Bizim Dijital Matbaa 160x244 Şablon


Əmənzadə Rafael Yusif oğlu



Yüklə 3,2 Mb.
səhifə35/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   31   32   33   34   35   36   37   38   ...   97
Alimler EN SON tamversiya GUNEL

Əmənzadə Rafael Yusif oğlu

(1943-2015)

31 dekabr  1943 -ci ildə Bakı şəhərində anadan olmuşdur. 1950-1960-ci illərdə Bakı şəhər 49 saylı orta məktəbdə oxu-yub. 1960-1966-cı illərdə S.M.Kirov adına (indiki BDU) Azər-baycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültə-sinin Mexanika şöbəsində təhsil alıb. 1966-1969-cu illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin «Plas-tiklik nəzəriyyəsi» kafedrasında akademik Y.N. Rabotnovun rəhbərliyi altında aspirant olub. 1970-ci ildə «Nazik qalınlıqlı konstruksiya elementlərinin qabarma məsələlərinin variasiya usulu ilə həlli» mövzusunda namizədlik, 1980-ci ildə isə «Maye ilə doldurulmuş örtükdə dalğaların yayılması» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Deformasiya olunan bərk cisimlər mexanikası, Hidrome-xanika sahələri onun əsas tədqiqat sahələri olmuşdur

R.Y.Əmənzadə 1969-cu ildən indiki BDU-nun Mexa-nika-Riyaziyyat fakültəsinin “Nəzəri mexanika” kafedrasında assistent, 1972-1982-ci illərdə universitetin “Funksiyalar nəzə-riyyəsi və funksional analiz” kafedrasında baş müəllim işlə-mişdir. 1982-ci ildən ömrünün sonunadək BDU-nun “ Nəzəri mexanika və bütöv mühit mexanikası” kafedrasının müdiri iş-ləmişdir. O, universitetdə Bütöv mühit mexanikası, Çoxfazalı sistem mexanikası fənlərindən mühazirələr oxumuşdur. 150 el-mi məqalənin və iki kitabın müəllifidir.

R.Y.Əmənzadə bir çox beynəlxalq seminar, simpozium və konfransların iştirakçısı olmuşdur və orada məruzələrlə çıxış etmişdir.

1. 1995-ci ildə Latviya respublikasının Riqa şəhərində “Kompozit materiallar mexanikası” mövzusunda keçirilən IX Beynəlxalq konfrans.

2. 1999-cu ildə Rusiyanın Nijni Novqorod şəhərində “Örtüklər və lövhə nəzəriyyəsi” mövzusunda keçirilən XIX Beynəlxalq konfrans.

3. 2002-ci ildə Rusiyanın Nijni Novqorod şəhərində “Örtüklər və lövhə nəzəriyyəsi” mövzusunda keçirilən XX Beynəlxalq konfrans.

4. 2006 və 2008-ci illərdə Latviya respublikasının Riqa şəhərində “Kompozit materiallar mexanikası” mövzusunda ke-çirilən XIV Beynəlxalq konfrans.

5. 2008-ci ildə Rusiyanın Kazan şəhərində “Qeyri-xətti örtüklər mexanikasının müasir problemleri” mövzusunda keçi-rilən Beynəlxalq elmi konfrans.

6. 2008-ci ildə Moskva şəhərində “Qeyri struktur materi-alların möhkəmliyi” mövzusunda keçirilən IV Avroasiya elmi-praktiki konfrans.

Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.

R.Y.Əmənzadə 21 aprel 2015-ci ildə müalicə olunduğu klinikada vəfat etmişdir. Aprelin 23-də Bakıda Qurd qapısı qə-birstanlığında dəfn olunmuşdur.


Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə