Bizim Dijital Matbaa 160x244 Şablon


Hacirəhimova Məkrufə Şərif qızı



Yüklə 3,2 Mb.
səhifə38/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   34   35   36   37   38   39   40   41   ...   97
Alimler EN SON tamversiya GUNEL

Hacirəhimova Məkrufə Şərif qızı

(1956)

2 oktyabr 1956-cı ildə Qərbi Azərbaycanın Noemberyan rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı Maliyyə-Kredit texnikumuna daxil olmuş və oranı 1978-ci ildə bitirmişdir. Həmin ildə Azərbaycan Respublikası Elmlər Akade-miyası Kibernetika İnstitutunun nəzdindəki Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

1979-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kim-ya İnstitutunun “İstehsal proseslərinin avtomatlaşdırılması” fa-kültəsinə daxil olmuş və 1985-ci ildə həmin fakültəni bitirmişdir. Həmin ildən etibarən o, mühəndis-proqramçı kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə bir çox layihələrin proqram təmi-natının işlənməsində fəal iştirak etmiş, 1993-cü ildən etibarən böyük və aparıcı mühəndis vəzifələrində çalışmış-dır. AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir. “Elektron sənədlər dövriyyəsi”, “Elektron arxiv”, “Tapşırıqların icrasına nəzarət sistemi” layihələrinin proqram təminatının mü-əllifidir.

“İntellektual korporativ şəbəkə (KŞ) və sistemlərin yaradıl-ması” istiqamətində “Elektron-dövlət çərçivəsində elektron sə-nədlərin intellektual emalı və dövriyyəsi sisteminin işlənilməsi” mövzusu üzərində elmi araşdırmalar aparır. “Elektron-Azər-baycan” dövlət proqramı tərkibində “E-elm” proqram layihəsinin işlənməsində fəal iştirak edir.

Hal-hazırda “Big data” problemlərinin tədqiqi və analizi istiqamətində elmi araşdırmalar aparır.

"E-dövlət mühitində mətn tipli sənədlərin intellektual idarə edilməsi üçün model və alqoritmlərin işlənməsi" mövzusu üzrə 3338.01 - "sistemli analiz, idarəetmə və informasiyanın işlən-məsi" ixtisası üzrə dissertasiya işi müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanın-da Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür. 70-ə yaxın elmi əsərin müəllifidir. Əsərlərinin 20-dən çoxu xaricdə, bir neçəsi isə yüksək impakt faktorlu beynəl-xalq jurnallarda nəşr olunmuşdur.

2010-cu ildə ”Elektron elm: beynəlxalq qurumlar, təşəbbüs-lər və hüquqi baza” adlı kitabı çapdan çıxmışdır. M.S.Rəhimova hal-hazırda AMEA-nın İnformasiya-Texnologiyaları İnistitunda baş mühəndis vəzifəsinə işləyir.






Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə