Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə46/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   42   43   44   45   46   47   48   49   ...   97
Alimler EN SON tamversiya GUNEL

İsaxanlı Hamlet

Abdulla oğlu

(1948)

Hamlet İsaxanlı 1948-ci il martın 1-də Gürcüstanın Qarda-bani (keçmiş Qarayazı) rayonunun Kosalı kəndində anadan olub. 1965-ci ildə orta məktəbi qızıl medalla bitirib. Azər-baycan Dövlət Universitetinin (indiki BDU-nun) Mexanika-ri-yaziyyat fakültəsinə qəbul olunub və 1970-ci ildə oranı fərq-lənmə diplomu ilə bitirib. 1970-1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu tərəfin-dən M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Mexa-nika-riyaziyyat fakültəsinə aspiranturada oxumağa göndərilib və 1973-cü ildə "Operator dəstələrin spektral nəzəriyyəsinin bə-zi məsələləri" mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1983-cü ildə H.İsaxanlı  SSRİ Elmlər Akademiyasının V.İ.Stek-lov adına Riyaziyyat İnstitutunda “Çoxparametrli spektral nəzə-riyyəsinin bəzi məsələləri” mövzusunda doktorluq dissertasi-yası müdafiə etmişdir. Hamlet İsaxanlı yüksək tədqiqatçı gücü-nə və geniş riyazi mədəniyyətə malik alim kimi tanınmışdır.  O, riyaziyyat və tətbiqi elmlərin öz-özünə qoşma olmayan opera-torlar nəzəriyyəsi, çoxparametrli spektral nəzəriyyə, birgə spek-trlər nəzəriyyəsi, diferensial tənliklər, ədədi oblastlar, iqtisadiy-yatın riyazi modelləri kimi müxtəlif sahələrində ciddi nəticələr almışdır. Hamlet İsayev müasir çoxparametrli spektral nəzəriy-yənin yaradıcılarından biri hesab olunur. O, riyaziyyatın riyazi fizikadan qaynaqlanan bu çox mühüm sahəsində dərin tədqi-qatlar aparan ilk sovet riyaziyyatçısı idi. Hamlet İsayev Moskva riyaziyyat məktəbinin nümayəndəsi olmaqla yanaşı ABŞ, Bö-yük Britaniya, Almaniya, Kanada və s. ölkə elmi məktəblərinin uğurlarından da bəhrələndi. Hələ Sovet "Dəmir Pərdə" dövrün-də o, çətinliklərə baxmayaraq, qərb ölkələrini yalnız məsafədən, qiyabi olaraq deyil, dəvətli professor kimi çalışaraq kəşf edir, öyrənirdi. Sonralar da Avropa, Amerika, Asiya və Afrikada yer-ləşən müxtəlif elm mərkəzləri, akademiya və universitetlər onu mühazirələr oxumağa, birgə tədqiqatlar aparmağa, elmi kon-franslarda çıxışa dəvət etdilər. O da, öz növbəsində xarici həm-karlarını mühazirələr oxumaq və əlaqələri daha da inkişaf etdir-mək üçün Moskva və Bakıya dəvət etdi. Artıq Sovet dövründə, o, beynəlxalq elmi şəbəkə qurmağa nail olmuşdu. Hamlet İsaye-vin riyaziyyat üzrə tədqiqatlarını SSRİ Elmlər Akademiyası üzvləri N.N.Boqolyubov, V.S.Vladimirov, S.M.Nikolski, Lenin mükafatı laureatları B.M.Levitan və V.B.Lidski, eləcə də A.Q.Kostyuçenko, A.A.Dezin, V.A.Sadovniçi (hazırda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru), professor F.Atkinson (Toronto Universiteti), professor P.J.Bro-un (Kalqari Universiteti) və digər görkəmli riyaziyyatçılar, o cümlədən Azərbaycan riyaziyyatçıları Zahid Xəlilov, Mirabbas Qasımov yüksək qiymətləndirdilər. Onun elmi əsərləri Sovet Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən "ilin ən yaxşı elmi işləri" siyahisinə daxil edilmişdir.

1970-ci ildə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış, qısa bir vaxtda institut tərəfindən M.V. Lomonosov adına Moskva Dövlət Universiteti mexanika-riyaziyyat fakültə-sinə aspiranturada oxumağa göndərilmişdir.Namizədlik dissser-tasiyasını müdafiə etdikdən sonra, 1973-1983-cü illər ərzində Hamlet İsaxanlı Moskva və Bakıda, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının V.İ.Steklov adına Riyaziyyat İnstitutunda, Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda, Azərbaycan Dövlət Universitetində çalışdı, elmi tədqiqatla və qismən də pedaqoji işlə məşğul oldu.  Sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (İndiki Azərbaycan Dövlət Neft Akademi-yası) və Leninqrad Maliyyə və İqtisad İnstitutunda (Bakı filia-lında) uyğun olaraq professor və kafedra müdiri kimi fəaliyyət göstərmişdir. 1991-ci ildə İngilisdilli Azərbaycan Universite-tinin yaradılmasına təşəbbüs göstərdi, Azərbaycan SSR Nazirlər Sovetinin 20 dekabr 1990 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 1991 tarixli qərarları ilə rəsmi status alan bu ali məktəbi təsis etdi, onu sıfırdan yaratmağa başladı.  Azərbaycanın ilk özəl universitetinin qurucu rektoru olaraq geniş fəaliyyət göstərdi. Bir qədər sonra yeni– Xəzər Univer-siteti (Universitəsi) adını alan bu elm, təhsil və mədəniyyət oca-ğı Azərbaycanın dünyada ən yaxşı tanınan hörmətli təşkilatla-rından biri oldu.

Daha çox strateji inkişaf məsələləri ilə məşğul olmaq və həmçinin elmi-bədii yaradıcılığa vaxt qazanmaq məqsədilə 2010-cu ilin əvvəlində Xəzər Universitetinə yeni rektor təyin etmək üçün müsabiqə elan etdi. 2010-cu ilin sentyabr ayından başlayaraq özü Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri vəzifəsində, müsabiqədə uğur qazanan profes-sor Con Rayder (ing. John Ryder) isə yeni rektor vəzifəsində fəaliyyətə başladılar. 2012-ci ildə Hamlet İsaxanlı digər dörd görkəmli elm və sənət adamı (Halil İnalcık- Türkiyə, Lütfi Zadə- ABŞ, Mahmud Gazi Yaşargil- ABŞ, Arif Məlikov-Azərbaycan) ilə birlikdə Avrasiya Akademiyasını Avrasiya Akademiyası təsis etdi. Bu Akademiya riyaziyyat və təbiət elmləri, həyat haqqında elmlər, mühəndislik və texnologiya, sosial və humanitar elmlər, musiqi, ədəbiyyat və incəsənət sahə-lərini əhatə etməklə, öz qarşısına görkəmli insanları obyektiv surətdə şərəfləndirmək məqsədi də qoymuşdur. Hamlet İsaxanlı öz alimliyi, geniş yaradıcılığı və liderliyi ilə insan potensialının açılması və inkişafı sahəsində də xeyli iş görmüşdür. O, elm və təhsil təşkilatçısı kimi çox böyük sayda gəncləri, alim və müəl-limləri inkişaf etmiş ölkələrdə uyğun olaraq təhsil almaq, tədqi-qat aparmaq və təcrübə keçmək üçün göndərməyə müvəffəq ol-muşdur. Bununla yanaşı, o, yüksək ixtisaslı mütəxəssislər yetiş-dirmək işinə şəxsi töhfəsini də vermiş və verməkdədir Hamlet İsaxanlı Azərbaycanda (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Univer-siteti, Xəzər Universiteti,...) və keçmiş Sovet İttifaqında, Avropa və Amerika da, Yaxın Şərq və Uzaq Şərqdə, ... dokto-rantura, magistratura və bakalavrlıq pillələrində dərs demiş, elmi araşdırmalar aparılmasına kömək etmişdir. O, univer-sitetdə Xətti cəbr və analitik həndəsə, Riyazi analiz, Ali cəbr, Diferensial tənliklər, Funksional analiz, İnteqrallama nəzəriy-yəsi və funksional fəzalar, Kompleks analiz, Topoloji fəzalar, Banax cəbrləri, Operatorlar nəzəriyyəsi, Operatorların spektral nəzəriyyəsi, Çoxparametrli spektral nəzəriyyə, Tenzor hasillər (cəbri və funksional), Ədədi oblastlar nəzəriyyəsi, Əməliyyatlar nəzəriyyəsi, Kvant mexanikasının əsasları və s. fənlərini tədrs etmişdir.

H.İsaxanlı 1994-cü ildə  Elm və təhsil sahəsindəki xidmətlərinə görə Yusif Məmmədəliyev mükafatı laureatı, 2004-cü ildə Poeziya və bədii-publisistik yazı sahəsindəki uğurlarına görə "Qızıl Qələm" mükafatçısı, 2005-ci ildə Ma-arifçilik, milli elmimizin tərəqqisi, Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısında xidmətlərinə görə "Səməd Vurğun" mükafatı laureatına, 2010-cu ildə Azərbaycan təhsilinin inkişa-fındakı xidmətlərinə və beynəlxalq standartlara uyğun ali məktəb qurduğuna görə Milli "Xəzər" mükafatı laureatı, 2016-cı ildə Şəhriyar mədəniyyət medalı, Zahid Xəlilov mükafatı və Türklüyə xidmət ödülü mükafatlarına layiq görülmüşdür.






Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə