Bizim Dijital Matbaa 160x244 Şablon


Asəf Hacıyev 1951-ci il mayın 29-da Gəncə şəhərində ana-dan olmuşdur



Yüklə 3,2 Mb.
səhifə37/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   33   34   35   36   37   38   39   40   ...   97
Alimler EN SON tamversiya GUNEL

Hacıyev Asəf Hacı oğlu

(1951)

Asəf Hacıyev 1951-ci il mayın 29-da Gəncə şəhərində ana-dan olmuşdur.


Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakül-təsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. 2 kitabın və 100-dək elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. Bernulli adına Ümumdünya Ehtimal Nəzəriyyəsi və Riyazi Statistika Cəmiyyətinin, Üçüncü Dünya Akademi-yasının üzvüdür. 1979-cu ildən Azərbaycan EA-nın Kibernetika İnstitutunun baş elmi işçisi olmuşdur. 1990-cı ildən həmin insti-tutun sektor rəhbəri işləmiş, 1993-cü ildən Türkiyədə "Boğaziçi" Universitetinin professoru vəzifəsində çalışmışdır. Hazırda AMEA-nın Kibernetika İnstitutunun laboratoriya rəhbəri və Bakı Dövlət Universitetinin ehtimal nəzəriyyəsi və riyazi statistika ka-fedrasının müdiridir.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2006-cı il mayın 13-də 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin üzvüdür. Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Çexiya, Azərbaycan-Hindistan, Azərbaycan-İndoneziya, Azərbaycan-Kanada, Azər-baycan-Malayziya parlament-lərarası əlaqələr üzrə işçi qrup-larının üzvüdür. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi Sədrinin müavinidir. Bitərəfdir.

Əsas elmi nailiyyətləri


  1. Kütləvi xidmət sistemləri üçün tələblərin xidmət anlarını gecikdirən xüsusi idarəetmə funksiyası daxil edilmiş və bu sinfdə kütləvi xidmət sistemləri üçün idarəetmə nəzəriyyəsi yaradıl-mışdır. İdarə olunabilən kütləvi xidmət sistemlərinin geniş sinfi aşkar olunmuş, tələblərin orta gözləmə müddətini minimum-laşdıran optimal idarəetmə funksiyası tapılmışdır;

  2. Naməlum parametrləri artan, xətaları naməlum disper-siyalı, bir nöqtədə ancaq bir müşahidəsı olan regressiya modellə-rində yayınma vektorunun kovariasiya matrisinin elementlərini qiymətləndirən yeni universal metod yaradılmışdır. Bu metoda əsasən regressiya modellərində naməlum parametrlərin sayını qiymətləndirmək və naməlum funksiya ücün etibarlılıq zolağının qurulması göstərilmişdir;

  3. Müxtəlif alifbalar hərflərinin komputer klaviaturunda optimal düzülüşü üçün yeni statstik yanaşma təklif olunub. Yanaşmaya əsasən Azərbaycan hərflərinin komputer klaviatu-runda optimal düzülüşü təklif olunub. Optimal düzülüş bu günə qədər mövcud olan düzülüşlərlə müqaisədə əllərə düşən yükü və eyni zamanda tekstlərin yığım vaxtını azaldır.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə