Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə31/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   27   28   29   30   31   32   33   34   ...   97
Alimler EN SON tamversiya GUNEL

Əliyev Tofiq

(Mukeş)

(1944)

30 may 1944-cü il tarixində Ağdam şəhərində anadan olmuşdur. 1961-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbini bitirmişdir. 1970-ci ildə BDU-nun Mexanika-riyaziyyat fakül-təsinin rus bölməsinin məzunu olmuşdur.

Tofiq Əliyev (Mukeş) 1973-cü ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (keçmiş Kibernetika İnstitutu) aspiran-turaya daxil olmuş, 1976-1977-ci illərdə isə Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda prof. İqor İvanoviç Yejovun rəhbərliyi altında “Diskret komponentli Markov pro-seslərin köməyi ilə etibarsız cihazlarla olan kütləvi xidmət sis-temlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası mü-dafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adına layiq görülmüşdür.

Onun ehtimal nəzəriyyəsi üzrə elmi-yaradıcılıq işinin əhəmiyyəti ondan ibarətdir ki, ikinci komponentə görə bircins Markov proseslərinin tətbiqi ilə etibarsız cihazlarla kütləvi xid-mət sahələri tədqiq olunmuşdur. O, 30-dan çox elmi işin müəl-lifidir. Bu işlərin əksəriyyəti Moskva, Kiyev, Daşkənd, Bakı, eləcə də Türkiyənin İstanbul şəhərində çap olunan jurnallarda dərc olunmuşdur. 30 səhifəlik bir elmi işin qısa icmalı isə refe-rativ jurnalda öz əksini tapmışdır.

Tofiq Əliyevin 2011-ci ildə Azərbaycanın ilk qadın riya-ziyyatçı professoru İdarəetmə Sistemləri İnstitutunun "İdarə-etmənin ehtimal üsulları" laboratoriyasının müdiri Tamilla Nə-sirova ilə birgə yazdığı "Ehtimal" kitabında ehtimal nəzəriy-yəsinin mahiyyətini təhlil edən ayrı-ayrı həyati misallar gəti-rilməklə ergodig nəzəriyyənin, böyük ədədlərin gücləndirilmiş qanunlarının, böyük ədədlər qanununun həllinə xüsusi yer ayrılmışdır. Kitabda bu istiqamətdə "Güzgü inikası" prinsipin-dən istifadə olunaraq təsadüfi dolaşma kimi klassik məsələnin həlli də öz əksini tapmışdır.

2016-cı ildə Tofiq Əliyevin BDU-nun professoru Nihan Əliyevlə birgə "İki natural ədədin hasilinin təsviri ilə bağlı bir Ramanucan düsturunun ümumiləşməsi" məqaləsi dərc olun-muşdur. Məqalədə Ramanucandan fərqli olaraq verilmiş N na-tural ədədinin n(n+k), n, k€{1,2,...} hasilləri ilə yaxud sonsuz sayda radikallarla təsvirlərinin tapılması metodu verilmişdir. 

T.Əliyevin 2006-cı ildə dərc olunmuş “Sonlu və sonsuz-luğun vəhdəti” məqaləsi daha maraqlıdır. Belə ki, o, məşhur yu-nan alimi Aristotelin 0 yaxud 1 prinsipinin izi ilə gedərək mə-qalədə riyaziyyatın əsas anlayışlarından biri olan sonlu və sonsuzluğun vəhdəti məsələsini tədqiq etmişdir. "Çoxluğ"-un təkamülü sayəsində onun “Say”la vəhdətliyi qeyri müəyyən-liklərə gətirib çıxartdı. Konkret məsələnin həlli sonlu ya da qeyri-məhdud davamlılığa gətirildiyi halda, sonlu kəmiyyətin özü sonsuz proseslə ifadə oluna bilir. İnsanın özünün varlığı onu əbədi yoxluğa - əbədi ölüm prosesinə gətirib çıxarır, yəni sonlu varlıq sonsuz yoxluğa çevrilir.         

Natural ədədlər sırasının hüdudsuz davam oluna bilməsi halından sonra sonsuzluq ideyası əsaslı olaraq riyaziyyata daxil oldu. Məşhur rus alimi A.A.Markov göstərmişdir ki, sonsuzluq anlayışı abstraksiyadan keçərək elmdə yer almışdır. Aktual son-suzluq deyilən anlayışa görə təkcə sonlu yox, sonsuz çoxluq-ların da bütün elementləri eyni zamanda mövcud sayılır.

T.Əliyev BDU-nun Mexanika-riyaziyyat fakültəsini bitir-dikdən sonra Azərbaycan EA-nın Kibernetika institutunda mühəndis-riyaziyyatçı kimi əmək fəaliyyətinə başlamışdır. O, aspiranturaya qədər və bundan sonra da ayrı-ayrı elmi tədqiqat və tədris müəssisələrində mühəndis-riyaziyyatçı, elmi işçi, baş müəllim və dosent vəzifələrində çalışmaqla 40 ilə yaxın elmi-pedaqoji staj əldə etmişdir.Bir müəllim kimi uzun illər riya-ziyyatın ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsi üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mühazirələr oxumuşdur. T.Əliyevin musiqi sahəsində də xüsusi xidmətləri olmuşdur.

Hobbi kimi “hindi” dilini sərbəst öyrənmiş və uzun illər bu dildə mahnılar ifa etmişdir. Bakı, Moskva, Daşkənd, Kiyev və Azərbaycanın bir sıra şəhərlərindən başlayaraq 1982 və 1988-ci illərdə Hindistan-Nepal ölkələrində keçirilən Beynəl-xalq kino festivallarında özünün hind musiqisi və lətifələrindən ibarət repertuarı ilə çıxışlar etmişdir. Uzun illər xalq şairi Nəbi Xəzrinin rəhbərlik etdiyi “Azərbaycan dünyası” Beynəlxalq əlaqələr mərkəzinin üzvü, 1991-1994-cü illərdə isə “SSRİ- Hindistan” Ümumittifaq festival və sərgi komitəsinin xüsusi müxbiri kimi fəaliyyət göstərmişdir. Onun insanın cəmiyyət və təbiətlə, habelə ibrətlə hikmətin vəhdətini əks etdirən “Nəzər nöqtələri” (2005), Hippokrat təbiətli baş leytenant, Cərrah oğlu Ceyhunun əziz xatirəsinə ithaf etdiyi “Sevginin sonu yoxmuş...” (2005) və dünya həyatını təcəssüm edən, insanları haqq-ədalət yoluna çağıran qurumlar üzərində yazılmış “Həyat nədir” (2008) fəlsəfi-publisistik kitabları da geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.




Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə