Bizim Dijital Matbaa 160x244 Şablon


Əliyev Nihan Əlipənah oğlu



Yüklə 3,2 Mb.
səhifə32/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   28   29   30   31   32   33   34   35   ...   97
Alimler EN SON tamversiya GUNEL

Əliyev Nihan Əlipənah oğlu

(1938)

22dekabr 1938-ci ildə  Baki şəhərinin II Zabrat kəndində anadan olmuşdur. Natamam orta təhsilini həmin kənddə 75 say-lı orta məktəbdə almış, sonra isə orta təhsilini I Zabrat qəsəbə-sindəki 73 saylı orta məktəbdə başa vurmuşdur. 1958-ci ildə or-ta məktəbi bitirdikdən sonra, Bakı Dövlət Universiteti-nin "Mexanika-riyaziyyat" fakültəsinə daxil olub, 1963-cü ildə həmin universiteti riyaziyyatçı kimi bitirmişdir. 1963-1966-cı illərdə BDU-nun "Riyazi fizika tənlikləri" kafedrasında aspiran-turada saxlanılıb. 1967-ci il martın 29-da Ukrayna Respublika-sının Lvov şəhərindəki İvan Franko adına Lvov Dövlət Univer-sitetində "Xarakteristik tənliyin kökü təkrarlanan olan adi xətti diferensial tənliklər sisteminin həllinin asimptotik ifadəsi və ix-tiyari matris-funksiya üçün ayrılış formulu" mövzusunda elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə et-mişdir.

2013-cü ildə AMEA-nın Riyazıyyat və Mexanika İns-titutunda “Ümumi xətti sərhəd şərti daxilində xüsusi törəməli tənliklər üçün sərhəd məsələsinin həllinin araşdırılması” möv-zusunda riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Elmi məsləhətçisi AMEA-nın müxbir üzvü R.Hüseynov olmuşdur.

N.Ə.Əliyevin əsas tədqiqat sahəsi: Adi diferensial tənlik-lər, Xüsusi törəməli tənliklər, ədədi üsullar, elementar riyaziy-yat. O, bir çox Beynəlxalq konfranslarda, seminarlarda və sim-poziumlarda iştirak etmişdir. 1966-cı illərdən başlayaraq Bey-nəlxalq konqreslərdə iştrak etməyə başlamışdır. Məsələn: Al-maniyanın Berlin şəhərində 1998-ci ildən Beynəlxalq kon-qresdə, habelə Moskva, Leninqrad, Kiyev, Minsk, Novosibirsk və s. şəhərlərdə isə Beynəlxalq konfranslarda iştirak etmişdir. Dünya mətbuatında 50-yə qədər elmi məqalələr cap etdirmişdir.

N.Ə.Əliyev əmək fəaliyyətinə 1966-ci ildə BDU-nun "Ri-yazi fizika tənlikləri" kafedrasında başlamış, sonra 1973-cü il-dən "Tətbiqi riyaziyyat" kafedrasında, 1993-2006-cı illərdə İran İslam Respublikasında əvvəlcə Təbriz şəhərindəki Tərbiəti Mü-əllimi Təbriz, sonra Tehran şəhərindəki Tərbiəti Müdərris Uni-versitetlərində işləmişdir. Nəhayət 2006-cı ildən indiyə qədər yenə də BDU-nun "Tətbiqi analizin riyazi üsulları" kafedra-sında işləyir.

1972-ci ildən dosent, 2015-ci ildən professor vəzifəsində çalışır.

N.Ə.Əliyev işlədiyi müddətdə Diferensial tənliklər, Riya-zi fizika tənlikləri, Asimptotik üsullar, Analitik həndəsə, Xətti cəbr, Ədədi üsullar fənlərini tədris etmişdir. 120-dən artıq elmi məqalənin və fars dilində bir kitabın müəllifidir.

N.Ə.Əliyev BDU-nun 90 illiyi ilə əlaqədar olaraq Azər-baycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilmişdir.






Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə