sıra əhəmiyyətli nəticələr almışdır:

1. Petrovskiyə görə korrekt tənliklər üçün Koşi məsələsinin həllinin zamanın böyük qiymətlərində azalması üçün kafi şərti vermiş və məsələnin həllinin azalma sürətini dəyişənlərin fəza ölçüsündən asılı olaraq təyin etmişdir;

2. Xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsində məlum olmayan iki yeni effekt müəyyən etmişdir.

- silindrik oblastlarda spektral parametrdən asılı elliptik tənliyin tərtibi silindrik oblastın uzununa ölçüsündən böyük ol-duqda rezonans hadisəsini aşkar etmişdir;

- rezonans olmayan halda hiperbolik tip tənliklər üçün qo-yulmuş qarışıq məsələ üçün limit amplitudu prinsipinin doğru olduğunun göstərilməsi və qeyri stasionar məsələnin həllinə za-manın böyük qiymətlərində yaxınlaşma sürətini təyin etmişdir.

B.İsgəndərov S.L.Sobolev tipli müxtəlif tənliklər üçün Koşi məsələsi, sonsuz silindrik və məhdud oblastlarda qarışıq məsələlərin həllinin varlığı, yeganəliyi və bu məsələlərin həlli-nin zamanın böyük qiymətlərində asimptotikası haqqında bir sıra nəticələr almışdır:

- Bussinesk tənliyi üçün məhdud və qeyri-məhdud si-lindrik oblastda qarışıq məsələnin həllini tapmışdır;

- Məhdud oblastda Bussinesk tənliyi üçün qoyulmuş qarışıq məsələnin həllinin zamanın böyük qiymətlərində zamana görə dövrü funksiya olduğunu isbat etmişdir.

Fırlanmayam, stratifisə olunmuş mayelərin hərəkətinin tədqiqatında daxili qravitasiya dalğa tənliyi meydana çıxır. Bu tənlik üçün birölçülü halda Koşi məsələsi ikiölçülü zolaqda isə qarışıq məsələ A.Q.Sveşnikov və S.A.Qabov tərəfindən tədqiq edilmişdir. Bu məsələ çoxölçülü silindrik oblastda B.İəndərov tərəfindən tədqiq edilmişdir. Məsələnin həllinin zamanın böyük qiymətlərində silindrin uzununa ölçüsündən asılı olaraq müxtə-lif asimptotikaya malik olmasını göstərmişdir. Bu nəticəni ilk dəfə B.İsgəndərov almışdır.

B.İsgəndərov aldığı bir sıra nəticələri 2004-cü ildə nəşr etdirdiyi “Silindrik oblastlarda elliptik tənliklər üçün şualanma prinsipləri” adlı monoqrafiyasına daxil etmişdir. Son vaxtlar B.İsgəndərov Sobolev tipli tənliklər” üçün Koşi məsələsi və qarışıq məsələlərin həllinin zamanın böyük qiymətlərində asimptotik ayrılışı ilə məşğul olmuşdur. Bala İsgəndərova SSRİ AAK tərəfindən1969-cu ildə baş elmi işçi adı, 1996-cı ildə isə Azərbaycan Respublikası AAK tərəfindən professor elmi adı verilmişdir.

B.İsgəndərov 1964-cü ildə AMEA-nın Riyaziyyat və Me-xanika İnstitutunda əmək fəaliyyətinə başlamışdır. O, 30 ildən artıq həmin institutun “Diferensial tənliklər” şöbəsinin müdiri işləmişdir. O, eyni zamanda Bakı Dövlət Universitetində peda-qoji fəaliyyətlədə məşğul olmuşdur.

1968-1994-cü illərdə dosent, 1995-2001-ci illərdə profes-sor vəzifələrində çalışmışdır. B.İsgəndərov ümumittifaq, bey-nəlxalq və respublika miqyaslı elmi konfransların təşkilat komi-təsinin üzvü olmuş,maraqlı elmi məruzələrlə çıxış etmişdir.

Respublika və xarici ölkələrin nüfuzlu jurnallarında çap edilmiş 60-dan çox elmi məqalənin müəllifi olan alimin rəhbər-liyi altında 13 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. O, 100-dən artıq doktorluq və namizədlik dissertasiyalarının op-ponenti olmuşdur.

B.İsgəndərov 2001-ci ilin iyun ayında AMEA-nın müxbir üzvü seçilmişdir. 1996 və 2001-ci illərdə AMEA-nın Fəxri fərmanları ilə təltif olunmuşdur. 2008-ci ildə S.L.Sobolev adına medalla təltif olunmuşdur.

Bala Ağa-Hüseyn oğlu İsgəndərov 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə