Bizim Dijital Matbaa 160x244 Şablon


Hüseynov Saqif Yaqub oğlu



Yüklə 3,2 Mb.
səhifə42/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   38   39   40   41   42   43   44   45   ...   97
Alimler EN SON tamversiya GUNEL

Hüseynov Saqif Yaqub oğlu

(1977)

20 avqust 1977-ci ildə Laçın rayonunun Katos kəndində anadan olmuşdur. O, 1995-ci ildə Katos kənd orta məktəbini biti-rib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsinə qəbul olmuş və 1999-cu ildə bakalavr təhsilini bitirib həmin İnstitutda “Riyazi analiz” ixtisası üzrə magistraturaya qə-bul olmuşdur.

2001-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Riyazi analiz” ixtisası üzrə magistraturasını müvəffəqiyyətlə bi-tirib “Riyazi kibernetika” ixtisası üzrə AMEA-nın Kibernetika institutunda (aspiranturaya) doktoranturaya qəbul olmuşdur.

Azərbaycan MEA-nın Kibernetika İnstitutunda, «Riyazi modelləşdirmə, ədədi üsullar və proqram kompleksləri» ixtisası üzrə «Tamədədli proqramlaşdırma məsələlərinin suboptimal həllərinin tapılması üsullarının və uyğun proqram kompleksinin işlənməsi» mövzusunda dissertasiya işinin müvəfəqiyyətlə mü-dafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi (Riyaziyyat elmləri üzrə fələfə doktoru) alimlik dərəcəsinə layiq görül-müşdür.

Çoxlu sayda yerli və Beynəlxalq konfranslarda iştirak edib, iqtisadi və riyazi modelləri tamədədli proqramlaşdırma məsələlərinə gələn məsələlər üçün yeni həll üsulları təklif et-mişdir.

Təklif etdiyi həll üsulları kifayət qədər effektiv həll üsullarıdır və bu üsullar xarici ölkələrdə də tanınır. Bu üsulların proqram kompleksləri də yaradılıb və digər elmi əsərlərdə (namizədlik və doktorluq) bu üsullara istinad olunub.

40-a yaxın elmi əsərin, 2001-ci ildə nəşr olunmuş bir “Riyaziyyatdan 777 test” kitabının(ADPU-da nəşr olunub) və bir necə pedoqoji yönümdə yazılan məqalələrin müəllifidir.

2002-ci ildən isə doktorantura təhsili ilə yanaşı AMEA-nın Kibernetika institutunda əmək fəaliyyətinə başlamış və pedaqoji fəaliyyətlə də məşğul olmuşdur

2008-cü ilin fevral ayından baş elmi işçi vəzifəsində çalışır.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə