Bizim Dijital Matbaa 160x244 Şablon


Əliquliyev Rasim Məhəmməd oğlu



Yüklə 3,2 Mb.
səhifə29/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   25   26   27   28   29   30   31   32   ...   97
Alimler EN SON tamversiya GUNEL

Əliquliyev Rasim Məhəmməd oğlu

(1958)

20 yanvar 1958-ci ildə Bərdə rayonunda anadan olmuşdur. 1979-cu ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitu-tunun “Avtomatika və hesablama texnikası” fakültəsini “Elek-tron hesablama maşınları” ixtisası üzrə bitirmişdir. 1985-90-cı illərdə SSRİ EA İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu ilə birgə yerinə yetirilən araşdırmalar çərçivəsində müdafiə olunmuş namizədlik dissertasiyasının nəticələri kimi paketlərin adaptiv marşrutlaşdırma funksiyasını həyata keçirən çoxprosessorlu kommutasiya sistemlərinin arxitektur prinsip-ləri, sintezi modelləri və alqoritmləri işlənilmişdir. 1995-2003-cü illərdə Rusiya EA Sistem Analizi İnstitutu ilə birgə yerinə yetirilən elmi araşdırmalar nəticəsində “Kompüter şəbəkələrin-də informasiya təhlükəsizliyinin təmin olunması modelləri və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş-dir.



Doktorluq dissertasiyasının elmi nəticələri kimi:

    • Milli (korporativ) informasiya təhlükəsizliyi sisteminin formalaşma konsepsiyası və reallaşdırılması üçün bir sıra ya-naşmalar təklif olunmuşdur;

    • Korporativ şəbəkələrin informasiya təhlükəsizliyinin tə-min olunmasını həyata keçirən paylanmış strukturlu, funksional modullardan ibarət adaptiv sistemlərin sintezi üçün elmi-meto-doloji əsaslar, arxitektur prinsiplər, modellər və alqoritmlər işlə-nilmişdir;

    • Açıq kompüter şəbəkəsi mühitində korporativ istifadəçi-lər qrupunun informasiya təhlükəsizliyinin təmin olunma səviy-yəsinin yüksəldilməsi məqsədi ilə dəyişən strukturlu (xamele-on) virtual xüsusi şəbəkələrin qurulmasının (generasiyasının) konseptual əsasları işlənilmiş, onların sintezi üçün modellər və metodlar təklif olunmuşdur;

    • Kompüter sistemlərinə və şəbəkələrinə olan müxtəlif tə-biətli təhlükələrlə mübarizə metodları və alqoritmləri işlənilmiş-dir;

    • Virtual xüsusi şəbəkələrin paylanmış autentifikasiya sis-teminin optimal strukturunun seçilməsi və sıradan çıxmalara dayanıqlığını təmin edən model və alqoritmlər işlənilmişdir.

  • Əldə olunmuş bir sıra elmi nəticələr son zamanlar şəbəkə resurslarının virtuallaşdırılması problemlərinin həlli istiqamə-tində geniş araşdırılan Cloud və SDN texnologi-yalarının elmi-nəzəri əsaslarının işlənilməsi və inkişafı üçün mühüm əhəmiy-yət kəsb edir.

R.Əliquliyevin rəhbərliyi altında 2 elmlər doktoru, 20 fəl-səfə doktoru hazırlanmışdır. Hazırda 7 elmlər doktoru, 22 fəlsə-fə doktoru hazırlığı üzrə doktorant və dissertantların elmi rəh-bəri və məsləhətçisidir. 2007-ci ildə “İnformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. Hal-hazırda isə AMEA-nın həqiqi üzvüdür.

R.M.Əliquliyev əmək fəaliyyətinə institutu bitirdikdən sonra 1979-cu ildə Azərbaycan EA-nın Kibernetika institutunda mühəndis kimi baş-lamışdır. O, 1979-1986-cı illərdə Azərbay-can EA-nın Kibernetika İnstitutunda mühəndis, böyük mühən-dis, komsomol katibi vəzifələrində çalışmış və aspiranturada təhsil almışdır. 1986-cı ildə Azərbaycan EA Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsinə köçürülmüş: böyük mühəndis, aparıcı mühəndis, “Respublika hesablama mərkəzləri və veri-lənlərin ötürülməsi şəbəkəsi” layihəsinin baş mühəndisi, təşki-latın baş mühəndisi – direktor müavini vəzifələrində işləmişdir. 2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktorudur. 2013-cü ildə AMEA-nın akademik-katibi seçil-mişdir. Texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvüdür. 1997-ci ildə Azərbaycan EA İnformasiya-Tele-kommunikasiya Elmi Mərkəzində (İnformasiya Texnologiyaları İnstitutunun sələfi) “İnformasiya təhlükəsizliyi problemləri” şöbəsini təşkil edərək ona rəhbərlik etmişdir. 2007-ci ildə isə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İnformasiya cəmiyyəti problemləri” şöbəsini yaratmış və hal-hazırda ona rəhbərlik edir. İnstitutun “İnformasiya cəmiyyəti və texnolo-giyalarının aktual problemləri” seminarının rəhbəridir. Ölkənin müdafiə qüdrətinin yüksəldilməsinə xidmət edən bir sıra strateji əhəmiyyətli, elmi tutumlu mürəkkəb texniki sistemlərin layihə-ləndirilməsi, milli innovativ məhsulların hazırlanması və tətbiqi işlərində yaxından iştirak etmişdir. Respublika miqyasında bir sıra strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində, İnter-netin milli infrastrukturunun formalaşması və inkişafının təmini işlərində yaxından iştirak etmişdir. NATO-nun dəstəyi ilə Res-publikanın elmi-tədqiqat və ali təhsil müəssisələrinin Beynəl-xalq İnternet şəbəkəsinə çıxışını təmin edən “Virtual İpək Yolu” layihəsinin həyata keçirilməsi və inkişafında yaxından iş-tirak etmişdir. Ölkə üzrə elektron elmin formalaşması və inki-şafı istiqamətində, həmçinin onun texnoloji infrastrukturu olan AzScienceNet elm kompüter şəbəkə-sinin yaradılması, təkmil-ləşdirilməsi, xarakteristikaları və keyfiyyət göstəricilərinin Av-ropa standartlarına uyğunlaşdırılması işlərində yaxından iştirak etmişdir. Avropa Birliyinin çətiri altında fəaliyyət göstərən TERENA (The Trans-European Research and Education Net-working Association) Baş Assambleyasının üzvüdür. Respub-lika elmi tədqiqatların təşkili və əlaqələndirilməsi şurasının nəzdində fəaliyyət göstərən “Kibernetika, informasiya texnolo-giyaları və texnika” üzrə Problem şurasının sədr müavinidir. Azərbaycan Riyaziyyatçılar Cəmiy-yətinin vitse-prezidentidir. Uzun müddət Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında professor kimi pedaqoji fəaliyyət göstərərək Kompüter sistemləri və şəbəkələrinin yaradılmasının nəzəri və texnoloji əsasları, İnformasiya cəmiyyətinin formalaş-ması və informasiya təhlükəsizliyinin təmin olunması üzrə bir sıra fənləri tədris etmişdir. 2008-ci ildən Azərbaycanın təhsil sistemində ilk dəfə olaraq Bakı Dövlət Universitetinin “Jur-nalistika” fakültəsində “İnformasiya cəmiyyətinin əsasları” fən-ninin tədrisinin təşəbbüskarı və bir neçə il mühazirəçisi olmuş-dur. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçi-vəsində ali tədris və orta ümumtəhsil məktəblərində “İnfor-matika” və informasiya texnologiyaları yönümlü digər fənlərin proqramlarının müasir tələblərə uyğunlaşdırılması, elektron dərsliklərin hazırlanması, terminoloji bazanın yeniləşdirilməsi işlərində yaxından iştirak edir və elmi-metodiki məsləhətlər ve-rir.

R.M.Əliquliyev Azərbaycan Respublikasının Prezidenti-nin fərmanı ilə 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olun-muşdur.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə