Bizim Dijital Matbaa 160x244 Şablon



Yüklə 3,2 Mb.
səhifə45/97
tarix07.01.2022
ölçüsü3,2 Mb.
#82679
1   ...   41   42   43   44   45   46   47   48   ...   97
Alimler EN SON tamversiya GUNEL

İmamverdiyev Yadigar

Nəsib oğlu

(1964)

Yadigar Nəsib oğlu İmamverdiyev 1964-cü ildə anadan olmuşdur. 1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “İstehsal proseslərinin avtomatlaşdırılması” fakül-təsində ali təhsil almışdır.

2006-cı ildə "Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün üsul və alqoritmlərin işlənməsi" mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 05.13.01 – Sis-temli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika elmləri namizədi adını almışdır.

"Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında" qanun layihələrinin işlənilməsində Milli Məc-lisdə təşkil edilmiş işçi qruplarda yaxından iştirak etmişdir. Azərbaycan Respublikasında elektron imza infrastruktunun və biometrik eyniləşdirmə sisteminin yaradılması məsələlərinə həsr edilmiş bir sıra elmi-populyar məqalələrin müəllifidir. "Rə-qəm imzası texnologiyası", "Kriptoqrafiyanın əsasları", "Krip-toqrafiya tarixi", “Biometrik texnologiyalar”  və “Sosial şəbə-kələr” kitablarının həmmüəllifidir.

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı 30, xaricdə çıx-mış elmi əsərlərin sayı 25-dir. Hazırda e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üçün modellər işləmişdir.

1998-ci ildə Azərbaycan Elmlər Akademiyası İnformasi-ya-Telekommunikasiya Elmi Mərkəzinə (indiki AMEA İnfor-masiya Texnologiyaları İnstitutu) işə qəbul edilmiş və kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin edilməsi mə-sələləri ilə məşğul olmağa başlamışdır. 1998-ci ildə Azərbaycan Elmlər Akademiyası İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinə (indiki AMEA İnformasiya Texnologiyaları İnsti-tutu) işə qəbul edilmiş və kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə məşğul olmağa başlamışdır.  2005-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri vəzifəsində işləyir.

2011-2012 -ci illərdə Cənubi Koreyanın Yonsei Universi-tetində (Yonsei Univiversity, South Korea) elmi fəaliyyətlə məşğul olmuşdur.Hazırda Azərbaycanda e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi, biometrik texnologiyalar, sosi-al şəbəkələr, risklərin qiymətləndirilməsi sahəsində tədqiqatlar aparır. 2014-cü ildə “İKT ili” çərçivəsində Azərbaycan Prezi-denti yanında Elmin İnkişafı Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə keçirilən qrant müsabiqə-sinin qalibi olub. İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə "3-cü birgə İKT üzrə mükafat müsabiqəsi"ndə “Bar-maq izlərinin tekstur deskriptorları əsasında biometrik kripto-sistemlərin qurulması” məqaləsinə görə 3-cü yerə layiq görülüb.

Y.N.İmamverdiyev AMEA İnformasiya Texnologiyaları İnstitutu İnstitutunun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.



Yüklə 3,2 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə